D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə43/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   39   40   41   42   43   44   45   46   ...   84

152
DƏDƏ QORQUD ARAŞDIRMALARI
şəkilçisi hesab edir (36, s. 25). Etnonimin iz/ez hissəsinin seman-
tikası haqqında bir fikir yoxdur.
Ezgil adlı qəbilyə bulqarların arasında da rast gəlinir. Bu etno-
nimin izləri Azərbaycan toponimiyasında Əzgilli oykonimlərində 
(Xanlar və Zaqatala rayonlarında kənd) indi də qalmaqdadır.
Karluq. Altayda İrtış çayı sahillərində yaşayan türk xalqıdır. 
Karluqlar 650-ci ildə türkutlərdən ayrılmış və Tan imperiyasına 
tabe  olmuşlar.  Çin  qaynaqlarında  qelolu  adlanırlar.  Üç  böyük 
qəbilədən ibarətdir (Üç karluk). Karluq etnonimi KT şm 1; 2; BX 
ş, 29; 40; KÇ 18; 20; 21; MC 25, 27, 29, 31, 40, 41; mətnlərində 
işlənmişdir.
Karluk etnoniminin etimologiyası haqqında müəyyən bir fi-
kir yoxdur. «Oğuz xaqan» dastanında Oğuz xaqanın ordusunun 
bir qisminin qalın qarı keçə bilməyərək qalması və Oğuz xaqanın 
onlara  karluk  adı  verməsi  haqqında  məlumat  var.  Bu  yəqin  ki, 
xalq etimologiyasıdır. Q.Qeybullayev bu tayfanın adının Şamaxı 
rayonundakı Qarlı dağ adında qaldığını qeyd edir (40, s. 75).
Kara – türgiş – qərbi göytürklərə daxildir (20, s. 395).
Kasar – Moyun Çor (7-ci  sətir), Terxun (17-ci sətir) və Bögü 
xaqan abidələrində (10 və 19-cu sətirlər) kasar xalqından danışı-
lır. Güman ki, bu, türkdilli xəzərlərdir (20, s. 395). Xəzər sözünün 
mənşəyindən bəhs edən tədqiqatçılar bu etnonimi kazax etnoni-
mi ilə qarşılaşdırır, kökündə kaz/kass ünsürünün mövcudluğunu, 
Kaspinin də bununla bağlı olduğunu göstərirlər.
Kabay – dil mənsubiyyəti məlum olmayan qəbilə.
Kay.  Bu  etnonim  Terxun  (qabaq  3-cü  sətir)  abidəsində 
işlənmişdir. M.Kaşğarlı XI əsrdə kay adlı bir türk boyu haqqında 
məlumat verir (44, s. 28). O, bu etnonimi basmil, yabaku, tatar və 
kırğız boylarının əhatəsində göstərir. Müəllif kay boyu ilə oğuz-
ların kayığ boyunu fərqləndirir (44, s. 55).
Bəzi tədqiqatçılar (Y.Nemət) kay etnoniminin apelyativinin 


153
Onomastika, Dialektologiya, Etimologiya
«güclü» mənasını ifadə etdiyini söyləyir.
Kəŋərəs.  Bu  etnonimə  KT  ş.  39-da  rast  gəlirik. Abidənin 
verdiyi  materiallar  əsasında  kəŋərəslərin  Göytürk  xaqanlığı-
nın  qərbində  yaşadığını  və  göytürklərlə  ittifaqda  olduğunu 
müəyyənləşdirmək olur. Hesab edilir ki, bu sözdə e.ə.III əsrdən 
eramızın  ilk  əsrlərinə  qədər  Orta  Asiyada  Sır-Dərya  çayının 
hövzələrində yerləşən Kanq dövlətinin adı əks olunmuşdur. Məhz 
bu  dövlətin  adamları  (Kanq  ərləri,  adamları)  adı  ilə  məlumdur 
(23, s. 115-119). «Kəngərlərin eramızdan əvvəl II əsrdə Sır-Dərya 
çayının  orta  və  aşağı  axarında  güclü  dövlətləri  olmuşdur.  Çin 
səfiri Çjan Tsyan eramızdan əvvəl 128-ci ildə Kəngər dövlətinin 
paytaxtında  olmuşdur.  Kəngərlərin  hakimiyyəti  qərbi  Xəzər  və 
Volqa çayınadək yayılırdı. Eramızın I əsrində kəngərlər Qafqazda 
da möhkəmlənirlər. Sonralar kəngərləri peçeneq adlandırmışlar. 
Bizim eramın VI-IX əsrlərində kəngərlər Sır-Dərya çayının orta 
və  aşağı  axarında  yaşamışlar  (20,  s.  394).  Göytürklərin  əcdadı 
olan,  sonralar  isə  «Oğuznamə»də  «kanqlı»  ifadəsi  ilə  adlanan, 
hunlar  zamanından  Səfəvilər  zamanına  qədər  hərbi  bacarıqları 
ilə seçilən kəngərlərin müəyyən hissəsinin eramızın ilk əsrlərində 
hunlarla  birlikdə  Cənub-Şərqi  Avropaya,  oradan  da  Cənubi 
Qafqaza  gəlmələri  məlumdur.  Erkən  orta  əsrlərdə,  kəngərlər 
Cənubi  Qafqazda  üç  bölgədə  yaşamışlar:  1-İndiki  Ermənistan 
ərazisindəki  Kəngər  dağları  (Qukasyan  rayonunda)  ətrafında. 
2-Gürcüstan Azərbaycan  həmsərhəd  bölgəsində  (indiki  Qazax-
Ağstafa bölgəsində). 3-Naxçıvan ərazisində (39, s. 102). Klavdı 
Ptolomey Albaniyada Kangar yer adının olduğunu yazır. V əsr 
müəllifi Lazar Parblı kəngərlərdən danışarkən Kəngər dağı, Kür 
vadisindəki Kəngər vilayəti haqqında məlumat verir (4, s. 89-91).
Qədim  türk  abidələrindəki  kənqər  tayfa  adından  törəmiş 
kəŋərəs etnonimi kanq, ər sözündən və -s  ünsüründən yaranmış-
dır. Buradakı ər «insan» anlamını bildirir, -s isə cəm şəkilçisidir. 


