30
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bizə görə isə eşqin növləri belədir:
1. İnsanın insana olan eşqi;
2. İlahi varlığa olan eşq;
3. Əqidə, məslək eşqi;
4. Eşqdə fanatiklik;
5. Elmə,
kitaba olan eşq;
6. Peyğəmbərə olan eşq;
7. İmamlara olan eşq və s.
Yuxarıda dediyimiz kimi hər nəyəsə olan eşq tanrı sevgisindən
keçib. Eşqi biz də növlərə ayırdıq. Eşqin növləri sadalanmaqla
bitən deyil. Onu növlərə ayırmaq da düzgün deyil “Dünya eşq
üzərində fırlanır”, “hər kəsin bir şeyə qızğın eşqi var” (Niza-
mi Gəncəvi). Yer üzərində hər nə var eşqdən yaranıb. Yunus
İmrənin “Məcnunluğu” Leyliyə deyil, ilahi varlığadır. Bu aşiq-
lik məsafəsi, eşq vücudunun mühərriki olan ürəkdən - ürəyədir.
Yanan hər nə varsa, o, ətrafa səs salır. Kiçik əşya belə, hətta so-
bada yananda – “çırt-çırt” səslənir. Yunus İmrənin ilahi varlığa,
tanrıya olan eşq yanğısı bütün dünyaya səs salıb. İlahi varlığa
olan bu eşq o qədər böyük, o qədər möhtəşəmdir ki, Yunus İmrə
bu hicranda həm şamdır, həm pərvanə. İnsan “O zərrə bir Tanrı
əmanətidir ki, “can içində oturub ilahi nuruyla dolu dərviş könlü-
nü ərş eyləyən dostdan gəlir”. Yaradılmışı yaradandan ötəri sevən
Yunus həmin “zərrə”nin bütünü olana – Allaha aşiqdir. Bir kö-
nül əri olan Yunus İmrənin bu ilahi sevgisinin Tanrısız fəlsəfədən
qaynaqlanan fəlsəfi humanizm Allahsız bir sevgi olaraq düşünülə
bilməsi əsla mümkün deyil. Mütəsəvviflərə görə iki elm var. Biri
əsasında ağıl dayanan zahir elmi (və ya şəriət) dir. Onun da məkanı
mədrəsələrdir. İkincisi - İlhama söykənən həqiqət elmidir – kö-
nül elmidir. Sufilərə görə bu “irfan” elmidir. Allah elmdən çox
irfanla bəyan olunur. Bu da o deməkdir ki, hər gözə, hər könülə
görünməyən Tanrı yalnız eşq yolu ilə gedilən irfanla bilinir. “Bü-
31
Folklor, Mifologiya, Etnoqrafiya
tün türk ədəbiyyatı mənşəindən bu günə qədər ondan daha böyük
bir mütəssəvif şair yetirə bilməmişdir” (F.Köprülü). “Yunus İmrə
milli dühadır”, “möhtəşəmdir”.
“Eşqin ülviliyi və sirr dolu mahiyyətindən danışan dərviş Yu-
nus gözləri həmişə mənəvi aləmin dərinliklərinə dikili olduğu-
na görədir ki, hətta təbiət lövhələrindən bəhs eləyən zaman bu
lövhələri vicdani rənglərlə boyayır. Onlara əxlaqi, hikmətamiz bir
məzmun verir. Hər biri min naz ilə həqqi vəsf eyləyən çiçəklərdən
Tanrının ətrini alan Yunus ilahi eşqin qüdrətli tərənnümçüsüdür”
(Cəlal Bəydili (Məmmədov).
“Divan”ında ali hisslərdən danışan şairin eşq fəlsəfəsinə görə
eşqsiz insan həyatda yoxdur. Əgər bir şeyə sevgisi olarsa, o, aşiq-
dir. Aşiqdirsə demək o,
həyatda var, yaşayır.
Eşqsüz adəm dünyədə bəllü bilin ki, yoqdur,
Hər birisi bir nəsnəyə sevgisi var, aşiqdür.
Böyük Nizami demişdir:
Eşqsiz bir adam bir neydir – qırıq,
Yüz canı olsa da ölüdür artıq.
Tanrının evində olan yüz bir bəzəkli sevgidən şair aşiqə
könlünə yaxın olanını, layiq bildiyini seçməyi məsləhət görür:
Çələbün dünyəsində yüz bin dürlü sevgi var,
Qəbul et kəndözünə, gör qanğısı layiqdür.
“Ancaq eşqlə könülləri fəth etmək olar”, “Əgər eşqi sevərsən,
can olasın, könüllər təxtinə sultan olasın”- deyən, şair varlığın
özünə bağlanmağın fəlsəfi dərkindən keçir. Yerin, göyün, bü-
32
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tün varlıqların eşqdən yarandığını və eşqin tarixinin olmadığını
söyləyir.
Əvvəl yer-gög yoğ ikən var idi eşq bünyadı,
Eşq qədimdür, əzəli eşq gətürdü nə varın .
Əvvəl əzəl bəzmində kim dost yüzin gördisə,
Anın canıdır aşiq, sor ondan eşq xəbərin
Eşqi heç bir nəsnəyə məsəl bağlasan olmaz
Dünyədə, axirətdə nə dutisar eşq yerin?!
Bu dünya da, o dünya da axirət də eşqdən yaranıb. Hər iki
dünyada eşq elə bir anlamdadır ki, o, heç nə ilə müqayisə olun-
madığı kimi əvəz də oluna bilməz. Onun yerini heç nə tutmaz.
Bu eşqin Yunus İmrə tərifidir. Ondan əvvəl yaşamış Azərbaycan
mütəfəkkiri, filosof, şair Nizami Gəncəvi də eşqin tərifini ver-
mişdir: Eşqsiz həyatın boş, mənasız olduğunu, bütün cahanın
eşqdən yarandığını, ancaq eşq yolunun doğru, düzgün olduğunu
göstərmişdir:
Eşqdir mehrabı uca göylərin
Eşqsiz ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil eşq uludur,
Eşq olmasaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.
Eşq düşsə daşın da qəlbinə əgər
Gövhərdən özünə məşuq düzəldər.
Maqnit olmasaydı eşqin əsiri
Çəkməzdi özünə dəmir zənciri...
Yunis İmrə şeirlərində aşiqi, ona sevinc, xoşbəxtlik gətirməyən
33
Folklor, Mifologiya, Etnoqrafiya
eşqin ağırlıqlarından xəbərdar edir, aşiqlərin eşq evində gecəsi-
gündüzü olmadığını, eşqin acı şərbətini içən aşiqlərin gününün
ah-vayla, eşq fəryadlarıyla keçdiyini söyləyir:
Xocam, aşiq olanların işi ah ilə zar olur,
Həsrətindən ol məşuqun göz yaşı binar olur –
Yunus İmrədən II əsr əvvəl yaşamış böyük Xaqani demişdir:
Yazıqlar, vay o qəlbi yanmış aşiqlərə ki,
Bir nəfəs çəkməmişdir qeyri-sənin havandan.
Onun görən olmadı şad gününü biz əsla
Sevinc yeli əsmədi dalısınca heç zaman.
Eşqin acı şərbətini böyük Füzuli də içib. Onun nə kimi
ağırlıqları var, fəryadları var onunla dost olub. Çəkdikləri belə
ona azlıq edib. Tanrıdan eşqin bəlalarından daha betərini, daha
müsibətini diləyib:
Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni.
Şah İsmayıl Xətai də eşqin bəlalarından xəbərdardır. Çəkdiyi
acılara baxmayaraq ona iztirablar verən eşqindən şaddır. Onunla
qürurlanır. Eşqinə sadiqdir. Canansız, eşqsiz yaşamaq istəmir. Bu
eşq yaralarını sağaldacaq “dərman”dan da imtina edir.
Ya ilahi, sən məni bieşqi-canan eyləmə,
Eşq ilə şadəm dəxi dərdimə dərman eyləmə.