D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə16/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

58
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Şəms Təbrizim mənə Nuri Haqq olmuş yenə,
Çünki o Haqq nurudur, bir günəş olmuş mənə.
Elə ki söhbətlərin, gəldi Şəmsəddin üstünə,
Səmada göründü Şəms, pərdə çəkdi üzünə.
Vacib olduğu üçün, adını çəkdim yenə. (1, s.28)
Bu şeirdə göründüyü kimi, Cəlaləddini Rumi səyyah, sufi şa-
iri Şəmsəddin Təbrizini böyük məhəbbətlə yad edir. Şəmsəddin 
onun bütün həyatını dəyişdirmişdir. Şəmslə olan münasibəti ona 
bəslədiyi  həqiqi  məhəbbət  Cəlaləddini  dəyişdirib  başqa  adam 
edir. Rumi, Təbrizini mənəvi müəllimi, özünü isə onun şagirdi 
elan edir. Şəms Ruminin həyatında yeni bir aləmin qapısını açır.
Mövlanə «Ayrılıq» şeirində yazır:
Dinlə neyi, gör necə hekayətlər söyləyir,
Ayrılıq həsrətindən şikayətlər eyləyir.
O yurdum, qamışlıqdan salmışlar ayrı məni,
Səsim nalan eyləmiş, naləmi eşidəni. (1, s.19)
Səma bir eşq əfsanəsidir, ney öz dilində bu əfsanəni danışır. 
«Səma aşiqlərin qidasıdır, səmada sevgili ilə görüş halı vardır» 
– deyən yenə Mövlanədir. Səmaya girən dünyadan çıxar. Ney və 
səmazən  bir-birlərini  ən  yaxşı  anlayan  iki  dostdur.  Səmazənin 
ürəyini oyan eşq odu ilə neyin içini oyan od eyni oddur. Ayrılığı 
ən çox onlar yaşamışdır. Ney qamışlıqdan, əsl vətənindən ayrıl-
mış, onları ayrıldıqları məkana doğru çəkən ilahi bir tilsim vardır.
Mövlanə sonra deyir:
Ney zəhər tək, həmçinin padzəhər tək içilən,
Ney kimi qəm dostu yox, həm sevən, həm sevilən.
Ney özü dərddən yanır, odlanır, qan ağlayır,


59
Folklor, Mifologiya, Etnoqrafiya
Məcnun eşqindən deyir, verərək can ağlayır. (1, s.19) 
Neyin  səsindəki  təsir  və  yanğı  onun  içində  şölələnən  eşq 
atəşindəndir. Ney qanı dizə çıxan bir yoldan, eşq yolundan bəhs 
etməkdədir. Sevgisi üzündən kimsəsiz çöllərə düşən Məcnun eşq 
əfsanəsini  anladır.  Burdan  da  göründüyü  kimi,  Mövlanə  gözəl 
bənzətmələrdən, folklor ənənələrindən geniş istifadə edib.
Xəlifənin  Leylidən sorğusu və Leylinin ona cavabı.
Sordu xəlifə bir gün, sənsənmi haman Leyli?
Aşiqin oldu Məcnun, səhraya saldı meyli?
Sən başqa gözəllərdən, fərqli gözəl deyilsən,
Leyli dedi: – Danışma, sən ki: Məcnun deyilsən.
Məcnunun gözüylə sən, baxsaydın əgər mənə,
Hər iki dünyamız da boş görünərdi sənə.
Sən özün-özündəsən, Məcnun özündə deyil,
Məhəbbət yollarında, ayıq olmaq şərtdir bil. (1, s.48)
Mövlanə  qədim  ərəb  əfsanəsi  olan  «Leyli  və  Məcnun»dan 
folklor nümunəsi kimi istifadə etmişdir. Düzdür, Nizami Gəncəvi 
bu  əfsanədən  bəhrələnərək  Mövlanədən  çox  qabaq  «Leyli  və 
Məcnun» poemasını yazmışdır. Lakin Mövlanə Nizaminin adını 
bir dəfə olsun qeyd etməyib.
Mövlanə başqa bir şeirində yenə yazır:
Məcnun eşitdi bir gün, yolçudan bir xəbəri,
Leyli xəstələnibdir, neçin yoxdur xəbəri?!
Dedi: – Bəhanəsiz mən, necə gedim yanına?!
Getməsəm görüşünə, dözərəmmi mən buna?!
Ey kaş bilikli təbib, olaydım mən əzəldən?!
Heç əlim üzərmidim, Leyli kimi gözəldən?!


60
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tanrımız söyləmişdir: - «Qul Təalu» bizlərə,
Həmin ayə gücüylə, qoşulaq biz düzlərə. (1, s.220)
Ruminin  əsərləri  bizim  çoxumuzun  adi  həyat  hadisələrinə 
mistik münasibəti və ən əsası sevincimizi artırmaqla bizə kömək 
edir. Bütövlükdə əsərlərini oxumaq insana ruh verir.
«Məsnəvi»də  arif  adam  haqqında  təmsilin  mətnində  «Tan-
rı  ölüm  anında  nəfəsləri  bağışlar»  ayəsinin  təfsiri  öz  poetik 
təzahürünü əks etdirmişdir:
Sordular peyğəmbərdən, Behiştdə yatmaq varmı?!
Dedi: Yatmaq ölməkdir, Behişt əhli yatarmı?!
Yenə bir gün gələcək, ölənlər diriləcək
Qalxacaqlar ayağa, dünya Haqqı biləcək.
Onda bir gün ovçunu, ovlağından qovarlar.
Otlaqda otlayan yükə məruz qoyarlar.
Kaş Tanrım qurudaydın, bir Əshabü-kəhf kimi,
Ya da ki, qoruyaydın, Nuhun gəmisi kimi. (1, s.48).
Bütün  bu  misralarda  biz  folklor,  mif  qaynaqları  görürük. 
Mövlanə müqəddəs kitabımız olan «Qurani-Kərim»dəki “Kəhf” 
surəsinin 18, 19-cu ayələrinə işarət edir. Başqa bir beytdə yenə 
«Əshabi-kəhf» haqqında Mövlanə yazır:
Xülasə yetmiş olsam, «Əshabi-kəhf»də qalsam,
Dəqyanusun zülmündən, mənə xoş, daş da olsam.
Onların oyanması, Dəqyansa sərfəli,
Orada yatmaları, bil namusa sərfəli.
Yatmaq ayıqlıq kimi, çünki elm ilə birgə!
Vay elə ayıqlığa, nadanlıq onla birgə!  (2, s.8)


61
Folklor, Mifologiya, Etnoqrafiya
«Əshabi-kəhf» haqqında qısa məlumat belədir:
«Dəqyanus  Rum  qeysərlərinin  biri  olmuş,  xalqı  özünə  və 
bütə sitayiş etməyə məcbur edərmiş. «Əshabi-kəhf»də yatanlar da 
onun müasirləri idilər. Allah öz fitrətindən onları belə bir fikrə sal-
dı və onlar bildirdilər ki, onlar özləri məxluq (xəlq olunan), bütlər 
isə məxluqun məxluqudur. Tək olan Tanrıya inanmaq lazımdır. 
Onlar bu məqsədlə Dəqyanusun vilayətini tərk etdilər. Onlar yol-
da  bir  çobanla  da  rastlaşdılar.  Hətta  çobanın  iti  ilə  birlikdə  bir 
mağaraya girdilər. 309 (üç yüz doqquz) il mağarada yatdılar. Bu 
barədə tarix kitablarında da məlumatlar var». (2, s.7)
«Əshabi-kəhf» haqqında «Qurani-Kərim»də belə deyilir:
«Kəhf»  surəsi  (18)  Məkkədə  nazil  olmuş  və  (110)  ayədir. 
Rəhman və Mehriban Allahın adı ilə. 
9.Yoxsa  sən  «kəhf»  və  «rəqim»  əshabını  bizim  təəccüblü 
ayətlərimizdən sandınmı?
10.  O  zaman,  o  igid  cavanlar  mağaraya  sığınıb  dedilər: 
«Pərvərdigara! Bizə öz dərgahından bir mərhəmət ver və bizim 
üçün bir çıxış yolu bəxş et!»
11. O mağarada qulaqlarına illər boyu (pərdə) vurub (yuxlat-
dıq).
12. Sonra onları oyatdıq ki, görək o iki dəstədən hankısı qal-
dıqları müddəti daha düzgün hesablayıblar.
13. Biz onların xəbərini sənə haqq olaraq söyləyərik: Onlar 
rəbblərinə  iman  gətirən  bir  neçə  igid  cavan  idi  və  Biz  onların 
hidayətini artırmışdıq.
14. Və qəlblərini möhkəm etdik, o zaman (şirkə qarşı dur-
maq  üçün)  qalxıb  dedilər:  «Bizim  Rəbbimiz  göylərin  və  yerin 
Rəbbidir. Ondan başqa bir tanrını əsla çağırmarıq, yoxsa batil söz 
demiş olarıq».
15. «Bizim bu tayfamız ondan başqa tanrılar qəbul etmişlər. 
Bəs nə üçün onlar, o tanrılar üçün açıq-aşkar bir dəlil gətirmirlər? 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə