D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə42/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   38   39   40   41   42   43   44   45   ...   84

149
Onomastika, Dialektologiya, Etimologiya
çiklər müasir tuvalıların ulu babalarıdır (20, s. 394).
Məlum olmayan hadisələrlə əlaqədar olaraq, Yenisey çayının 
hövzələrində yaşamış çik tayfasının müəyyən hissəsinin Cənub-
Şərqi  Avropaya,  sonralar  isə  Cənubi  Qafqaza  gəlməsi  ehtimal 
olunur.  Çik  tayfası  hazırda  Tuva  ərazisində  yaşamaqdadır  (30, 
s. 130). XIX əsrin II yarısında Yelizavetpol (Gəncə) quberniya-
sının Qafqaz qəzasında (indiki Ermənistanın İcevan rayonunda) 
kənd adı. Abaciki – Yelizavetpol (Gəncə) quberniyasının Qazax 
qəzasında (indi Qazax rayonunda) dağ adı (6, s. 119). Tiflis qu-
berniyasının  Tioneti  qəzasında  kənd  adı,  Tiflis  quberniyasının 
Sıqnax qəzasında dağ adı (7, s. 113) vardır. Araşdırmalar göstərir 
ki, bu toponimlər «El-i Cik», yəni «Çik eli (tayfası)» adının təhrif 
edilmiş formasıdır. Yenisey və İrtış sahillərində yaşamış qədim 
türk mənşəli Cik tayfası VI-VIII əsrlərdə Türk xaqanlığına daxil 
idi. VIII əsrdə ciklər İrtiş boyunda kaymak-qıpçaqlara qarışmış-
dır (28, s.52).
Çigil. Türk boylarından biri olan çigillərin adına Moyun çor 
abidəsində (35) rast gəlirik. Bu etnonim Çigil tutuk antroponimi-
nin  tərkibində  də  işlənmişdir. Abidədə  təsvir  edilən  hadisələrin 
gedişindən aydın olur ki, həmin dövrdə çigillər, Yenisey çayının 
sahillərində Abakan ətrafında yaşayırdılar.
Çigil  etnoniminə  M.Kaşğari  «Divan»ında  da  rast  gəlirik. 
O  göstərir  ki,  çigillər  üç  boydan  ibarətdir:  birinci  köçəri  həyat 
tərzi  keçirərək  Kuyasda  yaşayır,  ikinci  boy  Talas  yaxınlığında 
məskunlaşmışdır, üçüncü qəbilə Kaşqarın bir neçə kəndini əhatə 
edir. M.Kaşğari çigil etnoniminin mənşəyi ilə bağlı bir rəvayəti də 
qələmə almışdır. Rəvayətdə göstərilir ki, Makedoniyalı İsgəndər 
Arqu ölkəsinə yürüş edən zaman çox yağış yağmış, yollar çamur 
içində qalmış, yerimək çətinləşmişdi. Bunu görən hökmdar in çe-
gil əst (bu nə palçıqdır?) demiş, orada bir qala tikilməsini əmr 
etmişdir. Qala ucaldılmış, adına Çigil deyilmişdir. Bundan sonra 


150
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qalada yerləşən türklərə çigil adı verilmiş, daha sonra bu ad hər 
yerə yayılmışdır.
M.Kaşğarlı  qeyd  edir  ki,  oğuzlar  çigillərin  qonşusu  olmuş, 
onlarla  çox  vaxt  düşmən  münasibətdə  olmuşlar.  Onlar  yanlış 
olaraq  çigil  kimi  geyinən,  eyni  adət-ənənəyə  sahib  olan  boyla-
rı  da  çigil  adlandırmışlar  (44,  s.393-394).  Nuh  əfsanəsinə  görə 
Yasəfin oğlu Türkün övladlarından birinin adı Çigildir. «Kutadqu 
biliq»də bu söz məcazi mənada işlənərək, «alçaqkönüllü, nəcib» 
mənasını ifadə etmişdir. Türk tədqiqatçısı H.N.Orkun çigil etno-
nimini çik-il komponentlərindən ibarət olduğu fikrini irəli sürür. 
M.Kaşğarlı  tuxsi  boyunun  çigillərlə  bir  bölgədə  yaşadığını,  bu 
səbəbdən onların bəzən toxsı – çigil adlandığını yazır (44, s.423). 
Bəllidir ki, etnonimlər antroponim və toponimlərin yaranmasında 
əsas mənbələrdən biridir. Orxon-Yenisey abidələrində çigil etno-
niminin  iştirakı  ilə  yaranan  antroponim  də  diqqəti  çəkir.  Məs.; 
Çigil tutuk (MÇ 35).
XII  əsrdən  sonra  tarixi  mənbələrdə  bu  etnonimin  adı-
na  rast  gəlinmir.  Çox  güman  ki,  çigillər  türklərin  yaşadığı 
müxtəlif  bölgələrə  yayılmışlar.  Belə  ki,  Anadoluda  beş  topo-
nimin  tərkibində  çigil  etnoniminin  izlərinə  rast  gəlmək  olur. 
Azərbaycanda da bu etnonimin adını yaşadan Çigil çayı və Çigil 
adası vardır. Bu toponimləri qeydə alan tədqiqatçılar da onların 
çigil türk tayfasının adı ilə bağlı olduğunu göstərir və qeyd edirlər 
ki, türkmən oğuzları Amudəryadan Çinə qədərki ərazidə yaşayan 
şərq türklərini çigillər adlandırırdılar (1, s. 138). Çigil toponimi 
Əfqanıstan coğrafiyasında da mövcuddur (53, s. 112).
A.N.Kononova  görə  cigil,  eləcə  də  izgil  etnonimlərinin 
tərkibindəki –gil morfemi cəm şəkilçisidir (35, s. 154; 36, s. 25). 
M.D.Novruzovda da bu fikrə rast gəlirik (50, 57-60).
Çi – ki sözünün isə tarixən türk dillərində «insan» anlamında 
olması bir çox türkoloqlar tərəfindən göstərilmişdir. Bir məsələni 


151
Onomastika, Dialektologiya, Etimologiya
də nəzərə alaq ki, «insan» anlayışı bildirən sözün sonradan etno-
nim kimi işlənməsi geniş yayılmış dil təzahürüdür və dil univer-
salisi hesab oluna bilər (38, s. 6-12). Əgər bu fikirləri qəbul et-
miş olsaq, o zaman çigil sözünün «insanlar» anlamında olmasını 
söyləyə bilərik.
Ediz. Bu etnonim KT şm 5,6-da qeydə alınmışdır. Ediz doq-
quz  oğuz  siyasi  ittifaqına  daxil  olan  türk  tayfalarından  biridir. 
F.Sümerə görə, edizlər daha əvvəllər altı oğuzlarla qonşuluqda, 
Kemçik çayı hövzəsində, əsasən Çirğak bölgəsində yaşayırmışlar 
(27, s. 31). 1590-cı ildə Rəvan əyalətinin Karbi nahiyəsində bir 
kənd Ədis adlanırdı (6, s. 246). Kutaisi quberniyasının Leçxum 
qəzasında (indi Mesti rayonunda) bir kənd Adişi adlanırdı ki, bu-
nun da əsli Edişədir. Azərbaycanda Hadrud və Cəlilabad rayonla-
rında Edişə, Qars əyalətinə Edişa kənd adları ilə mənşəcə eynidir. 
XIX əsrdə Şimali Qafqazda noqaylar içərisində Edişə tayfası var-
dı. Çav rayonunda bir kənd isə Ediva adlanır. Bu da qədim türk 
mənşəli Edişa tayfasının adındandır. Mənşəcə oğuzların Ediz qo-
lunun adı ilə bağlıdır (7, s.109, 181). Bu etnonimin etimologiyası 
aydın deyildir, ona görə də əlavə araşdırma tələb edir.
Edizkər. Ediz qəbilə ittifaqına daxil olan soydur (20, s. 394).
İgdır. Bu etnonimdən Terxun abidəsində (cənub, 3-cü sətir) 
danışılır.  İgdirlər  türkdilli  xalqdır.  Etnonim,  çox  güman  ki,iki 
komponentdən – ig və dir-dən ibarətdir. A.N.Kononova görə ig 
«kök, əsas», J.Nemetə görə isə igdir «məşhur, tanınmış, alicənab» 
mənasını bildirir (35, s. 93). Bu etnonim Türkiyədəki İgdir topo-
niminin adında özünü yaşadır.
İzgil.  Orxon-Yenisey  abidələrində  İzgil  tayfasının  da  adı 
çəkilmişdir. Belə ki, KT şm 3,4-də bu etnonimin adı  çəkilir. Run 
əlifbası ilə izgil (KT şm 3) və zgl (KT şm 4) formasında yazılan 
bu sözü izgil, eləcə də ezgil kimi oxumaq olar. Qeyd etdiyimiz 
kimi, A.N.Kononov  bu  sözün  tərkibindəki –gil  morfemini cəm 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə