|
Damğalar, rəmzlər mənimsəmələr Araz QurbanovDamğalar, rəmzlər… mənimsəmələr
Damğalar, rəmzlər… mənimsəmələr
- 303 -
20
«Təvarixi əl-Səlcuq» və
«Hünərnamə» əsərlərinə əsasən,
oğuzların bəydili boyunun
damğasıdır. Semantikası
müxtəlifdir. İkiağızlı yandırıcı
ox dəmrəsinə, Ayparaya da
bənzədilir. Mərkəzi Asiyada
və Qafqazda «quyruqlu Ay»,
Altaylarda «kayekelü Ay»
(hörüklü Ay) da adlandırılır.
«Cami ət-Təvarix» əsərində onun
digər forması
oğuzların
biçene boyunun tanınma-
fərqləndirmə nişanı kimi
göstərilib. Pazırıq kurqanlarında
müəyyən edilən qədim
damğalardandır.
69
Qafqaz Albaniyasını türk xalqlarına
bağlayan etnik işarələrdən biridir.
Damğa adı: «sırğa». «Şəcəreyi-
Tərakimə» əsərində oğuzların
bayat boyunun damğası
kimi
göstərilmişdir. Qazaxların alban
(alban-suan, alban-suvar) tayfasının
damğalarından biri.
21
Kumıkların Krım-şamxal nəslinin
də damğası hesab olunur. Midiya,
Azərbaycan və Mərkəzi Asiya
damğaları içərisində də rast
gəlinir.
70
Mahmud Kaşğarinin «Divani
lüğət-it-Türk» əsərinə görə,
oğuzların iqdır boyunun damğasıdır.
Qazaxların Böyük juzuna (birliyinə)
daxil olan kanlı tayfasının şılbır
nəslinin də damğası sayılır.
22
Qobustan, Gəmiqaya və Baykal
gölünün şimalındakı Subuktuy
qayaüstü təsvirlərində, Midiya
dövlətinə aid maddi-mədəniyyət
nümunələrində, sasani və sarmat
damğaları arasında rast gəlinir.
Damğa semantikası «ev» kimi
yozulur və «məskunlaşma»
bildirir. işarəsi Altaylarda
«suluk keyegelü» (hörüklü yüyən)
adlanır.
71
Əlifbada hər üç işarə kipləşən
dilarxası kar «k» samitini (məsələn,
«kul», «kız» sözlərində olduğu
kimi) bildirir. və ya
işarəsi
tək halda «ok» kimi oxunur.
Damğa işarəsi kimi adı: «ox». Eyni
zamanda, işarəsi «Təvarixi al- i
Səlcuq» və «Hünərnamə» əsərlərinə
əsasən, oğuzların bayat, «Cami
ət-Təvarix» təsnifatına görə, kınık
boylarının damğasıdır.
23
Damğa adı: «oraq» və «kuyruktu
Ay» (quyruqlu Ay). «Cami ət-
Təvarix» əsərindəki təsnifatda
işarəsi oğuzların salur boyunun
damğasıdır.
72
Damğa adı: «yuyən» (suluk), «qoşa
göz» olan bu işarənin prototipi
Pazırıq kurqanlarında müəyyən
edilmişdir. Noqoyların mayjenli və
mingkuba tayfalarının rəmzidir.
24
Əlifba işarəsi kimi dilortası
cingiltili «u» samitini ifadə edir.
Damğa işarəsi olaraq həm «Ay»
(səma cismi), həm də «yay» (atıcı
silah) adlanır. Mərkəzi Asiyada
və Altaylarda «Aydınq sekiz
yanqızı» (səkkizinci günün Ayı»
da adlanır.
73
Göytürk əlifbasında kar «ç» səsini
göstərmək üçün istifadə edilir.Onun
bərabərtərəfli formasına
ortaq
türk damğa işarələri arasında rast
gəlinir. «Cami ət-Təvarix» əsərində
bu damğa oğuzların Çəbni boyunun
rəmzi kimi göstərilib.
Damğalar, rəmzlər… mənimsəmələr
- 304 -
25
Şimali Qafqazda yaşayan
qaraçayların «botaş» nəslinin
damğasıdır. Azərbaycan xalqının
etnik damğa nişanları arasında
da vardır.
74
Mərkəzi Asiyada damğa adı:
«bosaqa», «qapı çatısı» (çərçivəsi)
anlamında işlədilir.
26
«Şəcəreyi-Tərakimə» əsərində
oğuzların yaparlı boyunun
damğası kimi təsnif olunub.
Qoç buynuzunu simvolizə
edən işarələrdəndir. Onun
variantı da vardır. Altaydakı türk
xalqlarının damğa təsnifatında bu
işarə həm də «çorqo» (turşumuş
süddən araq çəkmək üçün mis
boru) adlanır.
75
Qədim türk yazılı abidələrində
qalın saitli sözlərdə kipləşən kar
«t» samitini ifadə etmək üçün
işlədilir. Damğa işarəsi kimi «atlı»
adlanır. Aşağı bucaq atın yəhərini,
yuxarıdakı isə atlının ayaqlarını
sivolizə edir.
işarəsi həm
də kumıkların candar tayfasının
damğasıdır. «Divani lüğət-it Türk»
əsərində «beşik» və «atlı» damğaları
birlikdə
oğuzların karaevli
boyunun tanınma-fərqləndirmə
nişanı kimi göstərilib.
27
Solyar rəmzdir. Əski türk
simvolizmində Günəşi,
Tenqri xanı, ikibaşlı qartalı
simvolizə edir. Qədim
nümunələrinə saka-skif (Pazırıq
kurqanları) maddi-mədəniyyət
nümunələrində, Qobustan,
Gəmiqaya, Qərbi Azərbaycan
qayaüstü təsvirlərində, ortaq
türk xalçaçılıq sənətinin «göl»
motivində, dövlət rəmzlərində və
damğalarında rast gəlinir.
76
Qədim türklərin dövlətçilik
rəmzlərindəndir. «Baltavar», «xan
damğası», «daraq damğa» kimi
adları vardır. İkili semantikaya
malikdir. Əsasən, vassallığı
simvolizə edir. Krım xanlıqlarının,
Qızıl Ordadan asılı vəziyyətdə olan
rus knyazlıqlarının rəmzi olmuşdur.
Bu anlamda Şimali Qafqaz,
Volqaboyu xalqlarında yayılmışdır.
İkinci yozumu isə «ikibaşlı qartalı»
təcəssüm etməsidir. Dini və dünyəvi
hakimiyyətlərin birliyini göstərir.
28
«Aybulat» damğasının
variantlarından sayılır.
«Novruz damğası» da deyilir.
Qafqaz Albaniyasının dövlət
rəmzlərindən biridir.
77
Anadoluda əfşarlara və
Harmandalı obasına aid nəsillərin
damğalarındandır.
29
Uyğur əlifbasında («Kutadqu-
bilik») sözün əvvəlində gələn «z»
səsini bildirir. Damğa işarəsi
kimi adları: «qoç», «koç müyüz»,
«kuldya» (qoç buynuzu).
78
İşarənin
forması Uyğur
əlifbasında («Kutadqu-bilik») sözün
əvvəlində işlədilən «s» səsini ifadə
edir.
Dostları ilə paylaş: |
|
|