D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə36/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   32   33   34   35   36   37   38   39   ...   84

131
Onomastika, Dialektologiya, Etimologiya
qeyd edir (18, səh. 377).
L.N.Qumilyov “Qədim türklər” (B., 1993) əsərində yazır ki, 
vəliəhd vəzifəsindən asılı olmayaraq tigin adlanırdı. Təsadüfi de-
yildir ki, çinlilər qul sözünün ekvivalentini tegin hesab edirdilər. 
N.Y.Biçurin də tegini vassal şəklində tərcümə edir (s. 54). Ma-
raqlıdır ki, M.Kaşğarı “Divan”ında da tigin “qul”, “kölə”şəklində 
izah edilir (44, s. 413). Bu da Qumilyovun fikrinə uyğun gəlir.
Tigin titulunun mənşəyi ilə bağlı da türkologiyada müxtəlif 
fikirlər  mövcuddur.  V.M.Nasılov  türk  mənşəli  tigin  sözünün 
qədim dövrdə “əldə etmək”, “yaxınlaşmaq” mənalarını bildirdiyi-
ni göstərir (52, s. 18). R.Şmidt, G.Dörfer, V.Radlov,  M.Rəsenen, 
C.Klauson  və  b.  bu  sözün  Çin  dilindən  alınma  olduğunu  iddia 
edirlər (61, s.104).
O.Semerin,  T.Althaym,  R.Ştil  tegin  titulunu  fars  dilindəki 
dehkan  sözü  ilə  əlaqələndirirlər.  Bu  fikirlə  bağlı  J.Qəribovanın 
yazdığı “Tegin yoxsa dihkan” məqaləsi maraq doğurur. Müəllif 
yazır ki, tegin sözü qədim türk dilində “şahzadə”, “xanın yaxın 
qohumu”  mənalarını  bildirmişdir.  Lakin  sonralar  bu  sözün  se-
mantikası bir qədər genişlənmiş və o, dövlət adamlarının daşıdığı 
rütbə bildirən sözə çevrilmişdir.  Daha sonra tegin sözünün se-
mantik paradiqmasına vəzifə bildirən yeni bir məna əlavə olun-
muşdur ki, bu da ərəb mənbələrində dihkan şəklində göstərilir. 
Lakin tegin və dihkan sözləri arasında birbaşa deyil, vasitəli əlaqə 
mövcüddur. J.Qəribova fikrini sübuta yetirmək üçün türkcədəki 
tegin sözü ilə İran dillərindəki dihkan leksemini qarşılaşdıraraq 
qeyd edir ki, t-d dəyişməsi anlautda kar samitin cingiltili samitə 
keçməsi kimi izah oluna bilər. Bundan sonrakı mərhələdə isə tigin 
/tegin//tekken//dikkin şəklini almış, daha sonra isə dihkan forma-
sı meydana çıxmışdır (32, s.86). Bu yazısıyla J.Qəribova dihkan 
sözünün  qədim  türk  dilindəki,  tegin  titulundan  əmələ  gəldiyini 
dildaxili qanunlara əsaslanaraq sübut edir.


132
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bu antroponimin I komponenti (kül) apelyativi və mənşəyi 
haqqında da türkologiyada müxtəlif fikirlər mövcüddur. Kül ti-
gin  antroponimini  abidənin  Çin  mətnində  transkripsiya  edən 
S.Şlegel onu Kök tegin şəklində oxumuşdur. Çünki bu heroqlifli 
mətndə  həmin  leksem  (Kül)  bir  samiti  olmadan  göstərilmişdir. 
Orxon  kitabələrini  ilk  dəfə  oxuyan Vilhelm Tomsen  bu  yanlış-
lığı vaxtında sezdiyi üçün sözün Kül və ya köl şəklində oxuna 
biləcəyinə  diqqəti  çəkmişdir.  V.Radlov  bu  sözün  külüg  leksik 
vahidi ilə qohum olmasına işarə edərək, onu Kül  şəklində oxu-
muşdur. M.Kaşğarinin “Divan”ında Kol bilgə xan onomastik va-
hidinin aşkar olunması göstərdi ki, bu şəxs adındakı köl sözü göl 
leksemi ilə eyni kökdəndir və “ağlı göl kimi olan xan” deməkdir 
(44,  s.  170-  423).  Bu  qaynağa  əsaslanaraq  sonralar  Türkiyəli 
alimlərdən Nəcib Asim, Osman Turan, Tehsin Banquoğlu,  Faruk 
Sumər, Osman Fikri Sərtqaya, Avropada L.Bazən həmin sözü köl 
şəklində oxuyaraq “göl” mənasını bildirdiyini iddia etmişlər (22, 
s.  62). A.N.Kononov  1980-ci  ildə  yazdığı  “Грамматика  языка 
тюркских  рунических  памятников”  kitabında  bu  məsələnin 
üzərində dayanmış və kül variantına üstünlük vermişdir.
Ə.Tanrıverdiyev  son  illərdə  nəşr  edtirdiyi    “Qədim  türk 
mənbələrində yaşayan şəxs adları” (13, s. 37-45) əsərində həmin 
məsələni ətraflı şərh edir, əsaslı dəlil və faktlara söykənərək göl 
anlamlı köl variantının daha doğru variant olduğunu sübuta yeti-
rir. Biz də bu fikri dəstəkləyərək qeyd edirik ki, qədim türklər öz 
övladlarına köl-göl qədər ağlı olmağı arzulayaraq məhz bu cür ad 
seçə bilərdilər. Bu fikir bir bayatımızda da öz əksini tapmışdır: 
Əziziyəm gül əllər,
Gül biləklər, gül əllər.
Dəryaca ağlın olsun,
Yoxsul olsan gülərlər.


133
Onomastika, Dialektologiya, Etimologiya
Beləliklə, Gül tigin adının “göl qədər ağlı olan şahzadə” an-
lamında olması fikri həqiqətə daha yaxındır.
Yalnız titul adları əsasında və rütbə adlarının digər vahidlərlə 
işlənməsi nəticəsində yaranan antroponimlərə aşağıdakı şəxs ad-
larını da nümunə göstərə bilərik:
Alp Urunu Tutuk*-alp (igid, qəhrəman), urun (bayraq), tu-
tuk (rütbə adı)
Altun Tamğan Tarkan - altun - (qızıl), tamğa (damğa, möhür), 
tarkan (rütbə adı)
Apa Tarkan-apa (rütbə bildirən söz, böyük qohum),  tarkan 
(rütbə adı)
Bay apa - bay (zəngin, varlı, dövlətli), apa (rütbə bildirən söz, 
böyük qohum)
Boyla Bağa Tarkan –boyla (rütbə adı, ünvan verən kişi), bağa 
(titul rütbə adı), tarkan (rütbə adı)
El Toğan Tutuk-el (el, xalq, ölkə, dövlət), toğan (şahin, şahin 
quşu), tutuk (rütbə, vali)
Elçi çor-elçi (səfir, elçi), çor (hərbi rütbə adı)
İl çor-il (xalq, el, ölkə, dövlət), çor (hərbi rütbə adı)
İnançu Alp-inanc  (inanılmış,  etibarlı,  rütbə  adı  ),  alp  (igid, 
qəhrəman)
İnanç çor-inanç (inanılmış, etibarlı), çor (rütbə adı)
İşbara Tamğan-işbara (rütbə adı ), tamğan (damğa, möhür)
İşbara Tamğan Çor –işbara (rütbə adı), tamğan (damğa, mö-
hür), çor (rütbə adı)
Yaruk  Tigin-yaruk  (işiğ,  şəfəq,  gün),  tigin  (titul  –Ə.  A.) 
(şahzadə, xaqanın oğlu) (Ə.T)
Yolığ Tigin-yolığ (xoşbəxt, bəxtiyar) tigin (titul, şahzadə)
Külük Apa-külük (şanlı, şöhrətli, məşhur), apa tutuk (rütbə 
*Bu  antroponimlərin  məna  açımını  verərkən  Ə.Tanrıverdinin  “Qədim  türk 
mənblərində yaşayan şəxs adları” kitabına istinad olunub.


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə