180
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xaqan qoyduğu xaqanın itirmiş tərcümə bu şəkildə olarsa itirmək
felinin önünə artırılan y səsini daha aydın müşahidə etmək olar.
Nümunələrdən də göründüyü kimi dialektlərimiz də y səsinin
artırılması hadisəsi Orxon-Yenisey abidələrində də işlənmişdir.
Məhz Orxon-Yeniseydən gələn bu fərq digər türk dillərində və
sonradan yaranan türk dilli abidələrdə də müşahidə edilir. Məsələn
türkmən dilində: yitqi, yiti, yüz(üz) yüzmek, yüzük, yün (ip) yü-
nek (ipək), yürek, yıldırım, yıl, yılı (ilıq) yıldız; başqırd dilində
yıl, yondoz (ulduz) yılan, yöz (üz) yörək; Türkiyə türkcəsində:
yıl, yılan, yıldırım, yıldız.
Ədəbi dildə bəzi türk mənşəli sözlərin ahəng qanununa tabe
olmaması da məhz bu hadisə ilə bağlıdır.
9. q samitinin k1-ğ, x səsləri ilə əvəzlənməsi hadisəsi
Çoxhecalı sözlərin sonunda q samitinin əvəzlənməsi x, k
və ğ səslərinin işlənməsini nəzərə alsaq Azərbaycan dialekt və
şivələrində bu hadisənin, əsasən, Şərq, Qərb, Cənub qrupu dialekt
və şivələrində işləndiyinin şahidi oluruq. Qeyd etmək lazımdır ki,
Şərq qrupu dialekt və şivələrində söz sonunda q samiti ğ samiti ilə
əvəzlənir. Məsələn yarpağ, torpağ, qabığ, çubuğ, balığ, palçığ və
s. Qərb və cənub qrupu dialekt və şivələrində söz sonunda q sa-
miti x samiti ilə əvəzlənir. Məsələn yarpax, torpax, qabıx, çubux,
balıx, palçıx və s. Qeyd olunan fonetik əvəzlənmədən bəhs edən
M.Şirəliyev haqlı olaraq yazır: “Bunu da qeyd etmək lazımdır ki,
x səsi bir neçə fel əsası müstəsna olmaqla, ancaq səssizlə başlayan
şəkilçilər qarşısında özünü göstərir. Səsli ilə başlayan şəkilçilər
qarşısında isə ğ səsi ilə əvəzlənir. Məsələn yarpax, yarpaxda, yar-
paxdan: yarpağa, yarpağı və s. lakin Zaqatala və Ağdam rayonu-
nun bəzi kənd şivələrində çoxhecalı sözlərin axırında olan x səsi
səsli qarşısında da sabit qalır. Məsələn papaxın, papaxa, saxsaxan
(Zaqatala) və s. (2, səh 96-97).
181
Onomastika, Dialektologiya, Etimologiya
Qeyd etmək lazımdır ki, q samitinin x və ğ samitlərinə keçməsi
müasir ədəbi dilimizdə orfoepik norma, kimi sabitləşmişdir. Söz
sonunda q samitinin k samiti ilə əvəzlənməsi isə bütün dialekt
və şivələrində müşahidə edilir. Dialektlərimizdə söz sonunda q
samitinin k1 samiti ilə əvəzlənməsi, əsasən, alınma sözlərlə bağ-
lıdır. Məsələn, eşk- aşik- üfük və s.
Orxon Yenisey abidələrində q samiti təkcə söz sonunda de-
yil sözün müxtəlif yerlərində də k, ğ, x samitləri ilə əvəzlənir.
Məsələn: Kögmən yir, sub idisiz kolmazun tigin, az kırkız bodı-
nığ yaratıp kəltimiz, sünüsdümiz (1, səh. 73) tərcüməsi: Kögmən
yeri – suyu sahibsiz qalmasın deyə, az qırğız xalqını təşgil edib
gəldik, döyüşdük.
Kanımız, eçimiz kazğanmış bodun atı, küsi yok bolmazun
(1, səh. 73) tərcüməsi: atamızın, əmimizin qazandığı xalqın adı,
şöhrəti yox olmasın.
On tutuk yoçın yaraklığ əligin tutdu, yaraklığdı kağanka an-
çuladı. (1, səh. 74) tərcüməsi: On tutuq yorçun yaraqdı əli ilə tut-
du, yaraqlı da xaqana təqdim etdi və s.
M.Kaşğarinin “Divanı”nda da q-x-ğ paralelliyinə rast gəlmək
mümkündür. “Divan”da-yaylağ, yılığ, yarlıq kimi sözlər buna
misal ola bilər. H.Mirzəzadə bu paralelliyi tarixi baxımdan araş-
dıraraq yazır: “Azərbaycan dilində sonu “q” ilə bitən sözlər kar
tələffüz edilir, adi “q” səsindən fərqlənir. Müəyyən tarixi inkişaf
dövrü keçmiş ədəbi dilimizi əks etdirən yazıların dilindən aydın
olur ki, sözlərin sonunda gələn q səsi çox zaman x, az təsadüflərlə
isə ğ səsi ilə verilmişdir. Yazıda da həmin səslərin şəkli saxlanıl-
mışdır: azadlığ, qutluğ, yeylax və s.” (4, səh. 21)
E.Əzizov Orxon-Yenisey “Divan və “Kitabi Dədə Qor-
qud” dastanında q-x, ğ-h paralelliyinin şivələrimizdə işlənmə
məqamlarına bu şəkildə dəqiqləşdirir: “Azərbaycan dilində söz
182
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sonunda yazılan “q” səsinin fonetik əsası yoxdur. Dilimizin əksər
şivələrin də söz sonunda dilarxası “ğ” səsinə (balığ, yarpağ, tor-
pağ) cənub, qərb və şimal-qərb şivələrinin daxil olduğu ikinci
qrupda isə dilarxası “x” səsinə (balıx, yarpax, torpax) üstünlük
verilir” (5.səh 97)
10. b> v əvəzlənməsi
b səsinin v samiti ilə əvəzlənməsi əsasən qərb və şimal qrupu
dialekt və şivələrinə aid olub, iki sait və ya sait ilə sonor səs ara-
sında özünü göstərir. Çovan, arava// horava, qavırqa, avır, büvü,
bava, zorva, xavar, yava, savah, savın, qurvağa, qurvan, ədəvəli
(Qazax, Qax)
b>v hadisəsi qismən başqa dialekt və şivələrimizdə də
müşahidə edilir. Məsələn: davan, Dərvənt, gəvə, Ərdəvil,
qavliyyət, Savravat, torva, alvalı, şavalıt (Muğan) qavıx, çivan,
şorva (Culfa)
Dialekt və şivələrimizdə v>b əvəzlənməsinə də rast gəlmək
mümkündür. V səsinin b səsi ilə əvəzlənməsi hadisəsi əsasən şərq
qrupu dialekt və şivələrinə aiddir. Bu hadisəyə daha çox alın-
ma sözlərdə təsadüf olunur. Məsələn, döbrüş, çorçuba, xəlbət
(Bakı) qabal, Qəzbin, mirbart, irəzban, abam, çarbadar, heyba,
şalbar (Muğan) Orxon-Yenisey abidələrində qeyd olunan fonetik
fərqlərdən daha çox b> v əvəzlənməsi hadisəsinə təsadüf edilir.
Məsələn. bilig bilməz kisi, ol sabığ alıp, yağru barıp, üküs kişi
öltig (1, səh. 71) Tərcüməsi: Sadəlövh (bilik bilməz) adam o sözə
aldanıb, yaxın gedib, çoxlu adam öldün.
Ol yirgərü barsar, türk bodun, öltəçisən ( Kül-tigin 8-ci sütun
səh 71) tərcüməsi. O yerə doğru getsən, türk xalqı öləsisən.
...birlə, Kuşu tutuk birlə sünüşmiş, ərin kop ölürmis ebin barı-
mın... kop kəlürti. (1, səh. 75) tərcüməsi: ilə, kuşu tutuk ilə döyüş-
müş əsgərlərini bütünlüklə öldürülmüş evini dövlətini bütünlüklə
Dostları ilə paylaş: |