D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə38/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   34   35   36   37   38   39   40   41   ...   84

137
Onomastika, Dialektologiya, Etimologiya
və b. bəhs etmişlər (8, s. 200; 39, s.306; 14, s.49). Ümumi nəticə 
belədir ki, Bars bəy şəxs adı igidlik motivi əsasında formalaşan 
antroponimlər sisteminə daxildir. Apelyativi «bəbir» anlamlı ar-
xaik  «bars»  sözü  və  «bəy»  tituludur.  Bars  antroponimik  vahid 
kimi Azərbaycan antroponimləri sistemində arxaikləşmişdir. La-
kin rus soyadları sistemində bu gün də işlənməkdədir. Məsələn: 
Barsukov antroponiminin əsasını təşkil edən «barsuk» sözünün ilk 
hissəsi «bars» leksemidir, «-uk» isə kiçiltmə funksiyalı şəkilçidir 
(8, s.200). Bars komponentli qəbilə və tayfa adına «barlos-barlos» 
- müasir özbək dilində, eləcə də, antroponimlərə Barlas, Bürebars 
müasir tatar dilində, -  İlparas  –  müasir çuvaş  dilində, Elbars – 
müasir türkmən dilinin antroponimləri sistemində təsadüf olunur.
Zoonim əsasında yaranmış şəxs adlarından biri də Buğa ant-
roponimidir. Bu şəxs adına Yenisey abidələrinə aid olan «İkinci 
Tuva abidəsi»ndə rast gəlinir. Buğa ər atı; “Buğa ər adı” (18, s. 
315). Buradakı qısa mətndən bəlli olur ki, Buğa-ər (igid) adıdır.
Ə.Tanrıverdiyev Buğa, Buğac antroponimindən bəhs edərək 
qeyd edir ki, hər iki antroponimin apelyativi «buğa» zoolekse-
midir.  «Buğa»  zooleksemi  əsasında  formalaşan  antroponimlər 
Azərbaycan  antroponimiyası  baxımından  arxaikləşmişdirsə  də, 
türk xalqları antroponimiyasında yaşamaqdadır. Məsələn: qazax 
antroponimləri  sistemində  Buka,  Bukabay  kimi  antroponimlər 
müasirliyini  itirməyən  antroponimlər  sırasına  daxildir.  Əlavə 
edək ki, gürcü familiyaları sistemindəki Buğadze familiyasının 
əsasında da türk mənşəli Buğa antroponimi durur (14, s. 49).
Buğa sözü rusların soykökündə də fəal iştirak etmişdir. Bu 
əsasda yaranan soyadlarından biri Bıkov və Bıkovski familiya-
larıdır. Türkoloji əsərlərdən məlum olur ki, Bıkov və Bıkovski – 
rusiyadakı türk mənşəli iki nəsildir. Yuri Zaxarov sın Bıkov 1643-
cü ildə çar və böyük knyaz Mixail Tyodoroviç tərəfindən fəxri 
nişanlar və mülklə təltif edilmişdi.


138
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Daha  bir  Bıkov  – Afanasi  Zaxarov  sın  Bıkov  1618-ci  ildə 
zadəgan və boyar uşaqlarının siyahısına salınmışdı (31, s. 85).
N.A.Baskakov  Bıkov  familiyasını  türk  dillərinə  məxsus 
«bık» - «buğa» sözü ilə əlaqələndirir. Doğrudan da, Bıkov fami-
liyası «buğa»  sözündəndir. Ancaq  o,  birbaşa bu  məna ilə bağlı 
deyil. «Bık» etnosun tapındığı heyvanın adıdır. Bu etnos özünü 
tapındığı heyvanın adı ilə adlandırmışdır. Bıkov nəsli də həmin 
etnosdan çıxmışdır (8, s. 54).
Aslan. Bu antroponimik vahid Orxon-Yenisey abidələrində 
bir dəfə gözə çarpır. Arslan külüg tirig (Y 44). Bu onomastik va-
hid  runik  abidələrində  az  işlənsə  də,  sonrakı  dövr  abidələrində 
çox işlənmiş, hətta totem olmuşdur (21, s. 89). Müasir antroponi-
miyamızda Aslan şəxs adından geniş istifadə olunur.
Qeyd etdiyimiz antroponimlərdən əlavə aşağıdakı şəxs adla-
rının yaranmasında da zoonimik vahidlər iştirak etmişdir:
Bars kan – bars (bəbir), kan (xan)
Bars urunu -  bars (bəbir), urun (bayraq)
Buğa – buka (buğa, öküz). Ə.Rəcəbov yazır ki, Buğanın ikin-
ci adı Kök Amaş Tutukdur ( Ə.Rəcəbov. Göytürk dilinin leksika-
sı. B., 2004. s.100.). 
Küç Bars – küç (güc), bars (bəbir)
Kara Bars – kara (qara, böyük), bars (bəbir)
Oğul Bars – oğul (oğul, övlad), bars (bəbir)
Tüz  bay  Küç  Bars  –  tüz  (düz),  bay  (bəy),  küç  (güc),  bars 
(bəbir)
Çoçuk Böri Seŋün  - böri (qurd), seŋün (hərbi rütbə adı)
Külük Toğan – külük (şanlı, şöhrətli, məşhur), toğan (şahin, 
şahin quşu).
Toŋa tigin – tona (bəbir), tigin (titul) və s.
4) Dövlət və dövlətçiliklə bağlı olan sözlər əsasında yaranan 
antroponimlər:
El Toğan Tutuk – el (el, xalq, ölkə, dövlət), toğan (şahin, şa-


139
Onomastika, Dialektologiya, Etimologiya
hin quşu), tutuk (rütbə adı, vali)
El İnançı – (el(el, xalq), ınançı (inanılmış, etibarlı)
Elçi çor – elçi (səfir, elçi) çor (hərbi rütbə adı)
İl çor – il (xalq, el), çor (hərbi rütbə adı)
Baz Kağan – baz (məğlub, tabe), kağan (xaqan, hökmdar)
Alp Urunu Tutuk – alp (igid, qəhrəman), urun (bayraq), tutuk 
(rütbə adı) və s.
5) Etnonimlər əsasında yaranan antroponimlər.
Aza Tutuk – az (xalq adı), tutuk (rütbə adı, vali)
Oğuz Bilgə – oğuz (qəbilə birliyi adı), bilgə (bilici, müdrik)
Töliş Bilgə – töliş (xalq adı), bilgə (bilici, müdrik) və s.
Tarduş Külüg erən (Terx qərb. 7) – tarduş (Göytürk xaqan-
lığının qərbində yaşayan türk qəbilələrinin ümumi adıdır), erən 
(ərən, igid).
Toŋra yılpağut – toŋra (türk qəbiləsinin adı), yılpağut (titul).
Çigil Arslan (Man, 1, 27) – çigil (tayfa adı), arslan (heyvan 
adı) və s.
6) Qiymətli metal adları əsasında yaranan antroponimlər.
Altun tay Sanun – altun (qızıl), tay (böyük), sanun (general).
Altun Tamğan – altun (qızıl), tamğan (damğa, möhür) və s.
7)  İgidlik,  mübarizlik,  böyüklük  mənasını  ifadə  edən 
antroponimlər.
Bögü Kağan – böyü (qəhrəman), kağan (xaqan, hökmdar)
Ərən Uluğ – ərən (igid, cəsur), uluğ (ulu, böyük, iri)
Kapağan – kapağan (qapağan, fateh)
Kara Yaş – kara (qara, böyük), yaş (gənc, cavan, təzə, yaşıl)
Küc Uyı – küc (güc), uy (nüfuzlu olmaq) və s.
Orxon-Yenisey abidələrində işlənmiş hidronimlər. Orxon-
Yenisey abidələrində əsasən aşağıdakı hidronimlərə rast gəlinir.
Ak Tərməl
*
 - çay adı; Altun köl – göl adı, Anı sub-Anı çayı; 
*Qeyd. Bu faktlar Ə.Rəcəblinin və Y.Məmmədovun birlikdə yazdığı “Orxon-
Yenisey abidələri”  (Bakı, 1993) kitabına əsaslanır.


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə