D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə25/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   21   22   23   24   25   26   27   28   ...   84

94
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Boz (grey) horse at 19th century was indicated.
Key words: faith in horse, Boz horse, heroic epos, brigand 
folklore.


95
ONOMASTIKA,
DIALEKTOLOGIYA VƏ
ETIMOLOGIYA


96
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“Kitab”da qəhrəmanlar həm də atla-
rı ilə tanınır, at adları isə qəhrəmanların 
adlarına  uyğunlaşdırılmış  şəkildədir. 
At və qəhrəman obrazlarının paralelliyi 
“Kitab”ın poetik çəkisini qüvvətləndirən 
detallar  içərisində  xüsusi  yer  tutur.  Bu 
mənada  “Kitab”da  rast  gəlinən  at  ad-
larının  hər  birini  ayrılıqda  nəzərdən 
keçirək:
Qarağuc. “Kitab”ın müqəddiməsində 
işlənmişdir:  Qarağuca  qıymayınca  yol 
alınmaz...  “Uşun  qoca  oğlu  Səyrək 
boyu”nda  Qaraquc  şəklindədir:  Qaraquc 
ayğırıŋ ürkdi gedər. S.Əlizadə “Kitab”da 
müxtəlif formalarda işlənən bu adla bağlı 
yazır: “Qarağuca HA-da (Həmid Araslının 
nəşri nəzərdə tutulur – Ə.T.) “Qaraqoca”, 
Er-də (M.Erginin nəşrində - Ə.T.) “Qıza-
ğuca”. H.Araslı bu sözün “at” mənasında 
işləndiyini  qeyd  edir  (KDQ,  B.,  1978, 
s.15).  Lakin  KDQ-nin    bu  nəşrində 
həmin söz “qara qoç” kimi də getmişdir. 
Bizcə,  “Qarağuc”  sözü  “qaracıq”ın  me-
tateza  nəticəsində  dəyişmiş    variantıdır. 
Əzizxan Tanrıverdi,
filologiya üzrə elmlər doktoru, professor
“DƏDƏ QORQUD KİTABI”NDA 
AT ADLARI


97
Bütövlükdə bu söz KDQ mətnində üç mənada işlənmişdir: 
1) At adı (xüsusi isim). 
2) Qara camaatın, hamının mindiyi və minə biləcəyi at. 
3)  Yer  adı  (toponim).  Burada  ikinci  mənada  işlənib” 
(S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 
1988, s. 225-226). Müəllif həmin sözü mətnin müasir şəklində 
“Qaracıq” şəklində sadələşdirmiş və belə bir şərh vermişdir: Qa-
racıq atın adı; qara camaatın  mindiyi adi at. F.Xalıqov at adlarını 
xarakterik xüsusiyyətlərinə görə qruplaşdırarkən “Kitab”dan belə 
bir  nümunə  verir:  Qaraqoç  at  (F.Xalıqov.  Azərbaycan  onoma-
logiyası.  Bakı,  2009,  s.215).  Deməli,  F.Xalıqov  Qarağuc  deyil, 
Qaraqoç variantını əsas götürür. S.Əlizadənin iki fikrini qarşılaş-
dıraq: “Bizcə, “Qarağuc” sözü “qaracıq”ın metateza nəticəsində 
dəyişmiş variantıdır”; “Qaracıq atın adı; qara camaatın mindiyi 
adi at”. Müəllifin ikinci fikri yerinə düşmür. Belə ki, -cıq morfe-
minin əzizləmə deyil, kiçiltmə çalarını əsas götürərək, Qaracıq 
adını yalnız “qara camaatın mindiyi at” kontekstində izah etmək 
yerinə düşmür. Fikrimizcə, Qarağuc at adının məhz “Qaraqoç”la 
əlaqələndirilməsi  daha  inandırıcı  görünür.  Çünki  Qarağuc  adı 
“Kitab”dakı  digər  at  adları  ilə  eyni  semantik  şaxədə  birləşir. 
Məsələn,  “Keçi  başlu  Keçər  ayğır”  zoonimik  modelində  “keçi 
başlu”  başı  keçiyə  bənzəyən,  yaxud  “Toğlı  başlu  Turı  ayğır” 
modelində “Toğlı başlu” başı toğluya bənzəyən mənasındadır. Qa-
rağuc (Qaraqoç at) adında da başı qara qoça bənzəyən mənası real 
görünür. Bu isə belə bir modeli bərpa etməyə imkan verir: Qara 
qoç  başlı  at.  Buradakı  “başlı”  sözünün  ellipsisə  uğraması  türk 
dillərində mümkün hadisələrdəndir. Bu mənada “Qarağuc” adi at 
deyil, hətta Dədə Qorqudun mindiyi ikinci atdan – Toğlı başlu 
Turı ayğırdan da güclüdür. Bu fikrin düzgünlüyü isə öz təsdiqini 
ən azı “qoç toğludan güclüdür” tezisində tapır. “Qoç döyüşünə 
qoç dözər” atalar sözü, eləcə də qoç sözünün igid, qoçaq kimi 
Onomastika, Dialektologiya, Etimologiya


98
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mənaları da (Qoç Koroğlu) dediklərimizi arqumentləşdirir.
Qarağuc (Qaraqoç) at adının başqa müstəvilərdə təhlili də yu-
xarıdakı izahlarla üst-üstə düşür:
“Kitab”ın  müqəddiməsindəki  atalar  sözlərinin  “boy”lardan 
doğan  məntiqi  nəticələr  olması  qorqudşünaslıqda  xüsusilə  vur-
ğulanır.  Bu  mənada  müqəddimədə  işlənmiş  Qarağuc,  eləcə 
də Qazlıq at adları “boy”lardakı Boz ayğır, Qonur at, Qara ay-
ğır  və  s.  kimi  vahidlərin  ümumiləşdirilmiş  adı  kimi  çıxış  edir. 
Deməli, Qarağuc adi at deyil, əksinə, daha güclü, daha qüvvətli 
at mənasındadır. Yaxud “Qarağuca qıymayınca yol alınmaz” ata-
lar sözündən sonra verilmiş “Böyük, iti, polad qılıncı çalmayın-
ca döyüş bitməz” cümləsinin semantik yükü Qarağucun güclü at 
olduğunu söyləməyə imkan verir. Bu, həmin cümlələrdə inkarda 
işlənmiş sözlərin təsdiq variantında daha aydın görünür: Qarağu-
ca qıyınca yol alınar; Böyük, iti, polad qılıncı çalınca döyüş bitər. 
Bununla yanaşı, ikinci nümunədə qılınc sözündən əvvəl işlənmiş 
böyük, iti, polad sözləri birinci nümunədəki Qarağuc adının da 
atributları kimi çıxış edir.
Qazlıq  at.  Müqəddimədə  (Sarb  yürürkən  Qazlıq  ata 
namərd yigit yenə bilməz, binincə binməsə, yeg!) və “boy”larda 
işlənmişdir: Qazanın dilində - Qazlıq atın bütün binən nə yigitsən, 
adıŋ  nədir,  degil  maŋa!  Burla  xatunun  dilində  -  Qazlıq  atım-
dan enməyincə. Dirsə xanın xatununun dilində: Yaralanub Qaz-
lıq atımdan enməyincə... Digər tərəfdən, Qazlıq at Qanturalının  
(Baba, yelisi qara Qazlıq atuma əyər salayım...), həm də Bəkilin 
atı  kimi  təqdim  olunur:  Yelisi  qara  Qazlıq  atın  bütün  bindim. 
Müqayisələr göstərir ki, Qazlıq at “boy”larda bir neçə qəhrəmana 
məxsus at kimi xüsusi olaraq vurğulanır. Deməli, Qazlıq ata olan 
sevgi, Qazlıq at müqəddəsliyi təkcə  müqəddimədə yox, həm də 
“boy”larda aydın şəkildə ifadə olunmuşdur.  
M.Seyidov  “Qazlıq  dağı”  oronimini  araşdırarkən    V.V.Bar-


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə