D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə49/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   45   46   47   48   49   50   51   52   ...   84

173
Onomastika, Dialektologiya, Etimologiya
imiş. (1, səh.78).
Ölti. Ekinti < şbara Yamtar boz atığ binip təqdi, ol at anta 
ölti: tərcüməsi: öldü, ikinci dəfə Yamtorun boz atını minib hü-
cum etdi, o at arada öldü. (1, səh. 80); Kül-tigin goy yılka yiti 
yegirmikə uçdı, tokuzınç ay yiti otuzka yoğ ertürtimiz. Bozkın, 
bədizin, bitig toş (ın) biçin yılka yitinç ay yiti otuzka kop alkadı 
(mız). Kül tigin (ölip) kırk artukı (yi) ti yaşın boltı (S.Y.Malov: 
bulut)  toş...  bunca  bədizcik.  Toyğun  Eltəbər  kəlürti  tərcüməsi 
Kül tigin qoyun ili on yeddisində vəfat etdi. Doqquzuncu ayın 
iyirmi yeddisində dəfn etdik. Sərdabəsini, naxışını, yazılı daşını 
meymun ili yedinci ayın iyirmi yeddisində (27 avqust 732-ci il) 
bütünlüklə tamamladıq. Kül-tigin ol sünüsdə otuz yaşayur erti. 
Tərcüməsi: Kül-tigin öləndə qırx yaşı oldu. Tam bunca naxışçını 
Toyğun Eltəbər gətirdi. (1, səh.76)... Yigirmi kün olurup bu taşka 
bu tamğa kop Yolığ tigin bitidim: tərcüməsi iyirmi gün oturub bu 
daşa bu damğanı bütünlüklə Yolığtigin yazdım (Kül-tigin Cənub-
Şərq tərəfi.səh.76)
Tokuz oğuz bəgləri, bodum, bu sabımın edgüti esid, katığdı, 
tinlə! tərcüməsi... doqquz oğuz bəyləri, xalqı bu sözümü yaxşıca 
eşit, möhkəmcə dinlə! (1, 2-ci sətir)
Nümunələrdən  göründüyü  kimi  Kül-tigin  abidəsində  də 
d>t  əvəzlənməsi  geniş  şəkildə  işlənmişdir.  Orxon-Yenisey 
abidələrindən  sonra meydana gələn bir çox türk dilli abidələrdə 
də müşahidə edilir. Məsələn, M.Kaşğarinin “Divani-lüğət-it türk” 
adlı əsərində d ilə başlanan sözlərin böyük əksəriyyəti t səsi ilə 
yazılmışdır. Məsələn tilek (I c. 412) tüşdi (k. 329) və s.
4. b>p. b səsinin p səsi ilə əvəzlənməsi hadisəsi
Bu  əvəzlənməyə  dialekt  və  şivələrimizin  əksəriyyətində 
təsadüf olunur. Qərb, cənub, qismən də şimal qrupu şivələrində 
şərq qrupu dialekt və şivələrindən fərqli olaraq b>p əvəzlənməsinə 
rast  gəlinir.  Məsələn,  putax  (Naxçıvan)  putax  (Qazax)  pıçax 


174
DƏDƏ QORQUD ARAŞDIRMALARI
(Naxçıvan) pütün (Naxçıvan) Pişmeg (Bakı). Azərbaycan dilinin 
dialekt və şivələrində bəzən bu əvəzlənmə söz sonunda baş verir. 
Məsələn, açıp (Quba) yatıp (Bakı).
Kül-tigin abidəsində rast gəldiyimiz b>p əvəzlənməsi daha 
çox söz sonunda özünü göstərir.
Nümunələrə diqqət yetirək:
İlıg tutip törük itmiş tərcüməsi: El yaradıb (tutub) qanun  qoy-
muş (1, səh. 72). Türk bodun qanun yok bolmazun tiyin, bodun 
bolçun tiyin kanun  İltənis kağanım, ögim İlbilgə tenri töpəsintə 
tutıp  yügərü  kötürmis  erinç  tərcüməsi: Türk  xalqı  yox  olmasın 
deyə,  xalq  olsun  atam İltəris  xaqanı, anam  İlbilgə xatunu  tanrı 
təpəsində tutub yuxarı qaldırmış (1, səh. 72).
Yorıyur  tiyin  kü  eşidip  balıkdakı  tağıkmıs  tağdakı  inmis, 
tirilip  yetmis  ər  bolmıs.  Tərcüməsi:  yürüyür  deyə  xəbər  eşidib 
şəhərdəkilər dağa qalxmış dağdakılar enmiş, toplaşıb yetmiş igid 
olmuş (1, səh. 72). Yeti yüz ər bolıp elsizəmis, koğansıramıs bod-
nığ, kündəmis, kuladmıs. Tərcüməsi: Yeddi yüz igid olmuş, yeddi 
yüz igid olub elsizləşmiş... (1, səh. 78)
Üçümiz apamız tutmuş yir sub. idisiz bolmaz un tiyin az bo-
dunığ itip yaz... tərcüməsi.
Üçün,  bizə  qarşı  yanıldığı,  xəyanət  etdiyi  üçün  xaqa-
nı  öldü,  əyanları,  bəyləri  də  öldü.  On  ox  xalqı  əziyyət  gördü. 
Əcdadlarımızın tutduğu yer – su sahibsiz olmasın deyə az xalqı 
təşkil edib, yaz. (1, səh. 73).
Sünüglig  kantan  kəlipən  sürə  eltdi?  Tərcüməsi  Süngülülər 
haradan gəlib (səni) sürüb apardı? (1, səh. 80).
Ölti. Ekinti uşbara Yamtor boz atığ binip təgdi, ol at anta ölti 
tərcüməsi: öldü. İkinci dəfə Yamtarın boz atını minib hücum etdi, 
o at azad öldi (1, səh. 74) Am yayıp Tünki Yorğun költə buzdı-
mız. Tərcüməsi: Onu dağıdıb Türgi Yorğun gölündə məğlub et-


175
Onomastika, Dialektologiya, Etimologiya
dik (1, səh.74) Anta yona girip türgis kağan buyurukı Az tutukuğ 
əligin tutdı. Tərcüməsi: tutdurdu. İkisini özü aldırdı. Onda yenə 
qoşuna  girib  türkiş  xaqanının  əyanı Az  tutuku  əli  ilə  tutdu.  (1, 
səh. 74) Az yağızın binip təgdi, eki ərik sançdı, balıka bormadı. 
Tərcüməsi: Az kəhərini minib hücum etdi, iki döyüşçünü sancdı, 
şəhərə girmədi. (1, səh.75) Alp ər bizinə təqmiş erti. Anta ödkə 
ökünip, kül tiginig az ərin iztürkü ıtımız. Uluğ sümüş sünüşmiş, 
Alp Şalçı ok atın binip təgmiş, kora türgis bodunığ anta ölürmiş 
almış. Yona yorıp... Tərcüməsi: İgid döyüşçülər bizə hücum etmiş 
idi. Belə bir vaxtda peşman olub. Kül tiginin azacıq döyüşçü ilə 
ayırıb göndərdin. Ulu döyüş döyüşürmüş. Alp Salçının ağ atını 
minib hücum etmiş, qara turgiş xalqını orada öldürülmüş. Yenə 
yürüyüb... (1, səh. 82).
Qeyd  etmək  lazımdır  ki,  b>p  əvəzlənməsi  dialekt  və 
şivələrimizdə olduğu kimi ədəbi dilimizdə də orfoepiya qaydası 
kimi sabitləşmişdir.
5. y>g, y səsinin g səsi ilə əvəzlənməsi hadisəsi 
Bu əvəzlənmə əsasən Şərq qrupu dialekt və şivələrinə aid-
dir. Eyni zamanda qeyd olunmalıdır ki, söz ortasında g və ya y 
səslərinin işlədilməsinə görə dialekt və şivələrimizi üç qrupa ay-
rılır.
1) Şərq qrupu dialekt və şivələridir ki, burada söz ortasında g 
səsi; 2) qərb qrupu dialekt və şivələridir ki, burada söz ortasında 
y səsi; 3)şimal və cənub qrupu dialekt və şivələridir ki, burada söz 
ortasında həm g, həm də y səsi işlədilir. 1936-cı ilə qədər ədəbi 
dildə söz ortasında g səsinə 1936-cı ildən sonra y səsinə üstünlük 
verilmişdir. Buna görə də y>g hadisəsindən danışarkən bu gün 
ədəbi  dildə  tətbiq  olunan  orfoqrafiya  qaydaları  nəzərə  alınmış-
dır. Nümunələrə diqqət yetirək: ignə, dügi, dügmə, dügün, gögəm 
(göyəm) əgri, igirmi, cigər, dəgirman (Bakı, Quba, Muğan)


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə