D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə54/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   50   51   52   53   54   55   56   57   ...   84

191
Onomastika, Dialektologiya, Etimologiya
os sözünün tamamilə unudulmadığını sübut edir.
Sünüş (sünüs). Sünüş sözü Kül tigin abidəsi şərq tərəfi 40-cı 
sütunda vuruşmaq döyüşmək, savaşmaq mənalarında işlənmişdir. 
Bu  sözə  Şərq  qrupu  dialekt  və  şivələrində  müəyyən  fonetik 
fərqlərlə  rast  gəlmək  mümkündür.  Dəvəçi,  Xaçmaz  şivələrində 
sürüşmək sözü sürtüşmək şəklində işlənərək savaşmaq mənasını 
ehtiva edir. Güman etmək olar ki, sürtüşmək sözü sürüşmək sö-
zünün dialekt formasıdır ki, bu söz sonunda dalaşmaq vuruşmaq 
anlamında işlənir. 
Sülə. Sülə sözü Kül-tigin abidəsi cənub tərəf 3-cü sütun, Şərq 
tərəfi 2, 8, 12, 15, 17, 18, 28, 31, 35, 39-cu sütunlarında, Bilgə Xa-
qan abidəsi şərq tərəfi 24, 25, 26, 28, 32, 33, 38, 39, cənub tərəfi 
2, 8-ci sütunlarında qoşun çəkmək anlamında işlənmişdir. Sülə 
sözü  Orxon-Yenisey  abidələrində  sülət  şəklində  də  işlənmişdir. 
Sülə sözü dialekt və şivələrimizdə də qorunub saxlanılmaqdadır. 
Bu barədə Ə.Şükürlü yazır: “sülə-qoşun çəkmək sözü dilimizdə 
sülənmək şəklində burnunu hər yerə soxub dilənmək mənalı söz 
kimi işlənilməkdədir”. (11, səh. 69) Dialektlərimizdə sülə sözü-
nün yayılma arealına və mənalarına diqqət yetirək:
Sülə I (Gədəbəy, Qazax, Qafan) 1 sırtıq; 2. şıltaq
Sülə II (Cəbrayıl, Zəngilan) – qanqal və s. körpə qol-qanadı 
ya toxumluq hissəsi
Sülə III (Qax, Zaqatala) çöltoyuğu
Sülə IV (Qazax, Meğri) 1 acgöz; 2. qarınqulu
Süləngəc (Cəlilabad, Masallı - sülənən, qapı-qapı gəzən, ava-
ralanan, birtəhər baş saxlayan
Süləngi (Cəbrayıl, Quba) – sülənən, qapı-qapı gəzən
Sülüx1 (Qazax) Bir şeyə dadandırılmış acgöz (6, səh. 449-
450)
Sülə sözü Qərbi Azərbaycan dialekt və şivələrində müəyyən 
fonetik fərqlərlə aşağıdakı şəkildə işlənir.


192
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Sümsüx1  I  (İrəvan,  Vedi,  Zəngibasar)  –  sırtıq,  veyl,  veyl 
gəzən, sülənən
Sümsüx1 (Çəmbərək) – qapı-qapı gəzib yem axtaran, sahib-
siz it sümsürük (Qafan) sırtıq (7, səh. 340)
Nümunələri nəzərdən keçirdikdə aydın olur ki, bir yerə qoşun 
çəkilərkən  əsgərlər  hər  yerə  soxulur,  insanları  incidir.  Sülənən 
insan  da  hər  yerə  burnunu  soxur,  digərlərini  incidir.  Görünür, 
dialektlərdə işlənən sülənmək sözü də məhz bu səbəbdən yaran-
mışdır.
Sın.  Sın  sözü  sınmaq,  qırılmaq  mənasında  Irık  Bitik 
abidəsində 11-ci sütunda işlənmişdir.
Bu  söz  haqqında  Əlisa  Şükürlü  yazır:  “sı  sözü  qədim  türk 
dilində dəyişmək, təhrif etmək mənasını ifadə edir. Azərbaycan-
türk dilində həmin söz dəyişmək, təhrif etmək mənasında sözü 
sındırmaq və ya kiminsə sözünü sındırmaq (yəni rədd etmək) fra-
zeoloji  birləşməsində  tərkibində  sındırmaq  şəklində  qalmışdır” 
(11, səh. 69) Ə.Şükürlü bu sözü sı şəklində versə də abidədə bu 
abidə sın formasında işlənmişdir. Dialekt və şivələrimizdə sınsıt-
max şəklində işlənir:
Sinsitməx1 (Gədəbəy) – qorxutmaq. (6, səh. 439)
Sinsiməx1 (İrəvan, Vedi, Zəngibasar) – inamını itirmək.
Sinsitməx1 (Çəmbərək) 1. qurutmaq, 2 qorxutmaq, utandır-
maq, əziyyət vermək (7, səh. 333).
Fikrimizcə, Ə.Şükürlü də sı sözünün müasir dövrdə işlənən 
mənasını izah edərkən məhz sonuncu mənanı yəni utandırmaq, 
əziyyət vermək mənasını nəzərdə tuturdu.
Soruğ – soruğ sözü səs-soraq, xəbər, soraq, şöhrət; kü-soruğ-
san-şöhrət anlamında Suci abidəsində 4-cü sütunda işlənmişdir.
Soruğ sözü dialekt və şivələrimizdə bir qədər fərqli mənada 
işlənmişdir. Nümunələrə diqqət yetirək: sorasıx: soraşıx eləməx1 
(Ağdaş, Kəlbəcər) – soraqlaşmaq, soraq eləmək.


193
Onomastika, Dialektologiya, Etimologiya
193
Sorğunnaşmax (Füzuli) – soraqlaşmaq, soraq eləmək (6, səh. 
444)
Soruğ  sözünün  şan=şöhrət  mənası  da  dialektlərdə  yaşayır. 
Məsələn el arasında sənin səs sorağın aləmə yayıb deyimi də şan-
şöhrətin hər yerə yayılıb şəklində başa düşülə bilər. 
Sücük. Sücük sözü Kül-tigin abidəsi cənub tərəfi 5-6-cı sü-
tunlarda şirin-dadlı mənasında işlənmişdir.
Sucux sözü Bolnisi, Ordubad şivələrində qoz, xəmir və s. qat-
qılardan hazırlanan yeməyin adında yaşamaqdadır. (6, səh. 446)
Yaş. Yaş sözü gənc, cavan, təzə, yaşıl mənalarında Irıq Bitik 
abidəsi 26; 82-ci sütunlarda işlənmişdir.
Dialektlərimizdən  Cəbrayıl  dialektində  yaş  sözü  təzə,  tər 
mənasında işlənir.
Yazı.  Yazı sözü Kül-tigin abidəsi cənub tərəf 7-ci sütun, şərq 
tərəfi 17, 33, 36 sütunlarda çöl, səhra mənasında işlənmişdir.
Yazı sözü dialekt və şivələrimizdə də işlənir.
Yazı I (Ağdam, Cəbrayıl, Qazax, Laçın, Oğuz, Ordubad, Şah-
buz, Tərtər, Zəngilan) çöl səhra, düzənlik mənalarında işlənir.( 6, 
səh. 544)
Yazı II  (Kəlbəcər, Kürdəmir) – təzək mənasında (6, səh. 544)
Orxon-Yenisey abidələrini araşdırdıqda minlərlə sözün indiyə 
qədər öz mənasının itirmədiyinin şahidi oluruq. Bu tip sözlərin 
araşdırılması, dialekt və şivələrimizdə qorunub saxlanılan sözlərlə 
müqayisə  edilməsi  tarixi  qrammatikanın  öyrənilməsində  böyük 
əhəmiyyəti vardır.
Ədəbiyyat
1.  Ə.Rəcəbov,  Y.Məmmədov.  Orxon-Yenisey  abidələri,  B., 
1993.
2.  M.Şirəliyev.  Azərbaycan  dialektologiyasının  əsasları. 


194
DƏDƏ QORQUD ARAŞDIRMALARI
B.,1962
3.  Dr.  Prof. A.Cəfəroğlu. Anadolu  ağızlarından  toplamalar. 
İstambul, 1943
4. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası B., 
1990.
5.  E.Əzizov. Azərbaycan  dilinin  tarixi  dialektalogiyası.  B., 
1999.
6. Azərbaycan dilinin dialektoloji lüğəti, A-Z, B., 2007 
7. İ.Bayramov. Qərbi Azərbaycan şivələrinin  leksikası, B., 
2011
8.  H.Mirzəyev.  Dərələyəz  mahalının  toponimləri  və  şivə 
sözləri.Bakı, 2003
9.  B.Əhmədov. Azərbaycan  dilinin  qədim  etimoloji  lüğəti, 
B., 1999.
10  İraq-Türkmən ləhcəsi, B., 2004
11. Ə.Şükürlü. Qədim Türk Yazılı abidələrinin dili. B., 1993
12. A.M. Məhərrəmovun  “Qədim türk runik yazılı abidələr”      
B., 1967
13.  Ə.Tanrıverdi  “Azərbaycan  dilinin  tarixi  qrammatikası” 
B., 2010
14. Ə.Rəcəbli Göytürk dilinin morfologiyası. B., 2002.
Резюме
Бахрам Мамедов,
науч. сотрудник
ОРХОНО-ЕНИСЕЙСКИЕ ПИСЬМЕННИЕ 
ПАМЙАТНИКЕ И НАШИ ДИАЛЕКТИЗМЫ
В работе исследованы диалектные слова исполъзованные 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə