D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə26/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   22   23   24   25   26   27   28   29   ...   84

99
Onomastika, Dialektologiya, Etimologiya
toldun  “boylardakı  Qazlıq  dağı  Qafqaz  dağıdır”,  yaxud 
Ə.Dəmirçizadənin “Qafqaz” sözü dağ mənasında olan qaf sözü 
ilə tayfa adı “qaz” (“qas”) sözlərinin “qaslar dağı” mənasına bir-
ləşməsindən başqa bir şey  deyildir” fikirlərini saf-çürük edir, öz 
mülahizələrini məhz bu cür tədqiqatlar kontekstində təqdim edir: 
“Qazlıq dağı – uca, yüksək, yüksəklik dağı deməkdir. “Qaztağ” 
adlı dağ Yenisey yaxınlığındadır. Bu dağdamı öz adını Qara dəniz 
sahilində yaşayan qaz//qas qəbiləsinin adından almışdır? Əlbəttə, 
yox  ...Qaztaq və Qazlıq türk dilləri ilə bağlıdır. “Qazlıq dağı” 
“Qafqaz”ın tərcüməsi deyildir. Bu dağ adı müstəqil yaranmışdır. 
“Qafqaz”  dağının  tərkibindəki  qaz//qas  “uca”,  “yüksək”  anla-
mında olan türkdilli (türk mənşəli – Ə.T.) sözdür” (M.Seyidov. 
Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, s.409-
410). “Yelisi qara Qazlıq at” zoonimik  modelindəki sözlərin ha-
mısı türk mənşəli vahidlərdir: “yelisi qara” qeyri-müəyyən təyini 
birləşmədir, müasir ədəbi dilimizdə qarayallı mənasındadır, zoo-
nimik modeldə bədii təyin kimi çıxış edir; Qazlıq oronim  əsasında 
yaranmış zoonimdir, at isə zooleksemdir.
Boz at. Birinci “boy”da müşahidə olunur: Boz atlu Xızır maŋa  
gəldi.  “Boz  atlu  Xızır”  antroponimik  modeli  bütövlükdə  I  növ 
təyini söz birləşməsi formasındadır. Xızır adından əvvəl işlənmiş 
“Boz atlu” ləqəbi qeyri-müəyyən təyini birləşməni xatırlatsa da, I 
növ təyini söz birləşməsi modelindədir. Belə ki, birləşmənin ikin-
ci tərəfindəki –lı şəkilçisi ellipsisə uğrayarsa, birləşmənin tərəfləri 
arasında məna əlaqəsi itməz, əksinə, daha aydın görünər: boz atlu 
–  boz  at.  Digər  tərəfdən, bu  antroponimik modeldə ləqəb kimi 
çıxış edən “Boz atlu” vahidi məhz zoonim əsasında yaranmışdır: 
Boz at (zoonim) + lı = Boz atlu (ləqəb). “Kitab”dakı Boz ayğır 
və “Qaçaq Nəbi” dastanındakı Boz at  zoonimləri bərpa etdiyimiz 
Boz at adının məntiqi davamıdır.
Qoŋur at. Oğuz igidi Qazanın atının adıdır: Qoŋur atın mah-


100
DƏDƏ QORQUD ARAŞDIRMALARI
muzladı. Qazan və Qoŋur at adlarındakı ilk səslərin (q-q) alliterasi-
yasını qəhrəman və atı kontekstində nəzərdən keçirmişik. Burada 
isə yalnız “Qonur at” zoonimik modelindən bəhs edəcəyik. İlk ola-
raq qeyd edək ki, zoonimik modeldəki hər iki söz türk mənşəlidir: 
rəng anlamlı qoŋur (qonur) sözü və at zooleksemi. Şabalıd rəngli, 
açıq-qəhvəyi anlamlı qonur sözünü daha geniş müstəvidə təhlil 
süzgəcindən keçirən F.Xalıqov yazır: “Kəhər leksik vahidi həm 
ədəbi dildə, həm də şivələrdə qəhvəyi rəngin açıq forması kimi 
təsəvvür olunur...”Kitabi-Dədə Qorqud” dastanlarında (dastanın-
da – Ə.T.) adı çəkilən Qonur at zoonimi “Koroğlu” dastanındakı 
“Kəhərnişan madyan zooniminə sinonim leksik vahid hesab edilə 
bilər.  Ümumiyyətlə,  rənginə  görə  adlandırma  xüsusiyyətlərinə 
türkdilli xalqların folklorunda çox təsadüf olunur. Dastandakı Boz 
ayğır, “Qaçaq Nəbi”dəki Boz at zoonimləri də eynimənalı leksik 
vahidlərdir” (F.Xalıqov. Azərbaycan onomalogiyası. Bakı, 2009, 
s.214.). Müəllifin qeydləri, həmçinin  Boz atlu Xızır antroponi-
mik modelindəki “Boz at” zoonimi bir daha təsdiq edir ki, Boz 
at adı qədim türk mifik təfəkküründən süzülərək bu günümüzə 
ötürülüb.  Burada    bir  cəhəti  də  qeyd  edək  ki,  qonur  apelyativi 
təkcə at adlarında yox, həm də antroponimlərdə müşahidə olunur: 
Qoŋur qoca – Aruzuŋ bir çobanı vardı. Qoŋur qoca Sarı çoban 
deərlərdi. Bu da at və insan, at və qəhrəman münasibətlərindəki 
yaxınlıq və doğmalığı əks etdirən detallardan hesab oluna bilər.
Qaragöz.  “Qazan  bəyin  oğlu  Uruz  bəyin  dustaq  olduğu 
boy”da Qazan xanın atının adı kimi təqdim olunur: Qaragöz atıŋ 
belinə  yatan  Qazan!  Bu  ad  H.Araslının  tərtib  etdiyi  “Kitab”da 
“Qonur”  şəklindədir.  Mürəkkəb  quruluşlu  Qaragöz  zoonimi-
nin  hər  iki  komponenti  türk  mənşəlidir:  qara,  göz.  M.Lermon-
tovun “Zəmanəmizin qəhrəmanları” əsərindəki Qaragöz adlı atın 
məşhurluğu poetik şəkildə ifadə edilir. Hətta atın gözləri Bela adlı 
gözəl bir xanımın gözlərindən əskik hesab olunmur: ...qapqara bir 


101
Onomastika, Dialektologiya, Etimologiya
kəhərdi, ayaqları da incə, gözləri isə Belanın gözlərindən heç də 
əskik deyildi; bu atda nə qədər güc vardı!.. M.Lermontovun yarat-
dığı Qaragöz obrazı (at adı nəzərdə tutulur) formaca “Kitab”dakı 
Qaragöz  adı  ilə  səsləşirsə,  məzmunca  Beyrəyin  Boz  ayğırı  ilə 
eyni xətdə birləşir. 
Boz  ayğır.  Beyrəyin  atının  adıdır.  Birinci  növ  təyini  söz 
birləşməsi modelində olan bu zoonimik vahidin hər iki kompo-
nenti türk mənşəlidir: boz (sifət), ayğır (isim). “Kitab”da “Boz 
ayğır”  şəklində  işlənmə  formasına  dörd  dəfə  təsadüf  edilir: 
Boz  ayğır  dəxi  Beyrəgi  görüb  tayandı...  Boz  ayğır  zooniminin 
Beyrəyin ləqəbi funksiyasında çıxış etməsinə rast gəlinir ki, bu da 
qəhrəmanla atının eyni səviyyədə tutulmasını, qəhrəmanın həm 
də  atı  ilə  tanınmasını  şərtləndirir.  Bamsı  Beyrək  antroponimik 
modelində “b” səsinin alliterasiyasının  bütövlükdə “boy”un poe-
tik strukturunu əhatə etməsini geniş şəkildə izah etmişik. Burada 
bəzi detalları xatırlatmaqla kifayətlənirik: Beyrək–Baybörə (ata-
sı), Beyrək-Banıçiçək (nişanlısı), Beyrək-Boz ayğır (atı) ... (Bax: 
Əzizxan Tanrıverdi. Qədim türk mənbələrində yaşayan şəxs ad-
ları. Bakı, 2009).
“Kitab”da Boz ayğır zoonimi Beyrəklə bağlı olan antroponi-
mik modellərdə üç dəfə Boz ayğırlu (Boz ayğurlu Beyrək çapar 
yetdi...),  bir  dəfə  Boz  ayğırlıq  şəklində  verilmişdir:  Sən  oğlıŋı 
Bamsam  deyü  oxşarsan;  bunıŋ  adı  Boz  ayğırlıq  Bamsı  Beyrək 
olsun! Heç şübhəsiz ki, “ayğırlıq” sözündəki –lıq şəkilçisi sifət 
düzəldən  –lı
4
  şəkilçisinin  qədim  forması  olub,  Orxon-Yenisey 
abidələrindəki  –lig  şəkilçisi  ilə  eyni  xətdə  birləşir:  Orxon-Ye-
nisey abidələrində - biliglik (bilikli), küçlüg (güclü); “Kitab”da 
– ayğırlıq (ayğırlı). Bu fakt xüsusi əhəmiyyətə malikdir. Birin-
cisi,  “Kitab”ın  üzünün  daha  qədim  əlyazmadan  köçürüldüyü-
nü  təsdiqləyir.  İkincisi,  dil  tariximiz  üçün  tutarlı  faktdır.  Belə 
ki, türkologiyada sifət düzəldən –lı
4
 şəkilçisinin “Kitab”da tam 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə