D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə23/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

85
Folklor, Mifologiya, Etnoqrafiya
yetkin insan kimi doğumu mümkün olmadığından o, uşaq kimi do-
ğulur və tezliklə yetkin insan olur. Məsələn, “Qaraqaşın nağlı”nda 
illərcə övlad həsrətində olan qadın dərvişin ağız suyundan hamilə 
olandan sonra bir cüt qaş doğur. Qaraqaş bir neçə gündən sonra 
yükün üstündən yerə atılaraq böyük adamlar kimi yemək yeməyə 
başlayır və tezliklə böyüyür. ”Kal Həsənin nağlı”nda uşaq iki ay-
lığından ayaq tutub yeriməyə başlayır, bir yaşına çatanda, artıq 
böyük insanlar kimi hərəkətlər etməyə başlayır və.s.
Möcüzəli doğuş motivi şamanizmdə, islam və xristian dinində 
də özünü göstərir. Cəbrayılın üfürməsiylə bakirə Məryəm İsaya 
hamilə olur.Oxşar motiv şamanizmdə özünü aşağıdakı mətndəki 
kimi göstərir
”Həyatı  sona  yetən,  ruhlar  tərəfindən  aparılma  məqamında 
olan şaman (qam) öz arvadını yanına çağırır və onun alnını iyləyir. 
Arvadına bildirir ki, sən artıq hamilə oldun və səndən doğulacaq 
uşaq şaman (qam) olacaq. Bu minvalla bir neçə uşaq doğulacaq 
onlarda şaman (qam) olacaq və doqquzuncu nəsildə doğulan uşaq 
mən özüm olacağam” (4,15). Göründüyü kimi burada da möcüzəli 
doğuşla bağlı yuxarıda qeyd olunan keyfiyyətlər ( ölmüş insanın  
möcüzəli doğuşla yenidən qayıdışı) öz əksini tapmışdır.
Ədəbiyyat
1. Azərbaycan dastanları. Beş cilddə. İkinci cild, Bakı ,”Lider 
nəşriyyatı”, 2005.
2.  Azərbaycan  folkloru  küliyyatı  (Nağıllar).  Bakı,  ”Səda” 
nəşriyyatı, 2006.
3. Bayat Füzuli. Türk təsəvvüf (təkkə) ədəbiyyatı. Bakı, ”Elm 
və Təhsil”, 2011.
4. Əlifoğlu Şakir. Butanın məqamı, məkanı, ünvanı. ”Azər-
baycan müəllimi”qəzeti, 2012.


86
DƏDƏ QORQUD ARAŞDIRMALARI
5. Gözəlov Füzuli, Məmmədov Cəlal. Şaman əfsanələri və 
söyləmələri. Bakı, ”Yazıçı”, 1993.
6. Harner Mixael. Şamanın yolu. Ankara, 1999.
7. Qafarlı Ramazan. Aşıq sənəti və təsəvvüf .”Ərən”qəzeti, 
2001.
8.  Владимр  Пропп.  Сказка,  Епос,  Песня.  Москва, 
“Лабиринт”, 2001.
Резюме
Гюлнар Акперова,
Магистр АГПУ, специальность Фолклор и мифологиа
МИСТИЧЕСКАЯ СУЩНОСТЬ МОТИВА 
ВОЛШЕБНОГО РОЖДЕНИЯ В ЭПИЧЕСКОЙ 
ТРАДИЦИИ
Основными  обьектами  исследования  статьи  являются 
элементы, нашедшие свое отражение в шаманизме и легендах 
о любви суфизма. Согласно образцам легенд были выдвинуты 
идеи относительно схожести вина любви с эликсиром жизни. 
Было проведено исследования мотива волшебного рождения 
в шаманизме и мировых религиях. Была показана одинаковая 
фунциональная  позиция  волшебного  рождения  и  буты  с 
точки зрения инновации.
Ключевые  слова:  вино  любви,  бута,  волшебного 
рождения, эликсир жизни.


87
Folklor, Mifologiya, Etnoqrafiya
Summary
Gulnar Akbarova,
The student of Masters degree of ASPU, Specialization Folk 
und muthology.
MYSTİCAL ESSENCE OF MAGİC İNCARNATİON (NAS-
CENCY) İN EPİC TRADİTİON
The main research object of the article is elements of sha-
manism and sophism reflected in eposes of love. There had been 
represented foreword notions related to similarity of wine of love 
with elixir of life based on examples in the epos. Shamanism and 
magic incarnation motive in the world religions was researched. 
There had been shown the same functional position of buta magic 
incarnation motive in tales and eposes with a renovation viewpo-
int.
Key words: a wine of love, buta, magik incarnation, elixir of 
life.


88
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Azərbaycan 
xalqının 
şifahi 
ədəbiyyatı bu xalqın tarixi qədər qədim, 
mənəviyyatı  qədər  zəngindir.  Milli 
sərvətimiz  olan  ədəbiyyat  mənəvi  saf-
lıq, vətənpərvərlik, yüksək ideyalar uğ-
runda mübarizə əzmi təlqin edir. Xalqı-
mızın  qəhrəmanlıq  salnaməsinə  nəzər 
yetirəndə,  hər  zaman  atın  qəhrəmanın 
sədaqətli  dostu,  bəzən  sirdaşı,  qarda-
şı  olduğunun  şahidi  oluruq.  Hətta,  bu 
özünü  ilkin  mifik  təfəkkürdə  də  aydın 
şəkildə  göstərir.  Belə  ki,  Azərbaycan 
mifik görüşlərində Günəş kainatı kəhər 
atda  gəzir  (“Kəhər  atı  min  çıx”)  (8, 
səh.50).  Deməli,  türk  təfəkküründə  at 
yaxın  köməkçi,  xilaskardır.  Bu  ənənə 
qəhrəmanlıq  dastanlarımızda  çox  güc-
lü  şəkildə  qorunub.  ”Kitabi-Dədə 
Qorqud”da  Ağboz  at,  Boz  at,  Qonur 
at,  Qarlıq  at,  Qara  ayğır,  Göy  bədəvi 
və.s.atlar  qəhrəmanlıq  simvolu  kimi 
çıxış edir. ”Koroğlu” dastanında Qırat, 
Rəyçi: prof. P.Əfəndiyev
 Leyla Hüseyinova,
ADPU-nun Folklorşünaslıq və 
mifologiya ixtisası üzrə magistrı
QƏHRƏMANLIQ DASTANLARINDA 
SƏDAQƏTLİ AT OBRAZI


89
Folklor, Mifologiya, Etnoqrafiya
Dürat qəhrəmanın sağ əli, ürəyi, dirəyi kimi göstərilir. 
Klassik dastanlarımızdan gələn bu ənənə qaçaqçılıq dastanla-
rında da özünü göstərir. Belə ki,”Kitabi-Dədə Qorqud”da,”Qaçaq 
Nəbi”də də Boz at obrazı və bunların bir çox oxşar xüsusiyyətləri 
var.
1.  Boz  at  hər  iki  dastanda  “dəniz  qulunu”  kimi  təsvir  olu-
nur. ”Kitabi-Dədə Qorqud”da:”Yigidin gözi bir dəniz qulunu boz 
ayğırı  tutdu”.“Qaçaq  Nəbi”  dastanında  Kərbəlayı  Məhəmməd 
Nəbiyə  atı  verəndə  belə  deyir:”Unutma ki,  bu  adi  dayça  deyil, 
bozqır at nəslindəndir, dəryadan çıxmış madyanla çöl ayğırından 
törəyib” (7, 16).
2.  At qəhrəmanın çətin anında yanında olur, onu sona qədər 
tərk etmir, ölümdən, fəlakətdən qurtarır. ”Kitabi-Dədə Qorqud”da 
16 il düşmən qalasında əsir olan Beyrək”bir at bularsam, tutayım 
binəyim!-dedi. Baqdı gördü ki, kəndünin dəniz qulunı Boz ayğır 
bunda otlanıb durar” (7, 56).
Nəbi mühasirəyə düşəndə Boz ata güvənir ”Boz atım, yeri ha, 
aman günüdür!”-deyə ondan kömək diləyir (3, 273).
3.  Boz  at  öz  sahibini  tanıyır,  onun  iyini  bilir,  onu  görəndə 
kişnəyir.  Beyrəyin  dustaqlığı  dövründə  atı  ondan  ayrılmır,  onu 
gözləyir.  ”Boz  ayğır  dəxi  Beyrəgi  görüb  tanıdı.  Iki  ayağının 
üzərinə durdu,kişnədi” (7, 56). 
Nəbinin Boz atı da sahibini tanıyır ”At Nəbinin hənirini alan 
kimi bərkdən kişnədi” (3, 199).
“Qaçaq Nəbi” dastanında Boz at bəzən yolgöstərən, müdrik 
kimi çıxış edir, həm qəhrəmanı, həm də yoldaşlarını fəlakətdən 
uzaqlaşdırır. Nəbi dedi:”Boz at belə uçurum qayaları, kovları çox 
görüb. At ayaqlarını yerə döydü, Nəbi onun belinə sıçradı. Boz 
at  özünü  Palantökən  kovundan  aşağı  saldı.  Dal  ayaqlarını  yerə 
yatırtdı, sürüşüb düz Palantökənin ətəyinə düşdü” (3, 127).
Boz at Nəbinin ən yaxşı başadüşənidir, o, qəhrəmana nəyin 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə