D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə57/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   53   54   55   56   57   58   59   60   ...   84

202
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nı verir. Məsələn: Məqsəd mənasında: Mən bülbüləm güldən ötrü 
gəzirəm,  Saralıb  solubdu  güllərim  mənim.  (“Azərbaycan  das-
tanları”). Səbəb mənasında: Qəndab Novruzdan ötrü qəm-qüssə 
içində oturmuşdu. (“Azərbaycan dastanları”).
Birlə qoşması Orxon-Yenisey abidələrinin lüğət tərkibində 
işlənən qoşmalardan biri də, birgəlik, iştirak manaları verən birlə 
qoşmasıdır. Onu da qeyd edək ki, bu qoşma müasir dilimizdəki 
ilə  -la  ,-lə  qoşmasmm  arxetipi  kimi  götürülür.  Birgəlik,  iştirak 
mənaları  verən  qoşmalardan  birlə  qoşmasının  etimologiyasına 
nəzər  yetirək.  “Birlən”  morfemi  say  bildirən  “bir”  sözünün  fel 
düzəldən  –lə  şəkilçisi  və  qədim  feli  bağlama  şəkilçisi  -n  ün-
sürü  ilə  birləşməsindən  düzəlmişdir.  Bir-lə-n  vaxtilə  birlikdə, 
vəhdətdə mənalarını verən bir söz imiş. Lakin sonralar tədricən 
inkişaf edərək, müstəqil bir sözdən müstəqil bir sözə keçərək qoş-
ma məzmunu ifadə etmişdir. Birlən qoşması ilə bağlı Ə.Rəcəbli 
də  yazır:”Qədim  türk  dilində  birlən,  bilən  qoşması  ehtimal  ki, 
aşağıdaki  inkişaf  yolunu  keçərək  türk  dillərinə  gəlib  çıxmışdır. 
Birlən-bilən-ilən-lən və yaxud, bir-lə-bilə-ilə-la-lə və s.(3. s. 450) 
Prof.  Ə.Tanrıverdi  isə  qeyd  edir  ki, Azərbaycanın  bütün  yazılı 
abidələrində birlən, birlə, bilən, bilə, İlən, inən, lən, ilə, la, lə və 
s.formalarında da rast gəlinir (4. S. 339.). Bu qoşmaya Abidələrin 
dilində  birlə  qoşmasının  təzahür  formalarına  nəzər  salaq.  Bu 
yirdə  oturıp  Tabğaç  bodun  birlə  tüzəldim.  -  Bu  yerdə  oturub 
Tabğaç xalqı ilə düzələşdim. (l. KTc. 4, s. 70, 77). Kağanın birlə 
Sona yışda sünişdim-Xaqanı ilə Sona ormanında döyüşdüm. (l. 
BXş. 27, s. 94, 105). cümlələrində olan birlə qoşmasını, Qurbanla 
Sona birdən o səmtə yüyürdülər (M.Süleymanov). Artıq şəhərin 
iri, geniş küçələri ilə gedirdik (A. Şaiq), Küçə ilə aşağı endilər 
(Y.V.Çəmənzəminli) cümlələrindəki 1a2 qoşmaları ilə müqayisə 
etdikdə görürük ki, bu qoşmalar indi də sözə gah bitişik, gah da 
ayrı yazılır və eyni məzmunludur. İlə, -la, -lə qoşması haqqında 


203
Onomastika, Dialektologiya, Etimologiya
olan araşdırmalardan yeni bir nəticə də ortaya çıxır. Belə ki, ilə, 
-la, -lə qoşmasına, abidələrin dilində, daha dəqiq desək Tonyukuk 
yazılı abidələrinda -ın, -in və -n şəkilçisi halında da rast gəlinir. 
Məsələn: Kırğızığ uka basdımız...u sünügin açdımız.- Qırğızları 
yuxuda basdıq-...u süngü ilə açdıq. (l. T. s. 28,- ş. l 19, 124.) və 
yaxud yenə də orada Kağanımın sülətdimiz.-Xaqanım ilə birlikdə 
qoşun çəkdik.(l. T. II daş. 53. s. l21, 126.) Yuxarıda qeyd etdiyimiz 
cümlələrdə -ın, - in sonu samitlə bitən sözlərə qoşulur. Sonu saitlə 
bitən sözlərə isə bu qoşma -n şəklində qoşulur. Buna da Tonyu-
kuk abidələrində təsadüf olunur: Anın barmıs anap yatıp, biz atlığ 
barmıs - tiyin ol yolın yarısar. unç tidim—Anı (çayı) ilə getsən, 
orada gecələsən, getməyə bir atlıq yol qalır —deyə , -o yol ilə 
yürüsək, mümkündür, -dedim. (l. Tş. 24,s. l19, 123.) cümləsində 
Anın sözündə özünü büruzə verir. Yəni, burada Anı söz kökünə 
-n şəkilçisi artırılmışdır. Anı+n Anı ilə yəni, Anı çayı ilə mana-
sında tərcümə olunur. Bütün bunlardan bu da aydın olur ki, ilə, 
la, lə qoşması Orxon-Yenisey yazılı abidələrinin lüğət tərkibində 
-in, -n şəklındə də işlənmişdir. Orxon-Yenisey yazılı abidələrinin 
lüğət tərkibində tək//təg qoşması ilə yiyəlik halda işlənən onun 
əvəzliyi birləşərək antag//antağ//antak qoşmasını yaradır. Bu qoş-
mada göründüyü kimi yiyəlik halın şəkilçisi düşmüşdür, yəni sö-
zün etimalogiyasına baxsaq biz burada ontağ//onuntag//onuntək 
şəklində morfoloji dəyişiklik görə bilərik. Antağ külig kağan er-
miş - O cür məşhur xaqan imiş. (l. KTş. 4, s. 72, 78) Körük sabi 
antağ:  tokuz  oğuz  bodun  üzə  kağan  olurtı,-tir-  Cəsusun  xəbəri 
elə idi: doqquz oğuz xalqı üzərində xaqan oturdu,-deyir. (l. Tc. 
8,.  s.  ll8,  122)  Kıtay,  tata(bı)...  beş  sünüs  sünüsdükdə  küli  çor 
antak bilgə esi, şab esi erti, alpı, bükəsi erti.-Kıtay tatabı... beş 
döyüş döyüşdükdə küli çor beləcə müdrüklük dostu, söhbət dostu 
idi, cəsuru, qəhrəmanı idi. (l.KÇ. 17, s. l31, 133) Biz də çalışırıq 
ki, həyatda onun tək olaq. (“Azerbaycan” qəzeti.) Orada bunun 


204
DƏDƏ QORQUD ARAŞDIRMALARI
kimi hadisələr çox olur. (M.İbrahimov) Bu nümunələrlə də biz 
bu һər iki dövr arasında olan, yuxarıda qeyd etdiyimiz qoşmaları 
müqayisə etmiş oluruq.
  Adın-  Orxon-Yenisey  yazılı  abidələrinin  lüğət  tərkibində 
işlənən bu sözü başqa, ayrı qoşmaları kimi tərcümə edə bilərik. 
Yalnız  qədim  uyğur  yazılarında  rast  gəlinən  bu  söz  qoşma 
vəzifəsində işlənir. Bu halda adı-n sözü özündən əvvəlki adı yer-
lik, çıxışlıq hal görümü ilə idarə edir və fərqləndirmə mənasını 
bildirir.  Muntada  adın  takı  öni  içkü  yox.  -  Bundan  başqa  daha 
yeməkləri-içməkləri  yox  idi.  (l.  AJ  610.16)  Azu  olardın  adıtı. 
Məgər onlardan başqa (l. Uig II 45) Bu qoşmanı müasir qram-
matikamızdakı qoşma ilə müqayisə etdikdə görürük ki, hazırda 
işlənən qoşma ilə tamamilə eyni məna verir. Qapıda bizdən başqa 
dörd-beş çoban da var idi. (A.Şaiq) Hələ ki, latlütü üstümüzə qal-
dırmaqdan başqa bir fayda verməyiblər. (M.İbrahimov) Yuxarıda 
qeyd etdiyimiz cümlələrdə bu qoşmanın işlənmə məqamlarını və 
müqayisəsini görürük.
Bərü qoşması: Bu qoşma Orxon-Yenisey yazılı abidələrinin 
lüğət  tərkibində  iş  və  hərəkətin  zamanını,  davamiyyətini, 
bəzən  də  miqdarını  bildirir.  Bərü  zərfinin  qoşma  vəzifəsində 
işlədilməsinə yalnız uyğur yazılarında rast gəlmək mümkündür.
Bu qoşma burada çıxışlıq halla işlənən sözlərə qoşulur Antaddata 
bərü. O vaxtdan bəri. Bastın bərü adakka təgir oxıtım. (l. Man 
1. 30, 24) Bu qoşma müasir Azərbaycan dilinin lüğət tərkibində 
ancaq  zaman  məzmunu  ifadə  edir.  Bayaqdan,  srağa  gündən, 
dünəndən, axşamdan, o vaxtdan, illərdən və s. kimi sözlərə qoşu-
lur. Məsələn: Dünəndən bəri sənin hərəkətlərinə tamaşa eləyirəm. 
(Î.Hüseynov).  Tanıdığım  ilk  gündən  bəri  Camalı  bu  kökdə,  bu 
düşkünlükdə görməmişdim. (M.İbrahimov)
Kisrə - Bu qoşma müasir Azerbaycan dilinin lüğət tərkibinə 
sonra qoşması kimi tərcümə olunur və çıxışlıq hala qoşulan, za-


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə