D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə52/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   48   49   50   51   52   53   54   55   ...   84

183
Onomastika, Dialektologiya, Etimologiya
gətirmiş.
Misallardan  da  göründüyü  kimi  Kül-tigin  abidəsində  b>v 
əvəzlənməsi daha çox sözün əvvəlində baş verir. Buna baxmaya-
raq sonuncu nümunədə bu fonetik hadisəyə söz ortasında da rast 
gəlinir.
Orxon-Yenisey abidələrində və dialektlərimizdə işlənən fo-
netik  bənzərliklər  kifayət  qədərdir.  Hətta  müəyyən  qrup  sözlər 
vardır ki, fonetik fərqlərlə həm ədəbi dilimizdə həm dialekt və 
şivələrimizdə paralel şəkildə işlənməkdədir.
Orxon-Yenisey abidələrində işlənən leksik dialektetizmlər 
Orxon-Yenisey  abidələrini  araşdırdıqda  aydın  olur  ki,  bu 
mötəbər  qaynaqda  yüzlərlə  söz  vardır  ki,  həmin  sözlər  ya  mü-
asir  ədəbi  dilimizdən  çıxmış,  arxaikləşmiş,  ya  da  ədəbi  dildə 
fərqli  məna  bildirir.  Bu  baxımdan  Orxon-Yenisey  abidələrinin 
dialektlərimizlə müqayisəli öyrənilməsi dil tariximizlə bağlı bir 
sıra qaranlıq məsələlərə aydılıq gətirəcəkdir.
Orxon-Yenisey  abidələri  və  şivələrimizdə  paralel  şəkildə 
işlənən bəzi sözlərə diqqət yetirək;
Ağ sözü
Bu söz Orxon-Yenisey abbidələrindən Bilgə xaqan abidəsində 
37-ci sütununda İrık Bitik abidəsinin 29-cu, 96-cı, Talas abidələri 
VII  talas  abidəsində  işlənmişdir.  Bu  söz  abidədə  qalxmaq, 
yüksəlmək mənasında işlənmişdir. Ağ sözü ədəbi dilimizdə rəng 
mənasında işlənsə də dialekt və şivələrimizdə bu sözün rəngarəng 
mənaları vardır.
Ağ I (Xaçmaz, Salyan, Şəmkir) – alt tumanın və şalvarın or-
tası
Ağ II (İmişli) var-dövlət, varidat
Ağ III (Qax) yeməli, bitki adı
Ağ IV (Salyan) – süfrə (6, səh,13)


184
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ağ V (Çəmbərək) – mələfə, döşəkağı
Ağ VI (Ağbaba, Çəmbərək) – qadın və kişi tumanının paçası-
na verilən, artırılan əlavə parça (7, səh.  35) – Ağ sözünün leksik 
mənası ilə bağlı prof.H.Mirzəyev yazır: “Yazılı mənbələrdən ay-
dın olur ki, “axta” sözü ilə “ağ-a: ğ “ağ” sözü iki budun, iki pa-
çanın arası, iki bud, iki paça arasındakı sahə, zolaq, tumanın, alt 
paltarın arası, ortası çıxıntı, çiv, paza oxşar çıxıntı, çaladakı çıxın-
tı mənasında işlənmişdir. Müasir dilimizdə olan “ağ ət”, “tumanın 
ağı”, şalvarın ağı” sözü də həmin ağ sözü ilə bağlıdır”. (8, səh.70)
Şərq  qrupu  dialekt  və  şivələrində  konkret  olaraq  Xaçmaz 
şivələrində  ağ  sözü  ağ  eləmək  formasında  işlənir.  Məsələn, 
Sən lap ağ elədin. Ağ sözü bu nümunədə hər hansı bir məsələni 
həddindən  artıq  şişirtmək  və  yaxud  həddi  aşmaq  mənasında 
işlənmişdir. Fikrimizcə, “Orxon Yenisey”də işlənən yüksəlmək, 
qalxmaq mənasında işlənən ağ sözü Xaçmaz şivəsində ağ etmək 
formasında yəni şişirtmək, böyütmək mənasında qorunub saxlan-
mışdır.
Ehtimal  etmək  olar  ki,  ağuş  (qucaq)  sözü  də  məhz  ağ 
sözündən  (yüksək mənasında) törəyərək müasir ədəbi dilimizdə 
işlənməkdədir.
Ağıl.  Bu sözə Talas abidələri VI abidədə yaxınlaşmaq, sıx-
laşmaq mənasında rast gəlirik. Dialekt və şivələrimizdə isə ağıl 
sözünün mənası aşağıdakı şəkildədir.
Ağıl (Balakən, Biləsuvar, Cəbrayıl, Şirvan, Şəki, Zəngilan) 1. 
yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer, 
2. qışlaqda qoyunlar üçün qamışdan tikilmiş yer, 3.Tövlə (6, səh. 
14)
Fikrimizcə,  hazırda  dialektlərimizdə  işlənən  ağıl  sözü-
nün  əsasında  abidədə  təsadüf  edilən  ağıl  dayanır.  Dialekt  və 
şivələrimizdə  işlənən  “ağıl”da  saxlanılan  mal-qara  və  ya  xır-


185
Onomastika, Dialektologiya, Etimologiya
dabuynuzluların  salındığı  ağılda  sıxlaşmaq,  yaxınlaşmaq 
məcburiyyətindədir. Məhz bu yaxınlaşmaq hər iki sözü bir-birinə 
bağlayır.
Adak.  Adak  sözü  Orxon-Yenisey  abidələrindən  Kül-tigin 
abidəsinin  şimal  tərəfi  7-ci  sütunda,  Bilgə  xaqan  şimal  tərəfi  
30-cu sütun, cənub tərəfi 7-ci sütun, Yenisey abidələrində ayaq 
mənasında  işlənmişdir.  Bu  söz  adax  şəklində  dialektlərimizdən 
Ağcabədi, Ağdam, Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir, Şuşa, 
Tərtər,  Mingəçevir  şivələrində  “uşağın  ilk  addımı”  mənasında 
bu  gün  də  yaşamaqdadır”.  Fikrimizcə,  Şərq  qrupu  dialekt  və 
şivələrimizdə nişanlamaq mənasında işlənən  “adaxlamaq” sözü 
də adak sözündən yaranmışdır. 
Azman. Azman sözü Kül-tigin abidəsinin şimal tərəfi 5-6-cı  
sütunlarında nəhəng mənasında işlənmişdir. Qərb qrupu dialekt 
və şivələrdən Qarakilsə, Şərq qrupundan Bakı, dialektində azman 
sözü “iri”, çox böyük, nəhəng” mənalarında, Ordubad, Şamaxı 
dialektlərində,  Beyləqan,  Cəbrayıl  şivəsində  “altıillik  qoyun”, 
Ordubad, Zəngilan dialekt və şivəsində “dörd illik qoyun”, Ağ-
dam, Füzuli, Gürcüstanın Borçalı şivələrində “qocalmış qoyun, 
keçi” mənalarında işlənir. (7. səh. 53). Azman sözünün dialekt və 
şivələrdə işlənmə məqamlarına diqqət yetirdikdə aydın olur ki, bu 
söz abidədə işlənmiş mənasını qoruyub saxlayır.
Ayağ. Ayağ sözü. Talas  abidəsində hörmət, fəxr mənasında 
işlənir. Dialekt və şivələrimizə gəldikdə isə bu söz müəyyən fone-
tik, morfoloji fərqlərlə aşağıdakı şəkildədir.
Ayax (Naxçıvan) – uzaq kənar
Ayaxçi (Lənkəran) – xırdavatçı, çərçi
Ayaxçi (Salyan)- xeyirdə, şərdə xidmət edən adam (6, səh. 
29)
Dialektlərimizdən  verilmiş  nümunələrlə  abidə  də  işlənmiş 


186
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ayağ sözü ilə heç bir bağlılığın olmaması göz önündədir.
Ayağ sözünə köhnəlmiş bir söz kimi də rast gəlinir. Bu söz 
köhnəlmiş söz kimi qədəh mənasındadır.
Ayağ sözünü dialekt və şivələrdə araşdırdıqda ayağ sözünə 
“ayağına getmək” frazeoloji birləşməsində də rast gəlirik.
Fikrimizcə,  abidədə  hörmət  mənasında  işlənən  ayağ  sözü 
məna baxımından dialektlərimizdə işlənən “ayağına getmək” fra-
zeoloji  birləşməsində  mühafizə  olunmuşdur.  “Ayağına  getmək” 
frazeoloji birləşməsinin semantikasına diqqətlə yanaşsaq görərik 
ki, hörmət əlaməti olaraq özündən böyüyün və ya hörmətli şəxsin 
ayağına  gedərlər.  Qeyd  olunan  fikirlər  ayağ  sözünün  hörmət 
mənasında işləndiyini bir daha sübut edir.
Alçı.  Bu  söz  Yenisey  abidələri    X-VIII.  1  sütunda  bəxt 
mənasında  işlənmişdir.  Alçı  sözü  dialekt  və  şivələrimizdə  heç 
bir  fonetik  dəyişikliyə  uğramadan  işlənir.  Lakin  şivələrimizdə 
işlənən alçı sözü ilə abidədə işlənən alçı sözünün heç bir məna 
bağlılığı yoxdur. 
Dialekt və şivələrimizdə işlənən alçı sözünün məna çalarları-
na diqqət yetirək:
Alçı: Alçı durmağ (Salyan) – üzə durmaq, cavab qaytarmaq. 
(6, səh. 21)
Alçı: (Çəmbərək, Basarkeçər, Kəvər, İrəvan, Zəngilan) – aşı-
ğın bir üzü, (qoyunun ayağından çıxarılır toxanın əks tərəfi)
Anlan: Anlan sözü Yenisey abidələrini XXXVIII. 4. sətirdə 
başa düşülmək, anlamaq, dərk edilmək mənasında işlənmişdir. 
Dialekt  və  şivələrimizdə  anlan  sözünün  Şəmkir,  Balakən, 
Dərələyəz, Zəngibasar) annax variantına rast gəlinir. Qeyd olu-
nan şivələr də anlamaq, qanacaq, mərifət mənasında işlənir (7. 
səh. 45)
Art. Art sözü. Yenisey abidələri XVIII 4:5;5 sətirlərdə artmaq 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə