Damğalar, rəmzlər… mənimsəmələr
- 312 -
ən yaxşı halda isə ilkin dövlətçilik rəmzləri kimi səciyyələndirilir. Lakin indiki
şərait tamamilə fərqli yanaşma tərzi tələb edir. Məhz müasir dövrdə cərəyan
edən geosiyasi və etnosiyasi proseslər konkret regionda etnik mövcudluğun
qədimliyinin təsdiqlənməsi üçün saxtalaşdırılması mümkün olmayan
şəhadətnamələrin - damğa işarələrinin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə
artırır. Yəni hər hansı bir ərazidəki qədim qayaüstü təsvirlər, tikililər və maddi-
mədəni irs nümunələri üzərindəki damğaların lokal milli maraqlar çərçivəsindən
çıxarılması, vahid və ortaq irs, ümumtürk dəyərləri kontekstində öyrənilməsi,
təqdim və təbliğ edilməsi türk xalqları arasında inteqrasiyanın, mədəni-mənəvi
birliyin yaranmasında da əhəmiyyət daşıdığını önə çəkir. Tədqiqatlar göstərir
ki, bu gün damğa işarələri unudulmuş artefakt sayılsa da, əslində, təkcə bir
xalqın deyil, etnosiyasi maraqlar çərçivəsində «türkdilli xalqlar» kimi təqdim
olunan böyük və vahid subetnosun
birliyinin təcəssümlərindən, rəmzlərindən,
tarixi təsdiqlərindən biridir. Damğa işarələri «Turan» anlayışını coğrafi məkan
hüdudları ilə məhdudlaşdırmır, əsl Turanın daha geniş və daha qədim etnomədəni
əraziyə malik olduğunu sübuta yetirir. Çünki türk xalqlarının məskunlaşdığı elə
bir region yoxdur ki, orada damğa işarələrinə rast gəlinməsin. Tarixi Azərbaycan
ərazilərində isə belə tanınma-fərqləndirmə nişanları rəsmi tarixşünaslığın,
qondarma Altay nəzəriyyəsi tərəfdarlarının bütün iddialarının əksinə olaraq,
«VII-XI əsrlərdə köçəri türk tayfalarının regiona kütləvi miqrasiyasından» qat-
qat qədimdir. O da həqiqətdir ki, türk tayfalarının regionda mövcudluğu tarixinin
hunların, savirlərin, xəzərlərin, oğuz və qıpçaqların buraya orta əsrlərdə gəlişi
ilə bağlanması və bu fikirlərlə razılaşmağımız nəticəsində böyük bir ərazidəki
maddi-mənəvi irsin, dövlətçilik tarixinin başqaları tərəfindən mənimsənilməsinə
ilk
növbədə özümüz, məhz özümüz şərait yaratmışıq.
Beləliklə, həmin işarələrin yaranma tarixi, semantikası, üslubu türklərin
hələ eramızdan bir neçə il əvvəl burada yaşadıqlarını təsdiqləyir və rəsmi
tarixşünaslığın təlqin etdiyi məskunlaşma dövrlərindən min illərlə əvvəlki
çağları əhatə edir. Qobustan, Gəmiqaya, Kəlbəcər, Geğam, Dəvəboynu,
Abaran qayaüstü təsvirlərində, arxeoloji qazıntılar zamanı aşkar olunmuş
materiallar üzərində damğa və rəmzlər tarixi Azərbaycan torpaqlarının coğrafi
ərazisini göstərməklə, əski türklərin
(prototürklərin) Qafqazda, Anadoluda
məskunlaşma tarixi, Aratta, Midiya, Manna dövlətlərinin etnik mənzərəsi,
Qafqaz Albaniyasının dominant etnomədəniyyəti haqqında dəqiq məlumat
verməklə, mənimsəmə səylərinin qarşısına sədd çəkir.