202
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nı verir. Məsələn: Məqsəd mənasında: Mən bülbüləm güldən ötrü
gəzirəm, Saralıb solubdu güllərim mənim. (“Azərbaycan das-
tanları”). Səbəb mənasında: Qəndab Novruzdan ötrü qəm-qüssə
içində oturmuşdu. (“Azərbaycan dastanları”).
Birlə qoşması Orxon-Yenisey abidələrinin lüğət tərkibində
işlənən qoşmalardan biri də, birgəlik, iştirak manaları verən birlə
qoşmasıdır. Onu da qeyd edək ki, bu qoşma müasir dilimizdəki
ilə -la ,-lə qoşmasmm arxetipi kimi götürülür. Birgəlik, iştirak
mənaları verən qoşmalardan birlə qoşmasının etimologiyasına
nəzər yetirək. “Birlən” morfemi say bildirən “bir” sözünün fel
düzəldən –lə şəkilçisi və qədim feli bağlama şəkilçisi -n ün-
sürü ilə birləşməsindən düzəlmişdir. Bir-lə-n vaxtilə birlikdə,
vəhdətdə mənalarını verən bir söz imiş. Lakin sonralar tədricən
inkişaf edərək, müstəqil bir sözdən müstəqil bir sözə keçərək qoş-
ma məzmunu ifadə etmişdir. Birlən qoşması ilə bağlı Ə.Rəcəbli
də yazır:”Qədim türk dilində birlən, bilən qoşması ehtimal ki,
aşağıdaki inkişaf yolunu keçərək türk dillərinə gəlib çıxmışdır.
Birlən-bilən-ilən-lən və yaxud, bir-lə-bilə-ilə-la-lə və s.(3. s. 450)
Prof. Ə.Tanrıverdi isə qeyd edir ki, Azərbaycanın bütün yazılı
abidələrində birlən, birlə, bilən, bilə, İlən, inən, lən, ilə, la, lə və
s.formalarında da rast gəlinir (4. S. 339.). Bu qoşmaya Abidələrin
dilində birlə qoşmasının təzahür formalarına nəzər salaq. Bu
yirdə oturıp Tabğaç bodun birlə tüzəldim. - Bu yerdə oturub
Tabğaç xalqı ilə düzələşdim. (l. KTc. 4, s. 70, 77). Kağanın birlə
Sona yışda sünişdim-Xaqanı ilə Sona ormanında döyüşdüm. (l.
BXş. 27, s. 94, 105). cümlələrində olan birlə qoşmasını, Qurbanla
Sona birdən o səmtə yüyürdülər (M.Süleymanov). Artıq şəhərin
iri, geniş küçələri ilə gedirdik (A. Şaiq), Küçə ilə aşağı endilər
(Y.V.Çəmənzəminli) cümlələrindəki 1a2 qoşmaları ilə müqayisə
etdikdə görürük ki, bu qoşmalar indi də sözə gah bitişik, gah da
ayrı yazılır və eyni məzmunludur. İlə, -la, -lə qoşması haqqında
203
Onomastika, Dialektologiya, Etimologiya
olan araşdırmalardan yeni bir nəticə də ortaya çıxır. Belə ki, ilə,
-la, -lə qoşmasına, abidələrin dilində, daha dəqiq desək Tonyukuk
yazılı abidələrinda -ın, -in və -n şəkilçisi halında da rast gəlinir.
Məsələn: Kırğızığ uka basdımız...u sünügin açdımız.- Qırğızları
yuxuda basdıq-...u süngü ilə açdıq. (l. T. s. 28,- ş. l 19, 124.) və
yaxud yenə də orada Kağanımın sülətdimiz.-Xaqanım ilə birlikdə
qoşun çəkdik.(l. T. II daş. 53. s. l21, 126.) Yuxarıda qeyd etdiyimiz
cümlələrdə -ın, - in sonu samitlə bitən sözlərə qoşulur. Sonu saitlə
bitən sözlərə isə bu qoşma -n şəklində qoşulur. Buna da Tonyu-
kuk abidələrində təsadüf olunur: Anın barmıs anap yatıp, biz atlığ
barmıs - tiyin ol yolın yarısar. unç tidim—Anı (çayı) ilə getsən,
orada gecələsən, getməyə bir atlıq yol qalır —deyə , -o yol ilə
yürüsək, mümkündür, -dedim. (l. Tş. 24,s. l19, 123.) cümləsində
Anın sözündə özünü büruzə verir. Yəni, burada Anı söz kökünə
-n şəkilçisi artırılmışdır. Anı+n Anı ilə yəni, Anı çayı ilə mana-
sında tərcümə olunur. Bütün bunlardan bu da aydın olur ki, ilə,
la, lə qoşması Orxon-Yenisey yazılı abidələrinin lüğət tərkibində
-in, -n şəklındə də işlənmişdir. Orxon-Yenisey yazılı abidələrinin
lüğət tərkibində tək//təg qoşması ilə yiyəlik halda işlənən onun
əvəzliyi birləşərək antag//antağ//antak qoşmasını yaradır. Bu qoş-
mada göründüyü kimi yiyəlik halın şəkilçisi düşmüşdür, yəni sö-
zün etimalogiyasına baxsaq biz burada ontağ//onuntag//onuntək
şəklində morfoloji dəyişiklik görə bilərik. Antağ külig kağan er-
miş - O cür məşhur xaqan imiş. (l. KTş. 4, s. 72, 78) Körük sabi
antağ: tokuz oğuz bodun üzə kağan olurtı,-tir- Cəsusun xəbəri
elə idi: doqquz oğuz xalqı üzərində xaqan oturdu,-deyir. (l. Tc.
8,. s. ll8, 122) Kıtay, tata(bı)... beş sünüs sünüsdükdə küli çor
antak bilgə esi, şab esi erti, alpı, bükəsi erti.-Kıtay tatabı... beş
döyüş döyüşdükdə küli çor beləcə müdrüklük dostu, söhbət dostu
idi, cəsuru, qəhrəmanı idi. (l.KÇ. 17, s. l31, 133) Biz də çalışırıq
ki, həyatda onun tək olaq. (“Azerbaycan” qəzeti.) Orada bunun