D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə51/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   47   48   49   50   51   52   53   54   ...   84

180
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xaqan qoyduğu xaqanın itirmiş tərcümə bu şəkildə olarsa itirmək 
felinin önünə artırılan y səsini daha aydın müşahidə etmək olar.
Nümunələrdən də göründüyü kimi dialektlərimiz də y səsinin 
artırılması  hadisəsi  Orxon-Yenisey  abidələrində  də  işlənmişdir. 
Məhz Orxon-Yeniseydən gələn bu fərq digər türk dillərində və 
sonradan yaranan türk dilli abidələrdə də müşahidə edilir. Məsələn 
türkmən dilində: yitqi, yiti, yüz(üz) yüzmek, yüzük, yün (ip) yü-
nek (ipək), yürek, yıldırım, yıl, yılı (ilıq) yıldız; başqırd dilində 
yıl, yondoz (ulduz) yılan, yöz (üz) yörək; Türkiyə türkcəsində: 
yıl, yılan, yıldırım, yıldız.
Ədəbi dildə bəzi türk mənşəli sözlərin ahəng qanununa tabe 
olmaması da məhz bu hadisə ilə bağlıdır.
9. q samitinin k1-ğ, x səsləri ilə əvəzlənməsi hadisəsi 
Çoxhecalı  sözlərin  sonunda  q  samitinin  əvəzlənməsi  x,  k 
və  ğ  səslərinin  işlənməsini  nəzərə  alsaq Azərbaycan  dialekt  və 
şivələrində bu hadisənin, əsasən, Şərq, Qərb, Cənub qrupu dialekt 
və şivələrində işləndiyinin şahidi oluruq. Qeyd etmək lazımdır ki, 
Şərq qrupu dialekt və şivələrində söz sonunda q samiti ğ samiti ilə 
əvəzlənir. Məsələn yarpağ, torpağ, qabığ, çubuğ, balığ, palçığ və 
s. Qərb və cənub qrupu dialekt və şivələrində söz sonunda q sa-
miti x samiti ilə əvəzlənir. Məsələn yarpax, torpax, qabıx, çubux, 
balıx, palçıx və s. Qeyd olunan fonetik əvəzlənmədən bəhs edən 
M.Şirəliyev haqlı olaraq yazır: “Bunu da qeyd etmək lazımdır ki, 
x səsi bir neçə fel əsası müstəsna olmaqla, ancaq səssizlə başlayan 
şəkilçilər qarşısında özünü göstərir. Səsli ilə başlayan şəkilçilər 
qarşısında isə ğ səsi ilə əvəzlənir. Məsələn yarpax, yarpaxda, yar-
paxdan: yarpağa, yarpağı və s. lakin Zaqatala və Ağdam rayonu-
nun bəzi kənd şivələrində çoxhecalı sözlərin axırında olan x səsi 
səsli qarşısında da sabit qalır. Məsələn papaxın, papaxa, saxsaxan 
(Zaqatala) və s. (2, səh 96-97).


181
Onomastika, Dialektologiya, Etimologiya
Qeyd etmək lazımdır ki, q samitinin x və ğ samitlərinə keçməsi 
müasir ədəbi dilimizdə orfoepik norma, kimi sabitləşmişdir. Söz 
sonunda  q  samitinin k  samiti ilə əvəzlənməsi isə bütün dialekt 
və şivələrində müşahidə edilir. Dialektlərimizdə söz sonunda q 
samitinin k1 samiti ilə əvəzlənməsi, əsasən, alınma sözlərlə bağ-
lıdır. Məsələn, eşk- aşik- üfük və s.
Orxon Yenisey abidələrində q samiti təkcə söz sonunda de-
yil  sözün  müxtəlif  yerlərində  də  k,  ğ,  x  samitləri  ilə  əvəzlənir. 
Məsələn: Kögmən yir, sub idisiz kolmazun tigin, az kırkız bodı-
nığ yaratıp kəltimiz, sünüsdümiz (1, səh. 73) tərcüməsi: Kögmən 
yeri – suyu sahibsiz qalmasın deyə, az qırğız xalqını təşgil edib 
gəldik, döyüşdük.
Kanımız,  eçimiz  kazğanmış  bodun  atı,  küsi  yok  bolmazun 
(1, səh. 73) tərcüməsi: atamızın, əmimizin qazandığı xalqın adı, 
şöhrəti yox olmasın.
On tutuk yoçın yaraklığ əligin tutdu, yaraklığdı kağanka an-
çuladı. (1, səh. 74) tərcüməsi: On tutuq yorçun yaraqdı əli ilə tut-
du, yaraqlı da xaqana təqdim etdi və s.
M.Kaşğarinin “Divanı”nda da q-x-ğ paralelliyinə rast gəlmək 
mümkündür.  “Divan”da-yaylağ,  yılığ,  yarlıq  kimi  sözlər  buna 
misal ola bilər. H.Mirzəzadə bu paralelliyi tarixi baxımdan araş-
dıraraq yazır: “Azərbaycan dilində sonu “q” ilə bitən sözlər kar 
tələffüz edilir, adi “q” səsindən fərqlənir. Müəyyən tarixi inkişaf 
dövrü keçmiş ədəbi dilimizi əks etdirən yazıların dilindən aydın 
olur ki, sözlərin sonunda gələn q səsi çox zaman x, az təsadüflərlə 
isə ğ səsi ilə verilmişdir. Yazıda da həmin səslərin şəkli saxlanıl-
mışdır: azadlığ, qutluğ, yeylax və s.” (4, səh. 21)
E.Əzizov  Orxon-Yenisey  “Divan  və  “Kitabi  Dədə  Qor-
qud”  dastanında  q-x,  ğ-h  paralelliyinin  şivələrimizdə  işlənmə 
məqamlarına bu şəkildə dəqiqləşdirir: “Azərbaycan dilində söz 


182
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sonunda yazılan “q” səsinin fonetik əsası yoxdur. Dilimizin əksər 
şivələrin də söz sonunda dilarxası “ğ” səsinə (balığ, yarpağ, tor-
pağ)  cənub,  qərb  və  şimal-qərb  şivələrinin  daxil  olduğu  ikinci 
qrupda isə dilarxası “x” səsinə (balıx, yarpax, torpax) üstünlük 
verilir” (5.səh 97)
10. b> v  əvəzlənməsi
b səsinin v samiti ilə əvəzlənməsi əsasən qərb və şimal qrupu 
dialekt və şivələrinə aid olub, iki sait və ya sait ilə sonor səs ara-
sında özünü göstərir. Çovan, arava// horava, qavırqa, avır, büvü, 
bava, zorva, xavar, yava, savah, savın, qurvağa, qurvan, ədəvəli 
(Qazax, Qax)
b>v  hadisəsi  qismən  başqa  dialekt  və  şivələrimizdə  də 
müşahidə  edilir.  Məsələn:  davan,  Dərvənt,  gəvə,  Ərdəvil, 
qavliyyət, Savravat, torva, alvalı, şavalıt (Muğan) qavıx, çivan, 
şorva (Culfa)
Dialekt və şivələrimizdə v>b əvəzlənməsinə də rast gəlmək 
mümkündür. V səsinin b səsi ilə əvəzlənməsi hadisəsi əsasən şərq 
qrupu  dialekt  və  şivələrinə  aiddir.  Bu  hadisəyə  daha  çox  alın-
ma  sözlərdə  təsadüf  olunur.  Məsələn,  döbrüş,  çorçuba,  xəlbət 
(Bakı)  qabal,  Qəzbin,  mirbart,  irəzban,  abam,  çarbadar,  heyba, 
şalbar (Muğan) Orxon-Yenisey abidələrində qeyd olunan fonetik 
fərqlərdən daha çox b> v əvəzlənməsi hadisəsinə təsadüf edilir. 
Məsələn. bilig bilməz kisi, ol sabığ alıp, yağru barıp, üküs kişi 
öltig (1, səh. 71) Tərcüməsi: Sadəlövh (bilik bilməz) adam o sözə 
aldanıb, yaxın gedib, çoxlu adam öldün.
Ol yirgərü barsar, türk bodun, öltəçisən  ( Kül-tigin 8-ci sütun 
səh 71) tərcüməsi. O yerə doğru getsən, türk xalqı öləsisən.
...birlə, Kuşu tutuk birlə sünüşmiş, ərin kop ölürmis ebin barı-
mın... kop kəlürti. (1, səh. 75) tərcüməsi: ilə, kuşu tutuk ilə döyüş-
müş əsgərlərini bütünlüklə öldürülmüş evini dövlətini bütünlüklə 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə