D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə50/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   46   47   48   49   50   51   52   53   ...   84

176
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qeyd etdiyimiz fonetik hadisəyə Kül-tigin abidəsində də rast 
gəlmək mümkündür.
Üçünc Yəgin Silik bəgin gedimlik torık ot binin təgdi, ol at 
anta ölti: tərcüməsi: Üçüncü dəfə Yəgin silig bəyin geyimli kəhər 
atını minib hücum etdi, o ot orada öldü (1, səh. 76)
Komuğı biş otuz sülədimiz, üç yegirmi sünüşdimiz tərcüməsi: 
Cəmi iyirmi beş dəfə qoşun çəkdik. (1, səh.73).
Tokuz oğuz bəgləri, bodunı, bu sabımın edgüti esid katığdı 
tinlə! Tərcüməsi: doqquz oğuz bəyləri, xalqı bu sözümü yaxşıca 
eşit, möhkəmcə dinlə! (1, səh. 72).
Pürkiz  koğan  türkimiz  bodunımız  erti.  Bilmədügin. 
Tərcüməsi.  Türkiş  xaqan  türkünüz,  xalqımız  idi  bilmədiyi.  (1, 
səh. 73)
Sonuncu  nümunəyə  diqqət  yetirsək  görərik  ki,  bilmədügün 
sözü müasir ədəbi dilimizdə işlənən bilmədiyin sözüdür. Abidədə 
işlənən sözlə müqayisə etdikdə aydın olur ki, sözdə işlənmiş şü-
hudi keçmiş zaman şəkilçisi dı
4
 – dü
4
 – formasında işlənmiş, y 
bitişdiricisi isə g samiti ilə ifadə olunmuşdur. 
6. k>g. k səsinin g səsi ilə əvəzlənməsi hadisəsi
Bu hadisə dialekt və şivələrimizdən əsasən cənub qrupu dia-
lekt və şivələrinə aiddir. Qeyd etdiyimiz hadisəyə bir neçə sözdə 
qapalı e/ü saitlərindən və bəzən də o səsindən əvvəl təsadüf olunur. 
Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Ordubad, Culfa və 
Şahbuz dialektlərində bu fonetik hadisəyə daha çox rast gəlinir. 
Məsələn: geçi, geçmiş, geşdi, geşniş, gobud və s. (2. səh. 185) bu 
kimi sözlərdə söz önündə k səsinin yerinə g samiti işlənir. Eyni 
vəziyyətlə Kül-tigin abidəsində də rastlaşırıq, lakin bu abidə də 
k>g əvəzlənməsi ilə söz sonunda rastlaşırıq. Məsələn Umay təg 
ögim katun kutuna inim Kül tigin ər at bultı.Tərcüməsi: Ulmaytək 
anam xatunun bəxtinə kiçik qardaşım Kültigin igid adın qazandı. 


177
Onomastika, Dialektologiya, Etimologiya
(1, səh. 74). Kül-tigin abidəsində k>g əvəzlənməsinə söz ortasın-
da da rast gəlmək mümkündür. Məsələn: Kurığaru kənü Tarman-
ka təgi türk bodunığ ança konturtımız, onça itdimiz tərcüməsi: 
Qərbə Kənü Tarmana təki türk xalqını eləcə yerləşdirdik, eləcə 
təşkil etdik. (1, səh. 73), Sabımın tüğəti esidil: tərcüməsi: sözümü 
tükənənənədən eşit: (1, səh. 70)
Kül-tigin abidəsində rast gəldiyimiz fonetik hadisələrdən biri 
də həm dialekt və şivələrimizdə, həm də ədəbi dilimizdə işlənən 
bir çox sözlərdəki g samitinin k samiti ilə əvəzlənməsi hadisəsidir. 
Nümunələrə diqqət yetirək!... Anta yana kirip türkis kuğan buyu-
rukı Az tutuğ əligin tutdu tərcüməsi!... Onda yenə qoşuna girib 
türkiş xaqanının əyanı Az tutuku əli ilə tutdu. (1, səh. 74) Anı 
yayıp Türgi Yorğun költə buzdımız. Tərcüməsi: Onu dağıdıb Tür-
gi Yargun gölündə məğlub  etdik. (1, səh.74) Udar sənün kəlti. 
Tərcüməsi: Udar sənin gəldi. (1, səh. 76) Körür közüm körmək 
təg,  bilir  biligim  bilməz  təg  boltı.  Özüm  sakıntım:  tərcüməsi: 
Görən gözüm görməz tək, bilən biliyim bilməz tək oldu, özüm 
düşündüm. (1, səh. 76) və s.
k>g hadisəsi müasir türk dillərindən Türkiyə türkcəsini ədəbi 
dilində  və  dialektlərində  bu  gün  də  qorunmaqdadır.  Məsələn 
Ədəbi  türkcədə  geçen,  geçid,  gibi,  göç,  gölge,  gömlek.  Türk 
dialektlərində geçi, gendi, gişi, gemik, güncük və s. (3. səh, 41) 
və s.
7. Söz sonunda s samitinin işlənməsi hadisəsi.
Azərbaycan dilinin dialekt və şivələrindən Qərb qrupu, Mu-
ğan  qrupu  dialekt  və  şivələrində  s  samitinin  işlənməsinə  rast 
gəlmək mümükündür. Məsələn: palas, qorpıs, uldus, xorus, poyıs. 
(Qazax, Muğan, Culfa)
Söz sonunda s samitinin işlənməsi oğuz qrupu türk dilləri ilə 
yanaşı xakasca, yakutcada işlənir.


178
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Türcə
Azərbaycanca Türkməncə xakasca
Yakutca
Kız
qız
xıs
xıs
Kııs
söz
söz
söz
sös
ös
yüz
yüz
yüz
çüs
süüs
yaz
yaz
yaz
ças
Saas
kaz
qaz
qaz
xaz
xaas
(2. Səh.94)
 
Fikrimizcə,  sözlərin  sonunda  s  samitinin  işlənməsi  bir  çox 
sözün  türk  dillərinə  aid  abidələrdə  də  bu  şəkildə  işlənməsi  ilə 
əlaqədardır.  Kül-tigin  abidəsində  sözlərdə  ş  səsinin  s  samitinə 
keçməsi  hadisəsi  daha  çox  müşahidə  olunur.  Dialekt  və 
şivələrimizdə  müşahidə  edilən  z>s  əvəzlənməsinə  Kül-tigin 
abidəsində də rast gəlinir. Məsələn öd tenri yasar, kişi oğlı kop 
ölgəli törmis  tərcüməsi Baxtı (taleyi) tanrı yazar, insan (?) oğlu-
nun hamısı ölümlü törəmiş. (1, səh. 76). Nümunədə verilmiş 4-cü 
söz tərcümə baxımından diqqət çəkir. Nümunələrdən də göründü-
yü kimi Ə.Rəcəbov və Y.Məmmədov bu sözü insan kimi oxumuş-
lar. Fikrimizcə, həmin söz kişi kimi oxunmalıdır. Çünki kişi sözü 
həm ş>s əvəzlənməsi baxımından, həm də xalis türk sözü olması 
baxımından insan sözünə nisbətən daha məntiqlidir.
Qeyd etmək lazımdır ki, Kül-tigin abidəsində ş>s əvəzlənməsi 
olsa da sözlərdə ş səsinin işlənməsi geniş yayılmamışdır.
8. Səs artımı hadisəsi. Y samitinin söz önünə artırılması 
Dialekt və şivələrimizi araşdırdıqda ədəbi dildən fərqli olaraq 
sözlərin əvvəlində, ortasında və axırında müəyyən samitlərin (y, 
h, g, x, n və s) artırılmasının şahidi oluruq. 
Bu fonetik hadisəyə diqqətlə yanaşıldıqda aydın olur ki, hal-
hazırda dialekt və şivələrimizdə səs artımı kimi görünən səs artı-


179
Onomastika, Dialektologiya, Etimologiya
mı hadisəsi əslində səs artımı deyil, sözlərin qədim şəklidir.
Müasir dövrdə səs artımına məruz qalan sözlər kimi dərk olu-
nan sözlərdən ədəbi dildə qeyd olunan səslər düşmüş, dialektdə 
isə qalmışdır.
Məsələyə səs artımı kimi yanaşsaq y samitinin artımı şimal 
qrupu dialekt və şivələrində (xüsusilə Zaqatala və Qax şivələrində) 
daha qabarıq görünür.  Eyni zamanda bu hadisəyə Naxçıvan və 
Qərb qrupu dialekt və şivələrində də rast gəlinir.
Y  səsinin  artımı  Qazax  dialektində  söz  əvvəlində 
möhkəmlənmişdir. Bununla yanaşı Qazax dialektinin bəzi kənd 
şivələrində  y  səsinin  söz  önünə  artımı  müşahidə  olunur.  Qeyd 
olunan dialekt və şivələrdə y samitinin artımı qapalı saitlərdən 
əvvəl  özünü  göstərir.  Bəzən  isə  açıq  a  saitindən  əvvəl  də  bu 
hadisəyə  rast  gəlmək  mümkündür.  Məsələn  yil  (Zaqatala),  yıl 
(Naxçıvan) yeniş (Culfa, Naxçıvan, Şahbuz, Qarabağ) yendirmək 
(Şahbuz, Qarabağ) yıldız (Zaqatala, Qax, Qazax) yuldurum, yıl-
dırım, yılxı, yuca, yüz, (üz) yüzməx1, yüzük, yüzəngi, yulquc, 
yuraq (Zaqatala, Qax) yesir (Tovuz), yaloy (Qazax), yalov (Za-
qatala), yürəhli (Qazax), yığvalım (Ağsu) < iqbalım, yigit (Nax-
çıvan, Gəncə) , yiri (Gəncə). Dialekt və şivələrimizdə y səsinin 
artımı kimi görünən bu fonetik hadisəni Kül-tigin abidəsini araş-
dırdıqda daha aydın izah etmək mümkündür. Məsələn: körmis. 
Əlig yıl isig küçig birmiş  Tərcüməsi: Tabe olmuş əlli il işini, gü-
cünü vermiş (1 səh.72). Kanım kağan yeti yegirmi ərin taşıkmış, 
Taşra. Tərcüməsi: Atum  xaqan.  On  yeddi  igidlə  sərhədi  aşmış. 
Sərhəddən kənarda (1, səh.72), Kül-tigin goy yılka yiti yegirmikə 
uçdı,  tokuzınç  ay  yiti  otuzka  yoğ  ertürtimiz.Tərcüməsi:  Kül-
tigin qoyun ili on yeddisində vəfat etdi, doqquzuncu ayın iyir-
mi yeddisində dəfn etdik. (1, səh.76) Kağanladuk kağanın yiti-
rü ıdmıs. Tərcüməsi: xaqan qoyduğu xaqanın sona yetirmiş. (1, 
səh.72) Fikrimizcə, bu nümunənin tərcüməsi bu şəkildə olmalıdır. 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə