D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə21/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   17   18   19   20   21   22   23   24   ...   84

77
Folklor, Mifologiya, Etnoqrafiya
təmizləməkdən yorulmaz.
3. Tikandan gül bitirən, qışı da bahara döndərə bilər.
4. Sərv ağacını bu təravətlə göylərə ucaldan kədəri də sevincə 
çevirə bilər.
5. Gürzü özünə vur, təkəbbürünü, xudbinliyini əz, sındır.
6.  Bu  dünyaya  dikilən  gözlərin  qulağa  tıxanmış  pambığa 
bənzər.
7.  Oruc  tutmaq  çətindir,  amma  Allahın  mərhəmətindən 
məhrum qalmaqdan, bu dərdə mübtəla olmaqdan daha yaxşıdır.
8. Qabığı qırılan sədəf üçün üzülmə, çünki onun içindən inci 
çıxacaq.
9. Elm sahibsiz bir dəniz, elm istəyən isə dənizlərə dalan dal-
ğıcdır.
10. Buludlar ağlamasa, yaşıllıqlar necə gülər? 
11. Bülbül gözəl ötdüyündən qəfəsə salınar, qarğanı, ya bay-
quşu kim qəfəsdə saxlar ki?
12. Olmayanda turş  meyvə belə adama şirin gələr.
13. Aşiqlərin könül yanğısı və göz yaşları olmasaydı, bu dün-
yada nə su olardı, nə də atəş.
14. İki barmağınla gözlərini qapa. Bir şey görə bilirsənmi? 
Amma sən görə bilmirsən deyə bu dünya yox deyil ki?
15.  Ey  qardaşım,  bu  dünya  iti  bir  qılınc  kimi  qarşındadır, 
tövbə və Allaha qulluq qalxanını əlindən yerə qoyma.
16.  İstər qızıl olsun, istərsə də can, istər inci olsun, istərsə 
mərcan. Nə dəyəri var, bir sevgiyə xərclənmədisə, bir sevgi yo-
lunda fəda edilmədisə.
17.  Bu dünyada yüzlərlə axmaq ətək dolusu qızıl verib şey-
tandan dərd satın alır.
Həzrəti Mövlanənin vəsiyyəti:
Sizə gizlində və aşkarda Allahdan qorxmağı, az yeməyi, az 
yatmağı, az danışmağı, qədərə üsyanı və günahları tərk etməyi, 


78
DƏDƏ QORQUD ARAŞDIRMALARI
oruc tutmağı, namaza davam etməyi, davamlı olaraq şəhvəti tərk 
etməyi, bütün varlıqdan gələn cəfaya dözümlü olmağı, axmaq və 
səfil insanlarla oturub-durmaqdan uzaq olmağı, kərəm sahibi olan 
saleh insanlarla birgə olmağı vəsiyyət edirəm. İnsanların ən xeyir-
lisi insanlara faydalı olandır. Həmd yalnız tək Allaha məxsusdur. 
Tövhid əhlinə salam olsun! (5, s. 174)
Cəlaləddin  Rumi  17  dekabr  1273-cü  ildə  Konyada  vəfat 
etmiş  və  atası  ilə  bir  türbədə  dəfn  olunmuşdur.  XIII  əsrdə  ya-
ranmış Mövləvilik təlimi hələ şairin sağlığında formalaşmış və 
dövrümüzə  qədər  böyük  inkişaf  yolu  keçmişdir.  Əsrlər  keçsə 
də  Cəlaləddin  Rumi  ideyaları  bəşəriyyətin  mənəvi  ruhunun 
yüksəlməsində mayak kimi hər zaman parlayacaqdır. 
Ədəbiyyat
1. Mövlanə Cəlaləddin Rumi. Mənəviyyat məsələləri (I ki-
tab). B., «Adiloğlu», 2002, 326 səh.
2. Mövlanə Cəlaləddin Rumi. Mənəviyyat məsələləri (II ki-
tab). B., «Mütərcim», 2007, 272 səh.
3.  Mövlanə  Cəlaləddin  Rumi.  «Məsnəvi»dən  seçmələr.  B., 
«Nurlar» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010, 272 səh.
4. Könüllərdən könüllərə Mövlanə. B., «Xəzər» Nəşriyyatı 
MMC, 2007, 64 səh.
5. Muxtar Cəfərov. Eşq pərvanəsi Mövlanə Cəlaləddin Rumi. 
B., «Nurlar» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, 264 səh.
6.  «Qurani-Kərim», Azərbaycan  türkcəsilə  tərcüməsi.  İran, 
Qum  şəhəri,  «Qurani-Kərim»in  bütün  dillərə  tərcümə  mərkəzi. 
2000, 615 səh.


79
Folklor, Mifologiya, Etnoqrafiya
Рeзюме 
Хошбахт Алиева,
канд. филологических наук, старший научный сотрудник
ФОЛЬКЛОРНЫЕ ТРАДИЦИИ В ТВОРЧЕСТВЕ 
ДЖАЛАДДИНА РУМИ 
Джалаледдин Руми – великий поэт турецской литературы 
оставил незабываемый след своей художесвенной наследией, 
где  сильно  отражаются  фольклорные  традиции  всего 
Востока.  Из  исследования  его  творчесвто  в  направлении 
фольклористики  выясняются  фольклорные  традиции, 
мотивы  легенд,  сказок  и  религиозного  содержания  в  его 
произведениях.  В  статье  рассматриваются  мотивы  устного 
народного-художественного  творчество  тюркских  народов 
на  основы  приведенных  примеров  из  поэмы  «Масневи» 
Джалаледдин Руми.
Summary
Khoshbakht Aliyeva,
Junior research fellow of “Folklore-Etnography-Mythology” 
department of “Dada Qorqud” scientific research laboratory
FOLK TRADITIONS IN 
THE JALALADDIN RUMIS WORK
Jalaladdin Rumi is a famous Turkish literature had left a un-
forgettable trace with his legacy that reflects the folk traditions of 
whole East. With researching his creation by direction of study of 


80
DƏDƏ QORQUD ARAŞDIRMALARI
folklore were clarified the folk traditions, the motifs of legends, 
tales and religious content in his works. This article are conside-
red the motifs of folklore creations of turks on the base of brin-
ging examples from J.Rumis “Masnevi”.


81
Folklor, Mifologiya, Etnoqrafiya
Xalq sufizmi türk şaman (qam) və İs-
lam mədəniyyətinin sintezi kimi meydana 
çıxmışdır.  Xalq  sufiləri  şaman  (qam)  eti-
qadlarını  təsəvvüflə  birləşdirərək  İslam 
tarixində  yeni  bir  səhifə  açmışlar.  Belə 
ki,  şamanlığın  birbaşa  və  transformasi-
ya edilmiş qalıqları xalq sufizmində, xalq 
sufizmindən  isə  eşq  dastanlarında  özünü 
göstərməkdədir. 
Türk xalq sufizmində dərvişin mənəvi 
kamillik  yolunda  çəkdiyi  fiziki  əzablar, 
ruhlar  tərəfindən  seçilmiş  adamın  şaman 
(qam) olmaq naminə ruhların ona verdiyi 
əzablara  qatlaşması,  müqəddəs  övliyadan 
buta  alan  dastan  qəhrəmanının  qarşılaşdı-
ğı  çətiliklər  eyni  bir  detalın  müxtəlif  for-
malarıdır. Demək, şaman (qam) etiqadları 
ölçüyə gəlməz məsafəni qət edən günəş şü-
aları kimi, uzanıb nazilsə də öz parlaqlığı-
nı itirməyərək müxtəlif folklor janrlarının 
tərkibində şölələnməkdədir. 
Məlum olduğu kimi, eşq dastanlarının 
süjetində  aparıcı  yeri  buta  məsələsi  tutur 
Rəyçi: prof. R.Qafarlı
Gülnar Əkbərova,
ADPU-nun Folklorşünaslıq və 
mifologiya ixtisası üzrə magistrı
EPİK ƏNƏNƏDƏ MÖCÜZƏLİ DOĞUŞ 
MOTİVİNİN İRFANİ MAHİYYƏTİ


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə