170
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mışdır. Bilgə xaqan qardaşının elin möhkəmlənməsi yolunda
çəkdiyi zəhmətdən, hərbi yürüşlərindən, qələbələrindən və şəxsi
şücaətlərindən ürək dolusu fərəhlə danışır. Vəfatına kədərləndiyini
söyləyir. Çin mənbələrindən qeyd olunur ki, Kül-tigin xaqan kimi
dəfn edilmişdir. Yüksək səviyyəli Çin heyətinin dəfndə iştirakı da
bunu sübuta yetirir. Bilgə xaqan baş daşının yazılmasına, abidə
kompleksinin tikilməsinə şəxsən rəhbərlik etmişdir. Abidənin
mətni yazılmış daş – 1 avqust 732-ci ildə qoyulmuş, 733-cü ilin
sonunda hazır olmuşdur.
Kül-tigin abidəsi kürəyi deşik tısbağa şəkilli mərmər
bünövrənin ortasına geyindirilmiş tilləri yonulmuş dördbucaqlı
kəsik piramida şəklindədir. Piramida saf olmayan mərmərdən yo-
nulmuşdur. Abidə tapılarkən piramida yerə yıxılmış vəziyyətdə
imiş. Sonradan yerinə bərpa edilmişdir. Piramidanın hündürlü-
yü 3 m 75 sm-dir. Şərq və Qərb üzləri aşağıda 132 sm, yuxarıda
122 sm, cənub və şimal üzvləri aşağıda 46 sm, yuxarıda 44 sm
eninədir. (1, səh. 58) Abidənin üstü kəmər şəklində bitir, yuxarısı
beş guşəli ulduz şəklindədir. Abidənin şərq tərəfinin üstündə xa-
qanın damğası vardır. Damğa dağ keçisi şəkilli rəsmdən ibarətdir.
Qərb tərəfi Çin əlifbası (heroqrif) ilə yazılmışdır, mətn Çin
dilindədir. Qalan üç tərəf və tillərin kəsik hissəsi Orxon-Yenisey
əlifbası ilə türk dilində yazılmışdır. Bundan başqa, Çin mətninin
yanında da Orxon-Yenisey əlifbası ilə türk mətni yazılmışdır.
Şərq, tərəfdə 40 sətir, şimal və cənub tərəflərin hərəsində 13 sətir
yazı vardır. Sətirlər yuxarıdan aşağıya doğru yazılmışdır və sağ-
dan sola doğru oxunur. Sətirlərin uzunluğu 2 m, 35 santimetrdir.
Ardıcıl, dəqiq eyni zamanda gözəl hərflərlə yazılmışdır. Abidənin
çincə mətnində Türk-Çin dostluğu, Türk xaqanının şücaətləri tərif
edilir, sonda abidənin qoyulduğu tarix göstərilir.
Kül-tiğin abidəsi Monqolustanda, Kokşin-Orxon rayonunda,
Orxon çayı hövzəsində, Saydam gölü yaxınlığında, Erdeni Tszu
171
Onomastika, Dialektologiya, Etimologiya
budda monastrından 60 km şimalda tapılmışdır. Bu səbəbdən də
abidə Orxon abidəsi hesab olunur. Abidə 1889-cu ildə rus alimi
N.M.Yadrintsev tərəfindən tapılmışdır.
Kül-tigin abidəsi ilk dəfə 1892-ci ildə atlas şəklində trans-
kripsiya və tərcüməsiz nəşr olunub.
1940-cı ildə isə Hüseyn Namiq Orkun abidəni türkcə nəşr et-
dirmişdir.
Azərbaycanda isə Kül-tigin abidəsi haqqında ilk məlumata
tərcümə ilə birlikdə A.M.Məhərrəmovun 1967-ci ildə çap olun-
muş “Qədim türk runik yazılı abidələr” adlı kitabında rast gəlirik.
Kül-tigin abidəsi sonrakı illərdə də tədqiqatçıların diqqət
mərkəzində olmuş bir çox görkəmli türkoloq alimlərimiz abidənin
lüğət tərkibini, qrammatik quruluşunu araşdırmışdır. Kül-tigin
abidəsinin lüğət tərkibini müasir Azərbaycan dili ilə müqayisə
edən Ə.Şükürlü 20-dən artıq sözün öz fonetik quruluşuna görə
indiki dilimizdə işlədilən sözlərə tam uyğun gəldiyini qeyd etmiş-
dir. Son illər Ə.Tanrıverdi Orxon Yenisey abidələrini tədqiqata
cəlb etmiş “Azərbaycan dilinin tarixi qrammatikası” əsərində
abidələrin mətninə isdinad etmişdir .
Orxon-Yenisey abidələri, o cümlədən Kül-tigin müxtəlif
aspektdə tədqiqata cəlb olunsa da bəzi kiçik detalları nəzərə alma-
saq abidələrin leksikası ilə dialekt və şivələrimiz paralel şəkildə
tədqiq olunmamışdır. Halbuki, dialekt və şivələrimizdə işlənən
bir çox fonetik, morfoloji hadisələr, Orxon-Yenisey, o cümlədən
Kül-tigin abidəsində də müşahidə olunur. Kül-tigin abidəsində,
və dialekt şivələrimizdə mövcud olan fonetik bənzərliklər aşağı-
dakı şəkildədir.
1. Sağur nun səsinin işlənməsi
Bu fonetik hadisə dialektlərimizdən Qərb qrupu şivələrində
müşahidə edilir. Məsələn, atana, yoldaşına gördüyünüz, dediyiniz
və s. Sağur nun səsinin işlənməsi hadisəsinə Kül-tigin abidəsində
172
DƏDƏ QORQUD ARAŞDIRMALARI
də rast gəlinir. Məsələn, İlgərü gün toğsıka, bizigörü kün ortu-
sınaru kurığaru kün batsıkna yıpığarı tün otusınaru anta içrəki
bodun kop mana / [mana] görür. (1). (1, səh. 70) Tərcüməsi...
Şərqə-gün doğana, cənuba-gün ortasına qərbə-günbatana, şimala-
gecə ortasına onun içindəki (oradakı) xalqlar bütünlüklə mənə ta-
bedir. (1, səh. 77). Qeyd etmək lazımdır ki, Gəncə və Gəncəbasar
bölgəsində, mən şəxs əvəzliyi yönlük halda sağur nun səsi ilə
tələffüz olunur.
2. ı saitinin u saiti ilə əvəzlənməsi hadisəsi.
Bu hadisə şərq dialekt və şivələrinə (xüsusən Quba dialekti)
aid olub sözün son hecasında özünü göstərir. Bundan əlavə bu
hadisəyə Zaqatala, Qax şivələrində də rast gələ bilərik. Məsələn,
paxul (Quba-Amsar), yosduğ (Quba) baluğ, aşuğ, qatuğ, soruğ
(Quba-Alpan) və s. (2.səh, 48) Qeyd olunan fonetik əvəzlənməyə
Kül-tigin abidəsində də rast gəlmək mümkündür.
Kül-tigin ol sünisdə otuz yaşayur erti; tərcüməsi Kül tigin o
döyüşdə otuz yaşında idi. (1, səh.75)
Təkcə Kül-tigin abidəsində deyil, türk dillərinə aid bir çox
türk dillərində
ı > u əvəzlənməsi hadisəsinə rast gəlinir. Məsələn:
M.Kaşğaridə or mut (I c.95); coruk (I c. səh. 381) konuğ (I c. 44).
kopuğ (I c. 48) və s.
3. d>t. d səsinin t səsi ilə əvəzlənməsi hadisəsi
Bu hadisə az da olsa bütün dialekt və şivələrimizdə özünü
göstərməkdədir. Məsələn, tiş (Qazax, Muğan), tükan (Bakı, Mu-
ğan, Qarabağ, Ordubad, Naxçıvan), tişi (Qazax, Muğan) tuşbərə
(Bakı) turur (Zaqatala) (2, s. 82).
d>t əvəzlənməsinə Kül-tigin abidəsində daha çox rast
gəlinir. Məsələn: “Keçə Təmiz (dəniz) kopiğka təki sülədini:
tərcüməsi:keçərək Dəmir qapıya təki qoşun çəkdim. (1, səh.70)
Tört bulun kop yağı ermis: tərcüməsi. Dörd tərəf tamam yağı
Dostları ilə paylaş: |