D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə19/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   15   16   17   18   19   20   21   22   ...   84

69
Folklor, Mifologiya, Etnoqrafiya
ki,  Mövlanə:  «Mən  həm  aşiqəm,  həm  də  məşuqəm,  mən  həm 
güzgüyəm, həm gözələm, həm də gözəlliyi seyr edənəm» - deyir.
Mövlanə əsərlərinin və hekayələrinin əksəriyyətinin mənbələri 
əsasən Şərq mifologiyasıdır. O, eyni zamanda peyğəmbərlər haq-
qında rəvayətlərə öz əsərlərində müraciət etmişdir. Mövlanə Nuh 
peyğəmbər haqqında «Nuh əleyhissəlamın mənə üz çevirməyin 
deyərək öz qövmünü hədələməsi. Mən Allahın sirr saxlayanıyam. 
Xülasə, siz Allaha tərəf üzünüzü tutun, mənə tərəf yox» adlanan 
fəsildə yazır:
Nuh dedi: – Ey dikbaşlar, mən indi, mən deyiləm,
Mən bu xalqın canından, canlara xəbərçiyəm.
Xalq canı olduğumdan, canlar üçün diriyəm,
Mənim ölməyim yoxdur, dirilərdən biriyəm.
Bəşəri duyğularla dünyada öldüyümçün,
Haqqım gördü, eşitdi, dərk etdi için-için.
Çünki mən, mən deyiləm, ondan gələn dəmlərdir.
Bu dəmin qarşısında, nəfəs çəkən kafərdir.
Tülki də öz işində şirə layiq, bunu bil,
Lakin heç də şir kimi, şərəfə layiq deyil.
Əgər onun üzünə, cüssəsinə baxsan sən,
Şir tək nərə çəkməni, eşitməzsən tülküdən.
Haqqından köməyini Nuh da almasa əgər,
Bəs dünyanı necə o, tufanlara qərq edər.
Yüz minlər ilə şirlər, onun tənində vardır,
Hər iki aləm onçün, həm ucuz, həm də vardır. (1, s. 252)
«Qurani-Kərim»də Nuh peyğəmbər haqqında belə yazılıb:
«Rəhman və mehriban Allahın adı ilə. 
1. Biz həqiqətən, Nuha «Öz qövmünü onlara ağrılı bir əzab 
gəlməsindən əvvəl xəbərdarlıq et» deyə öz qövmünə Peyğəmbər 


70
DƏDƏ QORQUD ARAŞDIRMALARI
göndərdik.
2.  (Nuh)  dedi:  «Ey  mənim  qövmüm!  Mən  həqiqətən, sizin 
üçün açıq-aşkar bir xəbərdarlıq edənəm».
3. (Xəbərdarlıq edirəm ki): Allaha ibadət edin! Ondan qorxun 
və mənə itaət edin!
4. «Ki günahlarınızdan bəzisini bağışlasın. Və sizin (əcəlinizi) 
müəyyən  vaxta  qədər  təxirə  salsın.  Kaş  biləydiniz  ki,  Allahın 
(müəyyən etdiyi) əcəl gəldikdə əsla təxirə salınmaz».
5. (Nuh) dedi: «Pərvərdigara! Mən qövmümü gecə və gündüz 
dəvət etdim».
6. «Mənim dəvətim ancaq onların qaçmalarını artırdı».
7. Sənin onları bağışlamağın üçün hər vaxt mən onları dəvət 
etdimsə  də,  onlar  barmaqlarını  qulaqlarına  qoydular,  paltarları-
na  büründülər,  (üsyanlarında)  dirəndilər  və  artıq  təkəbbürlük 
göstərdilər.
8. Mən də onların (üstlərinə uca səslə) çığırıb çağırdım.
9. «Sonra onlara (dəvətimi) həm aşkarda elan etdim, həm də 
gizli olaraq onlara söylədim». 
10. Dedim: «Rəbbinizdən bağışlanmağınızı diləyin ki, o çox 
bağışlayandır».
11. «O sizə göydən bol yağış göndərir».
12. «O sizi mal-dövlət və övlad ilə yardım edir. O sizin üçün 
bağlar yaradır. Sizə arxlar çəkir».
13. «Sizə nə olub ki, Allahın əzəmətindən qorxmursunuz?»
14. «Halbuki O sizi müxtəlif mərhələlərdə xəlq etmişdir».
15. Məgər görmürsünüz ki, Allah yeddi göyü necə qat-qat ya-
ratmışdır?
16. «Onların içində Ayı işıq saçan və Günəşi bir məşəl kimi 
yaratmışdır».
17. «Allah sizi oraya qaytaracaq və yenidən sizi çıxardacaq-
dır».


71
Folklor, Mifologiya, Etnoqrafiya
18. «Sonra sizi yerdən bir bitki kimi bitirdi».
19. «Və Allah yeri sizin üçün döşədi»
20. (Ki) onun geniş yollarından keçib-gedəsiniz».
21.  Nuh  dedi:  «Pərvərdigara!  Onlar  mənə  asi  oldular  və 
mal-dövləti,  övladı  özlərinə  ziyandan  başqa  bir  şey  artırmayan 
kimsələrə tabe oldular».
22. «Çox böyük hiylələr qurdular».
23.Və dedilər: «Gözləyin, tanrılarınızı buraxmayın: «Vədd»i, 
«Suva»nı, «Yağış»ı, «Yəuq»u və «Nəsr»i atmayın!»
24. «Və çoxlarını azdırdılar (pərvərdigara!) zülmkarların an-
caq zəlalətini artır!»
25.  Onlar  günahları  üzündən  (suda)  boğuldular,  sonra  oda 
daxil  edildilər,  özləri  üçün Allahın  müqabilində  himayəçi  tapa 
bilmədilər.
26. Və Nuh dedi: «Pərvərdigara! Yer üzünə kafirlərdən heç 
bir kəsi buraxma!»
27. «Çünki sən onları buraxsan, bəndələrini azdırarlar, poz-
ğunçu və kafirdən başqa doğub-törəməzlər».
28. «Pərvərdigara! Məni, ata-anamı və mənim evimə mömin 
olaraq  daxil  olanı,  mömin  kişiləri,  mömin  qadınları  bağışla  və 
zülmkarların ancaq həlakətini artır!» (6, ç.570)
Mövlanə Allahı ali bir eşqlə sevirdi. O inanırdı ki, Allah da 
onu  sevir.  Bu  iman  üfüqi  idi.  Mövlanə  Adəm  əleyhissəlamın 
haqqında yaratdığı əsərlərdə ona müraciət etmişdir. Demək olar 
ki,  Mövlanə  bütün  Peyğəmbərlərin  haqqında  rəvayət  yazıb.  O, 
bir  hekayə  ilə  başlayır,  sonra  başqa  hekayəyə  keçir,  daha  son-
ra  yenidən  həmin  rəvayətə  qayıdır.  Bəzən  bir  neçə  dəfə  həmin 
rəvayətdən istifadə edir. Mövlanə demək istədiklərini ayə, hədis, 
atalar sözləri ilə əlaqələndirərək, hətta onları təfsir və şərh edərək 
öz əsərini gücləndirmişdir. Bu qayda hind əsəri olan «Kəlilə və 
Dimnə»də də müşahidə edilir.


72
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Adəm  əleyhissəlamın  «Zülm  etdik  özümüzə»  deyib  tövbə 
etməsi; İblisin də «Adəmə səcdə etmədiyimə görə məni yolum-
dan döndərdin» deyərək Tanrıya tövbə etməməsi haqqında.
Dedi: -  Tanrı canlara, can vermiş məqsəd ilə,
Özü yaratdığını, necə tanımaz belə.
İblis: -  Adəmə, səcdə etmədim deyə,
Məni qovdun yolumdan, «Mane ollam səcdəyə».
Adəm və Həvva dedi: - «Zülm etdik özümüzə»,
Rəbbdən üz çevirmədi, Ondan alsa da cəza.
O öz günahlarını, ədəb-ərkanla yudu,
Günah etdiyi üçün, cəzaya düçar oldu.
Tövbədən sonra ona, söylədi Rəbbi belə, 
Bu günah özünündür, onu yu əməlinlə.
Günah mən verməmişəm, qəza göndərməmişəm,
Vaxtında tövbə etdin, əcrini də vermişəm.
Dedi: - Ondan qorxdum ki, tövbəmə yer qalmamış,
Dedi: - Tövbə etməkçin, imkan yeri də qalmış,
Kim ki, hörmət eyləsə, hörmətin xeyrin görər,
Kim də qənd hazırlasa, dadlı halva da yeyər.
Yaxşılara məxsusdur, hər vaxt yaxşı əməllər,
Dostu incitməyən kəs, şübhəsiz, xeyrin görər. (1, s. 132)
Mövlanə başqa bir hekayədə təzədən Adəm əleyhissəlamın 
rəvayətinə qayıdıb deyir:
Nitqin əgər yoxdursa, sən də yad biganəsən
Xirqəli dərviş kimi sevərsən, viranə sən.
Adəm danlaq eşidib, axıdıb göz yaşları,
Nəfəs tövbə sevəndir, kipriklər – göz-qaşları.
Adəm ağlamaq üçün üz tutdu yer üzünə,


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə