D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə18/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   14   15   16   17   18   19   20   21   ...   84

65
Folklor, Mifologiya, Etnoqrafiya
Əgər Allah istəyirsənsə, dünyanı da, axirəti də, bütün kövnü-
məkanı da burax. Elə gəl bizə». (4, s. 17)
«Yenə gəl, yenə, nə olursan ol, istər kafir ol, istər oda sitayiş 
et, istər bütə, istər yüz dəfə tövbə etmiş ol, istər yüz dəfə pozmuş 
ol  tövbəni,  ümidsizlik  qapısı  deyil  bu  qapı,  necəsən  elə  gəl»  – 
səslənişi bütün könüllərə bir qucaq açmaqdır.
Mövlanə insanları, bəşəriyyəti sevirdi. O, insanların hamısı-
nı saf və təmiz görmək istəyirdi. Mövlanə insana onun zahirinə 
və  elminə  görə  qiymət  verilməsinin  əleyhinə  çıxırdı.  O,  zahiri 
gözəlliyin aldadıcı, həmçinin elmli adamın biliyi ilə mənəvi aləmi 
arasında kəskin təzad ola biləcəyi barədə dönə-dönə deyirdi:
«Dünya  insanın  can  düşmənidir.  Dünyaya  tapınan  insan 
aləmin sultanı olsa da ölüdür. Bu aləm fani oldu, sabit aləmi axtar. 
Surətin heç oldu, mənaya sığın».
Mövlanə  dünyanın  dörd  ünsürdən  yarandığını  qeyd  edərək 
deyir:
Həyatın var olması, ziddin vəhdət işığı,
Dünyamızı yaşadan, ziddlərin barışığı.
Dörd ünsürün sülhündən, yaranmışdır bu cahan,
Bu ziddlər gər cəngdəsə, dünya olar cavidan
Həyatdasa düşmənin, barışığın və sülhün,
Ölümü özün üçün, qəbul etmək tək düşün. (1, s.116)
Mövlanə başqa bir əsərdə deyir:
Tanrı özü istəsə, qəm şadlığa dönəcək,
Ayağın zəncirini, qırıq-qırıq edəcək.
Külək, torpaq, su, odu, Tanrıya imanlı bil,
Mənə, sənə, cansıza, Tanrı üçün canlı bil,
Haqqın yanında atəş, həmişə qiyamdadır,


66
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Aşiqlərtək həmişə, qəlbləri bir candadır. (1, s. 82)
Folkloru  dərindən  bilən  Mövlanə  deyir  ki,  «Dörd  ünsürün 
sülhündən  yaranmışdır  bu  cahan».  Başqa  beytdə  isə  belə  de-
yir: «Külək, torpaq, su, odu Tanrıya imanlı bil». Bu misra Şərq 
fəlsəfəsində  «Abu-atəş-badü-xak»  yəni  «Su-atəş-külək-torpaq» 
dünyanın  yaradılması  komponentləri  sayılırlar.  Daha  doğrusu, 
Allah-Təala kövn (olma), varlıq, fəsad və ziddiyyətdən yaratdığı 
bu dünyanı yuxarıda qeyd etdiyimiz dörd ünsürdən ibarət olan 
qarışığın  və  onların  qaynayıb  qarışması,  birləşməsi  nəticəsində 
özülünü qoymuş ki, onlar minerallar, mədən, nəbatat və canlılar-
dan ibarət dünya yaratsınlar.
Xülasə, canlıları yaratmaqda məqsədi canlı insanı yaratmaq-
dır. İnsanı yaratmaqda məqsədi Tanrıya müti olan kamil olan in-
san yaratmaqdır. Buna görə də deyilir: Əgər bu ziddlər bir-biri ilə 
sülhdə olsalar, bədən dörd ünsürlü olarsa, bu dünyanın ömrü olar. 
Əgər  bu  ziddlər  bir-biri  ilə  cəngü-cədəldə  olarsa,  bir-birlərini 
məhv etsələr, həmin bədənlər çürüyüb məhv olar, ağıllı ruhlar və 
ya insanlar qalar. Dünya elə əbədi olaraq onlardan xeyir götürər.
Mövlanəyə görə dünya insanı maddi həyata əsir edən ruhunu 
yüksəltməyə qoymayan ünsürdür:
«Dünya insanın can düşmənidir.»
«Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan, la-
kin həqiqətdə sehirbaz bir qarıdır. Ona aşiq olan zəhərdən şərbət 
içər.»
«Dünyaya tapınan insan aləmin sultanı olsa da, ölüdür.»
«Könlünü dünyaya verən bir tikə çörəyə imanını satan kimi-
dir.»
«Mövqe  hərisliyi  və  dünya  xoşbəxtliyi  arxasınca  qaçanlar 
nəfsinə məğlub olmuşlar.»
«Dünyaya belə aşiq olanlar divarda əks edən işığın günəşdən 


67
Folklor, Mifologiya, Etnoqrafiya
gəldiyini görməyib divara aşiq olanlar kimidir. İşıq qaynağı olan 
günəşi aşiq edib divara könül verənlər işıq günəşə qovuşduqda 
əbədi olaraq ziyanda qalarlar.»
«Dünyaya möhkəm sarılan insan quşu buraxıb kölgəsini ov-
layan ovçu kimidir. Sərmayəsi yoxdur. Müflisdir.»
«Bu  aləm  fani  oldu,  sabiti  aləmi  axtar.  Surətin  heç  oldu, 
mənaya sığın.»
«İlk aləm imtahan aləmi, ikinci aləm də insanların etdiklərinin 
əvəzini görmə aləmidir.»
«Dünya  nədir?  Allahdan  qafil  olmaqdır.  Yoxsa  parça,  pul, 
ticarət dünya deyildir?»
«Bil  ki,  su  gəminin  altında  olarsa,  onu    üzdürər,  istədiyi 
mənzilə çatdırar. Lakin su gəmiyə dolarsa, bu dəfə onu batırar.»
«Mal-mülk  sevgisini  qəlbdən  çıxardığı  üçün  Süleyman 
peyğəmbər yoxsul adını aldı.»
«Ağzı bağlı səhənd içi hava ilə dolu olduğundan dərin və uc-
suz-bucaqsız su üstündə üzüb getdi.»
«Məhz içində yoxsulluq olduqca insan bu dünya dənizində 
batmaz. O, dənizin üstündə dayanar.»
«Bütün bu dünya onun mülkü olsa belə, bu mülk gözündə heç 
bir şey deyildir.»
Mövlanə bu dünya həyatını bir yuxuya bənzədir:
«Dünya bir röyadır. Röyada əlin kəsilsə də, bu, qorxulu bir 
şey deyildir.»
«Əgər  röyada  bir  bıçaq  başını  kəssə,  qorxma!  Həm  başın 
yerindədir, həm də ömrün uzun olacaqdır.»
«Röyada özünün iki, parçalanmış olduğunu görsən, oyandıq-
da xəstə deyil, sağlam olaraq qalxarsan.»
Mövlanə dünyadan möhkəm yapışanları yetişməmiş meyvəyə 
bənzədir:  «Yetişməmiş  meyvə  budağa  möhkəm  yapışır.  Meyvə 
yetişəndə isə budağa olan bağlılığı zəifləyər və nəhayət, budaq-


68
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dan ayrılmaq ona heç də çətin olmaz.»
«Kamilləşmiş insanlar da bu dünya ayrılığından qorxmamış, 
əksinə, sevinmişlər.
Sən bundan ibrət al və «Ölmədən əvvəl ölün!» hədisinə tabe 
ol!
Tabe  ol  ki,  qəlbin  fani  sifətlərdən  təmizlənərək  təslimiyyət 
sirrinə çatsın və bir ömür içində yaşadığın hikmət və sirlər dənizi 
səni başı üstündə gəzdirsin. Çünki dənizlər ona təslim olanı baş-
ları  üstündə  daşıyarlar. Ancaq  boş  çırpınışlarla  təslim  olmaqda 
tərəddüd  edənləri  nəfəs  kəsən  qaranlıq  diblərə  çəkərək  boğar.» 
(5, s. 138)
Mövlanə  insanlıq  və  sevgi  dininin  qurucusu  idi.  O,  birliyi, 
xalqı və müqəddəs kitabı özündən də artıq sevirdi. O, dünyanı bir 
müvəqqəti yaşayış meydanı olaraq qəbul edir və ölümü də çox 
təbii  qarşılayırdı.  Mövlanəyə  görə,  ölüm  ağızdan  çıxan  dişdən 
başqa bir şey deyil. Ölüm cismin ortadan qalxması deyil. Allaha 
doğru ucalmaqdır.
Ölümdə ədalətli və din adamları üçün həyat vardır.
Ölümdən təmiz ruhlara hüzur və sükunət gələr.
Ölüm Haqqa qovuşmaqdır, cəfa çəkmək və kin bəsləmək de-
yildir.
Tövbəsiz ömür tamamilə can verməkdir. Gəlib çatan, adamı 
yaşayan ölüyə çevirən ölüm, əslində Allahdan qafil, xəbərsiz ol-
maqdır. Ömür də Allah üçün xoşdur, ölüm də, Allaha qovuşma-
dıqdan sonra abi-həyat belə insan üçün atəşdir.
Mövlanə bir şeirində yazır: «Mən görünən və görünməyənəm. 
Yuxudakı göz kimi açığam və gizliyəm. Varam və yoxam. Gül 
suyundakı qoxu kimiyəm. Kitabdakı yazı kimi söyləyən və su-
sanam». Bu sözlər Mövlanənin nə qədər böyük bir insan olduğu-
nu, onun ululuğunu göstərir. Mövlanə dünyasını anlamaq üçün 
onun bir kəlməsini, bir sözünü oxumaq, eşitmək kifayətdir. Belə 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə