D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə28/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   24   25   26   27   28   29   30   31   ...   84

105
Onomastika, Dialektologiya, Etimologiya
I cıld, Bakı, 2006, s. 348-349). Bu sitatlarda müxtəliflik görünsə 
də, turu (doru) və qır sözlərinin semantik yükünə, demək olar ki, 
eyni  prizmadan  yanaşılmışdır.  Hətta  ...bu,  adi  bir  rəngdir,  ona 
dürr,  mirvari  və  s.  kimi  başqa  mənalar  vermək,  əllaməçilikdən 
... avaraçılıqdan başqa bir şey deyildir”, - hökmünü verən Ramiz 
Əskərin fikirləri yuxarıda qeyd etdiyimiz  sitatlarla səsləşir. Ramiz 
Əskərin hökmü isə o deməkdir ki, bu mövzu öz elmi həllini tapıb 
və bu barədə heç bir yeni fikir deyilməməlidir. Birincisi, publi-
sist, dilçi və tərcüməçi kimi tanınan R.Əskərin sevə-sevə tərcümə 
etdiyi  M.Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsəri  kimi    sanbal-
lı mənbələr bu mövzuya yenidən qayıtmağı diktə edir. İkincisi, 
“Kitabi-Dədə Qorqud” eposuna mətn semantikası müstəvisində 
yanaşma bir sıra qaranlıq məsələlərə aydınlıq gətirir. Fikrimizcə, 
“Koroğlu” dastanındakı Qırat və Dürat zoonomləri “Kitab”dakı 
“Keçi başlu Keçər ayğır” və “Toqlı başlu Turu ayğır” zoonimləri 
ilə müqayisədə təhlil süzgəcindən keçirilməlidir. Araşdırmalarda 
“Kitab”dakı “Turu at” və “Koroğlu”dakı Qırat və Dürat adlarının 
rəng  anlamlı  vahidlər  əsasında  yarandığı  qeyd  edilir.  Məsələn, 
B.Abdulla  bir sıra tədqiqatlara istinad edərək yazır: “Burada da 
Koroğlunun iki atından birinin adı “Dor at” olduğu halda, o, epos 
boyu  həmişə  “Dur  at”  şəklində  yazılmışdır.  Unudulmuşdur  ki, 
rəngin adı “dur”, “tor” yox, “dor”dur... Qonur və dor – yəni iki 
adlı bir rəng ümumi rənglər aləmində, əsasən, uğur simvolu ol-
muşdur” (B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. 
Bakı, 2004, s. 107).
Yuxarıda  “Keçər  ayğır”  zooniminin  bütün  parametrlərinə 
görə  “ötüb  keçən”,  “sürətlə  qaçan”  mənasında  işləndiyini 
əsaslandırdıq. Həmin izahlarda “keçi başlu” və “toqlı başlu”nun 
üslubi antonimlər kimi çıxış etməsini də məhz mətn müstəvisində 
dəqiqləşdirdik. Bu mənada “Keçi başlu Keçər ayğır” modelindəki 
“keçər  ayğır”la  “Toqlı  başlu  Turu  ayğır”  modelindəki  “turu 


