D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə20/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   16   17   18   19   20   21   22   23   ...   84

73
Folklor, Mifologiya, Etnoqrafiya
Nalan, giryan, hüzn üçün əl qatdı üz-gözünə,
Adəm cənnətdən çıxdı, yeddi göydən yuxarı,
Tövbə etməkdən ötrü, üz tutdu Rəbbə sarı.
Adəmin belindənsən, onun nəslinə yar ol,
Özünə tələbkar ol, Rəbbinə həvəskar ol.
Qəlb atəşindən söz sal, göz yaşlarından söz sal,
Bağça, Günəş-buluddan, yağışlarından söz sal. (1, s. 142) 
Adəm  əleyhissəlamın  haqqında  «Qurani-Kərim»də  «Əraf» 
surəsindəki ayədə deyilir:
«Rəhman və mehriban Allahın adı ilə.
11.  Əlbəttə  sizi  yaratdıq,  sonra  sizə  surət  verdik,  sonra 
mələklərə: «Adəmə səcdə edin!» dedik. İblisdən başqa (hamısı) 
səcdə etdi. O isə səcdə edənlərdən olmadı.
12. Buyurdu: «Mən sənə əmr edəndə sənin səcdə etməyinə nə 
mane oldu? İblis dedi: «Mən ondan (Adəmdən) daha yaxşıyam. 
Məni oddan yaratmışsan, onu isə palçıqdan yaratmışsan».
13. (Allah) buyurdu: Oradan aşağı düş! Orada təkəbbürlük 
etmək  sənə  qalmayıb.  Çıx  (buradan):  Həqiqətən,  sən  alçağın 
birisən».
14. Dedi: «Mənə (inananların) yenidən məbus olduqları günə 
qədər möhlət ver!».
15. (Allah) buyurdu: «Sən möhlət verilənlərdənsən».
16. İblis dedi: «Sən məni azdırdığına (rəhmətindən qovduğu-
na) görə mən də onları (azdırmaq üçün) eləcə sənin doğru yolu-
nun üstündə oturacağam».
17. «Sonra onların qabaqlarından, arxalarından, sağlarından 
və sollarından onlara yürüyəcəyəm, sən də onların çoxunu şükr 
edən görməyəcəksən».
18. Buyurdu: «Buradan qovulmuş halda itil! Onlardan (bəni 
-adəmdən)  sənə  hər  kim  uysa,  (onda  bilin  ki)  cəhənnəmi  sizin 


74
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hamınızla dolduracağam».
19. (Buyurdu): «Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə 
sakin ol! Hər ikiniz istədiyiniz yerdən yeyin! Amma bu ağaca ya-
xın düşməyin! Yoxsa zülmkarlardan olarsınız».
20.  Şeytan  o  ikisinə  vəsvəsə  etdi  ki,  örtülü  qalmış  övrət 
yerlərini onlar üçün aşkar etsin. Şeytan dedi: «Rəbbiniz sizə bu 
ağacı yalnız mələk olmamağınız və ya əbədi qalanlardan olma-
mağınız üçün qadağan etmişdir».
21. Və o ikisinə and içdi ki: «Mən doğrudan sizin xeyirxah-
larınızdanam».
22. Beləliklə, (şeytan) onları aldatdı (və uca mərtəbələrindən) 
aşağı saldı. O ikisi ağacın meyvəsindən daddıqda (örtülü qalmış) 
övrət yerləri göründü. Onlar cənnət yarpaqları ilə özlərini örtməyə 
başladılar. Rəbbləri onlara xitab edib dedi: «Məgər mən sizə bu 
ağacı yasaq qılmamışdımmı? Məgər deməmişdim ki, şeytan sizin 
üçün aşkar düşməndir?»
23.  Dedilər:  «Pərvərdigara!  Biz  özümüzə  zülm  etdik,  əgər 
bizi bağışlamasan və bizə rəhm etməsən, şübhəsiz ki, ziyankar-
lardan olacağıq».
24. Buyurdu: «Bir-birinizə düşmən olaraq aşağı düşün! Yerdə 
sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri 
vardır».
25.  Buyurdu:  «Orada  yaşayacaqsınız,  orada  öləcəksiniz  və 
oradan (yenidən) çıxarılacaqsınız».
26. Ey Adəm övladı! Biz övrət yerlərinizi örtən bir geyim və 
sizə zinət olan (bir paltar) göndərmişik. Lakin təqva paltarı daha 
yaxşıdır. Bu, Allahın ayətlərindəndir, bəlkə düşünəsiniz.
27.  Ey  Adəm  övladı!  Şeytan  ata-ananızın  övrət  yerlərini 
bir-birinə  göstərmək  üçün  əyinlərindən  paltarlarını  soyundurub 
cənnətdən çıxardığı kimi sizi də fitnəyə salmasın. Həqiqətən, o 
və  onun  tayfası  sizin  onları  görə  bilmədiyiniz  yerlərdən  sizləri 


75
Folklor, Mifologiya, Etnoqrafiya
görürlər. Biz həqiqətən, şeytanları iman gətirməyənlərin dostu et-
dik». (6, s. 151)
Adəm  əleyhissəlamın  haqqında  «Qurani-Kərim»də  «Əraf» 
surəsindəki ayədə və Mövlanənin əsərindəki hadisələr bir-birini 
tamamlayır. Mövlanəyə görə, görülən işdən qisməti günahkar tut-
maq şeytana, məsuliyyəti qəbul etmək isə insana xas bir davra-
nışdır. Çünki iradənin varlığını qəbul etməyərək günahını qədərə 
yükləyən ilk varlıq şeytan, insanın tutduğu əməllərdən cavabdeh 
olduğunu qəbul edən ilk insan Həzrəti Adəm və Həvva olmuş-
dur. Şeytanın hiyləsinə aldanan Həzrəti Adəm və xanımı Həzrəti 
Həvva  onlara  qadağan  edilən  meyvəni  yedikdən  sonra  Allaha 
belə  dua  etmişdilər:  «Ey  Rəbbimiz!  Biz  özümüzə  zülm  etdik. 
Əgər bizi bağışlamasan, rəhm etməsən, biz şübhəsiz ki, ziyana 
uğrayanlardan olarıq!» - dedilər. Ayədən də göründüyü kimi, on-
lar səhv iş gördüklərini etiraf etmiş və tövbə ilə Haqqın rəhminə 
sığınmışlar.  Şeytan  isə  itaətsizlik  edərək  məsuliyyətdən  boyun 
qaçırmış, günahı ilahi iradəyə bağlamışdır. «Əraf» surəsində bil-
dirildiyi kimi şeytan günahı öz üstündən atmışdır.
Mövlanənin tale və iradə mövzusundakı fikirlərinin məzmunu 
belədir:  Gizli  iradəni  inkar  edərək  hər  hadisəni  Allah-Təalaya 
yükləmək və üzərinə düşən məsuliyyətdən boyun qaçırmaq səhv 
düşüncədir. İnsan azad iradəsi ilə yaxşını, həqiqəti və gözəllikləri 
axtarmaq yolunda əlindən gələni etməli, sonra da qədərə təslim 
olub təvəkkül etməlidir.
Mövlanənin  əsərləri  Quranın  daxili  mənasını  açır.  Əslində 
onun  bütün  kəlamları  Qurani-Kərimin  ayələrinə  və  Həzrəti 
Məhəmmədin (s. ə.) hədislərinə dayanır. Həzrəti Məhəmməd (s. 
ə.) Mövlanənin misralarında belə əks olunmuşdur:
«Mən sağ olduqca Quranın bəndəsiyəm. Məhəmməd Musta-
fanın yolunun tozuyam».
«Mərhəmət qıl! Mollanın üzü gecə-gündüz ayağının tozudur, 


76
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ey Əhməd, Mahmud, Əbül-Qasım, Məhəmməd Mustafa!..».
«Bu  gün  harada  nəşə  və  zövq  varsa,  hamısı  kəmalati-
əhmədiyyə və fəzaili-Muhəmmədiyyənin əsərləridir».
«Alnımızdakı  o  parlaq  nur,  Haqq  aşiqlərinin  qəlblərindəki 
o  iman  işığı,  səcdə  əsəri  olaraq  möminlərin  üzlərində  görünən 
bütün  bu  nurlar  bil  ki,  hər  nurun  Allahın  peyğəmbəri  Həzrəti 
Məhəmmədin (s.ə.) nurundandır».
«Ey Allahın  sevgilisi!  Tək Yaradanın  şanlı  Rəsulu  sənsən! 
Cəlal sahibi Allahın seçilmiş, pak və bənzərsiz qulu sənsən!»
«Allahın  nazlı  Peyğəmbəri,  kainatın  əvvəli  və  nur  saçan 
bədri, peyğəmbərlərin gözünün nuru, bizim gözümüz və işığımız 
sənsən!»
«Cəbrail əleyhissəlamın müşayiəti ilə bir gecə Meraca çıxmış-
dın. Yaşıl göy qübbəsinin üzərinə şərəfli ayağını basan sənsən!»
«Ey Allahın Rəsulu! Sən bilirsən ki, ümmətlərin acizdir, gü-
nahkardır.  Başsız,  ayaqsız  acizlərin  öndəri,  qurtarıcısı  sənsən!» 
(5, s. 70)
«Məsnəvi» – Mövlanənin 7 öyüdünü açıqlayır:
Ya olduğun kimi görün, ya göründüyün kimi ol!
Əliaçıqlıqda, yardım etməkdə axan su kimi ol!
Şəfqət və mərhəmətdə günəş kimi ol!
Başqalarının qüsurunu örtmədə gecə kimi ol!
Hiddət və əsəbilikdə ölü kimi ol!
Təvazökarlıq və açıqürəklilikdə torpaq kimi ol!
Xoşgörülükdə (tolerantlıqda) dəniz kimi ol! (4, s. 43)
Həzrəti Mövlanənin kəlamları:
1. Necə insanlar gördüm ki, əynində libası yox, nə libaslar 
gördüm ki, içində insanı yox.
2.  Pislər  öz  pisliyindən  qalmaz,  sular  isə  onların  pisliyini 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə