183
Onomastika, Dialektologiya, Etimologiya
gətirmiş.
Misallardan da göründüyü kimi Kül-tigin abidəsində b>v
əvəzlənməsi daha çox sözün əvvəlində baş verir. Buna baxmaya-
raq sonuncu nümunədə bu fonetik hadisəyə söz ortasında da rast
gəlinir.
Orxon-Yenisey abidələrində və dialektlərimizdə işlənən fo-
netik bənzərliklər kifayət qədərdir. Hətta müəyyən qrup sözlər
vardır ki, fonetik fərqlərlə həm ədəbi dilimizdə həm dialekt və
şivələrimizdə paralel şəkildə işlənməkdədir.
Orxon-Yenisey abidələrində işlənən leksik dialektetizmlər
Orxon-Yenisey abidələrini araşdırdıqda aydın olur ki, bu
mötəbər qaynaqda yüzlərlə söz vardır ki, həmin sözlər ya mü-
asir ədəbi dilimizdən çıxmış, arxaikləşmiş, ya da ədəbi dildə
fərqli məna bildirir. Bu baxımdan Orxon-Yenisey abidələrinin
dialektlərimizlə müqayisəli öyrənilməsi dil tariximizlə bağlı bir
sıra qaranlıq məsələlərə aydılıq gətirəcəkdir.
Orxon-Yenisey abidələri və şivələrimizdə paralel şəkildə
işlənən bəzi sözlərə diqqət yetirək;
Ağ sözü
Bu söz Orxon-Yenisey abbidələrindən Bilgə xaqan abidəsində
37-ci sütununda İrık Bitik abidəsinin 29-cu, 96-cı, Talas abidələri
VII talas abidəsində işlənmişdir. Bu söz abidədə qalxmaq,
yüksəlmək mənasında işlənmişdir. Ağ sözü ədəbi dilimizdə rəng
mənasında işlənsə də dialekt və şivələrimizdə bu sözün rəngarəng
mənaları vardır.
Ağ I (Xaçmaz, Salyan, Şəmkir) – alt tumanın və şalvarın or-
tası
Ağ II (İmişli) var-dövlət, varidat
Ağ III (Qax) yeməli, bitki adı
Ağ IV (Salyan) – süfrə (6, səh,13)
184
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ağ V (Çəmbərək) – mələfə, döşəkağı
Ağ VI (Ağbaba, Çəmbərək) – qadın və kişi tumanının paçası-
na verilən, artırılan əlavə parça (7, səh. 35) – Ağ sözünün leksik
mənası ilə bağlı prof.H.Mirzəyev yazır: “Yazılı mənbələrdən ay-
dın olur ki, “axta” sözü ilə “ağ-a: ğ “ağ” sözü iki budun, iki pa-
çanın arası, iki bud, iki paça arasındakı sahə, zolaq, tumanın, alt
paltarın arası, ortası çıxıntı, çiv, paza oxşar çıxıntı, çaladakı çıxın-
tı mənasında işlənmişdir. Müasir dilimizdə olan “ağ ət”, “tumanın
ağı”, şalvarın ağı” sözü də həmin ağ sözü ilə bağlıdır”. (8, səh.70)
Şərq qrupu dialekt və şivələrində konkret olaraq Xaçmaz
şivələrində ağ sözü ağ eləmək formasında işlənir. Məsələn,
Sən lap ağ elədin. Ağ sözü bu nümunədə hər hansı bir məsələni
həddindən artıq şişirtmək və yaxud həddi aşmaq mənasında
işlənmişdir. Fikrimizcə, “Orxon Yenisey”də işlənən yüksəlmək,
qalxmaq mənasında işlənən ağ sözü Xaçmaz şivəsində ağ etmək
formasında yəni şişirtmək, böyütmək mənasında qorunub saxlan-
mışdır.
Ehtimal etmək olar ki, ağuş (qucaq) sözü də məhz ağ
sözündən (yüksək mənasında) törəyərək müasir ədəbi dilimizdə
işlənməkdədir.
Ağıl. Bu sözə Talas abidələri VI abidədə yaxınlaşmaq, sıx-
laşmaq mənasında rast gəlirik. Dialekt və şivələrimizdə isə ağıl
sözünün mənası aşağıdakı şəkildədir.
Ağıl (Balakən, Biləsuvar, Cəbrayıl, Şirvan, Şəki, Zəngilan) 1.
yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer,
2. qışlaqda qoyunlar üçün qamışdan tikilmiş yer, 3.Tövlə (6, səh.
14)
Fikrimizcə, hazırda dialektlərimizdə işlənən ağıl sözü-
nün əsasında abidədə təsadüf edilən ağıl dayanır. Dialekt və
şivələrimizdə işlənən “ağıl”da saxlanılan mal-qara və ya xır-
185
Onomastika, Dialektologiya, Etimologiya
dabuynuzluların salındığı ağılda sıxlaşmaq, yaxınlaşmaq
məcburiyyətindədir. Məhz bu yaxınlaşmaq hər iki sözü bir-birinə
bağlayır.
Adak. Adak sözü Orxon-Yenisey abidələrindən Kül-tigin
abidəsinin şimal tərəfi 7-ci sütunda, Bilgə xaqan şimal tərəfi
30-cu sütun, cənub tərəfi 7-ci sütun, Yenisey abidələrində ayaq
mənasında işlənmişdir. Bu söz adax şəklində dialektlərimizdən
Ağcabədi, Ağdam, Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir, Şuşa,
Tərtər, Mingəçevir şivələrində “uşağın ilk addımı” mənasında
bu gün də yaşamaqdadır”. Fikrimizcə, Şərq qrupu dialekt və
şivələrimizdə nişanlamaq mənasında işlənən “adaxlamaq” sözü
də adak sözündən yaranmışdır.
Azman. Azman sözü Kül-tigin abidəsinin şimal tərəfi 5-6-cı
sütunlarında nəhəng mənasında işlənmişdir. Qərb qrupu dialekt
və şivələrdən Qarakilsə, Şərq qrupundan Bakı, dialektində azman
sözü “iri”, çox böyük, nəhəng” mənalarında, Ordubad, Şamaxı
dialektlərində, Beyləqan, Cəbrayıl şivəsində “altıillik qoyun”,
Ordubad, Zəngilan dialekt və şivəsində “dörd illik qoyun”, Ağ-
dam, Füzuli, Gürcüstanın Borçalı şivələrində “qocalmış qoyun,
keçi” mənalarında işlənir. (7. səh. 53). Azman sözünün dialekt və
şivələrdə işlənmə məqamlarına diqqət yetirdikdə aydın olur ki, bu
söz abidədə işlənmiş mənasını qoruyub saxlayır.
Ayağ. Ayağ sözü. Talas abidəsində hörmət, fəxr mənasında
işlənir. Dialekt və şivələrimizə gəldikdə isə bu söz müəyyən fone-
tik, morfoloji fərqlərlə aşağıdakı şəkildədir.
Ayax (Naxçıvan) – uzaq kənar
Ayaxçi (Lənkəran) – xırdavatçı, çərçi
Ayaxçi (Salyan)- xeyirdə, şərdə xidmət edən adam (6, səh.
29)
Dialektlərimizdən verilmiş nümunələrlə abidə də işlənmiş
186
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ayağ sözü ilə heç bir bağlılığın olmaması göz önündədir.
Ayağ sözünə köhnəlmiş bir söz kimi də rast gəlinir. Bu söz
köhnəlmiş söz kimi qədəh mənasındadır.
Ayağ sözünü dialekt və şivələrdə araşdırdıqda ayağ sözünə
“ayağına getmək” frazeoloji birləşməsində də rast gəlirik.
Fikrimizcə, abidədə hörmət mənasında işlənən ayağ sözü
məna baxımından dialektlərimizdə işlənən “ayağına getmək” fra-
zeoloji birləşməsində mühafizə olunmuşdur. “Ayağına getmək”
frazeoloji birləşməsinin semantikasına diqqətlə yanaşsaq görərik
ki, hörmət əlaməti olaraq özündən böyüyün və ya hörmətli şəxsin
ayağına gedərlər. Qeyd olunan fikirlər ayağ sözünün hörmət
mənasında işləndiyini bir daha sübut edir.
Alçı. Bu söz Yenisey abidələri X-VIII. 1 sütunda bəxt
mənasında işlənmişdir. Alçı sözü dialekt və şivələrimizdə heç
bir fonetik dəyişikliyə uğramadan işlənir. Lakin şivələrimizdə
işlənən alçı sözü ilə abidədə işlənən alçı sözünün heç bir məna
bağlılığı yoxdur.
Dialekt və şivələrimizdə işlənən alçı sözünün məna çalarları-
na diqqət yetirək:
Alçı: Alçı durmağ (Salyan) – üzə durmaq, cavab qaytarmaq.
(6, səh. 21)
Alçı: (Çəmbərək, Basarkeçər, Kəvər, İrəvan, Zəngilan) – aşı-
ğın bir üzü, (qoyunun ayağından çıxarılır toxanın əks tərəfi)
Anlan: Anlan sözü Yenisey abidələrini XXXVIII. 4. sətirdə
başa düşülmək, anlamaq, dərk edilmək mənasında işlənmişdir.
Dialekt və şivələrimizdə anlan sözünün Şəmkir, Balakən,
Dərələyəz, Zəngibasar) annax variantına rast gəlinir. Qeyd olu-
nan şivələr də anlamaq, qanacaq, mərifət mənasında işlənir (7.
səh. 45)
Art. Art sözü. Yenisey abidələri XVIII 4:5;5 sətirlərdə artmaq
Dostları ilə paylaş: |