D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə48/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   44   45   46   47   48   49   50   51   ...   84

170
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mışdır.  Bilgə  xaqan  qardaşının  elin  möhkəmlənməsi  yolunda 
çəkdiyi zəhmətdən, hərbi yürüşlərindən, qələbələrindən və şəxsi 
şücaətlərindən ürək dolusu fərəhlə danışır. Vəfatına kədərləndiyini 
söyləyir. Çin mənbələrindən qeyd olunur ki, Kül-tigin xaqan kimi 
dəfn edilmişdir. Yüksək səviyyəli Çin heyətinin dəfndə iştirakı da 
bunu sübuta yetirir. Bilgə xaqan baş daşının yazılmasına, abidə 
kompleksinin  tikilməsinə  şəxsən  rəhbərlik  etmişdir.  Abidənin 
mətni yazılmış daş – 1 avqust 732-ci ildə qoyulmuş, 733-cü ilin 
sonunda hazır olmuşdur.
Kül-tigin  abidəsi  kürəyi  deşik  tısbağa  şəkilli  mərmər 
bünövrənin  ortasına  geyindirilmiş  tilləri  yonulmuş  dördbucaqlı 
kəsik piramida şəklindədir. Piramida saf olmayan mərmərdən yo-
nulmuşdur. Abidə tapılarkən piramida yerə yıxılmış vəziyyətdə 
imiş.  Sonradan  yerinə  bərpa  edilmişdir.  Piramidanın  hündürlü-
yü 3 m 75 sm-dir. Şərq və Qərb üzləri aşağıda 132 sm, yuxarıda 
122 sm, cənub və şimal üzvləri aşağıda 46 sm, yuxarıda 44 sm 
eninədir. (1, səh. 58) Abidənin üstü kəmər şəklində bitir, yuxarısı 
beş guşəli ulduz şəklindədir. Abidənin şərq tərəfinin üstündə xa-
qanın damğası vardır. Damğa dağ keçisi şəkilli rəsmdən ibarətdir. 
Qərb  tərəfi  Çin  əlifbası  (heroqrif)  ilə  yazılmışdır,  mətn  Çin 
dilindədir. Qalan üç tərəf və tillərin kəsik hissəsi Orxon-Yenisey 
əlifbası ilə türk dilində yazılmışdır. Bundan başqa, Çin mətninin 
yanında  da  Orxon-Yenisey  əlifbası  ilə  türk  mətni  yazılmışdır. 
Şərq, tərəfdə 40 sətir, şimal və cənub tərəflərin hərəsində 13 sətir 
yazı vardır. Sətirlər yuxarıdan aşağıya doğru yazılmışdır və sağ-
dan sola doğru oxunur. Sətirlərin uzunluğu 2 m, 35 santimetrdir. 
Ardıcıl, dəqiq eyni zamanda gözəl hərflərlə yazılmışdır. Abidənin 
çincə mətnində Türk-Çin dostluğu, Türk xaqanının şücaətləri tərif 
edilir, sonda abidənin qoyulduğu tarix göstərilir.
Kül-tiğin abidəsi Monqolustanda, Kokşin-Orxon rayonunda, 
Orxon çayı hövzəsində, Saydam gölü yaxınlığında, Erdeni Tszu 


171
Onomastika, Dialektologiya, Etimologiya
budda monastrından 60 km şimalda tapılmışdır. Bu səbəbdən də 
abidə Orxon abidəsi hesab olunur. Abidə 1889-cu ildə rus alimi 
N.M.Yadrintsev tərəfindən tapılmışdır.
Kül-tigin  abidəsi  ilk  dəfə  1892-ci  ildə  atlas  şəklində  trans-
kripsiya və tərcüməsiz nəşr olunub.
1940-cı ildə isə Hüseyn Namiq Orkun abidəni türkcə nəşr et-
dirmişdir.
Azərbaycanda  isə  Kül-tigin  abidəsi  haqqında  ilk  məlumata 
tərcümə ilə birlikdə A.M.Məhərrəmovun 1967-ci ildə çap olun-
muş “Qədim türk runik yazılı abidələr” adlı kitabında rast gəlirik.
Kül-tigin  abidəsi  sonrakı  illərdə  də  tədqiqatçıların  diqqət 
mərkəzində olmuş bir çox görkəmli türkoloq alimlərimiz abidənin 
lüğət  tərkibini,  qrammatik  quruluşunu  araşdırmışdır.  Kül-tigin 
abidəsinin  lüğət  tərkibini  müasir Azərbaycan  dili  ilə  müqayisə 
edən Ə.Şükürlü 20-dən artıq sözün öz fonetik quruluşuna görə 
indiki dilimizdə işlədilən sözlərə tam uyğun gəldiyini qeyd etmiş-
dir.  Son  illər  Ə.Tanrıverdi  Orxon Yenisey  abidələrini  tədqiqata 
cəlb  etmiş  “Azərbaycan  dilinin  tarixi  qrammatikası”  əsərində 
abidələrin mətninə isdinad etmişdir . 
Orxon-Yenisey  abidələri,  o  cümlədən  Kül-tigin  müxtəlif 
aspektdə tədqiqata cəlb olunsa da bəzi kiçik  detalları nəzərə alma-
saq abidələrin leksikası ilə dialekt və şivələrimiz paralel şəkildə 
tədqiq  olunmamışdır.  Halbuki,  dialekt  və  şivələrimizdə  işlənən 
bir çox fonetik, morfoloji hadisələr, Orxon-Yenisey, o cümlədən 
Kül-tigin abidəsində də müşahidə olunur. Kül-tigin abidəsində, 
və dialekt şivələrimizdə mövcud olan fonetik bənzərliklər aşağı-
dakı şəkildədir.
1. Sağur nun səsinin işlənməsi
Bu fonetik hadisə dialektlərimizdən Qərb qrupu şivələrində 
müşahidə edilir. Məsələn, atana, yoldaşına gördüyünüz, dediyiniz 
və s. Sağur nun səsinin işlənməsi hadisəsinə Kül-tigin abidəsində 


172
DƏDƏ QORQUD ARAŞDIRMALARI
də rast gəlinir. Məsələn, İlgərü gün toğsıka, bizigörü kün ortu-
sınaru  kurığaru  kün  batsıkna  yıpığarı  tün  otusınaru  anta  içrəki 
bodun kop mana  / [mana] görür. (1). (1, səh. 70) Tərcüməsi... 
Şərqə-gün doğana, cənuba-gün ortasına qərbə-günbatana, şimala-
gecə ortasına onun içindəki (oradakı) xalqlar bütünlüklə mənə ta-
bedir. (1, səh. 77). Qeyd etmək lazımdır ki, Gəncə və Gəncəbasar 
bölgəsində,  mən  şəxs  əvəzliyi  yönlük  halda  sağur  nun  səsi  ilə 
tələffüz olunur.
2. ı saitinin  u saiti ilə əvəzlənməsi hadisəsi.
Bu hadisə şərq dialekt və şivələrinə (xüsusən Quba dialekti) 
aid olub sözün son hecasında özünü göstərir. Bundan əlavə bu 
hadisəyə Zaqatala, Qax şivələrində də rast gələ bilərik. Məsələn, 
paxul  (Quba-Amsar),  yosduğ  (Quba)  baluğ,  aşuğ,  qatuğ,  soruğ 
(Quba-Alpan) və s. (2.səh, 48) Qeyd olunan fonetik əvəzlənməyə 
Kül-tigin abidəsində də rast gəlmək mümkündür.
Kül-tigin ol sünisdə otuz yaşayur erti; tərcüməsi Kül tigin o 
döyüşdə otuz yaşında idi. (1, səh.75)
Təkcə Kül-tigin abidəsində deyil, türk dillərinə aid bir çox 
türk dillərində
ı  >  u  əvəzlənməsi  hadisəsinə  rast  gəlinir.  Məsələn: 
M.Kaşğaridə or mut (I c.95); coruk (I c. səh. 381) konuğ (I c. 44). 
kopuğ (I c. 48) və s.
3. d>t. d səsinin t səsi ilə əvəzlənməsi hadisəsi 
Bu hadisə az da olsa bütün dialekt və şivələrimizdə özünü 
göstərməkdədir. Məsələn, tiş (Qazax, Muğan), tükan (Bakı, Mu-
ğan, Qarabağ, Ordubad, Naxçıvan), tişi (Qazax, Muğan) tuşbərə 
(Bakı) turur (Zaqatala) (2, s. 82).
d>t  əvəzlənməsinə  Kül-tigin  abidəsində  daha  çox  rast 
gəlinir.  Məsələn:  “Keçə  Təmiz  (dəniz)  kopiğka  təki  sülədini: 
tərcüməsi:keçərək Dəmir qapıya təki qoşun çəkdim. (1, səh.70) 
Tört  bulun  kop  yağı  ermis:  tərcüməsi.  Dörd  tərəf  tamam  yağı 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə