D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə11/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

38
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“Şaqqulunun  xeyir  işi”ndə  Şaqqulu  məşuqəsini  birinci  dəfə 
görməklə aşiq olur. Mühitin qanunlarına tabe olmur. Sona qədər 
də öz eşqinə sadiq qalır. Halbuki “əqilli” ola da bilərdi. “Ölülər”də 
İsgəndərin  məşuqəsi  maarifçilikdir  -  millətinin  maariflənməsi. 
Əğyarı  cəhalət,  nadanlıq.  Onun  da    mühitdən  aldığı  damğa 
“məcnunluqdur”. Cavidin qəhrəmanı aşiq Şeyx Sənan gürcü qızı 
Xumara olan eşqindən onun atasının çobanı olur.   Donuzlarını  
otarır. Köpək dişi qurda aşiq olmasaydı, sahibinin sürüsünü ona 
yem etməzdi. Cəzasını əli-ayağı bağlı üzüaşağı ağacdan asılmaq-
la çəkməzdi (Nizami Gəncəvi. “Yeddi gözəl”) və s. (Bu aşiqlərin 
aldıqları nəfəs də eşq fəryadları ilə doludur). Bu eşq müxtəlifliyi 
Yunus İmrədə ilahi varlığın yaratdıqlarına Yer üzündə hər nə var-
sa onadır.
 “İnsan sevməyi bacardığı anda özünü dərk edib və barbarlı-
ğın daşını ataraq mədəniyyətin təməlini qoyub. O, başqa canlılar-
dan seçildiyini, yüksəkliyini, kamilliyini, aşiqliyini ilk olaraq eşq 
atəşinə tutulması ilə anlayıb” (R.Qafarlı. “Şərqdə eşq fəlsəfəsi və 
Nizami”. «Leyla” nəşriyyatı, Sankt-Peterburq, 1997, s. 4.).
Nizami Gəncəvi məhəbbət mövzusunda  yazdığı “Xosrov və 
Şirin”  poemasında  eşqin  aliliyini  təsvir  edir.  Məhəbbətin  təsiri 
ilə  insanın  dəyişməsini,  kamilləşməsini  göstərir.  Şirinin  yolun-
da Fərhad Bisütun dağını külüglə çapır. Hər dəfə Bisütun dağına 
onun vurduğu külüngdən qopan səslər Fərhadın eşq nəğmələridir. 
Məşuqəsinə  qovuşmaq,  vüsala  çatmaq  üçün  bu  nəğmələr  eşq 
fəryadlarıyla doludur. Yunus İmrə də aşiqləri Fərhada bənzədir
Yüz bin Fərhad külüng alıp qazar tağlar bünyadını
Qayalar küsüb yol edər abi-həyat aqıtmağa.
Fərhadtək deyil, yüz minlərlə onun kimi aşiq var ki, külünglə 
qayaları  çapır.  Qayalar  aşiqlərin  göz  yaşlarından  yaranan  bu-


39
Folklor, Mifologiya, Etnoqrafiya
laqlardan suların axmasına yol verir. Təəssüf ki, bu böyük türk 
şairi  məhəbbət  mövzusunda  süjetli  bir  əsər  yaratmayıb.  Bu  da  
şübhəsiz ki, onun ömrü boyu keçirdiyi dərvişlik-səyyah həyatı ilə 
bağlı olub.
Onu  da qeyd edək ki, Yunus İmrənin eşq nəğmələrində bir 
ziddiyyət  var.  O    bir  tərəfdən  elmlə,  ağılla  bu  sirrə  heç  kimin 
vaqif ola bilmədiyini, eşqin elmə, kitaba sığmadığını, “Elm ilə, 
hikmət ilə kimsə irməz bu sirrə”,  “Bu bir əcaib sirdir elmə, kitaba 
sığmaz” - deyirsə, digər tərəfdən aşiqləri eşq elmindən xəbərdar 
edir: “Eşq elmün xəbərin desəm eşidərmisin? Yoldaş olub ol yola 
sən belə gedərmisin?” və ya “Səni  sevəli dost üzüm nura boyan-
dı” söyləyir. Başqa bir şeirində “O eldə ay, gün olmaz, ay gedilib 
tutulmaz,” - deyir. “Eşq olan can qüssəsiz olmaz”. Digər tərəfdən 
eşqə düşəndən aşiqin qəmini, kədərini, qüssəsini gülüş əvəz edir. 
Aşiq sevinir, şadlanır, gülür, danışır:
          
Ol canda ki, eşq ola, onda qüssə olmaya
Bu eşq bana gələndən qüssəm getdi güldüm bən” - və s.
Belə  xeyli  nümunələr  göstərmək  olar.  Ancaq  bütün  bun-
lar Yunus İmrə şeirlərinə xələl gətirmir. Hər bir söz öz yerində 
bərqərardır.
Dövrünün  elmlərini  kamil  mənimsəyən  Yunis  İmrə  elmi 
ədəbiyyatdan  məlum  olduğu  kimi  şeirlərində  hədislərdən, 
sufilərin  sözlərindən,  peyğəmbərlərin,  ərənlərin  qissələrindən, 
əsatir varlıqlardan bəhs edir:
Ərənlər bir dənizdür, aşiq gərək talası,
Bəhri gərək dənizdən girüb göhər alası.
Genə biz bəhri olduq, dənizdən göhər aldüq,
Sərraf gərək göhərin qiymətini biləsi,


40
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gəl imdi, miskin Yunis, tut ərənlər ətəgin,
Cümləsi miskinlikdə yoqluq imiş çarəsi.
Yunus İmrənin allahın elçisinə  “Qurani-Kərim”in müəllifi  – 
Məhəmməd  peyğəmbərə  olan  məhəbbəti  sonsuzdur.  Şeirlərinin 
bir çoxunu Məhəmməd peyğəmbərə həsr etmiş, ona olan sevgisi-
ni, istəyini, onun ayaq qoyduğu izi belə tapmaq, izin tozuna üzü-
nü sürtmək, onunla görüşmək şairin istəkləridir. Buna təşnədir:
Arayı-arayı bulsam izüni,
İzinün tozuna sürsəm yüzümi,
Həqq nəsib eyləsə görə yüzüni,
Ya  Məhəmməd, canım arzular səni.
 
E.Quliyevin qeyd etdiyi kimi: “Y.İmrə bir ürfan sahibi kimi 
peyğəmbərə,  övliyalara,  müqəddəs  şəxslərə  allahın  nuri  kimi 
baxmış, xüsusilə Məhəmməd peyğəmbərə ithaf olunan şeirlərdə 
onu “həqq peyğəmbəri” mələklər mülkinin sultanı”, “tanrı elçi-
si”, “nur mələyi” kimi mədh etmişdir”. Şairə görə, Məhəmmədi 
sevən günahdan uzaqdır. Günah etməz. Ona sığınmayan isə həqqi 
görməyən imansızdır ki, axirətə də imansız gedir.
                                     
Dört Çaryar anun gügcək yarıdur,
Anı sevən günahlardan bəridür,
On səkkiz bin aləmün sultanıdur,
Adı gözəl, kəndü gözəl Məhəmməd.
Sən həqq peyğəmbərsin şəksiz, gümansuz,
Sana uymayanlar gedər imansuz,
Aşiq Yunus neylər dünyayı sənsüz
Adı gözəl, kəndü gözəl Məhəmməd.


41
Folklor, Mifologiya, Etnoqrafiya
Azərbaycanlı  mütəfəkkir  filosoflar  Xaqani  Şirvani,  Niza-
mi  Gəncəvi  şeirlərində  Məhəmməd  peyğəmbəri  tərif  etmişlər. 
Əsərlərində  onu  xatırlamışlar.  Ona  şeirlər  həsr  etmişlər.  Hətta 
Nizami Gəncəvi Məhəmməd peyğəmbərə olan hörmətinin, sev-
gisinin əlaməti olaraq sevimli oğluna Məhəmməd adını qoymuş-
dur.  Bütün  dünya  və  şərq  şairləri  Xaqani  Şirvanidən,  Nizami 
Gəncəvidən  təsirlənmişlər.  Sözsüz  ki, Yunus  İmrə  də  onlardan 
təsirlənmiş,  özünəməxsus  tərzdə  Məhəmməd  peyğəmbərə  olan 
sevgisini gözəl poetik hisslərlə, duyğularla ifadə etmişdir.
 “Sufizm orta əsr Yaxın Şərq intibahının ayrılmaz, rədd olun-
maz xüsusiyyətlərindəndir. İnsan  şəxsiyyətini ucaldan, müdafiə 
edən fikir cərəyanıdır. Ağıl və hissin ehkamçılığa, hakim ideolo-
giyaya üsyanıdır. Məhz buna görə də hakim təbəqələr sufizmlə 
bağlı olan bir sıra böyük şəxsiyyətləri tilə-tikə etmiş, bəzilərini 
diri-diri soydurmuşdur. Həllaç Mənsur, Eynəlquzzat, Sührəverdi 
Nəsimi buna misal ola bilər” (Əlyar Səfərli, Xəlil Yusifli. Qədim 
və orta əsrlər. Azərbaycan ədəbiyyatı. Bakı, “Ozan”, 1993, s.130). 
Yunus  İmrənin  bəxti  gətirmiş  bu  “diqqət  və  qayğıdan” 
kənarda qalıb. 
“Tanrı”, ilahi eşqi təlqin edən sufi şair Yunis İmrə “Tanrını 
insanlaşdırmaqdan,  insanı  tanrılaşdırmağacan  bütün  hallardan 
keçmişdir”.  Dini  baxışlara  görə,o,  qibləsini  tanımayan,  dinsiz, 
allahsız,  kafirin  biridir.  Halbuki,  onun  Məhəmməd  peyğəmbəri 
mədh edən şeirləri bütün hallarda bunları inkar edir.Əslində isə 
Yunis İmrə “islam rəiyyətidir”.Təkcə onu demək kifayətdir ki, o,  
şeirləri, görüşləri, hətta geyimi, görkəmilə,  bir sözlə o, ruhu ilə 
də “islamdır”.
Yunis  İmrə  dini  görüşlərində  namazı  təlqin  edir,  “namazı 
qılmayanlara sən müsəlmandır deməgil” deyir. Şairə görə yox-
sula, kasıba əl tutmayan bağrı daşa dönmüş müsəlmanın namaz 
qılmağının  da  bir  faydası  yoxdur,    Şeirlərində  gerçəklik,  yalan 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə