D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə44/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   40   41   42   43   44   45   46   47   ...   84

155
Onomastika, Dialektologiya, Etimologiya
deməkdir. Olsun ki, qıpçaq qəbilə adı həmin sözdən törəmişdir 
(15, s. 73). «Oğuznamə»də Oğuz kağan bəylərdən birinə Kıvçak 
adı vermiş, onu ağacla bağlı izah etmişdir. Bu rəvayətin başqa 
variantına Rəşidəddin və Əbülqazi xanda da rast gəlirik. Fəzullah 
Rəşidəddin yazır ki, içiboş ağacı qədim türklər kıpçak adlandırır 
(29, s. 18). 
Bu fikri qəbul etsək, o zaman deyə bilərik ki, kıbçak, kıv-
çak  leksemi  kovuk,  kobuk  sözü  ilə  eyni  kökdəndir.  Müasir 
Azərbaycan  dilində  bu  söz  qabıq,  qovuq  şəklində  işlənir. Türk 
advermə ənənələrində qoruyucu adlara müraciət edilməsi faktla-
rını nəzərə alsaq, kıbçak etnoniminin qoruyucu xüsusi ad olması 
fikrini haqlı hesab edirik.
Kırkız. Bu etnonim KT ş. 4; 14; 17; 20; 25; 35; 36; KT şm.13; 
BX ş 26; T. 20; 27; 28; MÇ 22; 23; və s. abidələrdə işlənir.
Kırkızlardan bəhs edən Ə.Rəcəbli qeyd edir ki, bu etnonim 
Yenisey çayının yuxarılarında Kem və Kemçik çayları hövzəsində 
yaşamış  türk  xalqıdır.  Çin    mənbələri  onları  xyakas  adlandırır, 
VII-VIII  yüzilliklərdə  qırğızların  dili  və  yazısı  göytürk  və  uy-
ğurlara  yaxın  olsa  da,  mədəniyyətləri  onlardan  fərqlənmişdir. 
Bəzi parametrlərdə bu üç xalq arasında kəskin fərq nəzərə çar-
pır.  Qaynaqların  xəbər  verdiyinə  görə,  qırğızlar  cənub-qərbdə 
karluqlar, qərbdə kurıkanlar (Baykal gölünün şimalında Anqara 
çayının aşağı axarında yaşayırdılar), şimalda isə boma xalqı ilə 
qonşu  idilər.  Onlardan  şərqdə  çik  qəbilələri  yaşayırdı.  Deməli, 
qırğızların şimal sərhəddi indiki Krasnoyar şəhərindən bir qədər 
şimaldan, şərq sərhəddi Şərqi Sayan dağlarının ətəklərindən, qərb 
sərhəddi Tom və Biy çaylarında Salair silsiləsinədək keçirdi. Qır-
ğızların ərazisi cənubda Karaşarla hüdudlanır. Qırğızlar hündür 
boyludur, saçları kürəndir, al yanaqlı və mavi gözlüdürlər. Onlar 
Şaman (qam)izm dininə biyət edirlər. Kırkızlar 840-cı ildə uyğur-
ları (Uyğur xaqanlığını) məğlub edib Mərkəzi Asiyada qüdrətli 


156
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dövlət – Kırğız xaqanlığını yaratmışlar (20, s. 396). F.Zeynalov bu 
etnonim haqqında yazır: «Qırğızlar yeni eranın əvvəllərində artıq 
bir çox sahələrdə yüksək nailiyyətlər əldə edərək, Sibirdə yaşa-
yan köçəri xalqlar içərisində seçilməyə başlayırlar. Onlar VI-VIII 
əsrlərdən etibarən artıq yazıya da malik idilər (Yenisey yazıları)» 
(24, s. 188). Kırkız/qırğız etnoniminin mənşəyi barədə türkologi-
yada ümumi bir fikir yoxdur. Türkoloqlardan K.İ.Petrov bu sözün 
kırığ  «qırmızı»  sözü  və  -z  cəm  şəkilçisinin  birləşməsindən  ya-
randığını, N.ABaskakov isə bu etnonimin kırku «qırmızı» və quz 
«oğuz» sözlərinin birləşməsindən əmələ gəldiyini, «cənubda ya-
şayan oğuzlar» anlamını bildirdiyini göstərir. Bunlara münasibət 
bildirən F.Zeynalov qeyd edir ki, qırğız adının kırqut-kırkız sözü 
ilə (qırmızı sifət, üz) bağlı şəkildə formalaşması daha çox ağla-
batandır.  Uyğurlar  onları  xaqas  adlandırmışlar.  Onlar  sonralar 
kilqislər  adlanmışlar.  Qırğız  adının  bu  sözdən  nəşət  etməsi  də 
mümkündür (24, s. 188).
Abidələrdə yuxarıda bəhs etdiyimiz etnonimlərdən əlavə kök 
türk, kürt, kitay, kurikan, oğuz, on ok, on uyğur, Otuz tatar, səkiz 
oğuz, soğdak, suğd/soğd, toğbaç, tanut, tarduş, tat, tatar, tatabı, 
tezik, tokar, tokuz oğuz, toŋra, toliş, tüpüt, türqis, türk, uyğur, üç 
karluk, üç kurikan, üç oğuz, yağma etnonimləri də işlənmişdir.
Orxon-Yenisey abidələrində aşağıdakı toponimlər qeyd olun-
muşdur.*
Kül Tigin abidəsində: Altun yış, Bayırku, Bolçu, Bökli çöl, 
Bukarak, Əzgənti Kadaz, Yaşıl ügüz, Yer Bayırku, Yinçü ügüz, 
Yir Bayırku, Kənü Tarman, Kögmən, Kadırkan, Kara köl, Kuş-
lağak, Mağa Kurğan, Ötükən yış, Sona yış, Tabar, Təmir (Temir) 
kapığ, Tokuz Ərsən, Toğı balık, Tün yazı, Türgi Yarğun, Çoğay 
(Çuğay) yış Kuz, Çuş başı, Şantun.
*Qeyd. Bu faktları verərkən Ə.Rəcəblinin və Y.Məmmədovun “Orxon-Yeni-
sey abidələri” (Bakı, 1993) kitabına əsaslanmışıq.


157
Onomastika, Dialektologiya, Etimologiya
Bilgə xaqan abidəsində: Ağu, Altun yış, Antarğu, Beşbalık, 
Bolçu, Buluk, Əzgənti Kadaz, Kem, Köğmən, Kadırkan, Mağa 
Kurğan, Örpən, Sələŋə, Sona yış, Toğla üdüz, Tüngər tağ, Urğu, 
Çoğay (çuğay) yış Kuz, Ertis, Iduk baş.
Tonyukuk  abidəsində:  Ak  Tərməl,  Altun  yış,  Anı,  Arkuy, 
Benlügək,  Bolçu,  Yarış  yazı,  Yinçü  ügüz,  Kök  ön,  Kögmən, 
Ötükən yış, Santun (Şantun), Təmir (Temir) kapığ, Toğla ügüz, 
Usın Buntatu, Çoğay (çuğay) yış Kuz; Çuğay kuz, Ertis, Ibar baş, 
Iduk baş.
Küli  çor  abidəsində:  Beşbalık,  Yinçü  ügüz,  Keçin,  Təz, 
Təmir (Temir) kapığ.
Moyun çor abidəsində: Ağuluğ, Arkar baş, Açığ Altur köl, 
Baybalık,  Burğa,  Bükəgük,  Ər-kamış,  Ərsəgün,  Yabaş,  Tokuş, 
Yarış yazı, Yit başı, Yılun kol, Yoğra yarış, Yula göl, Keyrə başı, 
Kem,  Kərgün,  Kögmən,  Kögür,  Kömür Tağ,  Kazluk  göl,  Kara 
buluk, Kara Yotalık, Kasuy, Orkun balık, Yar ügüz, Orkun ügüz, 
Ötükən  yış,  Sələŋə,  Sokak,  Tayğan  köl,  Talakan,  Toğurğu,  Üç 
Birgü, Şıp, Ertis, Iduk baş.
Hoytu – Təmir abidəsində: Beşbalık.
Steynin tapdığı I əlyazmada: Bayırku, Koşu balık, Suğçu ba-
lık.
İkinci əlyazmada (Irk Bitik (Falnamə): Yarğun.
Aşağıda bəzi toponimlərin mənşəyinə aydınlıq gətirək.
Altun yış, Altun kır. Bu toponimlər abidələrdə 7 dəfə qeyd 
olunmuşdur (KT ş. 36; BX ş. 27; T. 20; T. 31; T. 32; T. 35; T. 37).
Əvvəlcə  qeyd  edək  ki,  qədim  türk  dillərindəki  altun  “qı-
zıl” anlamındadır (12, s. 40). Tərkibində altun sözü olan bir çox 
toponimlər vardır. Herodotun təsvir etdiyi əfsanədən  məlum olur 
ki, Tarqitayın Mastaqda (Mustaq toponimi indiyə qədər Alma-Ata 
vilayətində  qorunub  qalmaqdadır)  köçəbə  həyatı  sürən  üç  oğlu 
Altun tağ dağlarında yaşayırdılar (37,s. 40). Cənubi Qafqazda da 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə