D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə47/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   43   44   45   46   47   48   49   50   ...   84

165
Onomastika, Dialektologiya, Etimologiya
1995.
55. S.Əliyarov. Dədə Qorqud kitabında anaxaqanlığı tarixi-
nin izləri. Azərb. filologiyası məsələləri. II buraxılış, Bakı, 1984, 
s.187.
56.  Севортян  Э.В.  Этимологический  словарь  тюркских 
языков. М., 1974.
57. S.Gomeç. Kök türk tarihi. Ankara, 1997.
58. T.Hacıyev. Azərbaycan dilinin yazıyaqədərki izləri haq-
qında. Azərb. filologiyası məsələləri. Bakı, 1984, s.125-136.
59. T.Xalisbəyli.  N.Gəncədi  və Azərbaycan  folkloru.  Bakı, 
1990.
60. V.Yunisova. Orxon-Yenisey abidələrində qəhrəmanlıq an-
layışlı şəxs adlarının leksik-semantik xüsusiyyətləri. Azərbaycan 
onomastikası problemləri, VII, Bakı, 1999.
61.  V.Yunisova.  Orxon-Yenisey  abidələrində  şəxs  adları. 
Namizədlik dissertasiyası. Bakı, 2000.
62. Y.Məmmədov. Orxon-Yenisey abidələrində adlar. I-II h., 
Bakı, 1979, 1981.
Резюме
Айнура Алиева,
науч. сотрудник
ОНОМАСТИЧЕСКИЕ ЕДИНИЦЫ 
В ОРХОНА-ЕНИСЕЙСКИХ ПАМЯТНИКАХ
Орхона-Енисейских  памятники  являются  самыми  древ-
нейщи письменными памятниками турецкого народа. В этих 
памятниках  встречаются  множество  древнейщих  турецких 
имен личностей и племен.
В научной работе привлечены к исследованию ономасти-


166
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ческие  удиницы  использованные  в  Орхона-Енисейских 
памятниках,  открыты  семантические  значения  многих 
антропонимов, топонимов и гидронимов.
Summary
Aynura Aliyeva,
Scientest
ONOMASTİC UNİTS USED 
İN THE MONUMENTS OF ORKHON-YENİSEY
Orkhon-Yenisey monuments is one of the oldest written mo-
numents of Turkish peoples. In these monuments we can see the 
names of tribe, the names of person, the names of place of ancient 
Turks.
In this scientitic work onomastic units are researched which 
used in the monuments of Orkhon-Yenisey, It is also explained 
the semantical meaning of some antroponyms, toponyms and hid-
ronyms.


167
Onomastika, Dialektologiya, Etimologiya
Müasir Azərbaycan dilinin qram-
matik qaydalarını elmi əsaslarla təhlil 
və  tədqiq  etmək,  tarixi  inkişaf  qanu-
nauyğunluqlarını  izləmək,  öyrənmək 
üçün  ona  qohum  olan  dillərə  diqqət 
yetirmək  lazımdır.  Tədqiqat  zamanı 
qədim  ümümtürk  yazılı  abidələrə  is-
tinad edilməsi dilçiliyimizdə mövcud 
olan bir çox məsələlərə aydınlıq gətirə 
bilər.
Qədim ümumtürk yazılı abidələri 
dedikdə  ilk  olaraq  Orxon-Yenisey 
abidələri  yada  düşür.  Orxon-Yenisey 
abidələri həm də ona görə diqqət çəkir 
ki,  Müasir Azərbaycan  ədəbi  dilində 
və  dialektlərimizdə  işlənən  bir  çox 
sözlərə  həmin  abidələrdə  də  təsadüf 
olunur.
Orxon-Yenisey abidələrinin tapıl-
ması və öyrənilməsi tarixi də maraq-
lıdır. Abidələrlə  bağlı  ilk  məlumatlar 
XII əsrdə tarixçi Alaəddin Ata Məlikin 
“Cüveyni  tarixi  cahangüşa”  əsərində 
Bəhram Məmmədov, 
elmi işçi
ORXON-YENİSEY YAZILI ABİDƏLƏRİ VƏ 
DİALEKTLƏRİMİZ


168
DƏDƏ QORQUD ARAŞDIRMALARI
rast gəlinir. Avropada isə Orxan-Yenisey abidələri haqqında ilk 
məlumatı Nikolay Vidzen vermişdir. N.Vidzendən sonra Trobol 
boyarının oğlu Semyon Remazov Orxon-Yenisey abidələri haq-
qında məlumat verir.
Hər  iki  tədqiqatçı  qədim  türk  abidələrinin  yeri  haqqında 
məlumat verməklə kifayətlənmiş, abidələrin özləri haqqında elmi 
əhəmiyyət daşıyan fikir söyləməmişlər.
Orxon-Yenisey  abidələri  haqqında  elmi  tədqiqatlara  XVII 
əsrdən  başlanmışdır.  İsveç  zabiti  Filipp-İohann Tabbet  Stralen-
berq 1730-cu ildə nəşr olunan “Das Nord und Ostliche Theil von 
Europa und Asia” adlı əsərində elmdə ilk dəfə olaraq, “Orxon-Ye-
nisey əlifbası ilə yazılmış bir neçə kitabədən nümunə vermişdir. 
Sonrakı illərdə isə “Orxon-Yenisey abidələri ilə bağlı V.Tomsen, 
V.V.Radlov  və  başqaları  davamlı  tədqiqat  aparmağa  başladılar. 
Tədqiqatçılar  apardıqları  uzunmüddətli  tədqiqat  sayəsində  bir 
tərəfdən yeni abidələri kəşf etdilər, eyni zamanda tapılan abidələrin 
türk  xalqlarına  məxsus  olmasını  müəyyənləşdirdilər.  Abidələr 
üzərində işləyən Danimarka alimi V.Tomsen 1893-cü il, dekabr 
ayının 15-də Danimarka Kral Elmlər Akademiyasının iclasında 
Orxon-Yenisey  yazılarının  açılması  haqqında  məlumat  verdi. 
V.Tomsen əvvəlcə, Kül-tigin abidəsindəki dörd sözü-tenri, türk, 
kül, tigin sözlərini oxuyur. Tomsenlə eyni vaxtda akad.V.V.Rodlov 
20-yə qədər işarəni açmağa müvəffəq oldu. V.Tomsendən sonra 
V.V.Rodlov Kül-tigin şərəfinə qoyulmuş abidəni tərcümə edir və 
1894-cü il yanvarın 19-da Rusiya Elmlər Akademiyasının iclasın-
da oxuyur. O, həmin ildə Bilgə xaqan şərəfinə abidəni də ilk dəfə 
tərcümə edir. 1894-1895-ci illərdə V.V.Radlov Orxon, habelə Ye-
nisey abidələri üzərində işləyir. 1895-ci ildə Yenisey abidələrinin 
Monqolustanda  tapılmış  kiçik  abidələri  və  Ongin  abidəsini, 
həmçinin,  Kül-tigin  şərəfinə  abidənin  üçüncü  tərcüməsini  nəşr 
etdirir. Sonra o, xüsusi olaraq Orxon-Yenisey abidələri dilinin fo-


169
Onomastika, Dialektologiya, Etimologiya
netikası və qrammatikası məsələləri üzərində tədqiqat aparır.
Azərbaycanda Orxon-Yenisey abidələrini Azərbaycan dilində 
ilk dəfə 1993-cü ildə, Ə.Rəcəbov, Y.Məmmədov “Orxon-Yenisey 
abidələri” adı altında nəşr etdirmişlər.
Həmmüəlliflər nəşr prosesində əsas mətni dörd hissədə qrup-
laşdırmışdır.
1. Orxon kitabələri
2. Turfanda tapılan kağız üzərində yazılmış əlyazmalar
3. Yenisey kitabələri
4. Talas (Qırğızıstan) kitabələri
Qeyd etmək lazımdır ki, bu əsər qədim türk yazılı abidələrinin 
Azərbaycan dilində ən mükəmməl nümunəsidir.
Əvvəlcə  qeyd  etdiyimiz  kimi  Azərbaycan  dilinin  öyrənil-
məsində Orxon-Yenisey abidələrinə istinad edilməsi maraqlı fakt-
ları ortaya qoyur.
Tədqiqat  zamanı  aydın  olur  ki,  Orxon-Yenisey  abidələrində 
işlənmiş bir çox sözlər hal-hazırda Azərbaycan dilinin dialekt və 
şivələrində yaşamaqdadır.
Orxon-Yenisey  abidələrinin  leksikası  və  dialektlərimizdə 
işlənən  ortaq  sözləri  araşdırmaq  üçün  həmin  abidələri  fonetik, 
leksik  xüsusiyyətləri  baxımından  tədqiqata  cəlb  etmək  məqsədə 
uyğundur. Bu baxımdan Orxon-Yenisey abidələri arasında zəngin 
leksikası, həcm genişliyi ilə, Kül-tigin abidəsi maraq doğurur.
Kül-Tigin abidəsi Türk şahzadəsi, İltəriş xaqanın oğlu, Bilgə 
xaqanın kiçik qardaşı Kül-tigin (685 27 fevral, 1 noyabr. 731-ci 
ildə dəfn olmuşdur) şərəfinə qoyulmuşdur.
Kül-tigin böyük qəhrəmanlıqlar göstərmiş, xaqan qoşununun 
baş sərkərdəsi olduğu on beş il (716-731) ərzində bir neçə ölkə 
fəth etmiş bütün döyüşlərdən zəfərlə çıxmış və xeyli düşmən öl-
dürmüşdür.
Kül-tigin  abidəsinin  mətni  Bilgə  xaqanın  dilindən  yazıl-


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə