176
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qeyd etdiyimiz fonetik hadisəyə Kül-tigin abidəsində də rast
gəlmək mümkündür.
Üçünc Yəgin Silik bəgin gedimlik torık ot binin təgdi, ol at
anta ölti: tərcüməsi: Üçüncü dəfə Yəgin silig bəyin geyimli kəhər
atını minib hücum etdi, o ot orada öldü (1, səh. 76)
Komuğı biş otuz sülədimiz, üç yegirmi sünüşdimiz tərcüməsi:
Cəmi iyirmi beş dəfə qoşun çəkdik. (1, səh.73).
Tokuz oğuz bəgləri, bodunı, bu sabımın edgüti esid katığdı
tinlə! Tərcüməsi: doqquz oğuz bəyləri, xalqı bu sözümü yaxşıca
eşit, möhkəmcə dinlə! (1, səh. 72).
Pürkiz koğan türkimiz bodunımız erti. Bilmədügin.
Tərcüməsi. Türkiş xaqan türkünüz, xalqımız idi bilmədiyi. (1,
səh. 73)
Sonuncu nümunəyə diqqət yetirsək görərik ki, bilmədügün
sözü müasir ədəbi dilimizdə işlənən bilmədiyin sözüdür. Abidədə
işlənən sözlə müqayisə etdikdə aydın olur ki, sözdə işlənmiş şü-
hudi keçmiş zaman şəkilçisi dı
4
– dü
4
– formasında işlənmiş, y
bitişdiricisi isə g samiti ilə ifadə olunmuşdur.
6. k>g. k səsinin g səsi ilə əvəzlənməsi hadisəsi
Bu hadisə dialekt və şivələrimizdən əsasən cənub qrupu dia-
lekt və şivələrinə aiddir. Qeyd etdiyimiz hadisəyə bir neçə sözdə
qapalı e/ü saitlərindən və bəzən də o səsindən əvvəl təsadüf olunur.
Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Ordubad, Culfa və
Şahbuz dialektlərində bu fonetik hadisəyə daha çox rast gəlinir.
Məsələn: geçi, geçmiş, geşdi, geşniş, gobud və s. (2. səh. 185) bu
kimi sözlərdə söz önündə k səsinin yerinə g samiti işlənir. Eyni
vəziyyətlə Kül-tigin abidəsində də rastlaşırıq, lakin bu abidə də
k>g əvəzlənməsi ilə söz sonunda rastlaşırıq. Məsələn Umay təg
ögim katun kutuna inim Kül tigin ər at bultı.Tərcüməsi: Ulmaytək
anam xatunun bəxtinə kiçik qardaşım Kültigin igid adın qazandı.
177
Onomastika, Dialektologiya, Etimologiya
(1, səh. 74). Kül-tigin abidəsində k>g əvəzlənməsinə söz ortasın-
da da rast gəlmək mümkündür. Məsələn: Kurığaru kənü Tarman-
ka təgi türk bodunığ ança konturtımız, onça itdimiz tərcüməsi:
Qərbə Kənü Tarmana təki türk xalqını eləcə yerləşdirdik, eləcə
təşkil etdik. (1, səh. 73), Sabımın tüğəti esidil: tərcüməsi: sözümü
tükənənənədən eşit: (1, səh. 70)
Kül-tigin abidəsində rast gəldiyimiz fonetik hadisələrdən biri
də həm dialekt və şivələrimizdə, həm də ədəbi dilimizdə işlənən
bir çox sözlərdəki g samitinin k samiti ilə əvəzlənməsi hadisəsidir.
Nümunələrə diqqət yetirək!... Anta yana kirip türkis kuğan buyu-
rukı Az tutuğ əligin tutdu tərcüməsi!... Onda yenə qoşuna girib
türkiş xaqanının əyanı Az tutuku əli ilə tutdu. (1, səh. 74) Anı
yayıp Türgi Yorğun költə buzdımız. Tərcüməsi: Onu dağıdıb Tür-
gi Yargun gölündə məğlub etdik. (1, səh.74) Udar sənün kəlti.
Tərcüməsi: Udar sənin gəldi. (1, səh. 76) Körür közüm körmək
təg, bilir biligim bilməz təg boltı. Özüm sakıntım: tərcüməsi:
Görən gözüm görməz tək, bilən biliyim bilməz tək oldu, özüm
düşündüm. (1, səh. 76) və s.
k>g hadisəsi müasir türk dillərindən Türkiyə türkcəsini ədəbi
dilində və dialektlərində bu gün də qorunmaqdadır. Məsələn
Ədəbi türkcədə geçen, geçid, gibi, göç, gölge, gömlek. Türk
dialektlərində geçi, gendi, gişi, gemik, güncük və s. (3. səh, 41)
və s.
7. Söz sonunda s samitinin işlənməsi hadisəsi.
Azərbaycan dilinin dialekt və şivələrindən Qərb qrupu, Mu-
ğan qrupu dialekt və şivələrində s samitinin işlənməsinə rast
gəlmək mümükündür. Məsələn: palas, qorpıs, uldus, xorus, poyıs.
(Qazax, Muğan, Culfa)
Söz sonunda s samitinin işlənməsi oğuz qrupu türk dilləri ilə
yanaşı xakasca, yakutcada işlənir.
178
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Türcə
Azərbaycanca Türkməncə xakasca
Yakutca
Kız
qız
xıs
xıs
Kııs
söz
söz
söz
sös
ös
yüz
yüz
yüz
çüs
süüs
yaz
yaz
yaz
ças
Saas
kaz
qaz
qaz
xaz
xaas
(2. Səh.94)
Fikrimizcə, sözlərin sonunda s samitinin işlənməsi bir çox
sözün türk dillərinə aid abidələrdə də bu şəkildə işlənməsi ilə
əlaqədardır. Kül-tigin abidəsində sözlərdə ş səsinin s samitinə
keçməsi hadisəsi daha çox müşahidə olunur. Dialekt və
şivələrimizdə müşahidə edilən z>s əvəzlənməsinə Kül-tigin
abidəsində də rast gəlinir. Məsələn öd tenri yasar, kişi oğlı kop
ölgəli törmis tərcüməsi Baxtı (taleyi) tanrı yazar, insan (?) oğlu-
nun hamısı ölümlü törəmiş. (1, səh. 76). Nümunədə verilmiş 4-cü
söz tərcümə baxımından diqqət çəkir. Nümunələrdən də göründü-
yü kimi Ə.Rəcəbov və Y.Məmmədov bu sözü insan kimi oxumuş-
lar. Fikrimizcə, həmin söz kişi kimi oxunmalıdır. Çünki kişi sözü
həm ş>s əvəzlənməsi baxımından, həm də xalis türk sözü olması
baxımından insan sözünə nisbətən daha məntiqlidir.
Qeyd etmək lazımdır ki, Kül-tigin abidəsində ş>s əvəzlənməsi
olsa da sözlərdə ş səsinin işlənməsi geniş yayılmamışdır.
8. Səs artımı hadisəsi. Y samitinin söz önünə artırılması
Dialekt və şivələrimizi araşdırdıqda ədəbi dildən fərqli olaraq
sözlərin əvvəlində, ortasında və axırında müəyyən samitlərin (y,
h, g, x, n və s) artırılmasının şahidi oluruq.
Bu fonetik hadisəyə diqqətlə yanaşıldıqda aydın olur ki, hal-
hazırda dialekt və şivələrimizdə səs artımı kimi görünən səs artı-
179
Onomastika, Dialektologiya, Etimologiya
mı hadisəsi əslində səs artımı deyil, sözlərin qədim şəklidir.
Müasir dövrdə səs artımına məruz qalan sözlər kimi dərk olu-
nan sözlərdən ədəbi dildə qeyd olunan səslər düşmüş, dialektdə
isə qalmışdır.
Məsələyə səs artımı kimi yanaşsaq y samitinin artımı şimal
qrupu dialekt və şivələrində (xüsusilə Zaqatala və Qax şivələrində)
daha qabarıq görünür. Eyni zamanda bu hadisəyə Naxçıvan və
Qərb qrupu dialekt və şivələrində də rast gəlinir.
Y səsinin artımı Qazax dialektində söz əvvəlində
möhkəmlənmişdir. Bununla yanaşı Qazax dialektinin bəzi kənd
şivələrində y səsinin söz önünə artımı müşahidə olunur. Qeyd
olunan dialekt və şivələrdə y samitinin artımı qapalı saitlərdən
əvvəl özünü göstərir. Bəzən isə açıq a saitindən əvvəl də bu
hadisəyə rast gəlmək mümkündür. Məsələn yil (Zaqatala), yıl
(Naxçıvan) yeniş (Culfa, Naxçıvan, Şahbuz, Qarabağ) yendirmək
(Şahbuz, Qarabağ) yıldız (Zaqatala, Qax, Qazax) yuldurum, yıl-
dırım, yılxı, yuca, yüz, (üz) yüzməx1, yüzük, yüzəngi, yulquc,
yuraq (Zaqatala, Qax) yesir (Tovuz), yaloy (Qazax), yalov (Za-
qatala), yürəhli (Qazax), yığvalım (Ağsu) < iqbalım, yigit (Nax-
çıvan, Gəncə) , yiri (Gəncə). Dialekt və şivələrimizdə y səsinin
artımı kimi görünən bu fonetik hadisəni Kül-tigin abidəsini araş-
dırdıqda daha aydın izah etmək mümkündür. Məsələn: körmis.
Əlig yıl isig küçig birmiş Tərcüməsi: Tabe olmuş əlli il işini, gü-
cünü vermiş (1 səh.72). Kanım kağan yeti yegirmi ərin taşıkmış,
Taşra. Tərcüməsi: Atum xaqan. On yeddi igidlə sərhədi aşmış.
Sərhəddən kənarda (1, səh.72), Kül-tigin goy yılka yiti yegirmikə
uçdı, tokuzınç ay yiti otuzka yoğ ertürtimiz.Tərcüməsi: Kül-
tigin qoyun ili on yeddisində vəfat etdi, doqquzuncu ayın iyir-
mi yeddisində dəfn etdik. (1, səh.76) Kağanladuk kağanın yiti-
rü ıdmıs. Tərcüməsi: xaqan qoyduğu xaqanın sona yetirmiş. (1,
səh.72) Fikrimizcə, bu nümunənin tərcüməsi bu şəkildə olmalıdır.
Dostları ilə paylaş: |