26
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Salam olsun həqq şairinə, eşq
nəğməkarına, ulu aşiqə! Salam olsun
mərifət sahibinə, Yunus İmrə qələminə!
Salam olsun həqiqət şairinə!
Salam olsun ümumtürk dünyasında
coğrafi sərhəd tanımayan səyyah – dərviş
qoca şairə!
Salam olsun insanlığın abidəsini ucal-
dan türk şairinə!
Salam olsun bu gəlimli-gedimli dün-
yanın min bir sirrini, mənalarını anladan,
həqqdən nura boyanmış, böyük mütəfəkkir,
filosof Yunus İmrəyə!
“Salam olsun Anadolunun orta
göbəyindən, türk xalqının bağrından dünya-
ya səs salmış olan Yunus İmrəyə”;
Xalqı sevən, xalqın sevgilisi olmuş Yu-
nus İmrəyə!
Xalqın ağzından danışmış və xalqı öz
ağzı ilə danışdırmış Yunus İmrəyə!
Salam olsun türkcə, insanca və Yunus-
ca olmağın sirrini, yəni gerçək şeirin sirrini
Pərixanım Soltanqızı,
filologiya üzrə fəlsəfə doktoru
YUNİS İMRƏNİN YARADICILIĞINDA
XALQ SUFİZMİ
27
Folklor, Mifologiya, Etnoqrafiya
kəşf etmiş olan Yunus İmrəyə!
Sevgini, insanlığı ucaldan, tanrılaşdıran, tanrını “fağır
könüllərə”, insanlığa; sevgiyə endirən Yunus İmrəyə salam olsun!
Salam olsun insanları birliyə, diriliyə, doğruluğa, barışa çağı-
ran, yaşamağı sevən, amma ölümdən qorxmayan Yunus İmrəyə!
Özünü, çevrəsini, çağını, dinini keçib, kiçik qayğılardan qur-
tulub özünü böyük qayğılara yönəltməyi bacaran şairlər şairi, in-
sanlar insanı, qəriblər qəribi, dostlar dostu, türkmən qocası Yunus
İmrəyə salam olsun!”
(Səbahəddin Eyyuboğlu. “Yunus İmrə”. CEM yayın evi –
nəşriyyat, 1976-cı il).
SALAM OLSUN
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!
Əcəl bükə belimizi,
Söylətməyə dilimizi,
Xəstə ikən halımızı
Soranlara salam olsun!
Tənim ortaya açıla,
Yaxasız köynək biçilə...
Bizi asan bir vəch ilə
Yuyanlara salam olsun!...
Kimsə durmaz qəsdimizə,
Gedər olduq dostumuza.
28
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Namaz üçün üstümüzə,
Duranlara salam olsun!
Bir qaydadı, gələn gedər,
Əcəl ki, var bizi güdər,
Bizim hamımızdan xəbər
Soranlara salam olsun!.
Dərviş Yunus söylər sözü,
Yaş doludur iki gözü,
Bilməyən nə bilsin bizi?!
Bilənlərə salam olsun!
Eşq atəşindən başqa dünyada yaxşı nə var?
Onsuz nə gül güldü, nə bulud ağladı.
Nizami Gəncəvi
Böyük türk şairi Yunus İmrənin doğulduğu və dəfn olunduğu
məkan indiyədək mübahisəli olaraq qalır. Səyyah dərvişlik həyatı
yaşayan şairin Azərbaycanda da, hətta məzarının da bu məkanda
olması ehtimal olunur. Elmi mənbələrdə onun, əsasən, Qaxda ol-
ması göstərilir. Hətta burada dəfn olunması fərziyyəsi də var. Yu-
nus İmrə hansı məkanda doğulursa-doğulsun, dəfn olunsun fərqi
yox. Ora onun vətənidir. O, tək türk xalqının deyil, Azərbaycan
xalqının da şairidir. O, ümumtürk xalqına məxsusdur.
Aşıqlik, eşq bəşəri mövzudur. Məhz buna görə də o, həm də
bəşəri şairdir. Sevgilərlə dünyaya gəlib, yaşayıb-yaradıb, aşiqliyi,
eşqi təlqin edib. Sevənlərinin də əhatəsində haqq dünyasına qo-
vuşub. Rahat-rahat uyuyur.
Elmi ədəbiyyatda şairin heca və əruz vəznində “Divan”ı,
29
Folklor, Mifologiya, Etnoqrafiya
məsnəvi formasında yazdığı “Risalətün-nüshiyyə” (Nəsihətnamə)
əsərləri məlumdur. Bundan başqa, şairin haqqında yazılmış
rəvayətlərə söykənən 2 min şeirinin itdiyi, 1000 şeirinin xalqa
çatdırılması söylənilir “Guya 3 min şeirdən ibarət dəftər Molla
Qasım adlı bir nəfərin əlinə düşür, şeirləri oxumağa başlayan bu
şəxs başqa əqidə sahibi olduğu üçün şeirləri bəyənməyərək 1000
şeiri yandırır, 1000 şeiri isə suya atır. Növbəti şeirlərin birində
Molla Qasım öz adını görür, yandırdığı və suya atdığı şeirlərin
aqibəti ilə əlaqədar Yunus İmrənin qabaqcadan verdiyi məlimata
rast gələrək etdiyi əməldən peşiman olur, qalan 1000 şeirə toxun-
mur” (Elman Quliyev. Türk xalqları ədəbiyyatı, Bakı, Conatant
Empary”, 2011)
Yunis İmrənin şeirləri eşqdən doğulub. Eşq fədakarlıq istər.
Yunus İmrə də özünü bu yolda fəda edib, ömrünün sonuna kimi
qətrə-qətrə əriyib.
Şərq mütəfəkkirlərindən hind loğmanı Vatsyayan eşqin bir
neçə təsnifatını verib:
1)Daimi vərdişlərdən yaranan eşq.
2) Xəyalla meydana gələn eşq.
3) Özünə və başqasına inamdan yaranan eşq.
4) Zahiri obyektləri qavramaqla formalaşan eşq (“Kama Sut-
ra” kitabı).
Özbək həkimi İbn-Sina eşqi 3 növə ayırmışdır:
1) Qidadan alınan güc,
2) Boyatma gücü,
3) Çoxaltma gücü.
Alimlər eşqi bir neçə təsnifata ayırarkən onların sırasında ilahi
varlığa, “tanrıya” olan eşqdən söz açmasalar da həmin bölgülərdə
göstərilən obyekt ilahi varlığın yaratdığı “zərrin” eşqi onun var-
lıqlarınadır. Bu eşq də tanrı sevgisindən yaranmışdı. Çünki hər
nəyəsə olan eşq tanrı sevgisindən keçir.
Dostları ilə paylaş: |