D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə41/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   37   38   39   40   41   42   43   44   ...   84

146
DƏDƏ QORQUD ARAŞDIRMALARI
–ər ünsürünün (məs.; tatar, qacar, balkar, əfşar, bulqar, suvar və 
s.) «insan» anlayışı bildirməsi haqqında türkologiyada müəyyən 
fikirlər  mövcuddur  (26,    s.  135;  54,  s.  143-151).  Bunu  əsas 
götürərək, apar etnoniminin apa-böyük, ar-insan, əsgər sözlərinin 
birləşməsindən yaranmasını güman etmək olar. Apar-«böyük in-
sanlar», «böyük xalq» anlamına daha yaxındır. 
Aparim. Bu etnonimə Kül tigin abidələrində rast gəlirik (KT 
ş 4). Əslində bu sözü toponim kimi qəbul etmək olar. Çox gü-
man ki, qədim türklər eyni sözlə həm etnosu, həm həmin etnosun 
yayıldığı ərazini, həm də həmin etnosun qurduğu dövləti adlan-
dırmışlar. Ə.Rəcəbli aparim etnonimi haqqında yazır ki, Kül ti-
gin abidələrində bu ad apar «avar» etnonimindən sonra çəkilir, 
deməli, o, avarlara nisbətən qərbdə yerləşir. Buna görə də mən 
onu Apa Urum – Böyük Roma kimi oxuyuram. Mən belə güman 
edirəm ki, bu, Bizansa (Vizantiyaya) verilən addır (20, s. 393). 
Deməli, aparim sözü ilə abidələrdə Bizans imperiyası ifadə olun-
muşdur. Bu sözün etimologiyası çox aydındır. Belə ki, aparum 
sözünün I komponenti apa «böyük», II komponenti rım//rum isə 
«yunan» mənasında işlənən sözdür. Aparum sözü «Böyük Rum», 
«Böyük Roma» mənasında işlənmişdir.
Bayırku. Bu etnonimə KTş 35-də rast gəlirik. Ə.Rəcəbli ba-
yırkuların türklərdən şimalda yaşayan xalq, türkdilli qəbilə oldu-
ğunu göstərir. Müəllif qeyd edir ki, bu etnonim Çin dilində pa-ye-
ku adlanır. Bayırku qəbilələri gah göytürk qəbilə ittifaqına daxil 
olmuş, gah da türklərlə düşmənçilik etmişdir (20, s. 393).
F.Sümər bayırkuları M.Kaşğarinin «Divan»ında adı çəkilən 
yabakularla  eyniləşdirir.  Bu  fikir  yanlışdır,  nəzərdən  qaçırmaq 
olmaz  ki,  M.Kaşğarlı  yabakuları  şərqdə  yaşayan  xalq  hesab 
edir  (44,  s.  30).  Bayırkı  sözünün  bay  və  irkin  sözlərindən  ya-
randığını söyləyə bilərik. Məlumdur ki, hər iki söz titul bildirir. 
Antroponimlərin sonradan toponim və etnonimə çevrilməsi geniş 


147
Onomastika, Dialektologiya, Etimologiya
yayılmış dil təzahürüdür. Nəzərə alsaq ki, erkin/irkin antroponimi 
«güclü», «qüdrətli» kimi izah edilir (61, s. 9), o zaman bayırku 
etnonimini  bay  (bəy),  irkin/erkin  (güclü,  qüdrətli)  sözlərindən 
əmələ gəldiyini və etnonimin etimologiyasının «güclü, qüdrətli 
bəy» anlamında olduğunu söyləyə bilərik.
Basmıl. Bu etnonimin BX ş 29; MÇ 28; 30; 36; 37, 41-də rast 
gəlirik. Basmıl çoxsaylı türk tayfalarından biridir. Bu tayfa adına 
M.Kaşğarlının «Divan»ında da rast gəlinir. M.Kaşğarlının yaz-
dığına görə basmıllar şimalda yerləşmişlər (44, s. 36). Ə.Rəcəbli 
bu etnonim barədə yazır ki, Çin dilində pa-si-mi adlanan, türk-
dilli  qəbilə  olan  basmillər  40  bölmədən  ibarətdir,  lakin  bölmə 
nə tayfa, nə də qəbiləyə bərabərdir. Onlar kiçik xalqdır və şərqi 
Tarbağatayda təşəkkül tapmış, sonralar Cunqarayaya köçmüşlər. 
Lakin köçmə tarixi məlum deyildir. Basmıllar Cənubi Cunqariya-
nın şərqində Orta Asiya hunlarının qalıqları olan Şato qəbilələri 
ilə qonşuluqda yaşamışlar. Basmıl xalqı uyğurlarla birlikdə tele 
qəbilə  ittifaqına  daxil  olmuşdur.  Basmılların  dili  göytürklərin 
dilinə çox yaxındır.
Bu sözün mənşəyi barədə türkoloji ədəbiyyatda müəyyən fi-
kir yoxdur.
Berçəkər. Kül tigin abidəsinin şimal tərəfinin 12-ci sətrində 
berçəklər yılısının adı çəkilir. Ə.Rəcəbliyə görə, bu qədim türk 
peçeneq qəbiləsinin türkcə adıdır (20, s. 393).
Bersil.  Terxin  (17-ci  sətir)  və  Bögü  xaqan  (10-cu  sətir) 
abidələrində bersil xalqı haqqında xəbər verilir (20, s. 393). Ber-
sil  etnonimi  bu  abidələrdə  tokuz  oğuz  xaqanlığının  VII  əsrin 
II  yarısında  göytürklərlə  savaşda  məğlub  olması  epizodu  ilə 
əlaqədar  xatırlanır.  Bu    etnonim  həmin  abidələrdə  kadır,  kasar 
etnonimləri  ilə  yanaşı  qeyd  edilir.  Mənbələrdə  bersillər  bulqar, 
xəzər türklərinin bir boyu olaraq göstərilir.
Tarixçi  S.Gomeç  Barsil  adı  ilə  bağlı  yazır:  «…Barsil  adı 


148
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tibetə  səyahət  edən  beş  uyğur  elçisinin  raportlarında  Pars-il 
şəklində keçməkdədir. Bizim araşdırmalarımız göstərir ki, indiyə 
qədər Barsil və Bersil şəklində transkripsiya edilən bu adın Bars-
el şəklində oxunması daha doğru olacaqdır. Çünki bilirik ki, bars 
və ya pars Türk mədəniyyətində mühüm yer tutur və şəxs adı ola 
bildiyi kimi boy adı ola bilməsi də mümkündür (57,  s. 19).
Bukarak. Bu etnonimə KT şm.12-də rast gəlirik. «Bukarak-
Orta Asiyada Buxara ulusu. Buxaralılar, güman ki, soğd dilində 
danışmışlar» (20,  s. 393).
Buluk.  Moyun  Çor  abidəsində  (22  və  35-ci  sətirlər)  bu-
luk  xalqı  haqqında  danışılır.  Abidədə  bu  etnonim  Kara  buluk 
şəklində yazılmışdır. Bu etnonim buluk şəklində yazılsa da, bəzi 
tədqiqatçılar onu bulak şəklində oxumuşlar (57, s.20). Çox gü-
man ki, buluk etnonimi sonradan bulak şəklinə düşmüşdür. Belə 
ki, u-a səs əvəzlənməsi türk dillərinin fonetik quruluşu üçün xa-
rakterik xüsusiyyətdir. Məs.; boğuz – boğaz, konuk – konak və s. 
Buradakı kara sözü «güclü» anlamındadır.
Bu qəbilənin adına X əsr ərəb müəllifinin «Hüdud-ül-aləm» 
əsərində təsadüf edilir. Burada bulukların yağmalardan olub,  to-
kuz oğuzlarla qarışıq yaşağıdı göstərilir (27, s.72). Buluklar haq-
qında Mahmud Kaşğarlı da məlumat verir. O, bulakların bir türk 
boyu olduğunu, bir ara qıpçaqlara dustaq olduqlarını, bu səbəbdən 
elke bulak adlandıqlarını qeyd edir (44,  s. 379).
Fikrimizcə, bulak//buluk etnonimi Kül tigin (KT şm. 4) və 
Bilgə xaqan (BX ş. 29) abidələrində işlənmiş, «qarışıqlıq, qarma-
qarışıqlıq, qiyam, üsyan» anlamlı bulğak sözündən yaranmışdır. 
Beləliklə, Kara buluk//Kara bulak etnonimi «güclü üsyan, güclü 
qiyam» mənasına daha çox uyğun gəlir.
Çik. Bu etnonimə BXş 26; MÇ 19, 22, 23, 26 və A.Steynin 
tapdığı I əlyazmada (St 1a. 4) rast gəlirik. Ə.Rəcəbli qeyd edir ki, 
Çiklər Kökmən dağlarında yaşayan türkdilli qəbilədir. Güman ki, 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə