D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə37/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   33   34   35   36   37   38   39   40   ...   84

134
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bildirən söz, böyük qohum)
Külük  Tutuk-külük  (şanlı,  şöhrətli,  məşhur),  tutuk  (rütbə 
adı,vali)
Kara çor-kara (qara, böyük), çor (hərbi rütbə adı)
Kuşu Tutuk-kuş (quş), tutuk (rütbə adı)
Oğul Tarkan –oğul (oğul,övlad), tarkan (rütbə adı)
On Tutuk-on , tutuk (rütbə adı)
Öz Apa Tutuk-öz (ayıq-sayıq, xüsusi,cins), apa (rütbə bildirən 
söz, böyük qohum), tutuk (rütbə adı)
Ozmış tigin-ozmış (xilas olmaq, qurtulmaq, azad olmaq), ti-
gin (şahzadə)
Ögə Bert Tutuk-ögə (müdrik, ağıllı), bert-ber (vermək), tutuk 
(rütbə adı)
Tay  bilgə  tutuk-tay  (ayğır),  bilgə  (bilikli,  müdrik),  tutuk 
(rütbə adı).
Bukağ Tutuk - bukağu (qandal), tutuk (rütbə adı)
Edçü Sanun Tirə-edçü, Sanun apelyativinin çin dilində “ge-
neral” mənasında olduğu göstərilir, tirə (dirəmək, dayamaq, dirək 
qoymaq)
Yavaş Tutuk-yavaş (yavaş, həlim xasiyyətli), tutuk (rütbə adı)
Kuğ Sənün-kuğu (qu quşu), sənün (hərbi rütbə adı)
Təkəş-təkə (buynuzundan yay düzəldilən erkək maral), (rütbə 
məzmunu bildirən arxaik şəkilçi).
Tör apa-tör (evin və ya çadırın, otağın ən mühüm yeri, baş 
tərəfi), apa (rütbə bildirən söz, böyük qohum)
Ulun şad-ulun (təmrənsiz ox), şad (rütbə adı)
2.  Müdriklik,  aqillik,  xoşbəxtlik,  gözəllik  və  s.  anlayışı  ilə 
bağlı olan antroponimlər 
Orxon-Yenisey abidələrində şəxs adlarının formalaşmasında 
müdriklik anlayışı ifadə edən bilgə leksikemindən geniş istifadə 
edilir. Məs.; Bilgə Kağan, Bilgə tamğacı, İlbilgə//Elbilgə, İnan-


135
Onomastika, Dialektologiya, Etimologiya
çu Bilgə, Tay Bilgə tutuk, Tölış Bilgə, Bilgə Tuğma və s. Bilgə 
sözü  haqqında  Ə.Rəcəbov  yazır:  “Bilgə  sözü  bilmək  felindən 
əmələ  gəlmişdir”.  Orxon-Yenisey  abidələri  mətnlərində,  qədim 
türk  qəbilələrinin,    müasir  türk  xalqlarının  dillərində  də  eyni 
mənada – bilmək feli mənasında işlənmişdir. -gə sifət düzəldən 
şəkilçidir. Bilgə sözü “biliyi olan, ağıllı, bilikli” deməkdir. Biz 
onu Azərbaycan dilində “müdrik” sözü ilə əvəz edirik (18, s.47).
Bilgə leksemi Orxon-Yenisey abidələrində həm titul,həm də 
ad bildirən söz kimi işlənmişdir; Bilgə kağan (KTc 1; KTş 23; 
KTq 1; BXş 1; BXc 13; BXq 2), Bilgə tirig (Y43), Bilgə çikşen 
(Y13), Bilgə tamğaçı (KTşm 13), İşbara bilgə Kül iç çor (KÇ24) 
və s.Tədqiqatçılardan  bəziləri Ongin abidəsindəki tçm işarələrini 
Taçam şəxs adı şəklində transkripsiya edirlər. Ə.Rəcəbov haqlı 
olaraq qeyd edir ki,Taçam sözü bizdə şübhə oyadır. A.fon Qaben 
bunu ataçım  kimi oxuyur (18, s. 57).
Türkiyəli  tədqiqatçı  O.F.Sərtqaya  bu  sahədəki  araşdırma-
larını  ümumiləşdirərək  yazır:  “Ongin  abidəsində  Bilgə  Taçam 
kimi oxunaraq şərəfinə Ongin abidəsi qoyulan türk xanı şəklində 
mənalandırılan  ibarə  və  yaxud  söz  bilgə  ataçım  şəklində  düz-
gün  transkripsiya  edildikdə  “müdrik  babacığım”  şəklində  doğ-
ru tərcümə edilə bilir, ataç ismi qədim türk dilində ata sözünün 
kiçiltmə formasıdır” (54, s. 210).
Beləliklə, məlum olur ki, Ongin abidəsindəki “bilgə ataçım 
lü yılka bilgə külüg er edgu kan ataçım ölti”cümləsində şəxs adı 
işlənməyibdir. Bilgə sözü titul kimi antroponimlərin sonunda da 
nəzərə  çarpır:  İnançu  bilgə  (Y.  26).  Öz  bilgə  (Y.  31).  Sonuncu 
antroponim bəzən Öz bilgə çansı şəklində də işlənir.
Antroponimlərin  tərkibində  bilgə  leksemindən  istifadə 
ənənəsi Ötüken uyğur abidələrində də davam etdirilmişdir. Belə 
ki, Bilgə kağan uyğur xaqanlarının xanədən adı olaraq işlədilmiş, 
eyni  zamanda  Moyun  çorun  qardaşının  adı  da Tay  Bilgə  tutuk 


136
DƏDƏ QORQUD ARAŞDIRMALARI
olmuşdur (21, s. 12).
Orxon –Yenisey abidələrində “müdrik, ağıllı, bilici” mənasını 
ifadə  edən  öge  sözündən  də  istifadə  edilmişdir.  Bu  leksik  va-
hid  eyni  zamanda  antroponimlərin  tərkibində  çıxış  etmişdir: 
Küç ögə (Talas VIII), Ögə bört tutuk (Th SIV). Ögə qədim türk 
cəmiyyətində ən yüksək titullardan biri sayılırdı. M.Kaşğari də 
“Divanü lüğat-it-türk” əsərində Öge leksemindən bəhs etmişdir. 
O, öge titulunun tigindən bir dərəcə aşağı olduğunu və bu titulun 
xalqdan olub, görkəmli yaşlı və ağıllı şəxslərə verildiyini bildirir  
(44,s 90).
Kutluğ-kutluğ (xoşbəxt, bəxtəvər)
Yolığ Tigin – yolığ (xoşbəxt, bəxtiyar), tigin (titul). 
Külük  Apa  –  külük  (şanlı,  şöhrətli,  məşhur),  opa  (rütbə 
bildirən söz, böyük qohum) və s. 
3)  Zoonimlər  əsasında  yaranan  antroponimlər.  Qədim 
türklərdə bəzi heyvanlar müqəddəs sayılmış, bəzən də totemis-
tik  xarakterə  malik  olmuşdur.  Belə  heyvan  adları  əsasında  bir 
çox şəxs adları da yaranmışdır. Məsələn, bars leksemi abidələrin 
dilində Bars beg (KT ş 20), Bars kan saŋun (Th, 16), Bars uruŋu 
(ThSI, b), Oğul bars (Talas 1), El iç çor bars (Y 14), Tüz bay küç 
bars (Y 17) kimi şəxs adlarının tərkibində işlənmişdir.
Bars beg. Bu şəxs adına Kül tiginin şərəfinə yazılmış abidədə 
rast gəlinir: Bars bağ erti, kağan at bunta biz birtimiz, siŋlim kun-
çuyug birtimiz, özi yaŋıltı, kağanı ölti, bodunı küŋ-kul boltı; Bars 
bəy oldu. Burada xan rütbəsini (ona) biz verdik, kiçik bacımızı 
ona xanımlığa verdik, (ancaq) o yanlış yolla getdi, (o) xan öldür-
dü, xalqı qul, kəniz oldu (15, s. 229, 235). Bu cümlədən aydın 
olur ki, göytürk hökmdarı qəbilə başçısı olan Bars bəy adlı şəxsə 
öz  bacısını  ərə  vermiş,  həm  də  onu  türgis  xalqına  xaqan  təyin 
etmiş, lakin o xəyanət etdiyinə görə edam edilmişdir. Bu antro-
ponim haqqında N.A.Baskakov, Q.Qeybullayev, Ə.Tanrıverdiyev 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə