205
Onomastika, Dialektologiya, Etimologiya
man məfhumunu ifadə edən qoşmadır. Bu sözün etimologiyasına
nəzər saldıqda burada bir neçə fonetik dəyişiklik olduğunu ehti-
mal etmək olar. Hal-hazırda işlənən sonra sözü tələffüzümüzdə
və dialektlərimizdə sora kimi səslənir. Buna görə də bu fone-
tik dəyişikliyi ehtimal edirik. Kisrə>ki srə>ki sirə>ki sörə>ki
sora>sora>sonra. Ol kan yok boltukda kisrə el yitmiş ıçğınmıs,
kaçılmış...- O xan yox olduqdan sonra el sona yetmiş, dağıl-
mış, qaçmış. (1. 0 ö. l, s. 53, 54) Yağru kontukda kisrə ayığ bı-
lıg anta öyür ermiş. - Yaxın yerləşdikdən sonra pis əməlləri eləcə
öyrədilmiş. (l. KTc. 5,s. 71, 77). Anta kisrə tenri bilik bertük üçün
özüm ok kağan kısdım. - Ondan sonra tanrı bilik verdiyi üçün
özüm məhz xaqan seçdim. (l. T. I daş q 6, s. 117, 122). Pələngin
dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığışdılar.
(A.Şaiq) Çeçmə başında kabab bişirib yedikdən sonra uzanıb yat-
mışdım. (A.Şaiq).
Yuxarıda da gördüyümüz kimi, köməkçi nitq hissələrinə yazılı
abidələrin dilində çox az təsadüf olunur. Burada ilk öncə qoşma-
ları müasir Azərbaycan dilinin qrammatikasmda olan qoşmalarla
müqayisə etdik və hər iki dövrdə işlənən qoşmaların müqayisəli
tahlilini apardıq. İndi isə ədatların müqayisəsinə yer ayrılacaqdır.
Ədatlara abidələrin dilində qoşmalara nisbətən az təsadüf olu-
nur. Ədatlar aid olduğu sözə və cümləyə dinləyicinin diqqətini
yönəldir, onların üzərinə məntiqi vurğu düşməsinə səbəb olur.
Müasir Azərbaycan dilində olduğu kimi, Orxon-Yenisey yazılı
abidələrinin lüğət tərkibində də bir sıra ədatlar vardır. Məsələn:
Qüvvətləndirici ədatlardan ok//kuk ədatını götürək. Bu ədat ifadə
olunan fikrin təsir gücünü artırmağa xidmət edir, adlardan və ya
fellərdən sonra gəlir. Anta kisrə tenri bilig bertük üçün özüm ok
kağan kısdım. Ondan sonra tanrı bilik verdiyi üçün özüm məhz
xaqan seçdim. (l. Tq. 6, 2,s. l 17,122). Tün udımadım...güntüz
olurmatı, kızıl kanım tökti, kara tərim yügürti, isik, küçik bertim
206
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ok,-ben özüm uzun yölmək ıtım ok. - Gecə uyumadı, gündüz otur-
madı, qızıl qanımı tökərək, qara tərimi axıdaraq, işimi, gücümü
verdim, axı mən özüm uzun (böyük) süvari dəstələri göndərdim
axı. (l. Tş. 5, s. l21, 126). Ayğuçısı bilgə ermis kaç ersər, ölürtəçi
kük. -məsləhətçisi müdrük imiş hər pesə olsa öldürəcəklər axı(l.
Tş 5, s. 122, 127). Onu da qeyd edək ki, ok//kuk ədatının ya-
ranması haqqında Əlisa Şükürlü yazır: “Olsun ki, kuk ədatı ok
ədatının ki adatı ilə birləşməsindən törənmişdir.” Qədim uyğur
yazılı abidələrində ok ədatına daha çox rast gəlmək mümkündür.
Müasir dilimizdə olan axı ədatının da ok ədatından törəndiyini
güman etmək olar. Axı ədatı haqqında belə bir fərziyyə yürütmək
olar ki, bu ədat ok//okı//akı və axı şəkillərini alaraq fonetik
dəyişikliyə uğramışdır. Bu ədatin müasir dilimizdə işlənən axı
variantına nəzər salaq. Onu da qeyd edək ki, axı ədatı haqqında
Hörmətli professorumuz Əzizxan Tanrıverdi də mülahizələr irəli
sürmüşdür. O gösterir, “axı ədatı əskidən axır şəklində olub. Bu
söz də Ərəb mənşəli nəhayət, axır, son anlamlı “axər” sözünün fo-
netik tərkibcə dəyişikliyə uğramış formasıdır (4. S. 353) Bu ədat
sözün, cümlənin, fikrin bitməsi anlamındadır. Prof.Ə.Tannverdi
qeyd edir, “axır sözündəki r samiti düşərək axı şəklində müasir
dilimizdə işlənməkdədir” (4. S. 353) Bu adatın abidələrin dilində
işlənən variantı olan ok ədatı da fikrin, hər hansı bir hadisənin
sona çatması anlamındadır. Ersər ölurtəci kuk - Hər necə olsa
öldürəcəklər axi Onu da qeyd edək ki, müasir dilimizdə axı ədatı
xəbərdarlıq, sual, təsdiq, etiraz, təəccüb və s. cəhətdən cümlələri
qüvvətləndirməyə xidmət edir. Məsələn: Siz axı dastanlarda oxu-
nan qəhrəmanlar kimisiniz...(S.Cabbarlı). Axı biz nə etmişik, nə
günah işlətmişik, ana? (M.İbrahimov). Axı ikimizi də bir yerdə
yazmışlar. (S.Cabbarlı). Bu cümlələrdə də biz axı ədatının hansı
çalarlara xidmət etdiyini görürük.
Ən//ən ilki. Qüvvətləndirici ədat olan bu ədat Orxon-Yeni-
207
Onomastika, Dialektologiya, Etimologiya
sey yazılı abidələrinin lüğət tərkibində ilk zaman zərfi ilə birlikdə
işlənir. Ən ilki Toğu balıkda sünüşdim. - Ən ilk Toğu balıqda dö-
yüşdüm. (l. BX. 30,s. 99, 105). Ən ilki Tadıkın çorın boz (atığ
binip təkdi, ol.at anta). (l. KTş. 32, s. 74, 81). Yuxarıda qeyd etdi-
yimiz cümlələrdə öncə, əvvəlinci, birinci manalarını verən ilk za-
man zərfini ən ədatı qüvvətləndirmişdir. Bu ədatı müasir dilimizlə
müqayisə edək. O ən uzaq məsafədən nişanı vurub dağıdırdı.
(Y.Əzimzadə). Buradan da görürük ki, ən ədatı uzaq sifətinin
mənasmı, uzaqlığını gücləndirmişdir.
Azu ədatı: Orxon-Yenisey yazılı abidələrinin lüğət tərkibində
işlənən bu ədat müasir dilimizdə işlənən məgər ədatının verdiyi
mənaya uyğun gəlir. Bu ədat adətən aid addan, cümlədən əvvəl
gəlir və sual anlayışını gücləndirməyə xidmət edir. Azu bu sabım-
da igid borğu? - Məgər bu sözümdə şişirtmə var? (l. KTc. 10, s.
71, 78) Onu da qeyd edək ki, azu ədatı Qadim Uyğıır yazılarında
eyni zamanda bağlayıcı vəzifəsini də yerina yetirir və istər, istərsə
bağlayıcısı kimi tərcümə olunur. Azu aluğ baçağ kun, azu kiçig
baçağ kunka kılsar.- Əger o, istər böyük mərasimdə, istər kiçik
mərasimdə etsə. (l. TT II 62) Azu ədatı yazılı abidələrin dilində,
əsas da Orxon-Yenisey abidələrinin lüğət tərkibində azu şəklində
işlənir. Bu ədat müasir Azərbaycan dilinin lüğət tərkibində
məgər variantında, canlı danışıq dilimizdə, şivələrdə, xüsusən
də şərq şivələrimizdə bəyəm//bəgəm variantında işlənməkdədir.
Məsələn: Məgər dünyada yaxşılığa, səadətə, özünə və adamlara
inanmaq pis şeydir? (İ.Qasımov, H.Seyidbəyli). Gədə, necə çıx-
mır, məgər öz xoşunadır çıxmasın? (M.İbrahimov). Ahin dağlara,
daşlara, yoldaş briqadir, saha kanarında da kübrə vacibdir bayəm!
(M.ibrahimov). Məgər mən adam deyiləm? (M.İbrahimov).
Gu ədatı sual bildirən cümlələrdə sual mənasını
qüvvətləndirməyə xidmət edir. Yalnız göytürk yazılarında rast
gəlinən bu ədat aid olduğu sözdən əvvəl gəlir. Anark körü bilin,
Dostları ilə paylaş: |