191
Onomastika, Dialektologiya, Etimologiya
os sözünün tamamilə unudulmadığını sübut edir.
Sünüş (sünüs). Sünüş sözü Kül tigin abidəsi şərq tərəfi 40-cı
sütunda vuruşmaq döyüşmək, savaşmaq mənalarında işlənmişdir.
Bu sözə Şərq qrupu dialekt və şivələrində müəyyən fonetik
fərqlərlə rast gəlmək mümkündür. Dəvəçi, Xaçmaz şivələrində
sürüşmək sözü sürtüşmək şəklində işlənərək savaşmaq mənasını
ehtiva edir. Güman etmək olar ki, sürtüşmək sözü sürüşmək sö-
zünün dialekt formasıdır ki, bu söz sonunda dalaşmaq vuruşmaq
anlamında işlənir.
Sülə. Sülə sözü Kül-tigin abidəsi cənub tərəf 3-cü sütun, Şərq
tərəfi 2, 8, 12, 15, 17, 18, 28, 31, 35, 39-cu sütunlarında, Bilgə Xa-
qan abidəsi şərq tərəfi 24, 25, 26, 28, 32, 33, 38, 39, cənub tərəfi
2, 8-ci sütunlarında qoşun çəkmək anlamında işlənmişdir. Sülə
sözü Orxon-Yenisey abidələrində sülət şəklində də işlənmişdir.
Sülə sözü dialekt və şivələrimizdə də qorunub saxlanılmaqdadır.
Bu barədə Ə.Şükürlü yazır: “sülə-qoşun çəkmək sözü dilimizdə
sülənmək şəklində burnunu hər yerə soxub dilənmək mənalı söz
kimi işlənilməkdədir”. (11, səh. 69) Dialektlərimizdə sülə sözü-
nün yayılma arealına və mənalarına diqqət yetirək:
Sülə I (Gədəbəy, Qazax, Qafan) 1 sırtıq; 2. şıltaq
Sülə II (Cəbrayıl, Zəngilan) – qanqal və s. körpə qol-qanadı
və ya toxumluq hissəsi
Sülə III (Qax, Zaqatala) çöltoyuğu
Sülə IV (Qazax, Meğri) 1 acgöz; 2. qarınqulu
Süləngəc (Cəlilabad, Masallı - sülənən, qapı-qapı gəzən, ava-
ralanan, birtəhər baş saxlayan
Süləngi (Cəbrayıl, Quba) – sülənən, qapı-qapı gəzən
Sülüx1 (Qazax) Bir şeyə dadandırılmış acgöz (6, səh. 449-
450)
Sülə sözü Qərbi Azərbaycan dialekt və şivələrində müəyyən
fonetik fərqlərlə aşağıdakı şəkildə işlənir.
192
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Sümsüx1 I (İrəvan, Vedi, Zəngibasar) – sırtıq, veyl, veyl
gəzən, sülənən
Sümsüx1 (Çəmbərək) – qapı-qapı gəzib yem axtaran, sahib-
siz it sümsürük (Qafan) sırtıq (7, səh. 340)
Nümunələri nəzərdən keçirdikdə aydın olur ki, bir yerə qoşun
çəkilərkən əsgərlər hər yerə soxulur, insanları incidir. Sülənən
insan da hər yerə burnunu soxur, digərlərini incidir. Görünür,
dialektlərdə işlənən sülənmək sözü də məhz bu səbəbdən yaran-
mışdır.
Sın. Sın sözü sınmaq, qırılmaq mənasında Irık Bitik
abidəsində 11-ci sütunda işlənmişdir.
Bu söz haqqında Əlisa Şükürlü yazır: “sı sözü qədim türk
dilində dəyişmək, təhrif etmək mənasını ifadə edir. Azərbaycan-
türk dilində həmin söz dəyişmək, təhrif etmək mənasında sözü
sındırmaq və ya kiminsə sözünü sındırmaq (yəni rədd etmək) fra-
zeoloji birləşməsində tərkibində sındırmaq şəklində qalmışdır”
(11, səh. 69) Ə.Şükürlü bu sözü sı şəklində versə də abidədə bu
abidə sın formasında işlənmişdir. Dialekt və şivələrimizdə sınsıt-
max şəklində işlənir:
Sinsitməx1 (Gədəbəy) – qorxutmaq. (6, səh. 439)
Sinsiməx1 (İrəvan, Vedi, Zəngibasar) – inamını itirmək.
Sinsitməx1 (Çəmbərək) 1. qurutmaq, 2 qorxutmaq, utandır-
maq, əziyyət vermək (7, səh. 333).
Fikrimizcə, Ə.Şükürlü də sı sözünün müasir dövrdə işlənən
mənasını izah edərkən məhz sonuncu mənanı yəni utandırmaq,
əziyyət vermək mənasını nəzərdə tuturdu.
Soruğ – soruğ sözü səs-soraq, xəbər, soraq, şöhrət; kü-soruğ-
san-şöhrət anlamında Suci abidəsində 4-cü sütunda işlənmişdir.
Soruğ sözü dialekt və şivələrimizdə bir qədər fərqli mənada
işlənmişdir. Nümunələrə diqqət yetirək: sorasıx: soraşıx eləməx1
(Ağdaş, Kəlbəcər) – soraqlaşmaq, soraq eləmək.
193
Onomastika, Dialektologiya, Etimologiya
193
Sorğunnaşmax (Füzuli) – soraqlaşmaq, soraq eləmək (6, səh.
444)
Soruğ sözünün şan=şöhrət mənası da dialektlərdə yaşayır.
Məsələn el arasında sənin səs sorağın aləmə yayıb deyimi də şan-
şöhrətin hər yerə yayılıb şəklində başa düşülə bilər.
Sücük. Sücük sözü Kül-tigin abidəsi cənub tərəfi 5-6-cı sü-
tunlarda şirin-dadlı mənasında işlənmişdir.
Sucux sözü Bolnisi, Ordubad şivələrində qoz, xəmir və s. qat-
qılardan hazırlanan yeməyin adında yaşamaqdadır. (6, səh. 446)
Yaş. Yaş sözü gənc, cavan, təzə, yaşıl mənalarında Irıq Bitik
abidəsi 26; 82-ci sütunlarda işlənmişdir.
Dialektlərimizdən Cəbrayıl dialektində yaş sözü təzə, tər
mənasında işlənir.
Yazı. Yazı sözü Kül-tigin abidəsi cənub tərəf 7-ci sütun, şərq
tərəfi 17, 33, 36 sütunlarda çöl, səhra mənasında işlənmişdir.
Yazı sözü dialekt və şivələrimizdə də işlənir.
Yazı I (Ağdam, Cəbrayıl, Qazax, Laçın, Oğuz, Ordubad, Şah-
buz, Tərtər, Zəngilan) çöl səhra, düzənlik mənalarında işlənir.( 6,
səh. 544)
Yazı II (Kəlbəcər, Kürdəmir) – təzək mənasında (6, səh. 544)
Orxon-Yenisey abidələrini araşdırdıqda minlərlə sözün indiyə
qədər öz mənasının itirmədiyinin şahidi oluruq. Bu tip sözlərin
araşdırılması, dialekt və şivələrimizdə qorunub saxlanılan sözlərlə
müqayisə edilməsi tarixi qrammatikanın öyrənilməsində böyük
əhəmiyyəti vardır.
Ədəbiyyat
1. Ə.Rəcəbov, Y.Məmmədov. Orxon-Yenisey abidələri, B.,
1993.
2. M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları.
194
DƏDƏ QORQUD ARAŞDIRMALARI
B.,1962
3. Dr. Prof. A.Cəfəroğlu. Anadolu ağızlarından toplamalar.
İstambul, 1943
4. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası B.,
1990.
5. E.Əzizov. Azərbaycan dilinin tarixi dialektalogiyası. B.,
1999.
6. Azərbaycan dilinin dialektoloji lüğəti, A-Z, B., 2007
7. İ.Bayramov. Qərbi Azərbaycan şivələrinin leksikası, B.,
2011
8. H.Mirzəyev. Dərələyəz mahalının toponimləri və şivə
sözləri.Bakı, 2003
9. B.Əhmədov. Azərbaycan dilinin qədim etimoloji lüğəti,
B., 1999.
10 İraq-Türkmən ləhcəsi, B., 2004
11. Ə.Şükürlü. Qədim Türk Yazılı abidələrinin dili. B., 1993
12. A.M. Məhərrəmovun “Qədim türk runik yazılı abidələr”
B., 1967
13. Ə.Tanrıverdi “Azərbaycan dilinin tarixi qrammatikası”
B., 2010
14. Ə.Rəcəbli Göytürk dilinin morfologiyası. B., 2002.
Резюме
Бахрам Мамедов,
науч. сотрудник
ОРХОНО-ЕНИСЕЙСКИЕ ПИСЬМЕННИЕ
ПАМЙАТНИКЕ И НАШИ ДИАЛЕКТИЗМЫ
В работе исследованы диалектные слова исполъзованные
Dostları ilə paylaş: |