D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə53/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   49   50   51   52   53   54   55   56   ...   84

187
Onomastika, Dialektologiya, Etimologiya
mənasında Irık Bitik abidəsinin 10-cu sütunda isə keçid, aşırım 
mənasında işlənmişdir. Art sözü arx (Göyçay), Art sözü Ağdam 
dialektində artıma şəklində balkon, eyvan mənasında işlənir. Ar-
tıma sözünün kökündə abidədə işlənən art sözü dayanır. Irık Bi-
tik abidəsində işlənən art-keçid sözü ilə dialektlərimizdə işlənən 
artıma  sözünün  məna  əlaqəsi  evdən  balkona,  eyvana  keçiddə 
mühafizə olunmuşdur. 
Arığ – Arığ sözü Tonyukuk abidəsi 37-ci sütunda təmiz, saf, 
arı mənasında işlənir. 
Dialektlərimizdə Arığ sözünün Ari variantına rast gəlinir.
Ari (Bakı, Xaçmaz) – təmiz, saf, Aydan ari, sudan duru (Bakı) 
(7. səh. 26) Nümunədən də göründüyü kimi arığ sözü qismən fo-
netik dəyişikliyə uğrasa da əsas semantikasını qoruyub saxlamış-
dır.
Ayıt – (ayt -, ayıd - ) Bu söz Bilgə Xaqan abidəsi Şimal tərəf 
41-ci sütunda Talas abidələri 34-cü sütun, Moyun Çor abidəsi 20-
ci sütunda demək-söyləmək əmr etmək mənalarında işlənmişdir. 
Ayıt sözünə həmçinin “Dədə-Qorqud” abidəsində də rast gəlmək 
mümükündür. Ayıt sözü dialektlərimizdən Kürdəmir dialektində 
Aydırmax şəklində eyni mənada mühafizə olunmuşdur.
Aydırmax, (Kürdəmir) demək, söyləmək, anlatmaq. Anasını 
aydırdı ki, o qızı issiyir. (6. səh. 30)
Aş. Aş sözü Yenisey Abidələri XXXII 2-ci sütun, Kül-tigin 
abidəsində 2b-a sütunda yemək mənasında işlədilib. Müasir ədəbi 
dilimizdə aş sözü sadəcə plov və aş(maq) feli anlamında işlədilir. 
Dialektlərimizdə də aş sözü işlənməkdədir.
Aş I (Gəncə) – dərini və gönü aşılamağa məxsus maddə 
Aş II (Basarkeçər) - ərişdə (6. səh. 27)
Nümunələrdən göründüyü kimi aş sözü dialektlərimizdə xü-
susi yemək adı kimi yaşayır.


188
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Aş sözü haqqında B.Əhmədov yazır: “Bütün xörəklərin adı 
aş olub. İndi məna daralıb, söz əsasən plov mənasında işlədilir. 
Amma  aşpaz,  qatıqaşı,  aşxana,  ayranaşı,  kimi  sözlərdə  qədim 
məna qalmaqdadır. (qatıqaşı heç də plov demək deyil. Aşpaz heç 
də təkcə plov bişirməklə məhdudlaşmır və s.) “Nə tökərsən aşı-
na...” deyimi də aş sözünün qədim mənası ilə bağlıdır”. (9, səh. 
37).
Fikrimizcə,  B.Əhmədov  aş  sözünün  semantikasını  dəqiq 
müəyyən etmiş, abidələrdə işlənən aş sözü ilə ədəbi dildə olan aş 
sözünün məna bağlılığını göstərmişdir. Aş sözü təkcə Azərbaycan 
türkcəsində deyil, İraq türkmənlərinin dilində, eyni zamanda xa-
kas, Altay dillərində də işlənməkdədir.
Aş  İraq  türkmən  dilində  də  yemək  mənasında  işlənmişdir. 
(10, səh. 345)
Aş sözü xakas, Altay dillərində “taxıl”, “çörək” mənasında 
işlənir. (7, səh. 48)
Ərdəm. Ərdəm sözü abidələrdən Küli - Çor abidəsi 4-12-ci 
sütunda Turfan abidəsi 3-13, Yenisey abidələri II 3-cü sütununda 
cəsarət, ləyaqət, ədəb mənasında işlənmişdir. Bu söz Qərb qrupu 
dialekt və şivələrimizdə qorunmuşdur. 
Ərdəm. (Vedi, Zəngibasar) - bacarıq, səliqə səhman (7, səh. 
149)
Ərdəm    sözü  Naxçıvan,  Ordubad,  Şamaxı  dialektlərindən 
Ağdam, Culfa, Füzuli, Mingəçevir, Ucar şivələrində “güclü baca-
rıqlı, qüvvətli” mənasında işlənir (7, səh. 149).
Yuyka. Yuyka sözü Tonyunuk abidəsi 13-cü sütunda yuxa, na-
zik mənasında işlənmişdir. Bu söz Yuxaltmaq şəklində Qarakilsə 
dialektində işlənir.
Yuxaltmaq (Qarakilsə) – naziklətmək (6, səh. 552)
Yuxa I (Çəmbərək) sacda bişirilən lavaş


189
Onomastika, Dialektologiya, Etimologiya
Yuxa II (Çəmbərək, Qarakilsə) nazik (7, səh. 417)
Yuxa  sözünün  semantikasına  diqqətlə  yanaşsaq  görərik  ki, 
yuxanın ilkin mənası nazik sözüdür. Sacda bişirilən çörək də na-
zik olduğu üçün yuxa adını almışdır
Güz.  Güz  sözü  Moyun  Çor  abidəsi  20-ci  sütunda  payız 
mənasında işlənmişdir. Güz sözü müasir dövrümüzdə də dialekt 
və şivələrimizdə yaşayır.
Güz (Çəmbərək, Dərələyəz) – qoyun salınan yer
Güzdəx1 (Çəmbərək, Dərələyəz, Qarakilsə) 1. payız səpini, 
payızda göyərən taxıl (Çəmbərək, Dərələyəz); 2. payızda yetişən 
xiyar (Qarakilsə)
Güzdəx1 II (Ağbaba, Çəmbərək, Dərələyəz, Vedi, Qarakilsə, 
Zəngibasar) – 1 payız yunu, payızda qırxılan yun; 2 quzu yunu 
güzdüx1 (Ağbaba, Basarkeçər, Çəmbərək, Dərələyəz, Kalinino) 
– payızlıq taxıl, buğda (7. səh, 167)
Xaçmaz,  Quba  dialektlərində  də  güzəm  sözü  işlənir  ki,  bu 
söz Qərb qrupu şivələrində olduğu kimi quzu yunu mənasındadır.
Verilmiş nümunələrdə semantikasına diqqətlə yanaşdıqda ay-
dın olur ki, bütün sözlərin əsasında payız mənasında işlənən güz 
sözü dayanır.
Güni. Güni sözü Yenisey abidələri VI.5   Xsütunlarında dost rəfiqə mənasında işlənmişdir.
Fikrimizcə,  bu  söz  dialekt  və  şivələrimizdə  işlənən  günü-
bacı sözünün ilkin variantıdır. El arasında işlənən günü-bacılar, 
ifadəsinə  diqqətlə  yanaşsaq  görərik  ki,  günü-bacı  ifadəsindəki 
bacı  ifadəsi  günülərin  bərabər  gəzməsi,  bacı  kimi  bir  evdə  ya-
şaması ilə əlaqədardır. Bu zaman sual oluna bilər ki, axı günülər 
çox zaman yola getmir, lakin unutmamaq lazımdır ki, mehriban 
dolanan günülər də vardır.
Kür.    Kür  sözü  Kül-tigin  şərq  tərəfi  6-cı  sütun,  Bilgə  Xa-


190
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qan abidəsi şərq tərəfi 6-cı sütunda qorxulu, sarsılmaz mənasında 
işlənmişdir.
Kür sözünə dialekt və şivələrimizdə də rast gəlinir.
Kür (Salyan, Şamaxı) 1. aciz (Şamaxı); 2.tənbəl (Salyan) (6, 
səh. 268)
Kür (Çəmbərək, irəvan, Qarakilsə) – nadinc, dəcəl, ağlağan 
(uşağa aid) (7, səh. 221)
Kür  sözü  Qarabağ  Gəncəbasar  bölgəsində  tünd  xasiyyətli 
dəlisov,  qorxulu,  tez  küsən,  tez  inciyən  mənalarında  da  işlənir. 
Fikrimizcə, abidələrdə işlənən kür sözü ilə Qarabağ, Gəncəbasar 
bölgəsində  işlənən  kür  sözü  arasında  məna  bağlılığı  var.  Bu 
mənada  şivələrdə  işlənən  kür  sözünü  abidələrdə  işlənən  kür 
sözündən gəldiyini düşünmək olar.
Mən – Mən sözü Irık Bitik abidəsi 47-ci sütunda qida, yemək 
anlamında  işlənmişdir.  Maraqlı  faktdır  ki,  mən  sözü  Dərbənd 
dialektində - qida anlamında – pendir suyu mənasında bu gün də 
işlənməkdədir. (6, səh. 349).
Os (Oş). Os sözü Talas abidəsi III 1-ci sütunda içəri daxil 
mənasında işlənmişdir. Bu söz dialekt və şivələrdə rast gəlinir.
Os (Qazax) – motal – Bu il yaylaxda iki os pendir qayırmış-
dıx (6, səh. 382)
İlk baxışda bu iki söz arasında müəyyən bağlılığın olması ağ-
labatan deyil. Lakin motal sözünün semantikasına nəzər saldıqda 
aydın olur ki, motal qoyunun dərisindən hazırlanır, süd məhsulu 
sayılan  pendir  motalın  içərisində  saxlanılır.  Güman  etmək  olar 
ki,  abidədə  işlənən  os  sözünün  içəri  mənası  motal  sözü  ilə 
əvəzlənmişdir. Os sözü içəri, daxili mənasında dilimizdə işlənən 
daha  bir  sözün  kökündə  qorunub  saxlanmaqdadır.  Əgər  biz  os 
sözünə -dır
4
 fel düzəldən şəkilçini artırsaq orqanizmdə maddələr 
mübadiləsinin  pozulması  nəticəsində  daxildə  yaranan  qazların 
təmizlənməsi üçün edilən hərəkət anlaşılar. Bu isə öz növbəsində 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə