D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə33/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   29   30   31   32   33   34   35   36   ...   84

122
DƏDƏ QORQUD ARAŞDIRMALARI
S.Əliyeva  “Orxan-Yenisey  abidələrində  toponimlər“  (B., 
2003) kitabında həmin abidələrdəki toponimləri, onların leksik-
semantik və morfoloji xüsusiyyətlərini kompleks şəkildə tədqiq 
etmişdir. 
Türkiyə  tədqiqatçıları  da  Orxon-Yenisey  abidələrinin  araş-
dırılması  ilə  məşğul  olmuşlar.  Bu  sahədə  R.R.Aratın,  M  Er-
ginin,  T.Tekinin,  Ə.B.Erçulasunun  adlarını  qeyd  edə  bilərik. 
H.N.Orkunun xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onun 
tədqiqatı bir sıra üstün cəhətləri ilə diqqəti cəlb edir. Belə ki, müəllif 
əsərində  bütün  qədim  türk  və  uyğur  abidələrinin  tərcümələrini 
vermiş,  eyni  zamanda,  ”notlar”  adı  altında  həmin  mənbələrdə 
qeyd olunmuş toponimlərin, etnonimlərin, şəxs adlarının və bü-
tün  xüsusi  isimlərin  mənaları  haqqında  öz  mülahizələrini  qeyd 
etmişdir. Bunlar müsbət haldır. Lakin o, həmin xüsusi isimlərin 
mənşəyi məsələlərinə toxunmamışdır..
Beləliklə,  aydın  olur  ki,  Orxan-Yenisey  abidələrinin  tarixi 
onomastik vahidləri sistemli şəkildə öyrənilməmişdir. 
Qədim türk dillərinin lüğət tərkibindəki antroponimlər xalq 
yaradıcılığının məhsulu olub, hər bir şəxsə kollektiv tərəfindən 
verilir.
Tarixi antroponimlər o dövrün türk tayfalarının “dünyagörü-
şü, mədəni-bilik səviyyəsi, istək və arzusu, xoşbəxt həyat uğrun-
da mübarizəsi, təbiət, cəmiyyət və kainat haqqındakı təsəvvürləri, 
milli psixologiyası, məişət və əmək fəaliyyəti ilə əlaqədar olaraq 
yaranmış” (3, s. 3) və bu proses bu gündə davam etməkdədir.
“İnsan adlarının yaratdığı təbəqələr xalqın tarixi inkişafının 
mərhələlərinə uyğundur” (58, s. 125-136). Qumilyevin fikrincə, 
şəxs adı-idionim insan tarixində çox qədimdən meydana gəlmişdir 
(41, s. 8).
“Şəxs adlarının əmələ gətirdiyi laylar da xalqın tarixi inkişa-
fının mərhələlərinə, şübhəsiz ki, uyğun gəlir. Həmçinin, hər bir 


123
Onomastika, Dialektologiya, Etimologiya
onomastik vahid ictimai-tarixi inkişafın məhsuludur.Bu adlar da 
qədim  dövrün  izlərini  qoruyub  müasir  dövrümüzə  gətirən  real 
faktlardır” (61, s. 7).
Orxon-Yenisey abidələri antroponimik vahidlərlə zəngindir. 
Araşdırmalarda  Orxon-Yenisey  abidələrində  264  antroponimin 
işləndiyi göstərilir (13, s. 22).
1999-cu ildə “Orxon-Yenisey abidələrində şəxs adları” möv-
zusunda namizədlik dissertasiyası müdafiə etmiş V.Yunusova Or-
xon-Yenisey abidələrindəki antroponimlərin aşağıdakı leksik-se-
mantik qruplarını müəyyənləşdirmişdir:
1)  Qəhrəmanlıq,  igidlik  anlayışı  ilə  bağlı  şəxs  adları:  Alp 
Urunu, Alp Şalçı, Alp Urunu Tutuk...;
2) Müdriklik anlayışı ilə bağlı şəxs adları: Bilgə Kağan, Bilgə 
Tirik, Bilgə Çikşi...;
3) Yüksəklik, böyüklük, alilik, ululuq, möhtəşəmlik və kü-
barlıq anlayışları ilə bağlı şəxs adları: Uluğ İrkin...; 
4) Xoşbəxtlik, səadət anlayışı ilə bağlı şəxs adları: Kutlığ//
Kutluğ, Kutluğ Urunu, Kutluğ Bağa Tarkan (61, s. 12).
Ə.Tanrıverdiyev Orxon-Yenisey abidələrindəki antroponim-
lərin  leksik-semantik  qruplarını  dəqiqləşdirmək  üçün  ilk 
növbədə ad yaradıcılığında iştirak edən apelyativlərin mənasını 
müəyyənləşdirməyin gərəkliliyini bildirir (13, s. 27). Orxon-Yeni-
sey abidələrinin antroponimik sistemi, lüğəti, həmçinin onlara dair 
aparılmış araşdırmalar göstərir ki, bu abidələrdə həm apelyativ və 
antroponim, həm də yalnız antroponim kimi işlənən vahidlər var-
dır, onların əksəriyyətinin semantikasını məhz mətn konteksində 
dəqiqləşdirmək mümkün olur. Bu tip sözlərin həm antroponim, 
həm  də  apelyativ  kimi  işlənən  vahidlər  kimi  öyrənilməsi  daha 
məqsədəuyğundur. Bunları nəzərə alan Ə.Tanriverdiyev  Orxon-
Yenisey abidələrindəki antroponimləri leksik semantik cəhətdən 
aşağıdakı kimi qruplaşdırır:


124
DƏDƏ QORQUD ARAŞDIRMALARI
1) Yalnız rütbə adları əsasında yaranan antroponimlər: Apa 
Tarkan, İnaç Çor və s.
2) Antroponimik  modellərdə rütbə adlarının digər vahidlərlə 
birlikdə işlənməsi: Bars kan, Bilgə Kağan, Elçi çor, İşbara Tam-
ğan çor, Yoluğ tigin, Külük tutuk və s.
3)  Dövlət  və  dövlətçiliklə  bağlı  olan  apelyativlər  əsasında 
formalaşan  antroponimlər:  Altuğa,  Eltəris//İltəris,  Eltəbər,  Baz 
Kağan, Alp Urunu və s.
4) Zoonimlər əsasında yaranan antroponimlər: Bars Urunu, 
Bars kan, Çoçuk Börü Sənün, Buğa, Toğan və s.
5)  Etnonimlər  əsasında  yaranan  antroponimlər: Aza Tutuk, 
Töliş Bilgə,  Oğuz Bilgə və s.
6)  İgidlik,  mübarizlik,  böyüklük  mənasını  ifadə  edən 
antroponimlər: Böyük Kağan, Ərən Uluğ, Kapağan,Tok Bögüt, 
Kara Yaş, Kara kan, Küç Uyı və s.
7)  Aqillik, müdriklik, xoşbəxtlik və s. bildirən sözlər əsasında 
formalaşan antroponimlər: Yolığ Tigin, Külük Apa, Tay ögə, Kut-
luğ, Bilgə Tuğma və s.
8) Qiymətli metal adları əsasında yaranan antroponimlər: Al-
tun tay Sanun, Altun Tamğan və s. (13, s. 52-53).
Biz də Orxon-Yenisey abidələrindəki antroponimlərin leksik-
semantik cəhətdən bu cür qruplaşdırılmasını daha məqsədəuyğun 
sayırıq.
Orxon-Yenisey  abidələrində  rast  gəldiyimiz  türk  ad  siste-
mi  orta  əsrlər  türklərinin  ad  sistemindən  olduqca  fərqlənir.  Bu 
fərqlərdən  ən  əsası  abidələrin  dilində  alınma  antroponimlərin 
sayının  çox  az  olmasıdır.  Abidələrdə  işlənmiş  alınma 
antroponimlərin demək olar ki, hamısı türklərin deyil başqa xalq-
ların nümayəndələrinin adlarıdır. Bunu nəzərə alaraq Orxon-Ye-
nisey abidələrinin antroponimlərini iki qrupa ayırmaq olar:
1) Alınma antroponimlər 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə