Damğalar, rəmzlər… mənimsəmələr
- 44 -
- «göz», və «ayaq», və «yay»,
və «qapı»,
və isə
«alt», «aşağı», «bədənin aşağı hissələri» anlamlarında işlədilirdi.
40
Əlavə olaraq
onu da bildirək ki, şumer yazılarında «
1» rəqəmi ilə yanaşı «insan», «döyüşçü»
bildirən işarəsi ilə Orxon-Yenisey əlifbasında, türk damğaları təsnifatında
eyni semantik mənanı verən
(ər, döyüşçü) nişanı arasında həm sxematik, həm
də semantik bənzərlik vardır. Türk damğaları ilə Göytürk əlifbası arasında ya-
xınlıq rusiyalı alim Pavel Nazarovu da ciddi maraqlandırmışdır. Qazax dilinə və
Mərkəzi Asiya xalqlarının etnik mədəniyyətinə yaxşı bələd olan müəllif bölgə
haqqında yazdığı kitabında bildirir:
«Orxon yazıları və qazaxların nəsil-tayfa
damğaları eynidir. Onlar İsa Məsih dönəmindəki Fələstində səslənən və
sonralar ivritlə əvəzlənən aramey dilinin əlifba işarələrini xatırladır. Dam-
ğaların aramey işarələrindən mənimsənildiyini və ya onlardan daha qədim
dövrlərə aid olduğunu söyləmək çətindir. Türklər dünyanın ən əski sivili-
zasiyasına malik xalqdırlar. Dünyanın Assuriya-Babil mədəniyyətindən də
qədim olan şumer sivilizasiyası da türk mənşəlidir».
41
Tanınmış tarixçi, ortaq damğa işarələrinin yorulmaz tədqiqatçısı olmuş
Sərvət Somuncuoğlunun
(Türkiyə) təbirincə desək,
«Dərs kitablarımı-
za görə, bizim tariximiz Orxon yazıları ilə başlayır. Halbuki, Orxon
kitabələri türklərin daşlar üzərinə həkk olunmuş son sözləridir. Bu,
əsla türk tarixinin ön sözü deyildir». Türk xalqları öz tarixlərinin obyek-
tiv öyrənilməsi və təbliği üçün bu fikirlə razılaşmağa məhkumdurlar. Rəsmi
tarixşünaslıq, şərti olaraq, «Orxon-Yenisey işarələri» adlandırdığı Göytürk
əlifbasının eramızın VIII-X əsrlərində yarandığını təkidlə iddia edir. Bu id-
dianın yaranmasına əsas isə guya VIII əsrdən əvvəlki dövrlərə aid türk yazı
nümunələrinin aşkar olunmamasıdır.
42
Halbuki, tanınmış arxeoloq, Daş və
Tunc dövrləri üzrə mütəxəssis Aleksandr Formozovun hələ 1953-cü ildə
Volqaboyu və Qazaxıstan ərazilərində aşkar etdiyi və eramızdan əvvəl II-I
minilliklərə aid olunan maddi-mədəniyyət nümunələri üzərindəki qədim
türk yazı işarələri bu iddiaları əsaslı şəkildə iflasa uğradır. Lakin ənənəvi
tarixşünaslıq bu barədə susmağı, tarix qatlarında türk layını gizlətməyi üs-
tün saymışdır. Bundan başqa, qədim Xarəzmin «Beştübə», «Çilik» adlanan
ərazilərində arxeoloji qazıntılar zamanı tapılan saxsı qablar üzərində də ana-
40
A.C.Emre. «Eski Türk Yazısının Menşeği», İstanbul, 1938.
41
P. Nazaroff, «Hunted Through Central Asia», Oxford
University Press, 1993.
42
В.Лившиц. «О происхождении древнетюркской рунической письменности.// Археологические
исследования древнего и средневекового Казахстана». Алма-Ата, 1980