387
Heyerdal da razıdır. O yalnız Qobustanın qayalığındakı qayıq
təsvirlərini görəndən sonra bu qənaətə gəlmişdir.
“Firuz-2” düşərgəsi. “Firuz-1” düşərgəsindən 385 m
cənub-qərbdə, Kiçikdaş qayaüstü təsvirlər kolleksiyasının 19 №- li
daşı ilə cənub-qərbdən ona söykənmiş 98 №- li daşdan 3 m şimal-
şərqdəki 97 №-li daşların arasındakı bir növ qapalı, yaşayış üçün
əlverişli sahədə, 19 №-li daşın qədim təsvirlərlə örtülmüş qərb
tərəfində aşkar edilmişdir. Düşərgədə 1972 və 1973-cü illərdə 70
kv.m sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntı
nəticəsində yer səviyyəsindən 80-105 sm dərinlik arasında 19 №- li
daşın əsas qərb və şimal-qərb dibində 15-20 kv.m sahədə 5-25 sm
qalınlığında Mezolit dövrünə aid mədəni təbəqə qeydə alınmışdır.
Bu mədəni təbəqə özündən üstdə qeydə alınmış mədəni təbəqədən
5, 10 və bəzən 15 sm qalınlığında lal təbəqə ilə ayrılırdı. Mədəni
təbəqənin rəngi şabalıdı, torpağı b ərk və qum qarışıqlıdır. Alt
təbəqədən 4 yerdə ocaq qalığı aşkar edilmişdir. Qobustanda bütün
Daş dövrü düşərgələrində olduğu kimi, “Firuz-2” düşərgəsində də
aşkar edilmiş
materiallar çaxmaqdaşı
və çaydaşından
hazırlanmışdır. Çaxmaqdaşından 33 ədəd, prizma və konus
formalı nukleus, 12 ədəd mikro iti uc, 19 ədəd trapes şəkilli alət,
13 ədəd biz və burğu, 7 ədəd kəsərcik, 7 ədəd iskənə tipli alət,
çoxlu bir yanı kütləşdirilmiş və gəzli mikro lövhələr, qaya
daşından rəsm döymək üçün alətlər, sürtgəclər, bıçaq və qaşov
388
kimi itiləşdirərək iti ağzında kütləşmə və dişək alınmış ilk qəlpələr
və s. tapılmışdır. 19 №-li daşın düşərgəyə baxan 4 m-lik dik
səthinin aşağı hissəsində alt səviyyəsi 80 sm dərinliyə qədər
enməklə, qismən mədəni təbəqəyə düşən 50-yə qədər qədim təsvir
də aşkar edilmişdir. Bunlar döymə kişi və qadın, qayıq, öküz və s.
təsvirlərindən ibarətdir. Qədim təsvirlərdən üst mədəni təbəqənin
örtdüyü bir cərgədə çəkilmiş üç ədəd qaban təsviri və xüsusən
onların qılınc dişlərinin aydın verilməsi diqqəti cəlb edir.
Düşərgədə alt təbəqəyə aid dövrün kiçik, oturaq insan sakinləri
qonşu “Firuz-1” və “Ana zağa”nın orta təbəqəsinin daş
məmulatının oxşarlığına əsasən Mezolitin sonu-Neolitin əvvəlinə
aid edilir.
“Şonqar” düşərgəsi. “Şonqar” Bakıdan cənub-qərbdə,
Kəpəz dağından Kəpəz və Q ızıldaş qəsəbələrindən qərbdə bu
ərazidə ən yüksək zirvəyə malik əhəngdaşı örtüklü dağın adıdır.
Bu dağların qartal cinsli quşların adı ilə şonqar kəpəz
adlandırılması, çox güman ki, atəşpərəstliklə bağlıdır. Eyni adlı
quşlara Qobustanın içərilərində də hazırda rast gəlmək olur.
Təqdim olunan düşərgə yə də yaxınlıqdakı Şonqar dağın adı
verilmişdir.
Şonqar dağın ətrafında 4 qrup qayaüstü təsvir və bir
sığınacaq tipli düşərgə “Şonqar” qeydə alınıb tədqiq olunmuşdur.
“Şonqar” düşərgəsi Qızıldaş qəsəbəsindən 1 km qərbdə, Qaradağ
389
daş karxanasına gedən yolun sağında, dağın cənub baxarında,
kiçik yolu şimala baxan, lakin insanın yaşaması üçün əlverişli,
örtülü kamera – sığınacaqda aşkar olunmuşdur. Içəridən
sığınacağın şərq tərəfi çox iri, dikinə divar təşkil edən qaya, qərb
tərəfini “Şonqar-1” qədim qayaüstü təsvirlər kolleksiyasının 2, 3,
4 və 5 №- li şəkilli daşları tutur. Üstünü isə uzunsov, eni 6 m,
qalınlığı 2,5 m-ə qədər yastı qaya parçası örtür. Düşərgədə 1978
və 1983-cü illərdə arxeoloji qazıntı aparılmışdır. Qazılmış 20 kv.
m sahənin orta hissəsində 95-100 sm dərinlik səviyyəsində kiçik
bir sahə (4-5 kv.m) 2-5 sm qalınlığında torpağı bir qədər
qəhvəyiyə çalan əhəngdaşı əziyi qarışıqlı mədəni təbəqə aşkar
olunmuşdur.
“Şonqar” düşərgəsindən çaxmaq və çaydaşından 182 ədəd
qəlpə tullantıları və 26 ədəd əmək aləti tapılmışdır. Sonunculardan
çoxu (6 ədədi) uclu, yanlı, gəzli qaşov, 3 ədəd yığma alət dişli, 5
ədəd iskənə tipli alət, 4 ədəd dişəkli qəlpə və lövhədən ibarətdir.
Nukleus yoxdur, seqmentlər bir ədəddir, trapes yoxdur və s.
qazıntılardan az miqdarda pis saxlanılmış sümük qalığı da əldə
edilmişdir. Onlar iri öküz, ceyran, bir ədədi keçi və bir ədədi isə
tülkü və ya çaqqala aiddir. Sığınacağın divarlarını təşkil etmiş
daşlar üzərində də öküz və keçi (ceyran) şəkilləri və sonuncuda ov
səhnəsi təsvirləri vardır. Öküz şəkillərindən biri üst Paleolit
əlamətli öküzün yalnız sağ hissəsindən ibarətdir. Qobustanda
390
öküzün yalnız baş hissəsinin təsvirinə “Ovçular zağası”,
“Öküzlər-2” düşərgəsində 43 №-li daşın torpaq basmış aşağı
hissəsində, “Kənizə” düşərgəsində, “Qayaarası” düşərgəsində, 2,5
m dərinlikdə aşkar edilmiş daş üzərində və onun yanında Qayaaltı
kolleksiyasının 8 №-li daşında da təsadüf olunur.
“Şonqar” düşərgəsinin daş məmulatı arasında nüvələr,
eləcə də tam hazırlanmış və müəyyən dövrün göstəricisi olan daş
alət nümunəsinin tapılmaması, təbəqənin nazikliyi və cəmi 4-5
kv.m sahədə aşkar olunması sığınacaqdan yalnız ov zamanı qısa
müddətdə istifadə olunduğunu göstərir. Düşərgədən tapılmış
sümük qalığının əsasən iri ibtidai öküz və ceyrana aid olması, daş
materialı arasında yığma alət dişlərinin olması düşərgənin Daş
dövrünə - Paleolitin sonuna aid olduğunu söyləməyə əsas verir.
Mezolitin sonlarından başlayaraq ilkin əkinçilik və
maldarlığın
meydana
çıxması,
qəbilə
birləşmələrinin
güclənməsinə səbəb olur. Insan həyatında inqilabi səciyyə daşıyan
və cəmiyyətdə dərin nəticələrə gətirib çıxaran köklü dəyişikliklər
baş verir. Bu dövrdə insanların imkanları xeyli dərəcədə artır,
fəaliyyət dairəsi genişlənir, yerli ehtiyat mənbələrinin istismarı
güclənir və təbii sərvətlərin istifadə üsulları formalaşır. Bununla
yanaşı, canlı aləmin və insanın özünün də dəyişməsi prosesi
sürətlənir. Qəbilələrarası əlaqələr güclənir, mübadilə artır.
Müxtəlif mədəni və başqa nailiyyətlərin uzaq ərazilərə yayılması
Dostları ilə paylaş: |