199
Onomastika, Dialektologiya, Etimologiya
Məsələn: Unutmaram sənin təki gözəli, Ağlama, Gülşanım, gözlə
yar məni! (Azərbaycan dastanları). Sultan Əmirli tək bir adam
heç yerdə görünməmişdi. (İ.Hüseynov) ...mateor təki çıxıb getdi.
(B. Bayramov). Bu cümlələrdəki qoşmaları müqayisə etdikdə һər
iki dövrdən olan yazı nümunəsindəki qoşmaların eyni məna çala-
rına malik olduğunu görürük.
Tək//təki qoşması müasir Azərbaycan dilinin qrammati-
kasinda məsafə istiqamət bildirən dək hissəciyinin əvəzinə də.
işlənir və bu qoşma işlənən cümlədə məsafə, uzunluq özünü
göstərir: Birigərü Tokuz Ərsəngə təki sülədim, Kurığaru Yinçü
üküzkeçə Təmir kapığka təki sülədim. - Cənuba, Doqquz Ərsənə
tək //təki qoşun çəkdim, Qərbə, İnci çayını keçərək Dəmir qa-
pıya təki/dək qoşun çəkdim. (l.KTc.3,s.70,77). Böklü kağan-
ka təki süləyü birmis - Böklü xaqanınadək//təki qoşun çəkmiş.
(l.KTş.8,s.72,78). Sələnə kidin Yılun kol birdin sınar Şıp başına
təki çərik itdim. - Selena çayının şimal-qərbi, Yılun kolun (çayın)
cənubu istiqamətində Şıp başına təki qoşun çəkdim. (l.MÇşm.
l5,s.l46,150). Yağımız təkirə uçuq tək erti, biz şəg ertimiz. - Ya-
ğımız ətrafda yırtıcı quş tək idi, biz sayıq idik. (l.Tc.8,s.l 18,122).
Azərbaycan dilinin lüğət tərkibində işlənən qoşmalara nəzər
salaq və müqayisə edək. Hava kəşfiyyatçıları tez-tez düşmən
mövqelərinədək uçur, böyük bir fədakarlıq və qəhrəmanlıqla
bu mövqeləri ön xətdən başlamış ta dərinlərədək öyrənirdilər.
(Y.Əzimzadə) burada məkanin son nöqtəsini, Elə gün olurdu
ki, səhərdən axşamadək o dərədə yalqız gəzərdi. (A.Şaiq) kimi
cümləsində isə zamanın son həddini bildirir.
Tapa- Bu qoşmanın etimologiyasına nəzər saldıqda bir neçə
nüans ortaya çıxır. Belə ki, müasir Azərbaycan dilinin lüğət
tərkibində işlənən tərəf, tərəfə qoşmasının tapa qoşmasından
törəndiyini ehtimal edərək tapa>tapha>tarapha >tarafa>tərəfə
şəklində əsaslandırmaq olar. Bu qoşma istiqamət yönəlmə mənası
200
DƏDƏ QORQUD ARAŞDIRMALARI
verir. Otuz artukı səkiz yaşıma kışın kıtay tapa sülədim.-”Otuz
səkkiz yaşımda qışda kitaya qarşı qoşun çəkdim. (l. BXc. 2., s,
102, 107). Tutuk başın çık tapa bina ıtım isi yer tapa az ər ıtım,
gör tidim. - Tutukun başçılığı ilə cıklara qarşı min nəfərlik ordu
göndərdim, müttəfıqinə qarşı az döyüşçü göndərdim. (l. MÇş. 23,
s. 147, 15 l).Yuxarıda qeyd etdiyimiz tapa qoşması Orxon-Yenisey
abidəlarinin dilində demək olar ki, ancaq istiqamət, məsafə ma-
nalarını verir. Lakin müasir Azərbaycan dilinin qrammatikasında
tapa qoşmasının verdiyi məna, yəni qarşı qoşması hal-hazırda bir
çox başqa mənaları da verir. Ziddiyyət mənasında: Mən sevgimə
qarşı əsl sevgi istəyirəm, sədəqə istəmirəm. (M. Ibrahimov.). Mü-
qabillik mazmununun ifadəsi formasında: Rüstəm kişiyə cavab
verməsə, getdikcə dərəcəsini aşan təzyiqinə qarşı durmasa onun
nəzərində hörmətini itirməyəcəyini hiss edirdi. (M.İbrahimov.).
Kodı qoşması: bu qoşma Orxon-Yenisey abidəlarinin
dilində, istiqamətində, boyunca mənalarını verir. Məsələn: Ol sub
kodı bardınız. - O çayın axarı istiqamətində getdik. (l. Ton. 27).
Sələnə kodı bardınız.- Selənə çayının axarı boyunca getdik. (l.
Mok. 37) -müasir dilimizdə. Əhali yol boyunca düzülüb prezi-
denti salamlayırdılar. (“Azərbaycan” qəzeti.). Bakı–Quba yolun-
da, Quba istiqamətində hərəkət edən, Quba sakini Eldar Hüsey-
nova məxsus mersedes 220 markalı avtomabil yolun 70-ci km-də
qəzaya uğramışdir.(“Kriminal” qəzeti.) cümlələrində Orxon-Ye-
nisey abidələrinin lüğət tərkibində olan kodı qoşmasınm müasir
variantı olan istiqamətində, boyunca qoşmaları işlənmişdir.
Təgərə - qoşması, Orxon-Yenisey yazılı abidələrinin lüğət
tərkibində bu qoşma haqqında, barəsində manalarını verir. Bu
qoşmaya yalnız qədim uyğur yazılı abidələrində təsadüf edilir.
Tavar təgərə körkər anama Əbgü - Əgər mal haqqında (barəsində)
bir şey başa düşsələr, onda bu yaxşıdır. (l. TT VII 29, 15)
Sayu qoşması Orxon-Yenisey yazılı abidələrinin lüğət
201
Onomastika, Dialektologiya, Etimologiya
tərkibində hərəkətin müəyyən bir obyektə doğru yönəldiyini bil-
dirir və dilimizə tərəf sarı manalarında tərcümə olunur. Onu da
qeyd edək ki, sayu qoşmasının semantikasına nəzər salaraq bu
sözün müasir dilimizdəki sarı qoşmasının qədim variantı oldu-
ğunu ehtimal etmək olar. Burada “sa” hissəciyi sinkretik kök al-
mış, “yu” hissəciyi isə dəyişərək rı variyantını almışdır Antoğının
üçün igidmiş kağanının sabın almatın yır sayu bardığ kop anta
alkıntığ, arılteğ—Elə olduğun üçün (səni) yüksəltmiş xaqanın
sözünə qulaq asmadan yer boyu getdin, orada tamamilə zəiflədin,
seyrəldin. (l. KT, c. 9, s. 71, 78). Ol ok tün bodunın sayu ittiniz.
Həmin gecə vaxtı elçiləri xalqıina tərəf yönəltdik. (l. Ton. II daş.
q. 42). Bu cümlələrdə də sayu qoşması tərəf manasında işlənir.
Ötrü qoşması müasir Azerbaycan dilinin lüğət tərkibindəki
ötrü qoşması ilə eyni məna vo məzmun daşımır, tərcümədə sonra
mənası verir. Abidələrin dilində işlənən və zaman mənası verən
ötrü qoşmasının etimologiyasına nəzər yetirdikdə görürük ki,
ötrü sözü ötmək, keçmək manasında olan öt semantik kökündən
ibarətdir. Bu da bir növ zamanın ötüb keçdiyini, yəni sonranı bil-
dirir. Əslinə baxsaq onu da görə bilərik ki, ötrü qoşmasının indiki
variantına nisbətən abidələrin dilindəki variantı əsil mənasına, za-
man mənasına daha yaxındır. Anta ötrü oğuz kapın kəlti - Ondan
sonra oğuzlar hamisi gəldi.(l. Tc. l6, 118, 123) Anta ötrü kağanı-
ma ötüntim, anca ötüntim. — Ondan sonra xanıma müraciət et-
dim, eləcə müraciət etdim. (l. Tc. l2,s. l 18,122) Cümlələrində ötrü
qoşması zaman məfhumu ifadə edən, çıxışlıq halla işlənən sonra
qoşmasının mənasını vermişdir. Azərbaycan dilində. Pələngin
dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar.
(A.Şaiq). Çeşmə başında kabab bişirib yedikdən sonra uzanıb yat-
mışdım (A.Şaiq). Bu söz dilimizin lüğət tərkibində də işlənir və
qoşma kimi qeyd olunur. Lakin müasir Azerbaycan dilində ötrü
qoşması aid olduğu sözlə birlikdə səbəb, məqsəd, aidlik manaları-
Dostları ilə paylaş: |