165
Onomastika, Dialektologiya, Etimologiya
1995.
55. S.Əliyarov. Dədə Qorqud kitabında anaxaqanlığı tarixi-
nin izləri. Azərb. filologiyası məsələləri. II buraxılış, Bakı, 1984,
s.187.
56. Севортян Э.В. Этимологический словарь тюркских
языков. М., 1974.
57. S.Gomeç. Kök türk tarihi. Ankara, 1997.
58. T.Hacıyev. Azərbaycan dilinin yazıyaqədərki izləri haq-
qında. Azərb. filologiyası məsələləri. Bakı, 1984, s.125-136.
59. T.Xalisbəyli. N.Gəncədi və Azərbaycan folkloru. Bakı,
1990.
60. V.Yunisova. Orxon-Yenisey abidələrində qəhrəmanlıq an-
layışlı şəxs adlarının leksik-semantik xüsusiyyətləri. Azərbaycan
onomastikası problemləri, VII, Bakı, 1999.
61. V.Yunisova. Orxon-Yenisey abidələrində şəxs adları.
Namizədlik dissertasiyası. Bakı, 2000.
62. Y.Məmmədov. Orxon-Yenisey abidələrində adlar. I-II h.,
Bakı, 1979, 1981.
Резюме
Айнура Алиева,
науч. сотрудник
ОНОМАСТИЧЕСКИЕ ЕДИНИЦЫ
В ОРХОНА-ЕНИСЕЙСКИХ ПАМЯТНИКАХ
Орхона-Енисейских памятники являются самыми древ-
нейщи письменными памятниками турецкого народа. В этих
памятниках встречаются множество древнейщих турецких
имен личностей и племен.
В научной работе привлечены к исследованию ономасти-
166
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ческие удиницы использованные в Орхона-Енисейских
памятниках, открыты семантические значения многих
антропонимов, топонимов и гидронимов.
Summary
Aynura Aliyeva,
Scientest
ONOMASTİC UNİTS USED
İN THE MONUMENTS OF ORKHON-YENİSEY
Orkhon-Yenisey monuments is one of the oldest written mo-
numents of Turkish peoples. In these monuments we can see the
names of tribe, the names of person, the names of place of ancient
Turks.
In this scientitic work onomastic units are researched which
used in the monuments of Orkhon-Yenisey, It is also explained
the semantical meaning of some antroponyms, toponyms and hid-
ronyms.
167
Onomastika, Dialektologiya, Etimologiya
Müasir Azərbaycan dilinin qram-
matik qaydalarını elmi əsaslarla təhlil
və tədqiq etmək, tarixi inkişaf qanu-
nauyğunluqlarını izləmək, öyrənmək
üçün ona qohum olan dillərə diqqət
yetirmək lazımdır. Tədqiqat zamanı
qədim ümümtürk yazılı abidələrə is-
tinad edilməsi dilçiliyimizdə mövcud
olan bir çox məsələlərə aydınlıq gətirə
bilər.
Qədim ümumtürk yazılı abidələri
dedikdə ilk olaraq Orxon-Yenisey
abidələri yada düşür. Orxon-Yenisey
abidələri həm də ona görə diqqət çəkir
ki, Müasir Azərbaycan ədəbi dilində
və dialektlərimizdə işlənən bir çox
sözlərə həmin abidələrdə də təsadüf
olunur.
Orxon-Yenisey abidələrinin tapıl-
ması və öyrənilməsi tarixi də maraq-
lıdır. Abidələrlə bağlı ilk məlumatlar
XII əsrdə tarixçi Alaəddin Ata Məlikin
“Cüveyni tarixi cahangüşa” əsərində
Bəhram Məmmədov,
elmi işçi
ORXON-YENİSEY YAZILI ABİDƏLƏRİ VƏ
DİALEKTLƏRİMİZ
168
DƏDƏ QORQUD ARAŞDIRMALARI
rast gəlinir. Avropada isə Orxan-Yenisey abidələri haqqında ilk
məlumatı Nikolay Vidzen vermişdir. N.Vidzendən sonra Trobol
boyarının oğlu Semyon Remazov Orxon-Yenisey abidələri haq-
qında məlumat verir.
Hər iki tədqiqatçı qədim türk abidələrinin yeri haqqında
məlumat verməklə kifayətlənmiş, abidələrin özləri haqqında elmi
əhəmiyyət daşıyan fikir söyləməmişlər.
Orxon-Yenisey abidələri haqqında elmi tədqiqatlara XVII
əsrdən başlanmışdır. İsveç zabiti Filipp-İohann Tabbet Stralen-
berq 1730-cu ildə nəşr olunan “Das Nord und Ostliche Theil von
Europa und Asia” adlı əsərində elmdə ilk dəfə olaraq, “Orxon-Ye-
nisey əlifbası ilə yazılmış bir neçə kitabədən nümunə vermişdir.
Sonrakı illərdə isə “Orxon-Yenisey abidələri ilə bağlı V.Tomsen,
V.V.Radlov və başqaları davamlı tədqiqat aparmağa başladılar.
Tədqiqatçılar apardıqları uzunmüddətli tədqiqat sayəsində bir
tərəfdən yeni abidələri kəşf etdilər, eyni zamanda tapılan abidələrin
türk xalqlarına məxsus olmasını müəyyənləşdirdilər. Abidələr
üzərində işləyən Danimarka alimi V.Tomsen 1893-cü il, dekabr
ayının 15-də Danimarka Kral Elmlər Akademiyasının iclasında
Orxon-Yenisey yazılarının açılması haqqında məlumat verdi.
V.Tomsen əvvəlcə, Kül-tigin abidəsindəki dörd sözü-tenri, türk,
kül, tigin sözlərini oxuyur. Tomsenlə eyni vaxtda akad.V.V.Rodlov
20-yə qədər işarəni açmağa müvəffəq oldu. V.Tomsendən sonra
V.V.Rodlov Kül-tigin şərəfinə qoyulmuş abidəni tərcümə edir və
1894-cü il yanvarın 19-da Rusiya Elmlər Akademiyasının iclasın-
da oxuyur. O, həmin ildə Bilgə xaqan şərəfinə abidəni də ilk dəfə
tərcümə edir. 1894-1895-ci illərdə V.V.Radlov Orxon, habelə Ye-
nisey abidələri üzərində işləyir. 1895-ci ildə Yenisey abidələrinin
Monqolustanda tapılmış kiçik abidələri və Ongin abidəsini,
həmçinin, Kül-tigin şərəfinə abidənin üçüncü tərcüməsini nəşr
etdirir. Sonra o, xüsusi olaraq Orxon-Yenisey abidələri dilinin fo-
169
Onomastika, Dialektologiya, Etimologiya
netikası və qrammatikası məsələləri üzərində tədqiqat aparır.
Azərbaycanda Orxon-Yenisey abidələrini Azərbaycan dilində
ilk dəfə 1993-cü ildə, Ə.Rəcəbov, Y.Məmmədov “Orxon-Yenisey
abidələri” adı altında nəşr etdirmişlər.
Həmmüəlliflər nəşr prosesində əsas mətni dörd hissədə qrup-
laşdırmışdır.
1. Orxon kitabələri
2. Turfanda tapılan kağız üzərində yazılmış əlyazmalar
3. Yenisey kitabələri
4. Talas (Qırğızıstan) kitabələri
Qeyd etmək lazımdır ki, bu əsər qədim türk yazılı abidələrinin
Azərbaycan dilində ən mükəmməl nümunəsidir.
Əvvəlcə qeyd etdiyimiz kimi Azərbaycan dilinin öyrənil-
məsində Orxon-Yenisey abidələrinə istinad edilməsi maraqlı fakt-
ları ortaya qoyur.
Tədqiqat zamanı aydın olur ki, Orxon-Yenisey abidələrində
işlənmiş bir çox sözlər hal-hazırda Azərbaycan dilinin dialekt və
şivələrində yaşamaqdadır.
Orxon-Yenisey abidələrinin leksikası və dialektlərimizdə
işlənən ortaq sözləri araşdırmaq üçün həmin abidələri fonetik,
leksik xüsusiyyətləri baxımından tədqiqata cəlb etmək məqsədə
uyğundur. Bu baxımdan Orxon-Yenisey abidələri arasında zəngin
leksikası, həcm genişliyi ilə, Kül-tigin abidəsi maraq doğurur.
Kül-Tigin abidəsi Türk şahzadəsi, İltəriş xaqanın oğlu, Bilgə
xaqanın kiçik qardaşı Kül-tigin (685 27 fevral, 1 noyabr. 731-ci
ildə dəfn olmuşdur) şərəfinə qoyulmuşdur.
Kül-tigin böyük qəhrəmanlıqlar göstərmiş, xaqan qoşununun
baş sərkərdəsi olduğu on beş il (716-731) ərzində bir neçə ölkə
fəth etmiş bütün döyüşlərdən zəfərlə çıxmış və xeyli düşmən öl-
dürmüşdür.
Kül-tigin abidəsinin mətni Bilgə xaqanın dilindən yazıl-
Dostları ilə paylaş: |