291
vurma aləti, çapacaq) tək-təkdir. Həqiqi iti uclu alətə nadir halda
rast gəlinir, o da atipik formalıdır, dişli- gəzli alətlərsə bütün
çeşidlərdə təmsil olunmuşdur. Qaşovlar növbənöv, həm də
mükəmməl işləklidir.
Kür çayının sol sahilində Ağ göl ətrafı tirə və maili
düzənliklərdə eyni bir inkişaf xətti qədim insan dəstələrinin bir
neçə nəslinin müxtəlif istehsal, ov, müvəqqəti dayanacaq
yönümlü emalatxana və düşərgələrin varlığı aydın olur. Aşelin
müxtəlif inkişaf mərhələlərinin əks etdirən abidələrdə kalun
(balta), dəhrə, çopper formalı iri ağır alətlər, spesifik qaşovlar
qabarıq seçilir. Abidələrdən üzə çıxarılan alətlər yaşayış yerinin
istehsalat, məşğuliyyət və təsərrüfat sahələrini müəyyən etməyə
imkan verir.
Ağ göl ətrafı Ceyrançöl yaşayış yerlərinə uyğun abidələr
Yuxarı Kür hövzəsində, Pəri gölü, Axalsi ətrafında aşkar
edilmişdir. Bu xarakterli daş məmulatı qonşu ərazilərdə də qeydə
alınmışdır (Kiokodze, 1993).
Ağ göl ətrafı paleolit abidələri müəyyən ərazini əhatə
etdiyindən və ən başlıcası spesifik alət kateqoriyalarına malik
olduğundan və ətraf həmdövr abidələrdən texniki parametrlərinə
görə kəskin fərqləndiyindən Ağ göl aşel abidələrini “Ceyrançöl
paleolit mədəniyyəti” kimi ədəbiyyata salmağa imkan verir. Orta
Kür hövzəsində, digər bir mədəniyyəti Qayalı, Şişquzey abidələri
292
fonunda ayırmağa haqqımız vardır. Qayalı makroaşel, Şişquzey
isə mikro aşel variantı (Derevyanko və b. 2003; Lübin, 1986) kimi
xarakterizə edilə bilər.
Deməli, iki texniki-tipoloji ənənəyə bağlanan miqrasiya
dalğasının yayılma yollarının izləri Qafqaz ərazisində aşkar edilib
tədqiq olunmuş abidələr (düşərgələr) silsiləsində bariz şəkildə
özünü göstərmişdir.
2. Mustye abidələri
Qafqazda Mustye dövrü təxminən 100-120 min il əvvəl
başlanmışdır. Bu da Xəzər-Xvalın (Ris-Vyurm) geolji dövrünün
istiləşmə mərhələsinə uyğun gəlir. Hələ Ris-Vyurm (Xəzər-
Xvalın) və Xvalın (Vyurm) əsrlərinin keçid dövründə aşel ənənəli
texniki- morfoloji xüsusiyyətlər davam edirdi. Həm də Xvalının
(Vyurmun) birinci yarısı mərhələsinə uyğun gələn təbəqələrin
tədqiqi göstərir ki, bu dövr mülayim rütubətli iqlim şəraitində
keçmişdir. Azıx mağarasının III təbəqəsinin alt horizontları buna
əyani sübutdur (Hüseynov, 1975). Artıq Xvalının ortalarından
getdikcə soyuq rütubətli iqlim hakim rol oynamağa başlayır və bu
səbəbdən neandertal tipli insan kiçik fasilələrlə daimi ocaq
yandırır, onu qoruyub saxlayır ki, həm nəmişlikdən, həm də
293
soyuqdan qorunsun. Belə mənzərə Yaxın Şərq, Orta Asiya və
Qafqaz, o cümlədən Tağlar düşərgəsində aydın izlənir
(Məmmədov, Cəfərov, 1974).
Mustye mədəniyyətinin yaradıcıları ilk şüurlu insanlar –
paleantrop tipli neandertallar olmuşlar. Bu tip qədim insanların ilk
inkişaf mərhələsi Azıx mağarasının orta aşel çöküntüsündən aşkar
edilmişdir (Hacıyev, Hüseynov, 1970).
Erkən paleolitin yekun mərhəsində daha inkişaf etmiş
fiziki insan tipi fəaliyyət göstərməyə başlayır və onlara müvafiq
də inkişaf etmiş yüksək səviyyəli maddi mədəniyyət Mustye
dövründə yaranır.
Mustye dövründə dini təsəvvür, inam etiqadı və qəbilə
kök əlaqələrindən irəli gələn qəbir – dəfnetmə meylləri yaranır.
Mustye
dövründə
təsviri
incəsənətin,
zərifliyin,
simmetriyanın rüşeymləri özünü göstərir. Sümüklər üzərində
kəsmələr, oxradan istifadə, qaşov, itiuclu və çapma tipli alətlərdə
mütənasiblik, onlar üzərindəki neqativlər, dişək düzümündəki
incəlik bu daxili və zahiri kamillikdən xəbər verir.
Orta paleolit abidələri Aşel dövrünə nisbətən çox, həm də
sıx yayılmaqla daha geniş ərazini tutmuşdur. Bu dövr abidələri
yerləşmə zonalarına görə bir neçə qrupa bölünür. Bunlar Quruçay-
Köndələnçay hövzələri, araz çayı yuxarı hövzəsi, Talış subtropik
294
dağları Tərtərçay, Həsənsu, İncəsu, Təvədöy çay hövzələri və
Ağgöl qruplarından ibarətdir.
Quruçay-Köndələnçay
hövzəsi abidələri Azıxın III
təbəqəsi və Tağlar mağarasının düşərgələri ilə təmsil olunmuşdur
(Hüseynov, 1985; Cəfərov, 1999).
Araz hövzəsi Naxçıvanın Qazma mağara düşərgəsi
(Cəfərov, 1999; Zeynalov, 2004) Talış zonası Buzeyir və Alar
mağara (Cəfərov, 2004) materialları ilə xarakterizə olunur.
Həsənsu-İncəsu-Təvədöy çayları hövzələrinin Mustye
dövrü abidələri. Bu qrup abidələr Qazax rayonunun Şıxlı,
Kəmərli və Ağstafa rayonunun Köçəsgər kəndləri ətrafında
yerləşir. Bunlardan ilk qeydə alınanı, ən qədimi və zəngin material
verəni Qədirdərə paleolit yaşayış yeridir. O, Şıxlı kəndinin cənub-
qərbində, Qədirdərənin şimal üzündə, maili düzənliyin orta
terrasla qovuşduğu burunda yerləşir. Geomorfoloq N.Ş.Şirinovun
fikrincə, materiallar Qədirdərənin 15 m-lik terrasının çarxac
çöküntülərilə bağlıdır. Daş məmulatı 1023 əşyadan ibarətdir.
Xammal kimi düşərgədə boz və göyümsov rəngli müxtəlif
dərəcədə çaxmaqlaşmış süxurlardan və andezit daşından istifadə
olunmuşdur. Yaşayış yeri 1960-cı ildə qeydə alınmışdır
(Mənsurov, 2005). Mustye kompleksində 25 nüvə vardır. Bunlar,
hər şeydən əvvəl, arxa tərəfdən yastı şəklə salınmaları ilə
xarakterizə olunur. Bu nüvələrin 10 ədədi son işləmə həddində
Dostları ilə paylaş: |