106
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ayğır”ı  üslubi  antonimlər  kontekstində  izah  etmək  zərurəti  ya-
ranır: keçər ayğır – sürətli, güclü ayğır; turu ayğır – zəif ayğır. 
Fikrimizcə,  M.Kaşğarinin  “Divan”ındakı  zəif  anlamlı  “turuk” 
sözü  “Kitab”da  son  samitini  itirmiş  vəziyyətdədir:  turuk-turu. 
“Turuk”un kök morfemi isə məhz turmaq (durmaq) felidir. Yeri 
gəlmişkən, müasir dilimizdəki “arıq-turuq” qoşa sözündə “turuq” 
ilkin forma və mənasını saxlamışdır. “Koroğlu” dastanında Düra-
tın Qırata, “Kitab”da da Turu ayğırın Keçər ayğıra nisbətən zəif 
olması aydın şəkildə verilmişdir. Deməli, bu zoonimlər rəng an-
lamlı sözlər əsasında yaranmışdır – fikri inandırıcı deyil. Digər 
tərəfdən, “Kitab”dakı Keçər ayğırla, “Koroğlu”dakı Qıratın məhz 
iti, sürətli qaçışa malik olması mətndə dəqiqliklə verilib ki, bunu 
da heç kim inkar edə bilməz. Maraqlıdır ki, hətta Qırat və Dürat 
zoonimlərini  tam  başqa  kontekstdə  izah  edən  Q.Cəfərov  da  bu 
tip motivlərə münasibət bildirir: “Qıratla Düratın əmələ gəlməsi, 
böyüməsi, onların bəslənib sınaqdan çıxarılması, nəhayət, onlara 
ad qoyulması dastanın ən maraqlı qollarından birinin mövzusu-
nu təşkil edir. Bu sınaqlarda Dürat Qıratdan olsa-olsa bir qədər 
geri qalır. Alı kişi onlara özü ad qoyur. Belə başa düşmək olur 
ki,  o,  həmin  adları  atların  ləyaqətinə  görə  seçir”  (Q.Cəfərov. 
Azərbaycan  dilinin zoonimikası. “Azərbaycan dilinin onomasti-
kası”. Bakı, 1987, s.157). Nədənsə, müəllif bu tezislərini davam 
etdirmir və belə bir hökm verir: “...Qırat və Dürat zoonimlərini 
onun  (Alı  kişinin  –  Ə.T.)  fərdi  yaradıcılığının  məhsulu  hesab 
etməyə,  həmin  adlarda    hansı  isə  mifik  təsəvvür  və  görüşlərin 
əks olunduğunu güman etməyə elə bir əsas yoxdur”(Q.Cəfərov. 
Azərbaycan  dilinin zoonimikası. “Azərbaycan dilinin onomasti-
kası”. Bakı, 1987, s. 158). Bu fikirlərlə razılaşmaq olmaz. Birinci-
si, ona görə ki, atlara ən düzgün adları məhz ilxıçılar verir. İkincisi, 
ilxıçı Alı kişini danışdıran ustad aşığın və ya təhkiyəçinin rolunu 
nəzərə  almamaq  türk  dastan  yaradıcılığının  inkarıdır.  Üçüncü-


107
Onomastika, Dialektologiya, Etimologiya
sü, türk dastanlarındakı onomastik vahidlərin bir hissəsinin lek-
sik-semantik izahı mətnlərdə aydın şəkildə verilirsə (...Bir buğa 
öldürmüş  səniŋ  oğlıŋ,  adı  Buğac  olsun  –  “Kitab”),  bir  hissəsi 
məhz mətnə görə müəyyənləşdirilir (“Kitab”dakı Basat adı “At 
başubən qan sümürər” cümləsinin semantikası kontekstində izah 
olunur). Dördüncüsü, qədim türk dastanlarındakı zəncirvari bağ-
lılığı, mətnlərin assosiativ münasibətlər şəklində qurulmasını da 
unutmaq olmaz. 
Qarşılaşdırmalar  göstərir  ki,  “Kitab”dakı  “Turu  ayğır”la 
“Koroğlu”dakı  “Dürat”  forma,  həm  də  semantika  baxımından 
eyni xətdə birləşirsə, “Keçər ayğır”la “Qırat”da məna baxımın-
dan eyni semantik yuvaya daxil olur: Keçər at – sürətlə qaçan, 
atları ötüb keçən; Qırat – sədləri qıran, aşan, sürətlə qaçan. Yeri 
gəlmişkən, bu qarşılaşdırmanı qəbul etməyənlər əlavə arqument 
kimi Q.Cəfərovun V.Xulufluya, daha doğrusu, onun 1929-cu ildə 
çap etdirdiyi “Koroğlu” kitabına istinadən söylədiyi fikirləri də 
göstərə bilərlər: “XVIII əsrin sonu, XIX əsrin başlanğıcında da 
erməni əlifbası ilə Azərbaycan dilində yazıya alınmış “Koroğlu” 
parçalarında deyilir ki, Əli (Alı kişi) adlı kor ilxıçı iki ayğırdan 
ala, boz olanına Qırat, zil qara olanına isə Qara at adı verir”. Bu-
rada bir detala diqqət yetirək. Əgər qara olan at Qara at adlan-
dırılıbsa, onda ala, boz rəngdə olan at da Ala at, Boz at, yaxud 
Ala-boz  at  şəklində  ifadə  edilməli  idi.  Konkret  desək,  mətndə 
“qır    olanına  Qırat  adı  verir”  tipli  cümlələrin  olmaması  həmin 
hökmün çıxarılmasına imkan vermir. Digər tərəfdən, “Kitab”dakı 
“Keçər ayğır” zooniminin semantik tutumu “Qırat” zooniminin 
rəng anlamlı vahidlər yox, hərəkət bildirən sözlər kontekstində 
izah  olunmasını  diktə  edir. Yuxarıda  qeyd  etdiyimiz  fikirlər  də 
“Kitab”  və  “Koroğlu”da  işlənmiş  ən  məşhur  at  adlarının  məhz 
hərəkət  bildirən  sözlər  (fellər)  əsasında  yarandığını  təsdiqləyir: 
turmaq  (durmaq)  +  uğ=turuğ=  turu//dür,  keçər  (keçmək),  qır 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə