158
DƏDƏ QORQUD ARAŞDIRMALARI
altun sözündən yaranmış dağ adları vardır. “Kitabi-Dədə Qorqud”
dastanında Altuntaxt toponiminə rast gəlirik. İndiki Ermənistan
ərazisində Altuntaxt , XIX əsrdə Azərbaycanın Zəngəzur və Şuşa
qəzalarında Altuntaxt dağ adları məlumdur (6, s. 121). B.Budaqov
və Q.Qeybullayevin fikirlərinə görə, qeyd olunan oronimlərdəki
altun sözü dağın suxurunun lava mənşəli olduğuna görə qırmı-
zı rəngə çalması ilə əlaqədardır (6, s. 121). Altun yış toponimi
sonralar Altay şəklinə düşmüşdür. E.Murzayev qeyd edir ki,
Altay dağlarına monqollar Altay leksemi ilə yanaşı, Altain-nuri
də deyirlər (45, s. 286). Altay leksemi altun sözünün tərcüməsi
nəticəsində meydana çıxmışdır. Çünki Altay sözü də monqol yazı
dilində “qızıl” mənasını ifadə edir. Altay oronimindən bəhs edən
E.Murzayev yazır: “Bu söz türk mənşəli olub, güman ki, ala dağ –
yəni “daima qar, torpaq və otdan ibarət şaquli örtükləri olan dağ”
mənasını verən alatau sözü ilə bağlıdır. Belə silsilələrinin hün-
dür dağ zonaları öz alabəzəkliyi ilə seçilir: ağ qar ləkələri, qara,
bitki örtüyündən məhrum daşlıq sahələr, yaşıl alp çəmənlikləri,
boz qranit massivlərə burada tez-tez təsadüf edilir. Elə Djun-
qar Alatausu adı da buradan yaranıb (45, s. 285). V.Maxpirov
M.Kaşğarinin lüğətində qeyd olunan toponimlərdən bəhs edərkən
yazır ki, M.Kaşğari, Altun xan onomastik vahidini “qızıl çıxarılan
yer” kimi izah etmiş və toponimdə fars mənşəli kən (“çıxarılan”)
sözünün iştirak etdiyini göstərmişdir (49, s. 36). Altun yış toponi-
mi ilə qədim türklər indiki Altay dağlarını ifadə etmişlər.
Çox güman ki, bu oronimin həm Altun yış şəkli, həm də Altay
forması türkmənşəlidir. Altun kır oronimindəki kir leksemi türk
dillərində çoxmənalıdır: “çöl, yayla, alçaq yüksəklik” və s. La-
kin bəzi türk dillərində (o cümlədən tuva dilində) kır “dağ beli”
mənasındadır (47, s. 327). Fikrimizcə, Altun kır toponimində al-
tun sözü torpağın süxurunun qırmıızı rəngini, kır sözü isə “dağ
beli” mənasını bildirir. Belə ki, vulkan (lava) mənşəli qırmızımtıl
159
Onomastika, Dialektologiya, Etimologiya
süxur yalnız dağlıq ərazidə ola bilərdi:
Baybalık. Bu toponim türklərin 758-ci ildə inşa etdirdiyi ilk
şəhərlərdən birinin adıdır. Bu oykonimin adına MÇ abidəsində
rast gəlirik: Soğdak, Tabğaçka Sələŋə Baybalık yapıtı bertim
(MÇ, 44). “Soğdalılara və tabğaçlara Selenqa çayı sahilində
Baybalık (şəhərini) salmağı əmr etdim” (18, s. 152) Mətndən
göründüyü kimi bu şəhər Selenqa çayının sahilində yerləşirdi.
Baybalık toponiminin apelyativi bay və balık leksemlərindən
ibarətdir. Bay sözü qədim türk dilində “zəngin, varlı” anlamını
bildirir. Bu söz onomastik vahidlərin tərkibində geniş şəkildə
çıxış edir. Balık komponenti də qədim türk sözü olub “şəhər”
mənasını ifadə edir və Beşbalıq, Bavılbalık, Yangı balık və s.
kimi qədim türk oykonimlərinin tərkibində təsadüf olunur. “İlk
yer adı kimi mənşəyi maraq doğuran balıq sözü, VII əsrdən
etibarən türk dövlət və mədəniyyət işləri içərisində yer tutmuş,
yerinə və qavranmasına görə xüsusi məna qazanmışdır. Əslində,
bu söz (balıq) dövlət idarələrində rəsmən “şəhər, qala” mənasında
istifadə olunduğu halda, XI əsr Arğularında (arğu dilində) “ca-
mur, balçık (palçık) anlamında işlənmişdir. Eyni rəmzi söz köçəri
türk dairələrində yurd sözü ilə dəyişdirilmişdir (9, s. 20-21). XI
əsrdə M.Kaşğari artık balık sözünün arxaikləşdiyini və onun
yerinə kənt lekseminin işləndiyini göstərir və qeyd edir ki, balık
islamlıqdan çox əvvəl işlənmiş, türk dilində “sığınaq, qala, şəhər”
deməkdir (44, s. 379).
Qeyd edək ki, müasir Azərbaycan toponimlərinin tərkibində
də balık coğrafi adına daşlaşmış şəkildə rast gəlinir. Məs.; Balık
indi İsmayıllı rayonunda bir kəndin adıdır.
Kömür tağ. Bu oronimə MÇ (8) və Terxun (22) abidələrində
rast gəlinir: Kara kum asmıs, Kökürdə, Kömür tağda, Yar üğüzdə
üç tuğlıq türk bodın... (MÇ, 8). “Qara qumu aşmış, Kögürdə, Kö-