D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə45/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   41   42   43   44   45   46   47   48   ...   84

158
DƏDƏ QORQUD ARAŞDIRMALARI
altun sözündən yaranmış dağ adları vardır. “Kitabi-Dədə Qorqud”  
dastanında Altuntaxt toponiminə rast gəlirik. İndiki Ermənistan 
ərazisində Altuntaxt , XIX əsrdə Azərbaycanın Zəngəzur və Şuşa 
qəzalarında Altuntaxt dağ adları məlumdur (6, s. 121). B.Budaqov 
və Q.Qeybullayevin fikirlərinə görə, qeyd olunan oronimlərdəki 
altun sözü dağın suxurunun lava mənşəli olduğuna görə qırmı-
zı rəngə çalması ilə əlaqədardır (6, s. 121). Altun yış toponimi 
sonralar  Altay    şəklinə  düşmüşdür.  E.Murzayev  qeyd  edir  ki, 
Altay dağlarına monqollar Altay leksemi ilə yanaşı, Altain-nuri 
də deyirlər (45, s. 286). Altay leksemi altun sözünün tərcüməsi 
nəticəsində meydana çıxmışdır. Çünki Altay sözü də monqol yazı 
dilində “qızıl” mənasını ifadə edir. Altay oronimindən bəhs edən 
E.Murzayev yazır: “Bu söz türk mənşəli olub, güman ki, ala dağ – 
yəni “daima qar, torpaq və otdan ibarət şaquli örtükləri olan dağ”  
mənasını verən alatau sözü ilə bağlıdır. Belə silsilələrinin hün-
dür dağ zonaları öz  alabəzəkliyi ilə seçilir: ağ qar ləkələri, qara, 
bitki örtüyündən məhrum daşlıq sahələr, yaşıl alp çəmənlikləri, 
boz  qranit  massivlərə  burada  tez-tez  təsadüf  edilir.  Elə  Djun-
qar Alatausu  adı  da  buradan  yaranıb  (45,  s.  285).  V.Maxpirov 
M.Kaşğarinin lüğətində qeyd olunan toponimlərdən bəhs edərkən 
yazır ki, M.Kaşğari, Altun xan onomastik vahidini “qızıl çıxarılan 
yer” kimi izah etmiş və toponimdə fars mənşəli kən (“çıxarılan”) 
sözünün iştirak etdiyini göstərmişdir (49, s. 36). Altun yış toponi-
mi ilə qədim türklər indiki Altay dağlarını ifadə etmişlər.
Çox güman ki, bu oronimin həm Altun yış şəkli, həm də Altay 
forması türkmənşəlidir. Altun kır oronimindəki kir  leksemi türk 
dillərində çoxmənalıdır: “çöl, yayla, alçaq yüksəklik” və s. La-
kin bəzi  türk dillərində (o cümlədən tuva dilində) kır “dağ beli” 
mənasındadır (47, s. 327). Fikrimizcə, Altun kır toponimində al-
tun sözü torpağın süxurunun qırmıızı rəngini, kır sözü isə “dağ 
beli” mənasını bildirir. Belə ki, vulkan (lava) mənşəli qırmızımtıl 


159
Onomastika, Dialektologiya, Etimologiya
süxur yalnız dağlıq ərazidə ola bilərdi:
Baybalık. Bu toponim türklərin 758-ci ildə inşa etdirdiyi ilk 
şəhərlərdən  birinin  adıdır.  Bu  oykonimin  adına  MÇ  abidəsində 
rast  gəlirik:  Soğdak,  Tabğaçka  Sələŋə  Baybalık  yapıtı  bertim 
(MÇ,  44).  “Soğdalılara  və  tabğaçlara  Selenqa  çayı    sahilində  
Baybalık  (şəhərini)  salmağı  əmr  etdim”  (18,  s.  152)  Mətndən 
göründüyü  kimi  bu  şəhər  Selenqa  çayının  sahilində  yerləşirdi. 
Baybalık  toponiminin  apelyativi  bay  və  balık  leksemlərindən 
ibarətdir. Bay sözü qədim türk dilində “zəngin, varlı” anlamını 
bildirir.  Bu  söz  onomastik  vahidlərin    tərkibində  geniş  şəkildə 
çıxış  edir.  Balık  komponenti  də  qədim  türk  sözü  olub  “şəhər” 
mənasını  ifadə  edir  və  Beşbalıq,  Bavılbalık,  Yangı  balık  və  s. 
kimi qədim türk oykonimlərinin tərkibində təsadüf olunur. “İlk 
yer  adı  kimi  mənşəyi  maraq  doğuran  balıq  sözü,  VII  əsrdən 
etibarən türk dövlət və mədəniyyət işləri içərisində yer tutmuş, 
yerinə və qavranmasına  görə xüsusi məna qazanmışdır. Əslində, 
bu söz (balıq) dövlət idarələrində rəsmən “şəhər, qala” mənasında 
istifadə olunduğu  halda, XI əsr Arğularında (arğu dilində) “ca-
mur, balçık (palçık) anlamında işlənmişdir. Eyni rəmzi söz köçəri 
türk dairələrində yurd sözü ilə dəyişdirilmişdir (9, s. 20-21). XI 
əsrdə  M.Kaşğari  artık  balık  sözünün  arxaikləşdiyini  və  onun 
yerinə kənt lekseminin işləndiyini göstərir və qeyd edir ki, balık 
islamlıqdan çox əvvəl işlənmiş, türk dilində “sığınaq, qala, şəhər” 
deməkdir (44, s. 379).
Qeyd edək ki, müasir Azərbaycan toponimlərinin tərkibində 
də balık coğrafi adına daşlaşmış şəkildə rast gəlinir. Məs.; Balık 
indi İsmayıllı rayonunda  bir kəndin adıdır.
Kömür tağ. Bu oronimə MÇ (8) və Terxun (22) abidələrində 
rast gəlinir: Kara kum asmıs, Kökürdə, Kömür tağda, Yar üğüzdə 
üç tuğlıq türk bodın... (MÇ, 8). “Qara qumu aşmış, Kögürdə, Kö-


160
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mür dağda, yar çayının (sahilində) üç bayraqlı türk xalqı...” (18, 
s. 149).
Qədim türk dilində kömür “dağ başında dar yarğanlıq, uçu-
rum  yer”  mənasını  bildirmişdir  (Məmmədov  N.  Azərbaycanın 
yer adları. B., 1993, s.26). Türk dünyasının müxtəlif bölgələrində 
bu  sözlə  meydana  gələn  toponimlərə  təsadüf  edilir.  Məsələn, 
Azərbaycan  toponimiyasında  Kömür  –  İrəvan  quberniyasının 
Şərur - Dərələyəz qəzasında kənd adı, Kömür – 1728-ci ildə İrəvan 
əyalətinin Sisyan nahiyəsində kənd adı, Kömürlü – İrəvan xanlı-
ğının Dərələyəz mahalında kənd adı,  Kömürlü – İrəvan quberni-
yasının İrəvan qəzasında dağ adı (6, s. 307-308); Kömürxanadağ 
– Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Dağ orada ağac 
kömürü hazırlanmasına görə belə adlanmışdır (7, s. 216). Bun-
dan əlavə müasir Azərbaycan toponimiyasında Kəlbəcər və Laçın 
rayonlarında Kömürdağ, Oğuz rayonunda Kömür aşırımı, Quba 
rayonunda Kömürdağ toponimləri  kömür lekseminin iştirakı ilə 
yaranmışdır. Bu oronimlərin bəziləri ola bilsin ki, vulkan mənşəli 
dağ süxurları qara rəngdə olduğuna və kömürə bənzədiyinə görə 
belə adlanmışdır.
Kara Səŋir. Abidələrdə bu toponim 4 dəfə (Yn XXIV, 2; 4; 
5; 5) qeyd olunmuşdur. Kara Səŋir toponimi suxurun qara rəngini 
bildirən  kara  və  qədim  türk  dillərində  “dağ  burnu”  mənasında, 
senir (12, s. 495) sözlərindən əmələ gəlmişdir. Azərbaycanda rast 
gəlinən Səngərdağ və Səngərqaya oronimləri də bu sözdən  ya-
ranmışdır.
Toğu balık. Orxon-Yenisey abidələrində Toğu balık toponi-
mi 2 dəfə (Bx. s.3 0; KT sm 4) qeyd olunmuşdur. Çox güman 
ki, bu toponim türklərdə “gün doğan, şərq mənasında doğu (t – 
d) əvəzlənməsi  türk dillərində mövcuddur) və “şəhər” anlamın-
da  balık  sözlərindən  yaranmışdır.  Şəhər  Tola  çayının  sahilində 
yerləşir (20, s.388). Biz də Toğu balık  toponiminin “gündoğan 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə