D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə31/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   27   28   29   30   31   32   33   34   ...   84

114
DƏDƏ QORQUD ARAŞDIRMALARI
işlənmişdir:  Altundağı  alaca  atuŋ  nə  ögərsən?  Burada  “alaca 
at”  apelyativ  kimi  verilmişdir.  Fikrimizcə,  həm  mətnin  seman-
tik  yükü,  həm  də  “Kitab”dakı  Boz  at, Al  ayğır  və  Gög  bədəvi 
kimi  zoonimlər  “Alaca  at”  modelini  məhz  at  adı  kimi  təqdim 
etməyə imkan verir. “Alaca at” birinci növ təyini söz birləşməsi 
modelindədir. Birləşmənin hər iki komponenti müasir dilimizdə 
eynilə işlənir: ala (qarışıq rəngli, tükünün bir hissəsi ağ, o biri 
hissəsi başqa rəngdə olan) + -ca sifətin çoxaltma dərəcəsini ya-
radan şəkilçiləşmiş ədat  və at sözü. Yeri gəlmişkən, tapmacala-
rımızda da “Ağ alaca” at adına  təsadüf edilir: Bir atım var, Ağ 
alaca...
Düldül.  “Kitab”da  cəmi  bir  dəfə  işlənmişdir.  Məhəmməd 
peyğəmbərin  mindiyi  və  sonradan  Həzrət  Əliyə  hədiyyə  etdiyi 
atın adıdır: Şahi-mərdan Əliniŋ Düldüliniŋ əyəri ağac. “Düldül” 
zoonimi ərəb mənşəlidir, “Kitab”a katib tərəfindən əlavə edilmiş 
ərəb və fars mənşəli sözlər sırasına daxildir.
Maraqlıdır  ki,  Həzrət  Əlinin  atının  adı  kimi  tanınan  “Dül-
dül”ün  qeyri-adi  gücü,  qüvvəsi  bayatılarımızda  da  yüksək 
qiymətləndirilir:
Ocağı sönən dağlar,
Tifanı dönən dağlar,
Səni dardan qurtarsın,
Düldülə minən, dağlar.
Bəhs  etdiyimiz  at  adlarının  (Qarağuc,  Qazlıq  at,  Boz  at 
–  Boz  atlu  Xızır  modelində,  Qoŋur  at,  Qaragöz,  Boz  ayğır, 
Keçi başlu Keçər ayğır, Toqlı başlu Turı ayğır, Ağ-boz at, Gög 
bədəvi, Təpəlqaşğa ayğır, Qara ayğır, Al ayğır, Alaca at, Düldül) 
əksəriyyətinin apelyativi “Kitab”da işlənmişdir ki, bu da həmin 
at adlarını digər mənbələr yox, məhz “Kitab” müstəvisində təhlil 


115
Onomastika, Dialektologiya, Etimologiya
etməyə  imkan  verir.  Onların  “Kitab”da  işlənməsi  aşağıdakı 
nümunələrdə daha aydın görünür:
qara – Qara qıyma gözləriŋ çöngəlməsəydi;
ğuc (qoç) – Biŋ də qoç diləyübdür;
Qazlıq – Oronimdir – Nə Qazlıq tağı aqar səniŋ sularıŋ;
at – At yemiyən acı otlar (bitincə) bitməsə, yeg!;
boz – Saqallu boz ac turğay sayradıqda;
qoŋur – Apelyativ kimi işlənməmişdir;
göz – Ala gözdən ayırdıŋ, yigit, məni!;
ayğır - ...Bir dəniz qulunu – boz ayğır aldılar;
keçər – keçmək – Dün yoq, ötəki gün eviŋ bundan keçdi;
keçi başlu – Ala başlu keçimcə gəlməz maŋa;
toğlu – Toqlıcıqlar, dövlətim saqar qoç, gəl, keç!
turı – Apelyativ kimi müşahidə  olunmur; 
ağ – Ağ saqallu babamı, ağ birçəklü anamı; 
gög – Yapağlu gökcə  çəmən güzə qalmaz; 
bədəvi – Bədəvi atlar issini görüb oğradıqda;
təpəl – Apelyativ kimi müşahidə olunmur
qaşğa – Apelyativ kimi müşahidə olunmur;
al – Güz alması kibi al yaŋağım yırtdığım çoq;
alaca – Ap-alaca gərdəgüŋə gələ görgil!
Düldül – Yalnız at adı kimi işlənmişdir.
Maraqlıdır ki, “Kitab”da atla bağlı işlədilmiş bir sıra sözlər 
sonrakı dövr abidələrimizdə, eləcə də müasir dilimizdə  zoonim 
kimi çıxış edir: “Kitab”da - ərəbi at (Hey, ana! Ərəbi atlar olan 
yerdə Bir qulunu olmazmı olur?),  şahbaz (Şahbaz – şahbaz atlar 
Qarıyubdur qulun verməz;  Şahbaz  ayğırı çəkdirdi, büdə bindi); 
“Koroğlu”da  –  Ərəbat  gəlməsə,  meydan  açılmaz,  S.Vurğunun 
dilində  -  Minib  Gəray  bəyin  Ərəbatına,  Y.V.Çəmənzəminlinin 
dilində - O zaman Quba xanı Fətəlinin bir cüt atı vardı: birinin adı 
Qəmər, o birininki Şahbaz idi. Nəhayət, onu da qeyd etməyi vacib 


116
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hesab edirik ki, “Kitab”da Oğuz igidləri ilə bağlı tez-tez işlədilən 
“şahbaz” sözü (Vay, şah yigidim, vay, şahbaz yigidim!) müasir 
antroponimikamızda əsl şəxs adı kimi işlənir. Bu da “Kitab”dakı 
zəncirvari bağlılığın müasir dilimizə ötürülməsidir.
At adlarının mənası, mənşəyi, mətndəki bədii çəkisi, qəhrəman 
adları ilə bağlılıq dərəcəsi təkcə “Kitab”ın poetik strukturu deyil, 
ümumən qədim türk tarixi və etnoqrafiyası baxımından dəyərlidir. 
Bu adların hər birində bir tarix yaşayır, hər birində at kişnəməsi, 
at ayaqlarının tappıltısı, eləcə də atın hərəkət trayektoriyası, onun 
sürətli  qaçışı  sanki  donmuş  vəziyyətdədir,  dil  açıb  danışmaq 
istəyir. Bu adları sevə-sevə yaradaraq tarixin yaddaşına hopduran 
türk at belində vətən qoruyub, elə öz tarixini də at belində yaradıb. 
Türk bu gün  də atın qeyri-adi gücünü, ata olan dərin məhəbbətini 
unutmayıb. Faktları sadalasaq, cildlərlə kitaba sığmaz. Elə buna 
görə də yalnız iki faktı xatırladırıq: Murad Adcı “Qıpçaq çölünün 
yovşanı” kitabının sanbalını, dəyərini şahə qalxmış atın gözəlliyi 
müstəvisində təqdim edir: “...Və kim zil qara atın üstündə şahə 
qalxmağın gözəlliyini duymursa, çöl nəğməsindən könlünə fərəh 
gəlmirsə,  o  da  bu  kitabı  kənara  qoysun,  o  da  müəllifi  anlama-
yacaq”; Minəxanım Təkləli “Orlov atları”nın sirri ilə bağlı araş-
dırmalarını “At türkün qanadıdır” (M.Kaşğarinin “Divan”ından 
götürülmüşdür) başlığı altında çap etdirmişdir.
Ədəbiyyat 
1.  A.Qurbanov.  Azərbaycan  onomalogiyasının  əsasları.  II 
cild, B., 2004. 
2. Anar. Sizsiz. B., 1992. 
3. B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. B., 
2004. 
4. B.Ögəl. Türk mifologiyası. Ankara, 1989. 


117
Onomastika, Dialektologiya, Etimologiya
5. E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. DDA, 
B., 1990. 
6. F.Məmmədli. Seçilmiş əsərləri, III cild, B., 2004. 
7. F.Xalıqov. Azərbaycan onomalogiyası. B., 2009. 
S.Əlizadə.  Nüsxə  fərqləri  və  şərhlər.  Kitabi-Dədə  Qorqud. 
B., 1988.
8. Q.Cəfərov. Azərbaycan  dilinin zoonimikası. “Azərbaycan   
dilinin onomastikası”. B. 1987. 
9. M.Adilov, A.Paşayev. Azərbaycan onomastikası. B., 1987. 
10. M.Adcı. Qıpçaq çölünün yovşanı (tərcümə edəni prof.To-
fiq Hacıyev). B., 1997. 
11. M.Kaşğari. Divanü lüğat-it-türk”. I cıld, B., 2006.
12. M.H.Təhmasib. Azərbaycan xalq dastanları. B., 1972. 
13. M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. 
Bakı, 1989.
14. N.Cəfərov. Eposdan kitaba. B., 1999.
15. Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. B., 1977.
Резюме
Азизхан Танрыверди,
доктор филологических наук, профессор
ИМЕНА ЛОШАДИ 
В КНИГЕ ДЕДЕ КОРКУТА
В  статье  под  названием  «Имена  лошади  в  Книге  Деде 
Коркута” была изучена лингвистическое особенности. Tекст 
эроса анализириюеся с точки зрения семантики.


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə