D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə29/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   25   26   27   28   29   30   31   32   ...   84

108
DƏDƏ QORQUD ARAŞDIRMALARI
(qırmaq). Bu da təsadüfi deyil. Çünki “Kitab”da və “Koroğlu”da 
elə bir qəhrəman yoxdur ki, daim hərəkətdə verilməsin. Deməli, 
qəhrəman və at obrazları həm də bu müstəvidə tədqiq olunmalı-
dır.
Ağ-boz at. “Kitab”da həm Qəflət qoca oğlu Şir Şəmsəddinin 
(...ağ-boz atıŋ yalısu üzərində qar turduran Ğəflət qoca oğlı Şir 
Şəmsəddin çapar yetdi), həm də Oğuz igidlərinin mindiyi atın adı 
kimi  verilir: Çaparkən ağ-boz atıŋ büdrəməsün! Bu nümunədəki 
“ağ-boz at” ümumiləşdirilmiş at obrazıdır. “Ağ-boz at” zoonimik 
vahidi birinci növ təyini söz birləşməsi modelindədir. Birləşmənin 
hər üç komponenti türk mənşəlidir: ağ, boz, at. “Kitab”da “Ağ-
boz at” daha çox uğurla, şad xəbərlə bağlı məqamlarda təsadüf 
olunur.  Bu  istiqamətdə  sistemli  araşdırma  aparmış  B.Abdulla 
yazır:  “...Səgrək  qardaşı  Əgrəki  kafirlərin  əlindən  qurtarmağa 
gedəndə anası ona Ağboz atı minməyi məsləhət bilir. Yeynək də 
Düzmürd qalasında əsir saxlanılan atasının arxasınca yollanma-
ğa  hazırlaşanda  yuxusunda  bu  səfərə Ağboz  atlı  alplarla  getdi-
yini  görür.  Elə  atası  uğrunda  vuruşa  qalxan  Uruzun  da  altında 
Ağboz  atdır”  (B.Abdulla.  “Kitabi-Dədə  Qorqud”da  rəng  sim-
volikası. Bakı, 2004, s. 36). Burada qəhrəmanın taleyinin Atı ilə 
əlaqələndirilməsi, həm də eyni kontekstdə təqdim olunması mətn 
semantikası müstəvisində təhlil olunur ki, bu da dastan poetika-
sı  baxımından  dəyərlidir. Ağ  və  boz  sözləri  əsasında  yaranmış 
at adlarının ümumən türk tarixi və etnoqrafiyası ilə bağlı olma-
sı türkologiyada elmi həllini tapmışdır. Burada M.Seyidovun bir 
fikrini  xatırlatmaq  yerinə  düşür:  “Xaqanlar,  böyük  sərkərdələr 
ağ,  hərdən  isə  boz  at  minərmişlər.  Misal  üçün,  Gültəkinin    iki 
atı  ağ,  üçüncüsü  isə  boz  olmuşdur.  Dədə  Qorqud  boylarının 
məşhur  qəhrəmanı  Beyrək  ağ-boz  at  minərmiş...  Başqırd  xalq 
yaradıcılığındakı  yarımilahələr,  yarıtanrılar,  adlı-sanlı  igidlər 
ağ-boz, boz ata, eləcə də Altay mifik təbiət qəhrəmanları boz ata 
minirmişlər... Manasın atı “ağ qula” və “ağ boz” adlanır. Deməli, 


109
Onomastika, Dialektologiya, Etimologiya
bir sıra türkdilli xalqlarda at (hərdən ağ, hərdən boz rəngli) on-
qon  sayılmışdır;  zaman  keçdikcə  onları  yalnız  müqəddəslər  və 
əfsanəvi qəhrəmanlar minmişlər” (M.Seyidov. Azərbaycan xalqı-
nın soykökünü düşünərkən. Bakı, 1989, s. 159, 231). Bu qeydlər 
“Kitab”da  intensivliyi  ilə  fərqlənən  “Ağ-boz  at”  zooniminin 
təsadüfi olmadığını təsdiqləyir. Ağ-boz at türkmən folkloru baxı-
mından da səciyyəvidir:
Ak at, Boz at – iki yıldız,
Dəmirgazık – yəkə yıldız, 
Yədigənim – yədi yıldız,
Yədi göçər, yədi gonan,
Sanasam, sogabı bar...
Gög  bədəvi.  “Kitab”da    Qaragünənin  atının  adı  kimi  çox 
az  işlənmişdir.  Qaragünə  oğlu  Qarabudağın  bədii  təyinlərindən 
biri “atı bəhri hotazlı”dır (atı mavi qotazlı). Bir sıra mənbələrdə, 
xüsusən də M.Kaşğarinin “Divan”ında alpların (igidlərin) öz atla-
rının boyunlarına qiymətli daşlar, muncuqlar asması, eləcə də at-
larının quyruqlarını ipəklə örtmələri göstərilir. Qıpçaq türklərinin 
böyük köçündən bəhs edən M.Adcı yazır: “...Lena yaxınlığındakı 
şəkillər daha yaxşı qorunub, zamanın onlara rəhmi gəlib. Oklad-
nikovun bu rəsmlər haqqında sözü: “Burada baş süjet at və atlı ob-
razlarının əks etdirilməsidir. Çox vaxtlar yal – kəkillərlə və asma 
qotazlarla  bəzədilib.  Boyunlarında  qırxılmış  yalların  kərtləri  – 
dişləri görünür. Bəzən atlar xüsusi şəkilli zirehə bürünmüş olur, 
eyni geyim atlılarda da olur. Bu köndələninə xətlərlə ifadə olu-
nur. Atlıların əlində ucunda bayraqcıqlar yellənən nizə görünür. 
Sanki bu təsvir kifayətdir ki, təsəvvüründə at ayaqlarının tappıl-
tısını  eşidəsən,  atlıların  özünü  görəsən.  Budur  xalqların  Böyük 
Köçü...” (M.Adcı. Qıpçaq çölünün yovşanı (tərcümə edəni prof. 
Tofiq  Hacıyev).  Bakı,  1997,  s.  105).  Ş.Cəmşidov  “Kitab”dakı 


110
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“atı bəhri hotazlı” bədii təyinindən bəhs edərkən bir sıra maraqlı 
faktlar,  rəsmlər  təqdim  edir:  Bəhri  qotazlı  at.  Nizami  Gəncəvi, 
“Xəmsə”  əlyazması,  XV  əsr; Atı  bəhri  qotazlı.  Bakı, Abşeron 
mədəniyyəti, qəbir başdaşı, XV əsr. Qız qalası Dövlət muzeyi...” 
(Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, s. 172-173). Bu-
rada F.Məmmədlinin fikirlərini də xatırlatmaq yerinə düşür: “...
atların yəhər-əsvabına mahir ustalar (sərrac) tərəfindən incə na-
xışlar vurulmuş, atlara gümüş işləməli sinəbəndlər, qayış-quşqun, 
gümüş qaşlı yəhər, gümüş dəstəkli qırmanc (tatarı) hazırlanmış-
dır” (F.Məmmədli. Seçilmiş əsərləri, III cild, Bakı, 2004, s.360). 
Bu qeydlərin hər birində türk tarixinin böyüklüyü canlanır, həm də 
bəhri qotazlı at təkcə “Kitab” yox, ümumən türk mədəniyyətinin 
zənginlik göstəricisi, atributu kimi çıxış edir.
“Gög bədəvi” zoonimik modelindəki ərəb mənşəli “bədəvi” 
sözü  bir  sıra  şivələrimizdə  mühafizə  olunur.  Məsələn,  şərq 
şivələrində cins, yaxşı, güclü at anlamlı söz kimi  bədo//bədöy 
formasında işlənir. Bu, qərb şivələri baxımından da xarakterikdir. 
Hətta qərb şivələrində insanla bağlı olaraq işlədilməsinə də rast 
gəlinir: Yaman bədöy adamdı. “Kitab”dakı “bədəvi” sözü isə yal-
nız atla bağlı işlədilmişdir: bədəvi at – harın, cins at.  Burada bir 
cəhəti də qeyd edək ki, Oğuz qəhrəmanlarının dilində “bədəvi at” 
birləşməsi ilə yanaşı, “ boynı uzın bədəvi atlar” ifadəsi də tez-tez 
təkrarlanır. Bədəvi at  ifadəsi türkmən folklorunda “bədəv atlar” 
şəklindədir: 
Ol obadan pürküm-pürküm çaŋ çıkyarla, Bibican
Bədəv atlar dəŋ gəlişip, dəŋ çıkyarla, Bibicvan,
Şövəş güni ğoç yigitdən gan çıkyarla, Bibican...
“Gög bədəvi” at adının birinci komponenti türk mənşəlidir. 
At adlarında müşahidə olunan “göy” sözü, daha dəqiqi, “Gög at” 
adı barədə çox bəhs olunub: M.Seyidova görə, göy rəngli atların  


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə