D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə30/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   26   27   28   29   30   31   32   33   ...   84

111
Onomastika, Dialektologiya, Etimologiya
qoruyucusu Abaqan dağının qarlı təpəsində yaşayır (M.Seyidov. 
Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, s.285). 
B.Ögəlin  fikrincə,  Göy  at  Tanrıya  məxsusdur,  göy  rəngli  atı 
kömək edəcəyi kimsəyə Göydən göndərib (B.Ögəl. Türk mifo-
logiyası. Ankara,  1989,  s.  313-314).  Göy  atın  öndə  gedən,  tez 
sürülən, yara tez yetirən və s. kimi mənalarda işləndiyini konkret 
faktlarla əsaslandıran B.Abdulla yazır: “...göy rəngli atdakı “göy” 
də Tanrı ilə qutsal bilinən Göy – səma ilə və onların simvolu sa-
yılan göy-mavi rənglə bağlıdır. Etiqada görə, göy at da Göydən, 
səmadan gəldiyi üçün Göy-səma atı olmasına bayatılarda da tuş 
oluruq: Göy atım göy üzündə, Ceyran otlar düzündə, Mən yarımı 
tanıram, Qoşa xal üzündə (B.Abdulla. “Kitabi-Dədə Qorqud”da 
rəng simvolikası. Bakı, 2004, s. 113). “Kitab”dakı “Göy bədəvi” 
zoonimi, eləcə də göy komponentli at adlarının semantik yükü 
yuxarıda təqdim etdiyimiz sitatlarda aydın şəkildə ifadə edildiyi 
üçün burada yalnız bir cəhəti qeyd etməklə kifayətlənirik: Göy 
bədəvi zooniminin “göy” komponenti ilə Qaragünə oğlu Qara-
budağın  “atı  bəhri  hotazlı”  bədii  təyinindəki  “bəhri”  sözü  eyni 
semantik  yuvaya  daxil  olan  sinonimlər  kimi  çıxış  edir:  Göy 
bədəvi-bəhri hotazlı – bəhri (dəniz rəngində, mavi) – mavi qo-
tazlı. Digər tərəfdən, Qaragünə və Göy bədəvi adlarında “g” sa-
mitinin, bədəvi və bəhri sözlərində isə “b” samitinin alliterasiyası 
müşahidə olunur.
Təpəlqaşğa ayğır. “Kitab”da Tondazın (Dondarın) atının adı 
kimi cəmi bir dəfə işlənmişdir: Təpəlqaşğa ayğırına Tondaz bin-
di.  Mürəkkəb  quruluşlu  “Təpəlqaşğa”  zoonimindəki  “təpəl”  ağ 
ləkəsi olan heyvan, qaşğa (qaşqa) isə alnı ağ tüklü at mənasındadır. 
M.Kaşğarinin lüğətində qaşqa sözünün məna yükü belə təqdim 
olunur:  kaşqa  at  =  üzü  ağ,  gözlərinin  çevrəsi  qara  olan  at:  bu-
nun bir adı “pəçəli at”dır. Başının ortası ağ olan dəvəyə də belə 
deyirlər. Maraqlıdır ki, “qaşqa” sözü Azərbaycan dili  şivələrində 
ilkin fonetik tərkibi və semantikasını, demək olar ki, eynilə sax-
 


112
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lamışdır. Müasir dilimizdə “Qaşqa at” zoonimi də işlənməkdədir.
Qara  ayğır.  Burla  xatunun  mindiyi  at  kimi  təqdim  olu-
nur: Qırq incə bellü qız – oğlan ilə Qara ayğırın tartdırdı, bütün 
bindi.”Qara ayğır” həm də Dəli Qarcarın atının adı kimi verilir: 
Qara ayğırı yarağla gətürdilər. Dəli Qarçarı bindirdilər. “Qara ay-
ğır” zoonimi birinci növ təyini söz birləşməsi modelindədir. Bu 
modeldə hər iki komponent türk mənşəlidir: qara, ayğır.
“Qara at” zoonimi sonrakı dövr abidələrimiz üçün də xarak-
terikdir. Məsələn, “Koroğlu” dastanında Alı kişinin iki ayğırından 
birinə ”Qara at” adı verilir. Vəsfi-hallarda da “Qara at” adı tez-tez 
təkrarlanır: 
Qara at nalı neylər,
Qaraqaş xalı neylər,
Vəfalı yarı olan, 
Dövləti, malı neylər.
 Göründüyü kimi, “Kitab”, “Koroğlu” dastanı və vəsfi-halda 
işlənmiş “Qara at” zoonimi müsbət anlamlıdır. Bir cəhəti də qeyd 
edək ki, “Kitab”da  qara rəngli atlar məşhur atlar hesab olunur, 
bu  atların  sürətli,  iti  qaçışı  xüsusi  olaraq  qabardılır.  “Qara  at”, 
xüsusən də “yelisi qara at”ın  bütövlükdə “Kitab”ın poetik struk-
turunu əhatə etməsi B.Abdulla tərəfindən sistemli şəkildə araşdı-
rılmışdır: “...Qərar tuta bilməyən Uruzun anası Boyu uzun Bur-
la xatun Qara ayğırı minir və bu iti qaçan atın hesabına döyüş 
meydanına bəylərdən tez yetişir. Al ayğırın sahibi olan Bəkil iti 
qaçmasına  görə  ova  həmişə Yelisi  qara  qazlıq  (Qazlıq  –  Ə.T.) 
atını minir. Selcanı istəməyə yollanan Qanturalı da uzaq səfərə 
Yelisi qara qazlıq ata minir. Əlbəttə, belə-belə örnəklər “Kitab”da 
çoxdur.  Və  bunların  hamısının  doğurduğu  qənaət  qara  rəngli 
atın  uğur  simvolu  olması  ilə  yekunlaşır  (B.Abdulla.  “Kitabi-
Dədə  Qorqud”da  rəng  simvolikası.  Bakı,  2004,  s.  80).  “Kitab” 


113
Onomastika, Dialektologiya, Etimologiya
və digər abidələrimiz baxımından səciyyəvi olan Qara ayğır, 
Qara at kimi zoonimik vahidlər müasir dilimizdə ilkin forma 
və mənasını eynilə saxlayır.
Al ayğır. Bəkilin atının adıdır. “Kitab”da bir neçə dəfə işlən-
mişdir: Altundağı Al ayğırı maŋa vergil! Bəzi qorqudşünaslar 
“Al ayğır”ı zoonim kimi qəbul etmir. Məsələn, O.Ş.Gökyayın 
nəşrində “Al ayğır” modelindəki vahidlər yalnız apelyativ kimi 
təqdim olunur: Altunda al ayğırı arık oğlan. Afad Qurbanov isə 
“Al ayğırı” Əmranın atı hesab edir (A.Qurbanov. Azərbaycan 
onomalogiyasının əsasları. II cild, 2004, s. 317). Halbuki “Al 
ayğır”ın  Əmranın  yox,  Bəkilin  olması  mətndə  aydın  şəkildə 
ifadə edilir: Bəkil aydır:...Al ayğırın gətürüŋ, oğlum binsün! 
“Kitab”dakı Boz at, Gög  bədəvi kimi at adları “Al ayğır”ın 
məhz  zoonim  olduğunu  təsdiqləyir.  Birinci  növ  təyini  söz 
birləşməsi modelində olan “Al Ayğır” zooniminin hər iki kom-
ponenti türk mənşəlidir: al (qırmızı), ayğır. Maraqlıdır ki, müa-
sir dilimizdə həm “al”, həm də “qırmızı” apelyativli at adlarına 
təsadüf  olunur: Al  kəhər,  Qırmızı  at,  Qırmızı  kəhər,  Qırmızı 
kürən. “Məlikməmməd” nağılında da Qırmızı at zoonimi xü-
susi  olaraq  vurğulanır:  Bu  saat  mənə  bir  dəst  qırmızı  paltar, 
qılınc-qalxan, bir də Qırmızı at gətirərsən!
Bəkilin  “boy”undakı  mətnlərdən  aydın  olur  ki,  kafirlər 
Bəkilin atını yaxşı tanıyır. Yazıçı Anar həmin mətnləri təhlil 
edir və bir sıra maraqlı nəticələr söyləyir: “Yumoristik boyların 
bir qismi düşmənlərə də aid edilir. Bəkili xəstə bilən və bundan 
istifadə edən Təkur üstünə gəlir. Bəkilin oğlu İmran atasının 
atı belində görünən zaman düşmənlər: “Bu at Bəkilindir, biz 
qaçırız” – deyirlər. Təkur: Bu gələn Bəkil isə sizdən öndən mən 
qaçaram – deyir” (Anar. Sizsiz. Bakı, 1992, s. 87). Bu detal 
“Kitab”dakı yumoristik səhnələrdə belə qəhrəman və at obraz-
larının vəhdətdə olduğunu təsdiqləyir.
Alaca at. Qaraca çobanın dilində kafirin atının adı kimi 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə