379
müəyyənləşdirmək mümkün olmamışdır. Qazıntı zamanı
sığınacağın içərisində 20 sm peyin qatından sonra 50 sm dərinə
qədər içərisində orta əsrlərə aid gil qab qırıqları və iki yerdə ocaq
qalığı olan çürüntülü torpaq, onun altında 1 m dərinliyə qədər Daş
dövrü qalıqlarına malik gil və qum qarışıqlı torpaq qatı aşkar
edilmişdir. Düşərgədə 49a №-li qayanın üzərindəki qədim
şəkillər 1 m dərinlikdən aşağı getmir. 49 №-li daşda isə şəkillər
daha dərinə davam edir və onların aşağı hissəsi dəniz qumu qatı
ilə örtülmüşdür. Burada 49 №-li qayanın alt hissəsindəki balıq
təsviri, üzərində qədim şəkillər çəkilmiş və səthi yuyularaq
hamarlanmış, üç ədəd əhəngdaşı parçası da qum təbəqəsinin
içərisində qalmışdır. Bu, müəyyən dövrdə Xəzər dənizi
səviyyəsinin buraya – “Ceyranlar” düşərgəsinə qədər qalxmasının
nəticəsidir.
Paleocoğrafi məlumatlara görə dəniz öz səviyyəsini
dəfələrlə dəyişmişdir. 13-11 min il bundan əvvəl dənizin səviyyəsi
indikindən 10 sm-dən artıq, 10 min il bundan əvvəl isə 25 m-dən
artıq qalxmışdır. Bu xvalın dövrünün sonuna, son Paleolit-Mezolit
dövrünə təsadüf edir. Ola bilsin ki, “Ceyranlar” düşərgəsini
Mezolit dövründən sonrakı geoloji dövrün suları yumuşdur.
“Ceyranlar” düşərgəsinin materiallarının qum və lil təbəqəsinin
içindən tapılması, yəqin ki, düşərgənin daha çox suya yaxın
olması səbəbindən onu dəniz suyunun daha çox yuması, burada
380
dəniz qumun və lilin çoxluğu kimi dənizin dəfələrlə səviyyəsinin
dəyişməsi barədə paleocoğrafi məlumatların əyani surətdə təsdiq
etməsi baxımından yeni və qiymətli elmi dəlillərdir.
“Ceyranlar” düşərgəsində arxeoloji qazıntı zamanı
tapılmış maddi mədəniyyət qalıqları aşağıdakı tapıntılardan
ibarətdir:
Çaxmaqdaşından nüvə (5) 3-ü konusvari, 2- i az
işlənmişdir. Qaşov (4), trapes (1), bıçaqvari lövhədən düzəldilmiş
(1) seqmentşəkilli alət, yanları dişəkli mikro lövhə (1), işlənmə
dişəyinə malik qəlpə (5) və adi qəlpə (11) çaydaşından qəlpə (7),
çopperşəkilli alət (1), qaşov (2) və bir ucundan burma üsulu ilə
deşik açlmağa başlanmış, lakin başa çatdırılmamış uzunsov əşya
(1) ölçüsü uzunu 16 sm, qalınlığı 2,5 sm-dir. Yəqin ki, asmadır.
Dəvəgözündən qəlpə (4), hündür qaşov (1), dişəkli qəlpə (2) və s.
bu az material üst Paleolitdən Mezolitə keçid və Neolitin əvvəli
üçün səciyyəvidir. Göstərilən materialların təbəqəsiz, dağınıq
halda tapılması, görünür təbəqənin dəniz suyu vasitəsilə
yuyulması ilə bağlıdır.
Sığınacaq materiallarının səciyyəsi, onun 49 və 49a, 49b
və yaxınlıqdakı 50 №- li qaya daşlarındakı arxaik formalı,
arxeoloji ədədbiyyatda yuxarı Paleolitə aid edilən, yan görünüşdə
döymə qadın öküz, ceyran və tək-tək gur kimi qədim təsvirlərdən
ibarət olması və bu təsvirlərin çoxluğu qayalardakı ön görünüşdə
381
silahlı qadın və kişi, öküz təsvirlərinin bir qismi qayıq təsvirləri
sığınacaqdan üst Paleolitin sonundan Mezolit və Neolitin
əvvəllərində də minilliklər boyu istifadə olunduğunu söyləməyə
əsas verir.
“Firuz” düşərgəsi.Kiçikdaş dağı qayalıqlarının şərq
ətəyinin orta hissəsində, dəmir yolu xəttindən aralıda qədim
qayaüstü təsvirlər kolleksiyasının 80 №-li daşın üstünü örtmüş,
uzunluğu 20, parçasının şərq və şimal tərəfləri altında əmələ
gəlmiş, 2-3 m dərinliyində örtülü sahədə aşkar edilmişdir.
Düşərgədə 1970 və 1971-ci illərdə arxeoloji qazıntı aparılmışdır.
Düşərgədə iki tarixi mərhələnin – Mezolitdən Neolitə keçid və ilk
Tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir.
“Firuz-1” düşərgəsində örtülü sahənin şərq hisəsində 20-30 sm
qalınlığında Mezolit dövrü təbəqəsi arada lal təbəqə olmadan
bilavasitə Tunc dövrü təbəqəsinin altından başlanır. Tunc dövrü
qalıqlarının örtüyü sahədən kənarda, şərqə tərəf isə alt təbəqənin
qalıqlarına, əsasən daş materialına çox nazik təbəqə şəklində,
bilavasitə yer səviyyəsindən başlayaraq təsadüf olunmuşdur.
Görünür düşərgənin örtülü sahəsində son Mezolit – ilk Neolitdən
sonra Tunc dövrünə aid sakinlər tərəfindən burada özlərinə
qədərki nə varsa, mədəni təbəqə qalıqlarını da kənara atmışlar.
Çöl sahədə saxlanmış qalıqların üstü isə sahənin şərqə tərəf maili
olması, yağış suları ilə yuyulması və güclü küləyə məruz
382
qaldığından örtülməmişdir. “Firuz-1” düşərgəsində aparılmış
arxeoloji qazıntılar nəticəsində Mezolit Neolitə keçid mərhələsinə
aid alt təbəqədən 4 yerdə ocaq qalığı, 9 minə yaxın arxeoloji
material və kollektiv qəbir aşkar edilmişdir. Ocaqlardan üçünün
altına əhəngdaşı layı düzülmüş, birində isə od bir qədər
çökəldilmiş sahədə yandırılmışdır.
Düşərgənin arxeoloji materiallarının 7 mindən çoxu
Mezolit dövrünə aid təbəqədən əldə olunmuş, çaxmaq və
çaydaşından əmək alətləri və onların istehsal tullantılarından
ibarətdir. Daş alətlərin 70 faizdən çoxu çaxmaqdaşından, 20 faizə
qədəri çaydaşındandır. Qalanı sümük, dəvəgözü daşı, balıqqulağı,
əhəngdaşı və s. materiallardan hazırlanmış alət, bəzək əşyası kimi
tapıntılardan ibarətdir. Düşərgənin çaxmaqdaşından hazırlanmış
alətləri mikrolitik səciyyəlidir. Onların arasında həndəsi formalı
trapeslər çoxluq təşkil edir. Çaxmaqdaşından alətlər uzunsov və
ensiz söyüd yarpağı formalı itiucluları, qəlpədən itiləyici dişəklə
işlənib düzəldilmiş uclu qaşovlar, işlək uclu itiləşdirilmiş iskənə
tipli alətlər, ikiüzlü işlənmiş mizraq ucluğu, bir ədəd şatelperron
tipli bıçaq, eləcə də konus formalı, silindr, prizmaşəkilli,
karandaşvari nüvələr və s. ibarətdir.
Çaydaşından hazırlanmış alətlər arasında işlək ağzı oval
formalı və bir üzü qabarıq çopperlər, döymə alətlərinin çoxluğu,
zərb alətləri, qaşovlar səciyyəvidir.
Dostları ilə paylaş: |