208
DƏDƏ QORQUD ARAŞDIRMALARI
türk amtı bodun, bəklər, bödkə görikmə bəklər gü yanıltaçısıdır.-
Ona baxaraq bilin: -indiki türk xalqı, bəyləri, taxta tabe bəylər axı
yanılasısınız. (l. KTc. ll, s. 71, 78). Göytürk yazılı abidələrində
feldən sonra gələrək sual anlayışını gücləndirməyə xidmət edən
ğü ədatı olsun ki, gü ədatının başqa bir variantıdır. Azu bu sabım-
da igid bargu? - Məgər bu sözümdə şişirtmə var? (l. KT c. 10, s.
71, 78) Bu ədat həmişə sual cümləsi yaratdığına görə yəni, sual
ədatı olan -mı
4
şəkilçisini va hissəciyini əvəz etdiyinə görə bəzi
vaxtlarda və bəzi cümlələrdə məgər sual ədatı ilə cümələlərdə
birgə işlənir. Azu bu sabımda igid bargu? - Məgər bu sözümdə
şişirtmə var? Bu ədatı müasir Azərbaycan dilinin qrammatika-
sında olan sual ədatları ilə müqayisə etdikdə görürük ki, müasir
dilimizdə gü//ğü edətının -mı, yəni, məgər, bəs ve cümlə sonunda
hə? variantlannda işlənən mənaları vardır. Məgər sən Mücahid
deyilsən? (Makulu). Fələ, özünü sən də bir insanmı sanırsan? Pul-
suz kişi, insanlığı asanmı sanırsan? (M.Ə.Sabir). Yəni, ay Rüstəm
adamları sən məndən yaxşı tanıyırsan? (M.İbrahimov.). Məndən,
könül o nazlı nigara nə dedin bəs? Çəkdin o güləndamı kənara nə
dedin bəs? (Ə.Vahid). Demək sən də o biri yoldaşın kimi ağaç al-
tında döyülmək istəyirsən hə? (Makulu). Müasir Azərbaycan dili-
nin qrammatikasında -mı
4
ədatı dörd variantda, yəni ahəng qanu-
nunun tələblərinə cavab verən variantda işlənir, lakin abidələrin
dilində bu ədat iki cür dodaqlanan, qapalı saitlərin iştiraki ilə mu
və mü şəklində özünü büruzə verir. Yağmısı ben ertim. Bilgə Ton-
yukuk, Kağan mu kısayın - tidim.-Qoşulanı mən idim, müdrik
Tonyukuk Xaqanmı seçək dedim. (l. Tq. 5, s. l 17, 122) Oğuzda
eki-üç bin sümiz kəltəçimiz, bar mu nə Ança ötüntim.-Oğuzda
iki-üç min qoşunumuz var gələcəyik, deyiblər buna sözün varmı?
Eləcə müraciət etdim. (l. Tc. l4, s. l 18, 122) Onu da qeyd edək
ki, yuxarıda yazdığım cümlələrə və yazılı abidələrin dilinə nəzər
saldıqda görürük ki, buradaki sual ədatı olan mu, mü ədatı sözdən
209
Onomastika, Dialektologiya, Etimologiya
ayrı yazılır. Buna da müasir türk dilində, yəni Osmanlı türklərinin
dilində və bir sıra türk xalqlannm dilində rast gəlmək olar. Bu
sual ədatı olan mu, mü - nün eyni ilə işləndiyi və dörd variant-
da işlənən növünü biz görürük. Əvvəldə də qeyd etdiyim kimi
müasir Azerbaycan dilində mı
4
- ədatı sözlərə bitişik formada ya-
zılır. Lakin müasir Azərbaycan dilinin qrammatikasmda bu sual
ədatının ayrı yazılması yalnız da, də ədatından sonra gəldikdə,
ayrı yazılır. Sən də mi və s.
Axtarıb tapdım səni
Sən də mi sevdin yar məni? (Ü.Hacıbəyov)
və yaxud
Gərşivəz, sən də mi dil açdın mana? (H.Cavid)
O, tar da mı çalır? Sız də mi onunla çalırsımz?
Tüğül - ədatı. Bu ədatı müasir Azərbaycan dilində işlənən
ədatlarla müqayisə etdikdə görürük ki, bu ədat dilimizdə olan
deyil ədatı ilə eyni anlam daşıyır. Bir çox türkoloqlarımızın da
fikrincə bu ədat dok - yox və ol - o sözlərinin birləşməsindən
yaranmışdır. Mənim fıkrimcə də bu ədatın fonetik dəyişiklik
daşıması bu cür olmuşdur. Tügiil>dügül>tegül>tegil>degil Bu
dəyişikliyin sonuncusu olan degil ədatı bu gün də Azərbaycanın
dialekt və şivələrində qorunub saxlanmışdır. Daha sonralar isə
ədəbi dilimiz qanun səviyyəsi aldıqda bu ədat deyil şəklində
bərqərar olmuşdur. Bu ədatı müasir Azərbaycan dilində işlənən
deyil ədatı ilə müqayisə etdikdə yuxarıdakı nəticələrin alındığı-
nı görürük. Deyil ədatı müasir Azərbaycan dilində felin bir çox
şəklinin inkarını bildirir. Bu ədat hətta adlarla, əşya ilə bağlı olan
nitq hissələrinin də inkarını bildirir. Müqayisə edək. Abidələrin
dilində. Türk bodun üləsigin biriyə Çuğay yış tügül, Tün yazı
konayın. - Türk xalqı, çoxluca öldün, - Türk xalqı bir hissən
cənuba, Çuday ormanına deyil, Tün düzünə yerləşək. Müasir
Azərbaycan dilində deyil ədatının işlənməsinə nəzər salaq. Onu
210
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da qeyd edək ki, bu ədat feldən başqa bütün əsas nitq hissələrini
xəbərdə işlədərkən onların inkarını bildirir. Felin lazım şəklinin
inkar mənasını yaratmaq üçün daha çox deyil sözündən istifadə
olunur. Yazasıyam, yazası deyiləm, görəsiyəm, görəsi deyiləm.
Lakin dilimizdə çox istisna hallarda bu şəklin inkarını –ma –mə
ilə, yazmayasıyam, getməyəsiyəm kimi də görmək olar. Bundan
başqa, yəni felin qalan bütün şəkillərində və fellərdə inkar –ma
–mə şəkilçisi vasitəsi ilə düzəlir. Məsələn: Yatmayır nə gecə, nə
gündüz şəhər (N.Xəzri.) Deyil ədatına nümunə: Daha ikinci dəfə
əlimi ağrıdıb bu divarı da sökəsi deyiləm
Orxon-Yenisey abidələrinin dilində köməkçi nitq hissələ-
rindən qoşma və ədata nisbətən bağlayıcılara az təsadüf olunur.
İndi isə abidələrin dilindəki bağlayıcılara nəzər salaq.
Үəmə. Bu bağlayıcının etimologiyasına baxdıqda burada
yəmə bağlayıcısının kökündə yenə zərfıni görmək olar. Orası da
məlumdur ki, bütün köməkçi nitq hissələrinin əksəriyyəti tarixən
əsas nitq hissəsi olmuş və tədricən köməkçi funksiyasına keçmiş-
dir. Bu bağlayıcının işləndiyi cümlələrin mazmununda hər han-
sı bir təkrar sadalama olduğunu görürük. Alimlərimiz isə bunu
da, də bağlayıcısı kimi qeyd etmişlər. Nümunələrə baxaq. Kün
yəmə, tün yəmə yelü bardımız. - Gündüz də, gecə də getdik. (l.
Tşm. 27, s. l 19, 124). İltəris kağan kazğanmasar, udu ben özüm
kazğanmasar, il yəmə bodun yəmə yok ertəçi erti. “İltəris xaqan
qazanmasa, ardınca mən özüm qazanmasam, el də, xalq da, yox
olacaqdı. (l. Tc. 55, s. l21, 126). Onu da xüsusi ilə qeyd edim
ki, Müasir Azərbaycan dilinin lüğət tərkibində olduğu kimi da,
də ədatı Orxon-Yenisey yazılı abidələrinin lüğət tərkibində də
yerindən, məqamından asılı olaraq ədat kimi də işlənir, məsələn:
Biz yəmə sülədimiz, anı ertimiz. - Biz də qoşun çəkdik Anıya
çatdıq. (l. Tq. 5, s. l20, 125). Anta aygucu yəmə ben ök ertim. -
Onda məsləhətçi də əlbətdə mən idim. (l. Tc. 50, s. l20, 125). Bu
Dostları ilə paylaş: |