154
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tədqiqatçılar –s şəkilçisi ilə düzələn cəmlik formasının ümumal-
tay xarakteri kəsb etdiyini çoxdan qeyd etmişlər (48, s. 272-278).
Azərbaycanda  bir  sıra  Kəngərli  toponimləri  bu  tayfanın 
izlərini qoruyur. Məs.; Kəngərli – Ağdam və Tərtər rayonlarında 
kənd, Kəngərli Ağdam rayonunda dağ, Şərur rayonunda düz adı, 
Kəngərli düzü.
Kıbçak. Türkdilli qıpçaq qəbiləsidir. Qıpçaqlar Azərbaycan 
xalqının  etnik  tarixində  mühüm  rol  oynamışlar.  Bəllidir  ki, 
Azərbaycan dili oğuz və qıpçaq dilləri əsasında formalaşmışdır.
Kıbçak etnoniminə Terxun (4-cü sətir) abidəsində rast gəlirik: 
türk kıbçak elig yıl olurmuş. «Türk və qıpçak xalqı üzərində əlli 
il oturmuş». Bu etnonim ilk dəfə məhz bu kitabadə işlənmişdir. 
Tədqiqatçılar bu abidə tapılana qədər belə hesab edirlər ki, kıbçak 
etnonimi  ilk  dəfə  IX  əsrdə  ərəb  coğrafiyaçısı  İbn  Xordadbekin 
«Kitabi-əl-məsalik və əl-məmalik» adlı əsərində işlənmişdir.
M.Kaşğarlı  bu  adı  Qıpçaq  şəklində  2-ci  sırada  çəkir.  Bu-
radan məlum olur ki, qıpçaqlar Bizans-Rum ölkəsinə yaxın bir 
ərazidə məskunlaşmışlar. Müəllif əsərin başqa bir yerində Qıfça-
ğın türklərdən bir bölük və Kaşğar ətrafında yer adı olduğunu da 
qeyd edir. R.Eyvazova bu etnonimdən bəhs edərək yazır ki, ayrı-
ayrı tədqiqatçılar tərəfindən çox müxtəlif səciyyələndirilən (sərt, 
amansız, uğursuz, bədbəxt, möhkəm və s.) qıpçaq etnonimi  çox 
geniş areallara yayılmışdır. Bu ad nəinki Mərkəzi və Orta Asiya-
da, hətta Şərqi Avropada türk xalqının arasında özünü göstərir. 
Qıpçaqlar  türk  dilləri  arasında  ən  böyük  etnik  dil  qruplarından 
birini təşkil edirlər. Qıpçaq etnoniminə hələ yeni eradan əvvəl I 
minillikdə Mərkəzi Asiya tarixi salnamələrində rast gəlinmişdir 
(54, s. 73). Ə.Şükürlü Qıpçaq etnonimi haqqında yazır ki, qıb-
çaqlar XIII yüzilliyədək geniş yayılmış və çox fəal türk qəbilə 
birliklərindən  biri  olmuşlar,  indiki  tatarların,  qumıqların  və  s. 
əsasında  dayanmışlar.  Əski  türk  dilində  qıpçaq  sözü  su  ayrıcı 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə